Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1878/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2020-ci il i tarixli, 2(103)5074/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 03 mart 2014-cü il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MənzilKommunal İstismar Sahəsində “pedaqoq” vəzifəsində, 30 iyul 2018-ci il tarixdən isə “xarrat-rəngsaz” vəzifəsində işləmişdir. İşəgötürənin 04 aprel 2019-cu il tarixli, 184 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bə ndinə əsasən xitam verilmişdir. 13 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı arterial hipertenziya diaqnozu ilə 03 aprel 2019-cu il tarixdən 05 aprel 2019-cu il tarixində işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad edilməyi barədə cavabdehin 04 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının cavabdeh təşkilat tərəfindən alınaraq, ona ödənilməsi barədə q ətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin 03 mart 2014-cü il tarixli əmrlə həmin idarəyə “pedaqoq” vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində heç bir əmək və icra intizamını pozmamış, əmək funksiyasını və əmək müqaviləsində irəli gələn bütün öhdəlikləri həmişə yerinə yetirmişdir. İddiaçı onkoloji xəstədir, xəstəliyi ilə əlaqədar 03 aprel 2019-cu il tarixdən 05 aprel 2019-cu il tarixə qədər bülletendə olmuşdur. Bülletenə çıxması ilə bağlı ərizə yazmış və müəssisənin rəhbərliyinə məlumat vermişdir. Lakin 06 aprel 2019-cu il tarixdə işə geri qayıtdıqda, ona əmək kitabçası təqdim olunmuş və məlum olunmuşdur ki, müəssisə rəhbərliyi tərəfindən 04 aprel 2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq, Əmək Məcəlləsinin 72-ci maddənin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. O, həmin vaxt işdən azad edilməyi barədə əmrin olub-olmamasını soruşduqda və həmin əmrin ona verilməsini tələb etsə də, əmrin surəti ona verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)3806/2019 nömrəli qətnaməsi ilə (hakim A.Vəkil) iddia təmin edilmiş, iddiaçının işdən azad edilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 04 aprel 2019-cu il tarixli, 184 saylı əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi, işə bərpa olunana qədər məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi qət edilmişdir. Biri nci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verildikdə (04 aprel 2019-cu il tarixdə) iddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi əsası ilə işdən azad edilmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri nəzərə alınmayaraq, işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-3806/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işdəki sübutlar əsasında iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, 2(103)-11712/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)3806/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iş yerinə məlumat vermədən və iş yerində heç kimi xəbərdar etmədən iş yerini tərk etmiş, buna əsas kimi həmin dövrdə xəstə olmasını və bununla bağlı 13 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş Əmək qabiliyyətinin olmaması əsas kimi arterial hipertenziya diaqnozu ilə 03 aprel 2019-cu il tarixdən 05 aprel 2019-cu il tarixində bülletendə olmasını göstərmişdir. Lakin iddiaçı işə götürənə xəstə olması və bülletendə olması barədə heç bir məlumat verməmiş, ancaq 06 aprel 2019-cu il tarixdə işə gəldikdən sonra bülletendə olduğunu bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, 2(103)-11712/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərb aycan Respublikası Ali Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(102)1569/2020 nömrəli qərarı ilə (hakimlər Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2019-cu il tarixli, 2(103)-11712/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin müddəalarının təfsirində səhvə yol verərək, iddiaçının əmək funksiyasının bilavasitə nədən ibarət olmasını, onun əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsini, eləcə də əmək funksiyasını yerinə yetirərkən onun qəsdinin və ya səhlənkarlığının, etinadsızlığının nədə ifadə olunmasını, bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmamasını, sonda işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyib-dəyməməsini aydınlaşdırmadan, eləcə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş cavabdeh təşkilatın işçiləri tərəfindən tərtib edilmiş aktı, iddiaçı barəsində olan şikayət ərizəsini, cavabdeh təşkilatın qanuni təmsilçisinin xidməti məlumatını, direktorun dərkənarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, aktı imza etmiş şəxslərin şahid qismində məhkəmə iclasında iştiraklarını təmin edib hazırki mübahisəli məsələyə onların münasibətini öyrənmədən, iddiaçı barəsində olan şikayət ərizəsinin mahiyyətinə varmadan, həmin şikayət ərizəsi ilə iddiaçının işdən çıxarılması arasında səbəbli əlaqənin olub-olmamasını, iddiaçının bütün iş günü işə gəlməməsinin səbəblərini, bunun üzürlü səbəblərdən baş verib-verməməsini və sair halları aydınlaşdırmadan, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının adına 13 saylı şəhər Poliklinikası tərəfindən açılmış 312952 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsin”dən görünür ki, iddiaçı “arterial hipertenziya” diaqnozu üzrə 03 aprel 2019-cu ildən 06 aprel 2019-cu il tarixədək işdən azad edilməklə xəstə olmuş və “əmək qabiliyyətinin olmaması” vərəqəsindən görünür ki, o, işə 06 aprel 2019-cu il tarixdə başlamalı idi. Digər tərəfdən kassasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının işəgötürənə xəstə olmasına dair heç bir məlumat vermədiyini, yalnız 06 aprel 2019-cu il tarixdə işə çıxdıqdan sonra məlumat verdiyini və bu səbəbdən də işəgötürənin hazırda mübahisələndirilən əmrinin qanuni olması qənaətinə gələrkən, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin və 189-cu maddəsinin 2-ci hissəsinin qadağanedici normaların tələblərini pozmuşdur. Halbuki, qeyd olunan maddələrin, o cümlədən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin mənasına görə, işdə olmadığı halda işçiyə intizam tənbehi verilə bilməz və intizam tənbehi verilməsini istisna etməsə də, hər bir halda intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb etməlidir. Mübahisələndirilən intiza m tənbehi isə iddiaçıya işdə olduğu iş günü ərzində deyil, əmək qabiliyyətini müvəqqəti itirdiyi 04 aprel 2019-cu il tarixdə verilmişdir, bu isə sadalanan maddələrin tələblərinə görə yolverilməzdir. Bundan başqa müəyyən olunmuşdur ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla xitam verərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan yazılı razılığını almamışdır. Apellyasiya instansiyası məhkəməsi isə Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinin tələblərini pozaraq, iddiaçının çalışmış olduğu cavabdeh təşkilatda ümumiyyətlə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərib-göstərməməsini, onun həmkarlar ittifaqının üzvü olub-olmamasını aydınlaşdırmadan, bu barədə heç bir araşdırma aparmadan, işəgötürəninin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan xitam verməsinin yolverilməz olmasına əhəmiyyət vermədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Nəhayət kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində işdən çıxarılmasına dair işəgötürənin 04 aprel 2019-cu il tarixli, 184 saylı əmrini mübahisələndirdiyindən, həmin əmrlə də o, “pedaqoq” vəzifəsindən deyil, “xarrat-rəngsaz” vəzifəsindən çıxarıldığından, onun “pedaqoq” vəzifəsinə bərpa olunmasını tələb etməsi, iddia tələblərinin rədd edilməsi üçün əsas sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2020-ci il tarixli, 2(103)-5074/2020 nömrəli qətnaməsi ilə (hakimlər F.Ç.Talışinskinın sədrliyi və məruzəsi ilə, hakimlər K.H.Əkbərovdan və Z.A.Şirinovdan ibarə tərkibdə) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-3806/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun iddiaçı tərəfindən müvafiq həmkarlar ittifaqının rəyindən başqa iddianın mahiyyətini və qanuni əsaslarını təkzib e dən digər sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən əmrin verilməsindən bilavasitə öncə işçinin harada olması ilə maraqlanmalı və ondan müvafiq izahat alınmalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2020-ci il i tarixli, 2(103)-5074/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, gəldiyi nəticə üçün əhəmiyyətli hallar araşdırılmamış, sübutlar hərtərəfli tədqiq olunmamışdır. Belə ki, iddiaçı 5 iş günü heç bir üzrlü səbəb olmadan işə çıxmamış və əmək funksiyalarını yerinə yetirməmiş, bu barədə müvafiq aktlar tərtib edilmiş və onun yazılı izahatı alınmışdır, onunla bağlanmış əmək müqaviləsinin pozulması barədə işəgötürənin həmin qərarı təqdimatla birlikdə Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş, Komitənin razılıq qərarı ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan xəbərdar olan iddiaçı 03 aprel 2019-cu il tarixdə həkimə müraciət etmiş və tibbi arayış almışdır. İddiaçı xəstə olması və işə gələ bilməməsi barədə müdiriyyətə məlumat verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının İddiaçı vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəli yi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən ətrəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində v erilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən azad olunmasına dair müvafiq əmr verilərkən onun səhhəti ilə bağlı işdən azad olunması işin mübahisəsiz halıdır. Belə olan halda, işəgötürən həmin əmri Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinin pozulması ilə qəbul etmişdir. Kassator iddiaçının barəsində mübahisələndirilən əmr qəbul ediləcəyini bilərək, qəsdən həkimə müraciət etməsini bildirsə də, MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq 13 say lı Şəhər Poliklinikası tərəfindən verilmiş Əmək qabiliyyətinin olmaması vərəqəsinin saxta və ya həqiqətə uyğun olmayan sənəd olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının xəstəliyi barədə işəgötürəni məlumatlandırılmamasına dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, əmək qanunvericiliyində xəstəliklə əlaqədar işə çıxmayan işçinin bu barədə işəgötürəni qabaqcadan rəsmi qaydada məlumatlandırmalı olmasına dair tələb yoxdur. Əksinə Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsi ilə işçinin işdə olmadığı gün intizam məsuliyyətinə cəlb edilməsinə bilavasitə qadağan edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunveric iliyin yuxarıda qeyd olunan müddəalarının pozulması ilə həyata keçirilməsi işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini rədd etməklə maddi və prosessual hüquq normalarını pozmamışdır. Kassasiya şikayətinin digər dəlilləri (iddiaçının mübahisələndirilən əmr qəbul edilməmişdən əvvəl də 5 iş günü ərzində üzrlü səbəb olmadan işə çıxmaması, əmək funksiyalarını yerinə yetirməməsi, Həmkarlar İttifaqı Komitəsinin razılığının alınması) qəbul edilmiş qətnamənin ləğv olunması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv ar aşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2020-ci il tarixli, 2(103)-5074/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-1878/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1878/2021
03.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver