Məhkəmə qərarları › İş №2(102)-1878/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1878/2024

11.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1878/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı XXx Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı daşınmaz əmlakın əvəzləşdi rilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-507/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 4 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tik ililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.

2. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 aprel 2020-ci il tarixli 1576 nömrəli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi iddiaçı arasında Bakı şəhər İHB-nin xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4,2258 kv.metr torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X3, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, iddiaçının istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi İddiaçı MMC; Layihəçi – Bakı Dövlə t Layihə İnstitutu).

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə iddiaçı tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna baxılmış, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tari xli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğun olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv.metr ümumi sah əsi olan yeni təmirli mənzilin X2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən X4 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 k.metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi, iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ün vanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv.metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək iddiaçı tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi iddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmi ş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunub köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdə olmuş, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmiş, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab verməmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 97,62 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 faiz artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barədə iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab verməmiş və görkəminə uyğun deyildir. Cavabdehin fərdi yaşayış evinin yanındakı ev sa hibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlərin istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz hərəkətlərini davam etdirməklə, faktiki olaraq hüquqdan suiistifadə etmişlər. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmamış və onu mülkiyyətindən məhrum etməmişdir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə mütənasib təklif olmuşdur. Lakin cavabdehlər sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar.

7. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında g östərmişdir ki, iddiaçı tərəfin təklif etdiyi şərtlərlə razı deyildir. Şirkətin təklif etdiyi mənzilin sahəsi onları qane etməmişdir. Şirkət tərəfindən daha böyük sahə ilə təmin olunacaqları təqdirdə, habelə onlara ödəniləcək kirayə haqları artırılacağı təqdirdə razılıq əldə oluna bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 3 mart 2022ci il tarixli LP-071/2022 nömrəli mütəxəssis rəyi ilə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 201,09 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin verdiyi məlumata görə ünvan 3 ünvanda və 83 saylı binada yerləşən mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

10. Məhkəmə tərəfindən Bakı şəhəri ünvan 1 ünvanda yerləşən əmlaka 29 aprel 2022-ci il tarixdə yerli baxış keçirilərkən fərdi yaşayış evinin 3 hissədən ibarət olması, həmin evlərdə Cavabdeh2, atasının və əmisinin ayrı-ayrılıqda yaşaması müəyyən edilmişdir. Lakin ekspert rəy tərtib edərkən, evin yalnız iki hissəsini nəzərə almış, evin digər hissəsinə öz rəyində münasibət bildirməmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 17 iyun 2022ci il tarixli LP-089/2022 nömrəli mütəxəssis rəyinə ə sasən, Cavabdeh1 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv.metr) və 31,0 kv.metr yardımçı sahədən, 27,6 kv.metr qaraj, 39,2 kv.metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv.metr) ibarət olduğu; X4 məxsus fərdi yaşayış evinin 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 kv.metr) və 20,2 kv.metr yardımçı sahədən ibarət olduğu; Cavabdeh2 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağından (34,7 kv.metr) ibarət olduğu müəyyən edilmişdir. Ümumilikdə isə, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən əmlakın ümumi sahəsi 201,7 kv.metr təşkil etmişdir. Cavabdeh1 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, X4 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, Cavabdeh2 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 300 manat təşkil etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-579/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılmaları, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin ca vabdeh X2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X4 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 4 ü nvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv.metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün iddiaçıya ay rıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini iddiaçı öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir.

14. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icr asına maneçilik yaratmışdır. Bütün bunlar onu deməyə əsas vermişdir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələ olmuşdur. Cavabdeh tərəf mənzili boşaltdığı halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifə olmuş və iddiaçıda bu vəzifəsini yerinə yetirməkdən imtina etməmiş, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərə flərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür.

15. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmiş və iddiaçının belə bir niyyəti də olmamışdır, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilmiş, yəni, həmin mənzillərin qanuni sahələrindən 20 faiz əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və iddiaçının vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış bi nasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmuşlar. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

16. Cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan suiistifadə olmuşdur. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçıya ziyan vuran şəkild ə sui-istifadə etmişlər, haqsız tələblər irəli sürmüşlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehlərin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.

17. Məhkəmə iddia tələbinin kirayə haqlarının ödənilməsinin “yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ödənilməsi” ilə şərtləndirilməsinə dair hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, yaşayış binasının tikilməsi geniş məhfum olmaqla, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bildiyindən iddia tələbinin həmin hissəsi “cavabdehlərin yeni mənzil ilə təmin edilənədək” formasında təmin edilməsi ədalətli olmaqla yanaşı eyni zamanda cavabdehlərin hüquqlarının qorunmasına xidmət edəcəkdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15, 16, 18, 152, 180 və 560cı, Mənzil Məcəlləsinin 10 və 28-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2 və 17-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evləri babası Abasov Baba Əli oğlu tərəfindən 1954-cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X1 Bürosundan 1974-cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texnik i inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamışdır. Hazırda həmin sənəd əldə edildiyi üçün apellyasiya instansiyasına təqdim edilmişdir. Məhkəmə qətnaməsi ilə faktiki olaraq mülkiyyətinin konstitusiya ilə qorunan hüquqlarından məcburi şəkildə məhrum olmuşlar. Məhkəmə qətnamədə iş üzrə gəldiyi səhv nəticələr aşağıda qeyd etdiyi əsaslarla müəyyən edilmişdir; fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması; fərdi yaşayış evlərinin özbaşına tikililər olması; fərdi yaşayış evlərinin Bakı şəhərinin müasir vəziyyətinə cavab verməməsi və görkəminə uyğun olmaması; müqavilə azadlığı prinsipinin pozulması; qeyri-mütənasib və həddindən artıq yük yaradılması ilə nəticələnməsi; bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb edilməsi; yaşayış evinin istifadə üçün əlverişsiz olması. Hər bir şəxsin fundamental hüquqlarından olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu hüquqlar dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlardır. Lakin məhkəmə qeyd etdiyi hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməklə ədalətsiz şəkildə onu bu hüquqlardan faktiki məhrum etmişdir. Bilindiyi kimi, hər hansı bir danışmaz əmlakın qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bu barədə rəyi olduqdan sonra həmin əmlakın qəzalı olması faktı qəbul edilir. Məhkəmə isə belə bir rəyin olmamasına baxmay araq sökülməsi tələb edilən yaşayış evləri ilə bağlı qəzalı olması hissəsində səhv qənaətə gəlmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri özbaşına tikililər olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evləri babası Abasov Baba Əli oğlu tərəfindən 1954-cü ildə tikilmişdir və yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X1 Bürosundan 1974-cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Göründüyü kimi həmin ünvanda tikilmiş evlər heç də özbaşına tikililər olmamışdır. Məhkəmə qətnaməsi ilə onlar nəinki mülkiyyət hüquqlardan məhrum olunmuşlar hətta bu qətnamə ilə sonunda iddiaçı ilə müqavilə bağlamağa məcbur edilmişlər. Belə ola n halda məsələyə qanunvericiliyin müqavilə azadlığı prinsipindən baxlarsa, onun müqavilə bağlamaqda azad bir şəxs olduğu qənaətinə gəlinə bilməz. Hazırda yaşadığı fərdi yaşayı evi 34,7 kv.metr olmasına baxmayaraq həmin evin texniki quruluşu tərəfindən dəyişdirilərək iki yaşayış otağına çevrilməklə 4 ailə üzvü ilə (o, arvadı, qızı və oğlu) orada yaşamaqdadır. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən bir neçə dəfə iddia tələbini artırmaqla eyni zamanda iddia tələbində dəyişiklik etmişdir. Xüsusilə ilk tələb zamanı ona 40 kv.metr verilməsi tələb edilərək valideynləri ilə onu bir evdə yaşamağa məcbur etmək niyyətində idilər. Lakin sonradan nə fikirləşdilərsə ona tikiləcək binada 1 otaqlı kimi 51 kv.metr verməklə yaşadığı evə olan hüquqlardan məhrum edilmək barədə qərar vermişlər. Bakı şəhərində yeni yaşayış massivi salınmaq məqsədilə belə bir söküntü olan ərazilərdə dövlət ehtiyacları üçün torpaqların alınması zamanı xüsusi ilə kiçik kvadratlı olan evlərdə yaşayanların evlərinin söküntüsü zamanı onların gələcəkdə ailə vəziyyəti və digər halları nəzərə alınaraq normal yaşayışı üçün mənzil təklif edərkən kvadrat həcmi nəzərə alınmış və hazırda da alınmaqdadır. Lakin iddiaçı dövlət layihəsi üzrə işləri həyata keçirmədiyi üçün hazırda söküntü işi aparmış olduğu ərazilərdə onun kimi yaşayış evi az kvadratlı olan şəxslərə yuxarıda qeyd etdiyi meyarlar nəzərə alınmadan təkliflər etməkdədir. İddiaçı tərəfindən tikiləcək binada ona təklif edilən 1 otaqlı 51 kv.metr olan mənzil ailəsin üçün heç bir halda uyğun olmamışdır. Onların təklifinə görə bir otaqda yaşamaq məcburiyyə tində qalmalıdırlar. Bu hal əlbəttə ki, yaşam tarazlıqlarını pozaraq, onlara qeyri-mütənasib və həddindən artıq yük yaratmışdır. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamış nəticədə onların hüquqları kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Yaşadığı ərazi şəhərin ərazi olaraq torpaq qiymətinə görə baha qiymətə satılan ərazilərdən olmuşdur. Buna baxmayaraq iddiaçıdan kompensasiya olaraq tərəfindən bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən ona 1 otaqlı, 51 kv.metr olan mənzil təklif etdiyi halda o, onlardan sadəcə ailə vəziyyətinin və yaşayacağı evin ailə dəyərlərinə uyğun olaraq birgə yaşayış imkanlarına uyğun olması üçün 2 otaqlı, 78 kv.metrdən ibarət olan mənzilin verilməsi şərtini irəli sürmü şdür. Məhkəmə mübahisə üzrə onun tərəfindən guya ki, iddiaçıdan bazar dəyərindən olduqca yüksək kompensasiya tələbi ilə bağlı gəlmiş olduğu qənaət də ədalətsiz və qanunsuz olmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, yaşayış evlərinə yerində keçirilmiş müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünmüşdür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Belə ki, yaşadıqları evlər yaşayış üçün olduqca əlverişli, həyat və sağlamlıq üçün əsla təhlükəli vəziyyətdə olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1945/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və mə ruzəçi), Qürbət Əsgərov və Fuad Talışınski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılmışdır. Birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş sübutlarla isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı və 31 mart 2022-ci il tarixli **********90 saylı məktublarına əsasən ünvan 3 ünvanda yerləşən yaşayış evinin qeyd iyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, sökülməsi tələb edilən Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 saylı - Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv.metr ) və 31,0 kv.metr yardımçı sahədən, 27,6 kv.metr qaraj, 39,2 kv.metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv.metr); X2 istifadəsində olan fərdi yaşayış evi 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 kv.metr) və 20,2 kv.metr yardımçı sahədən; Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağından (34,7 kv.metr) ibarət olmaqla, əmlakın ümumi sahəsi 201,7 kv.metr təşkil etmişdir. Fərdi yaşayış evləri statusuna görə özbaşına tikililər olmuşdur. Bu halda cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X1 Bürosu ndan 1974-cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” hazırkı halda əsaslı sübut hesab edilə bilməz.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.

24. Apellyasiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, cavabdehin apellyasiya icraatı zamanı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı qərarı üzrə mübahisə hazırkı tələblə oxşar olsa da, işin halları baxımından tam fər qli olmuşdur. Belə ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla cavabdehin həmin tikiliyə yalnız istifadə və sahiblik hüquqları mövcud olmuşdur.

25. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sökülməsi tələb edilən yaşayış sahəsi vahid tikili olmaqla cavabdehlər hər biri öz ailəsi ilə həmin evdə yaşamışlar və iddiaçı tərəf yeni tikilən binada hər bir cavabdehə ayrı-ayrılıqda mənzil verilməsini təklif etmişdir. Cavabdehin apellyasiya şikayəti təmin edildiyi halda qətnamənin icrası mümkünsüz olardı. Belə ki, iddia tələbi hər bir cavabdehə münasibətdə təmin edilmiş, qətnaməni isə yalnız Cavabdeh1 mübahisələndirmişdir. Digər cavabdehlər isə qətnamə ilə razılaşmaqla həmin qətnaməni ümumiyyətlə mübahisələndi rməmişlər.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15, 16, 18, 152, 180 və 560cı, Mənzil Məcəlləsinin 10 və 28-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2 və 17-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Cavabdeh1 kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2670/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1945/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, i şin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə qətnaməsi çıxarılana kimi Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvana Cavabdeh1 adına məhkəmə iclasının yeri və vaxtı barədə səkkiz dəfə bildiriş göndərilmişdir, lakin həmin bildirişlərin beşinin göndərilməsi barədə sənəd (reyestr) ümumiyyətlə mövcud deyildir, 3 ədəd sifarişli bildirişin təqdim olunması barədə cavabdeh tərəfindən imzalanmış qəbz və ya bildirişin kötüyü aşkar edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmişdir.Cavabdeh1 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u birin ci instansiya məhkəməsində işə baxılan zaman təqdim etməməsinin səbəbləri kimi həmin sənədin onda olmaması, sonradan qardaşının köhnə sənədlərinin içərisindən aşkar edildiyini göstərmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan da həmin sənəd iddiaçının atası Abasov Baba Əli oğlunun adına olan Nəsimi rayonu 4-ya Perevalnaya küçəsi-83 ünvanda olan yaşayış evinə dair tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanlarına verilmiş sorğular isə yeni ünvana, yəni ünvan 6n üzrə yaşaşyış yerinə dair sənədlərin olması ilə əlaqədar sorğular verməmişdir.

30. Apellyasiya şikayətinə əlavə olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invent arizasiya və qiymətləndirilməsinə aid pasport” kserosurət olduğuna görə də sübut kimi qəbul olunmaması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, iş materiallarına görə həmin sənəd ümumiyyətlə apellyasiya məhkəməsinin tədqiqat obyekti olmamış, cavabdehə sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surətinin təqdim olunması təklif edilməmişdir. Belə olan halda həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmaması əsası ilə sübut kimi qəbul edilməməsi məhkəmənin əvvəlki mövqeyi, yəni birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmaması halı ilə ziddiyyət təşkil etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin predmeti olan yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventa rizasiya və qiymətləndirilməsinə aid pasport”u sübut kimi qəbul etməmək qənaətinə gələrkən həmin sənədi birinci instansiya məhkəməsində təqdim edilməsinin özündən asılı olmayan səbəblərə görə mümkün olmaması barədə cavabdehin dəlillərinə tam və hərtərəfli baxmamış, Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməməsi, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin ona rəsmi verilməsinə dair sübutların olmaması, həmin sənədin məhkəməyə təqdim olunmasında cavabdehin özünün daha çox maraqlı olması kimi halları nəzərə almamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu sənədi tədqiqatdan kənarda saxlamaqla məhkəmə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

32. Birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddiaçı "xxxx" MMCnin təklif etdiyi həcmdə, yəni yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin və həmin binada 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi ilə iddia tələbini qismən təmin etmişdir.

33. Həmin ərazidə sökülən digər daşınmaz əmlak sahiblərinə tətbiq olunmuş 20 faiz artım nəzərə alınmadan belə Cavabdeh1 19,6 kv metr az sahə verilməsinin iddiaçı "xxxx" MMC tərəfindən əsaslandırmamasını məhkəmə nəzərə almamış, bu məsələyə diqqətsiz yanaşaraq iddia tələbini həmin həcmdə təmin etmişdir.

34. Göründüyü kimi Cavabdeh1 sahibliyində və istifadəsində 152,6 kv metr daşınmaz əmlakın olduğunu qəbul edən məhkəmə həmin əmlakın əvəzləşdirilməsinə dair iddiaçı "xxxx" MMC tərəfindən edilən təklifin qeyri mütənasib olmasını diqqətdən qaçırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-507/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilirərək, iddiaçi tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 130 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə veri lməsi qət edilmişdir.

36. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-ya Perevalnaya küçəsi 83 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş texnki pasportdan da evin sahibi Abasov Baba Əli oğlu olmuşdur.

37. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş izahatda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi zamanı, Cavabdeh1 məxsus olan y aşayış sahəsi 42,2 kv.m, 31,0 kv.m yardımçı sahə və köməkçi otağın 12,6 kv.m sahəsi hesablanmaqla ümumilikdə 85.8 kv.m təşkil etmiş, həmin sahəyə 20% əlavə etməklə 102.96 kv.m müəyyən edilmiş, lakin iddiaçı tərəfindən 103 kv.m verilməsi təklif olunmuş və bunun əsasında iddia həmin hissədə təmin edilmişdir. Mütəxəssis rəyində qeyd olunan hissədə 39,2 kv.m torpaq sahəsi yalnız ona aid olan hissə deyildir. Əslində mütəxəssis rəyində 13 kv.m düşmüşdür. Lakin Ali Məhkəmənin mövqeyini nəzərə alaraq onlar Cavabdeh1 fərdi yaşayış evinin ümumi sahəsi 85.8 kv.m sahəsinə 19,6 kv.m əlavə olunmaqla 105,4 kv.m təşkil edərək, həmin sahəyə 20 faiz əlavə edərək fərdi yaşayış evinin ümumi sahəsi 126,48 kv.m sahənin verilməli olduğu halda hal-hazırda onların layihəsində həmin ölçüdə mənzilin olmadığını nəz ərə alaraq cavabdehə 130 kv.m yeni təmirli mənzilin verilməsi mümkündür.

38. İddiaçı ümumi sahəsi 103 kv.m deyil, 130 kv.m olan yeni təmirli mənzil verilməsinin mümkün olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, layihə üzrə yaşayış binasında daha artıq sahəsi olan mənzilin sahəsi 179.5 kv.metrdir.

39. Məhkəmə kolegiyası hesab etmişdir ki, cavabdehə 30 kv.metr sahəsi olan qaraj və ümumi sahəsi 130 kv.metr olan yeni təmirli mənzilin verilməsi əmlakın ədalətli əvəzləşdirilməsi kimi qəbul edilmişdir.

40. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin C avabdeh1 mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilərək iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü bloku, 3-cü mərtəbəsində 130 kv.m ümumi sahəsi olan 3 otaqlı təmirli yeni mənzil Cavabdeh1 mülkiyyətinə verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən Ali Məhkəmənin yalnız bir göstərişi üzrə qismən təklif etmiş olduğu bir məsələni yəni Cavabdeh1 fərdi yaşayış evinin ümumi sahəsi olan 85.8 kv.m sahəsinə 19,6 kv.m əlavə olunması barədə təklifi qəbul etməklə qətnamə qəbul etmiş, lakin mütəxəssis rəyində qeyd olunan digər 39,2 kv.m torpaq sahəsinə dair hissədə torpaq sahəsinin 70 ilə yaxın iddiaçının istifadəsində olmasına baxmayaraq bu hissəyə qətnamədə hüquqi münasibət göstərməmişdir.

43. Belə ki, ilk öncə qeyd edilmişdir ki, bir əmlaka 70 il müddətində sahiblik edən və ondan heç bir etiraz olmadan maneəsiz istifadə edən bir şəxsin həmin əmlaka gözlənilən mülkiyyət hüququ yaranmış və bu əmlak iddiaçı tərəfindən alınırsa şikayətçiyə mütləq konpensasiya ödəməli idi. Lakin,apellyasiya məhkəməsi qətnamə ilə torpaq sahəsinə 70 il sahiblik və istifadə edənə hansısa kompensasiya ödənilməsi ilə deyil, həmin əmlakdan bir gün belə istifadə və sahiblik etməyən birinə 39,2 kv.m torpaq sahəsini əvəzsiz vermişdir. b)

44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

45. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Maddə 29, İ və İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

47. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyekt ləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

49. Maddə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

54. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qor unmasından ibarətdir;

55. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması;

56. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliy in təmin edilməsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

57. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

58. Maddə

15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

59. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

60. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

61. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarı 62.... Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılar ının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir....

63. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələb lərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır....

64. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməm işdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui- istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.... "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərarı 65.... O da qeyd edil məlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar....

66. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə a lmalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

77. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli tikili olan evin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirlə ri ilə əhatə olunur və cavabdehlərə məruz qaldıqları təsirin kompensasiyası olaraq sökülən əmlakın sahəsindən 20 faiz artıq sahəli təmirli mənzillərlə təmin olunması, həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, bir şəxsin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, əmlak hüquqlarının həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yeni lənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında hüquq sahibləri öz hüquqlarından sui-istifadə etməməli, sökülən əmlakın əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, hüquq sahibləri ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər şəxslərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

80. Məhkəmə kollegiyası kassatorun iddiaçı ilə aralarında olan mübahisəyə dair məsələlərin qarşılıqlı razılıq əsasında həll olunduğuna görə kassasiya şikayətinin icraatdan çıxarılması və geri qaytarılması barədə ərizəsi ilə bağlı bildirir ki, kassatorun vəsatəti təmin edilməməlidir.

81. Belə ki, MPM-nin 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

82. Bu halda məhkəmə kollegiy ası MPM-nin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməyib işə kassasiya qaydasında baxa bilər. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir (MPM-nin 410.2-ci maddəsi).

83. Lakin kassator kassasiya şikayətindəm imtina etməmiş, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şikayətin geri qaytarılması barədə vəsatətəin həlli qaydaları MOM-nin 404-1.3 və 408.1.6-cı maddələrində müəyyən edilmişdir. Həmin normalara əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instans iyası məhkəməsi tətəfindən, kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olduqda apelyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır.

84. Baxılan iş üzrə kassatorun kassasiya şikayətinin geri qaytarılması üçün bu əsaslar yoxdur. Çünki kassasiya şikayətinin geri qaytarılması üçün iki prosessual şərt mövcud olmalıdır: 1. şikayətin geri qaytarılması barədə ərizənin verilməsi; 2. kassasiya şikayətinin icraata qəbul edilmə mərhələsində verilməsi. Lakin baxılan işdə kassasiya şikayəti icraata qəbul edilmişdir.

85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)-507/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar