Məhkəmə qərarları › İş №2(103)-8555/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8555/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8555/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdeh X2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X4 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv.metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda Cavabdeh2 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh2 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı iş üzrə 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, şikayətdə prosessual hüquq normalarının pozulması və qərardadın əsassız olması qeyd edilsə də, pozuntunun nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamışdır. Halbuki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh2 şikayətində prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Cavabdeh2 şikayəti məhkəmənin 07 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş olsa da, xahiş etdi hissəsində “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsi” ləğv edilməsini xahiş etmişdir ki, bu da prosessual baxımında yol verilməzdir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1 və 361.1.4.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli və şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar