Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1945/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və X5, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X13 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.
4. 17 aprel 2020-ci il tarixli 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X13, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMCnin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi - İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 31 mart 2022-ci il tarixli **********90 saylı məktubundan görünür ki, ünvan 1 binada yerləşən mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
9. "xxxx" MMC-nin 03 mart 2022-ci il tarixli LP-071/2022 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı faktiki ölçüsünü müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək ölçü işləri aparılmışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 201,09 m2 təşkil edir.
10. "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli LP-089/2022 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı faktiki ölçüsünü müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək ölçü işləri aparılmışdır. ünvan 2 ünvanda yerləşən əmlaka baxış keçirilərkən: - Cavabdeh1 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 m2 ) və 31,0 m2 yardımçı sahədən, 27,6 m2 qaraj, 39,2 m2 torpaq sahəsindən, köməkçi otaqdan (12,6 m2 ) ibarət olduğu; - X15 məxsus fərdi yaşayış evinin 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 m2 ) və 20,2 m2 yardımçı sahədən ibarət olduğu; - Cavabdeh2 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağından (34,7 m2 ) ibarət olduğu məlum olmuşdur. Ümumilikdə isə, ünvan 2 ünvanda yerləşən əmlakın ümumi sahəsi 201,7 m2 təşkil edir. Cavabdeh1 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, X15 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, Cavabdeh2 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 300 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 122 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binasıtikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 ünvan 1 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 ünvan 1 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 120 m2 ümumi sahəsi olan təmirsiz mənzilin X11 mülkiyyətinə verilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 120 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sonradan, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X6, X10, X8 və X9 ünvan 1 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11, X6, X10, X8 və X9 ünvan 1 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 120 m2 ümumi sahəsi olan təmirsiz mənzilin X11 mülkiyyətinə verilməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 120 m2 ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bundan sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 111 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin X11 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən X15 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 m2 sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Daha sonra, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin X11 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən X15 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən ünvan 4 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 m2 sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki yə mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 5 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 97,62 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz hərəkətlərini davam etdirməklə, faktiki olaraq hüquqdan suiistifadə edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyriyaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə verinə yetirir. Bundan başqa, iddiaçı dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə vergi ödənilməsi deməkdir. Göründüyü kimi dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cii maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan RespublikasıKonstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu miilkivvətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə mütənasib təklifdir. Lakin cavabdeh sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X16 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılmaları, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdeh X11 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X15 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv.metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, ,6.3, 15, 16.1, 18, 152.1, 152.6, 180.1, 180.2, 180.4, 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.4-cü maddələrinə, «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64, 65-ci bəndinlərinə, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarına və.s istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bak ışəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 83 ünvanında yerləşən fərdi yaşayış evləri babası X19 tərəfindən 1954–cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X3 Bürosundan 1974–cü il tarixdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport almışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamışdır. Hazırda həmin sənəd əldə edildiyi üçün apellyasiya instansiyasına təqdim edilir. Məhkəmə qətnaməsi ilə faktiki olaraq mülkiyyətinin konstitusiya ilə qorunan hüquqlarından məcburi şəkildə məhrum olmuşlar. Məhkəmə qətnamdə iş üzrə gəldiyi səhv nəticələr aşağıda qeyd etdiyim əsaslara müəyyən edilmişdir. Fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması; Fərdi yaşayış evlərinin özbaşına tikililər olması; Fərdi yaşayış evlərinin Bakı şəhərinin müasir vəziyyətinə cavab verməməsi və görkəminə uyğun olmaması; Müqavilə azadlığı prinsipinin pozulması; Qeyrimütənasib və həddindən artıq yük yaradılması ilə nəticələnməsi; Bazar qiymətinə uyğun olmayan yüksək konmepsasiya tələb edilməsi; Yaşayış evinin istifadə üçün əlverişsiz olması. Hər bir şəxsin fundamental hüquqlarından olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu hüquqlar dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlardır. Lakin məhkəmə qeyd etdiyi hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbu letməklə ədalətsiz şəkildə onu bu hüquqlardan faktiki məhrum etmişdir. Belə ki, Məhkəmə qətnamədə qeyd edir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri qəzalı vəziyyətdədir. Məhkəmənin mübahisəyə bu məsələdən yanaşması işin ədalətli və obyektiv həlli ilə bağlı yanaşma yox sanki iddiaçının tələblərinin təmin olunması naminə mübahisəyə münasibətidir. Belə ki, iddiaçı ərizəsində dəfələrlə qeyd edir ki, cavabdehlərə məxsus fərdi yaşayış evləri qəzalı vəziyyətdə olduğu üçün əslində iddiaçı onların yaşayış şəraitlərini yaxşılaşdırmaq niyyəti ilə iddianın təmin olunmasını istəməkdədir. Məhkəmə də yaşayış evinin qəzalı vəziyyətdə olmasını sübut edən dəlillərin iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq bu məslədə sadəcə iddiaçının bu tikililər barədə belə bir qənaətini sübut kimi qəbul edərək iddia tələbinin təmin olunmasında bu fakta da əsaslanmışdır. Bilindiyi kimi, hər hansı bir danışmaz əmlakın qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bu barədə rəyi olduqdan sonra həmin əmlakın qəzalı olması faktı qəbul edilir. Məhkəmə isə belə bir rəyin olmamasına baxmayaraq sökülməsi tələb edilən yaşayış evləri ilə bağlı qəzalı olması hissəsində səhv qənatə gəlmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri özbaşına tikililərdir. Yuxarıda qeyd edildiyi kimi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evləri babası X19 tərəfindən 1954–cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X3 Bürosundan 1974–cü il tarixdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport almışdır. Sözügedən sənəddən də görünür ki, həmin ünvanda tiklimiş evlər heç də özbaşına tikililər deyildir. Tərəflərindən 1-ci instansiyada işə baxılan zamanı həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamış məhkəmə də iş üzrə səthi olaraq aparmış olduğu araşdırma zamanı bu evlərin özbaşına tikili olması hissəsində də səhv qənaətə gəlmişdir. Onu da qeyd edir ki, evlərin tikintisi 1954 cü il tarixdə həyata keçirilsə də məhkəmə həmin evlərin özbaşına tikili olması qənaətinə 2000-ciil tarixində qəbul edilmiş Mülki qanunvericiliyin tələblərindən irəli gələn əsaslar üzrə özbaşına tikili olması kimi qiymətləndirmişdir. Hazırda apellyasiya instansiyasına təqdim edilən sənəd birinci instansiyada baxılan zaman itirildiyi üçün təqdim olunmadığından sonradan tapıldığı üçün Apellyasiya instansiyasına təqdim edilir. Məhkəmə qətnamədə qeyd qeyd edir ki, iddiaçının bildiriyi üzrə fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Məhkəmənin mübahisəyə bu şəkildə də yanaşması olduqca əsassız və ədalətsizdir. Belə ki, Ali qanun olan Konstitusiya, Beynəlxalq qanunvericiliklər, şəxsin mülkiyyət hüququnu qoruyan digər qanunvericiliklər heç bir əmlakı görnüşü köhnəldiyi, şəhərin digər müasir tikililərindən fərqləndiyi üçün mülkiyyət hüququnun qorunması təminatından kənara qoymur. Məhkəmə mübahisə üzrə evlərin köhnə olması ilə bağlı gəlmiş olduğu qənaət ədalətsiz və qanunsuzdur. Belə ki, Konstitusiyaya görə mülkiyyət toxunulmazdır və bu hüquqlar dövlət tərəfindən qorunuma altındadır. Bu hüquqlar üzrə mülkiyyətin heç birinə digərinə münasibətdə üstünlük verilmir. Konstitusiyanın 29.2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müqavilə azadlığı prinsipinin pozulması; Məhkəmə qətnaməsi ilə onlar nəinki mülkiyyət hüquqlardan məhrum olunmuşlar hətta bu qətnamə ilə sonunda iddiaçı "xxxx" MMC ilə müqavilə bağlamağa məcbir edilmişlər. Belə ki, Mülki Məcəllənin prinsiplərinə görə mülkiyyət toxunulmaz olmaqla yanaşı, eyni zamanda hər kəs azad şəkildə müqavilələr bağlaya bilər, yəni heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz. Təmin olnunan iddia tələbindən də görünür ki, o, mülkiyyət hüququnun toxunulmazlığından məhrum olunmaqla ədalətsiz və qanunsuz birinci instansiya məhkəmə qətnaməsinin qüvvədə saxlanılması ilə gələcəkdə iddiaçı ilə məcburi şəkildə müqavilə bağlamağa məcbur qalacaqdır. Belə olan halda məsələyə qanunvericiliyin müqavilə azadlığı prinsipindən baxsaq onun müqavilə bağlamaqda azad bir şəxs olduğu qənaətinə gəlinə bilməz. Hesab edir ki, məhkəmə bu mübahisəyə bu hissdə də ədalətsiz yanaşmışdır. Qeyri- mütənasib və həddindən artıq yük yaradılması ilə nəticələnmə; Məhkəmə qətnaməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu iltarixli Qərarının 65-ci bəndində istinad edərək qeyd edir ki, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkəninmədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri- mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Qeyd edir ki, hazırda yaşadığı fərdi yaşayı evi 34,7 kvmetr olmasına baxmayaraq həmin evin texniki quruluşu tərəfindən dəyişdirilərək iki yaşayış otağına çevirilməklə 4 ailə üzvü ilə (o, arvadı, qızı və oğlu) orada yaşamaqdadır. Evin həcmcə böyük olmasa da ailəlikcə huzur içindədirlər. İddiaçı birinci instansiyada işə baxılarkən bir neçə dəfə iddia tələbini artırmaqla eyni zamanda iddia tələbində dəyişiklik etmişdir. Xüsusilə ilk tələb zamanı ona 40 kv metr verilməsi tələb edilərək valideynləri ilə onu bir evdə yaşamağa məcbur etmək niyyətində idilər. Lakin sonradan nə fikirləşdilərsə ona tikiləcək binada 1 otaqlı kimi 51 kv. m verməklə yaşadığı evə olan hüquqlardan məhrum edilmək bardə qərar verdilər. Bakı şəhərində yeni yaşayış massivi salınmaq məqsədilə belə bir söküntü olan ərazilərdə dövlət ehtiyacları üçün topraqların alınması zamanı xüsusi ilə kiçik kvadratlı olan evlərdə yaşayanların evlərinin söküntüsü zamanı onların gələcəkdə ailə vəziyyəti və digər halları nəzərə alaraq normal yaşayışı üçün mənzil təklif edərkən kvadrat həcmi nəzərə alınmışdır və hazırda da alınmaqdadır. Lakin iddiaçı "xxxx" MMC dövlət lahiyəsi üzrə işləri həyata keçirmədiyi üçün hazırda söküntü işi aparmış olduğu ərazilərdə onun kimi yaşayış evi az kvadratlı olan şəxslərə yuxarıda qeyd etdiyi meyarlar nəzərə alınmadan təkliflər etməkdədir. İddiaçı tərəfindən tikiləcək binada ona təklif edilən 1 otaqlı 51 kv.m olan mənzil ailəsin üçün heç bir halda uyğun deyildir. Onların təklifinə görə bir otaqda yaşamaq məcburiyyətində qalmalıdırlar. Bu hal əlbəttə ki, yaşam tarazlıqlarını pozaraq, onlara qeyri-mütənasib və həddindən artıq yük yaratmışdır. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamış nəticədə onların hüquqları kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələbi; Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarına istinad edərək qeyd edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Məhkəmənin nəzərinə çatdırır ki, yaşadığı ərazi şəhərin ərazi olaraq torpaq qiymətinə görə baha qiymətə satılan ərazilərindəndir. Buna baxmayaraq iddiaçıdan kompensasiya olaraq tərəfindən bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən ona 1 otaqlı, 51 kv.m olan mənzil təklif etdiyi halda o, onlardan sadəcə ailə vəziyyətinin və yaşayacağı evin ailə dəyərlərinə uyğun olaraq birgə yaşayış imkanlarına uyğun olması üçün 2 otaqlı, 78 kv.m-dən ibarət olan mənzilin verilməsi şərtini irəli sürmüşdür. Hesab edir ki, belə bir şərtin bazar qiymətindən olduqca yüksək bir kompensasiya tələbi kimi dəyərləndirilməsi olduqca absurddur. Məhkəmə mübahisə üzrə onun tərəfindən guya ki, iddiaçıdan bazar dəyərindən olduqca yüksək kompensasiya tələbi ilə bağlı gəlmiş olduğu qənaət də ədalətsiz və qanunsuzdur. Məhkəmə qətnamədə qeyd edir ki, yaşayış evlərinə yerində keçirilmiş müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsizdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, yaşadıqları evlər yaşayış üşün olduqca əlverişli, həyat və sağlamlıq üçün əsla təhlükəli vəziyyətdə deyildir. Hakimin sadəcə yaşayış evlərinin xarici görnüşündən görməklə bu qənaətə gəlməsi və bunu qətnamədə sübut olaraq iddiaçının tələbinin əsaslı olması kimi göstərməsi ondan xəbər verir ki, hakim açıqcasına işi birtərəfli və qeyri-obyektiv araşdırmaqla ədalətsiz və qanunsuz qətnaməsinə humanizm rəngi vurmaqdan başqa bir şey olmamışdır. Belə ki, hakimin bu hərəkətin belə görünür ki, guya o, onların insani olaraq qayğılarına qalmqla, onları olduqca qaldıqları çətin və çıxılmaz vəziyyətdən çıxarmağa çalışmışdır. Bu isə əsla belə deyildir, əslində o, öz ədalətsiz qətnaməsinə daha çox bəzək vurmağa və hüquqi don geyindirməyə çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclsında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
26. 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
27. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
28. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
29. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;
30. 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 5.3 mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
32. Maddə 6.3 dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
33. Maddə 15 yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;
34. Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir;
35. Maddə 18 mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir;
36. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
37. Maddə 152.6 hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
38. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
39. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
40. Maddə 180.4 əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
41. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
42. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
43. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.
45. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.
46. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
48. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
49. Maddə 15 yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
50. Maddə 28.1 mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
51. Maddə 28.3 müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
52. Maddə 28.4 qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırki halda qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, onun apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılır. Başqa söz qətnamə iddia tələbinin təmin edilməmis və digər cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X15 aid iddianın təmin edilməsi hissəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
63. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarının nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmış, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 5 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 201,7 m2 olan fərdi yaşayış evinin istifadəçiləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
64. İddia tələblərinə əsasən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərinin yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, həmçinin hazırki halda apellyator Əli Abbasov olduğu halda, apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə digər cavabdehlər qətnaməni mübahisələndirməmiş və yalnız qətnamədən narazı olan Cavabdeh2 istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə əsassız və qeyri-real qiymət tələb etməsi hüquqdan sui-istifadə olmaqla yanaşı müvafiq sərəncamın həyata keçirilməsinə mane olur. Bunun əksini düşünülməsi hazırkı mülki iş üzrə digər cavabdehlərin və sökülməsi müəyyən edilən həmin ərazidə yaşayan digər sakinlərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı.
65. Kollegiya hesab edir ki, hazırkı halda məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsi zaman təqdim edilmiş sübutlarla isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı və 31 mart 2022-ci il tarixli **********90 saylı məktublarından görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, sökülməsi tələb edilən Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 saylı - Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 m2 ) və 31,0 m2 yardımçı sahədən, 27,6 m2 qaraj, 39,2 m2 torpaq sahəsindən, köməkçi otaqdan (12,6 m2 ); - X11 istifadəsində olan fərdi yaşayış evi 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 m2 ) və 20,2 m2 yardımçı sahədən; - Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağından (34,7 m2 ) ibarət olmaqla, əmlakın ümumi sahəsi 201,7 m2 təşkil edir. Fərdi yaşayış evləri statusuna görə özbaşına tikililərdir. Bu halda cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X3 Bürosundan 1974–cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
66. Göründüyü kimi, cavabeh tərəf həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
67. Həmçinin o da qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımdan tərəflər yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. Hazırkı halda isə cavabdeh qeyd edilən sənədin nə əslini, nə də lazımi qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini təqdim etmişdir. Bu isə həmin sübut əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyən edilmiş halın (fərdi yaşayış evlərinin statusuna görə özbaşına tikili olmasını) aradan qaldırılması üçün əsas hesab edilə bilməz.
68. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı təşkil edir və Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
69. Kollegiya iddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehlərin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı).
70. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı)
71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X7 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007ci il 10 may tarixli Qərar).
72. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93)
73. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquqmünasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
74. Göründüyü kimi, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
75. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
76. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
77. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
78. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
79. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
80. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
81. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi).
82. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsizdir.
83. Məhkəmə kollegiyası hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə (xüsusən də apelyaytora) əlverişli təkliflər etmişdir.
84. Bundan başqa, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatı zamanı mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür.
85. Kollegiya qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə apelyatora həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
86. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir.
87. Məhkəmə kollegiyası əlavə olaraq onu da vurğulayır ki, apelyatorun istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.
88. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.
89. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır.
90. Göstərilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən apelyatorun bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir.
91. Kollegiya həmçinin onu da qeyd edir ki, cavabdehin apellyasiya icraatı zamanı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı qərarı üzrə mübahisə hazırkı tələblə oxşar olsa da, işin halları baxımından tam fərqlidir. Belə ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla cavabdehin həmin tikiliyə yalnız istifadə və sahiblik hüquqları mövcuddur.
92. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, sökülməsi tələb edilən yaşayış sahəsi vahid tikili olmaqla cavabdehlər hər biri öz ailəsi ilə həmin evdə yaşayırlar və iddiaçı tərəf yeni tikilən binada hər bir cavabdehə ayrı-ayrılıqda mənzil verilməsini təkilf edir. Kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edildiyi halda qətnamənin icrası mümkünsüz olardı. Belə ki, iddia tələbi hər bir cavabdehə münasibətdə təmin edilmiş, qətnaməni isə yalnız Cavabdeh1 mübahisələndirmişdir. Digər cavabdehlər isə qətnamə ilə razılaşmaqla həmin qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər.
93. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.