Məhkəmə qərarları › İş №2(103)-507/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC 18 iyul 2016-cı il tarixdə ********** VÖEN nömrəsi ilə AZ 1007 ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X6 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmış, qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmiş, həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 4 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4,2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli məktubuna baxılmış, həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.

5. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 aprel 2020-ci il tarixli 1576 nömrəli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nin xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4,2258 kv metr torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X6, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna baxılmış, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğun olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və daha sonra MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin X5 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən X7 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMCyə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdə olmuş, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmiş, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab verməmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 2 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 97,62 kv metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 faiz artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab verməmiş və görkəminə uyğun deyildir. Cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləmişlər. Lakin cavabdehin əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlərin istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz hərəkətlərini davam etdirməklə, faktiki olaraq hüquqdan sui-istifadə etmişlər. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmamış və onu mülkiyyətindən məhrum etməmişdir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə mütənasib təklif olmuşdur. Lakin cavabdehlər sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılmaları, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdeh X5 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X7 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMCyə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaratmışdır. Bütün bunlar onu deməyə əsas vermişdir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələ olmuşdur. Cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifə olmuş və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etməmiş, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmiş və MMC-nin belə bir niyyəti də olmamışdır, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilmiş, yəni, həmin mənzillərin qanuni sahələrindən 20 faiz əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmuşlar. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadə olmuşdur. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə etmişlər, haqsız tələblər irəli sürmüşlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehlərin hüquqdan suiistifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iddia tələbinin kirayə haqqlarının ödənilməsinin “yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ödənilməsi” ilə şərtləndirilməsi hissəsi razılaşmayaraq qeyd etmişdir ki, yaşayış binasının tikilməsi geniş məhfum olmaqla, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bildiyindən iddia tələbinin həmin hissəsi “cavabdehlərin yeni mənzil ilə təmin edilənədək” formasında təmin edilməsi ədalətli olmaqla yanaşı eyni zamanda cavabdehlərin hüquqlarının qorunmasına xidmət edəcəkdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15, 16, 18, 152, 180 və 560-cı, Mənzil Məcəlləsinin 10 və 28-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2 və 17ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evləri babası X12 tərəfindən 1954–cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974– cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamışdır. Hazırda həmin sənəd əldə edildiyi üçün apellyasiya instansiyasına təqdim edilmişdir. Məhkəmə qətnaməsi ilə faktiki olaraq mülkiyyətinin konstitusiya ilə qorunan hüquqlarından məcburi şəkildə məhrum olmuşlar. Məhkəmə qətnamədə iş üzrə gəldiyi səhv nəticələr aşağıda qeyd etdiyi əsaslarla müəyyən edilmişdir; fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması; fərdi yaşayış evlərinin özbaşına tikililər olması; fərdi yaşayış evlərinin Bakı şəhərinin müasir vəziyyətinə cavab verməməsi və görkəminə uyğun olmaması; müqavilə azadlığı prinsipinin pozulması; qeyrimütənasib və həddindən artıq yük yaradılması ilə nəticələnməsi; bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb edilməsi; yaşayış evinin istifadə üçün əlverişsiz olması. Hər bir şəxsin fundamental hüquqlarından olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu hüquqlar dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlardır. Lakin məhkəmə qeyd etdiyi hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməklə ədalətsiz şəkildə onu bu hüquqlardan faktiki məhrum etmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri qəzalı vəziyyətdə olmuşdur. Məhkəmənin mübahisəyə bu məsələdən yanaşması işin ədalətli və obyektiv həlli ilə bağlı yanaşma yox, sanki iddiaçının tələblərinin təmin olunması naminə mübahisəyə münasibəti olmuşdur. Belə ki, iddiaçı ərizəsində dəfələrlə qeyd etmişdir ki, cavabdehlərə məxsus fərdi yaşayış evləri qəzalı vəziyyətdə olduğu üçün əslində iddiaçı onların yaşayış şəraitlərini yaxşılaşdırmaq niyyəti ilə iddianın təmin olunmasını istəməkdədir. Məhkəmə də yaşayış evinin qəzalı vəziyyətdə olmasını sübut edən dəlillərin iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq bu məsələdə sadəcə iddiaçının bu tikililər barədə belə bir qənaətini sübut kimi qəbul edərək iddia tələbinin təmin olunmasında bu fakta da əsaslanmışdır. Bilindiyi kimi, hər hansı bir danışmaz əmlakın qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bu barədə rəyi olduqdan sonra həmin əmlakın qəzalı olması faktı qəbul edilir. Məhkəmə isə belə bir rəyin olmamasına baxmayaraq sökülməsi tələb edilən yaşayış evləri ilə bağlı qəzalı olması hissəsində səhv qənaətə gəlmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri özbaşına tikililər olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evləri babası X12 tərəfindən 1954– cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974–cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Sözügedən sənəddən də görünmüşdür ki, həmin ünvanda tikilmiş evlər heç də özbaşına tikililər olmamışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamış, məhkəmə də iş üzrə səthi olaraq aparmış olduğu araşdırma zamanı bu evlərin özbaşına tikili olması hissəsində də səhv qənaətə gəlmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, evlərin tikintisi 1954-cü il tarixdə həyata keçirilsə də məhkəmə 2000-ci il tarixində qəbul edilmiş Mülki qanunvericiliyin tələblərindən irəli gələn əsaslar gəlmişdir. Hazırda apellyasiya instansiyasına təqdim edilən sənəd birinci instansiyada baxılan zaman itirildiyi üçün təqdim olunmadığından sonradan tapıldığına görə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Məhkəmə qətnamədə qeyd qeyd etmişdir ki, iddiaçının bildirdiyi üzrə fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab verməmiş və görkəminə uyğun deyildir. Məhkəmənin mübahisəyə bu şəkildə də yanaşması olduqca əsassız və ədalətsiz olmuşdur. Məhkəmə qətnaməsi ilə onlar nəinki mülkiyyət hüquqlardan məhrum olunmuşlar hətta bu qətnamə ilə sonunda iddiaçı "xxxx" MMC ilə müqavilə bağlamağa məcbur edilmişlər. Belə olan halda məsələyə qanunvericiliyin müqavilə azadlığı prinsipindən baxsaq onun müqavilə bağlamaqda azad bir şəxs olduğu qənaətinə gəlinə bilməz. Hazırda yaşadığı fərdi yaşayı evi 34,7 kv metr olmasına baxmayaraq həmin evin texniki quruluşu tərəfindən dəyişdirilərək iki yaşayış otağına çevrilməklə 4 ailə üzvü ilə (o, arvadı, qızı və oğlu) orada yaşamaqdadır. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən bir neçə dəfə iddia tələbini artırmaqla eyni zamanda iddia tələbində dəyişiklik etmişdir. Xüsusilə ilk tələb zamanı ona 40 kv metr verilməsi tələb edilərək valideynləri ilə onu bir evdə yaşamağa məcbur etmək niyyətində idilər. Lakin sonradan nə fikirləşdilərsə ona tikiləcək binada 1 otaqlı kimi 51 kv metr verməklə yaşadığı evə olan hüquqlardan məhrum edilmək barədə qərar vermişlər. Bakı şəhərində yeni yaşayış massivi salınmaq məqsədilə belə bir söküntü olan ərazilərdə dövlət ehtiyacları üçün torpaqların alınması zamanı xüsusi ilə kiçik kvadratlı olan evlərdə yaşayanların evlərinin söküntüsü zamanı onların gələcəkdə ailə vəziyyəti və digər halları nəzərə alaraq normal yaşayışı üçün mənzil təklif edərkən kvadrat həcmi nəzərə alınmış və hazırda da alınmaqdadır. Lakin iddiaçı "xxxx" MMC dövlət layihəsi üzrə işləri həyata keçirmədiyi üçün hazırda söküntü işi aparmış olduğu ərazilərdə onun kimi yaşayış evi az kvadratlı olan şəxslərə yuxarıda qeyd etdiyi meyarlar nəzərə alınmadan təkliflər etməkdədir. İddiaçı tərəfindən tikiləcək binada ona təklif edilən 1 otaqlı 51 kv metr olan mənzil ailəsin üçün heç bir halda uyğun olmamışdır. Onların təklifinə görə bir otaqda yaşamaq məcburiyyətində qalmalıdırlar. Bu hal əlbəttə ki, yaşam tarazlıqlarını pozaraq, onlara qeyri-mütənasib və həddindən artıq yük yaratmışdır. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamış nəticədə onların hüquqları kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Yaşadığı ərazi şəhərin ərazi olaraq torpaq qiymətinə görə baha qiymətə satılan ərazilərdən olmuşdur. Buna baxmayaraq iddiaçıdan kompensasiya olaraq tərəfindən bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən ona 1 otaqlı, 51 kv metr olan mənzil təklif etdiyi halda o, onlardan sadəcə ailə vəziyyətinin və yaşayacağı evin ailə dəyərlərinə uyğun olaraq birgə yaşayış imkanlarına uyğun olması üçün 2 otaqlı, 78 kv metrdən ibarət olan mənzilin verilməsi şərtini irəli sürmüşdür. Məhkəmə mübahisə üzrə onun tərəfindən guya ki, iddiaçıdan bazar dəyərindən olduqca yüksək kompensasiya tələbi ilə bağlı gəlmiş olduğu qənaət də ədalətsiz və qanunsuz olmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, yaşayış evlərinə yerində keçirilmiş müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünmüşdür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Belə ki, yaşadıqları evlər yaşayış üçün olduqca əlverişli, həyat və sağlamlıq üçün əsla təhlükəli vəziyyətdə olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1945/2023 nömrəli mülki iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılmışdır. Birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş sübutlarla isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı və 31 mart 2022-ci il tarixli **********90 saylı məktublarına əsasən ünvan 4 ünvanda yerləşən yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, sökülməsi tələb edilən Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 saylı - Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr ) və 31,0 kv metr yardımçı sahədən, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv metr); - X5 istifadəsində olan fərdi yaşayış evi 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 kv metr) və 20,2 kv metr yardımçı sahədən; - Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağından (34,7 kv metr) ibarət olmaqla, əmlakın ümumi sahəsi 201,7 kv metr təşkil etmişdir. Fərdi yaşayış evləri statusuna görə özbaşına tikililər olmuşdur. Bu halda cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974–cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Cavabdeh tərəf həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Qanunvericiliyin tələbi baxımdan tərəflər yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. Hazırkı halda isə cavabdeh qeyd edilən sənədin nə əslini, nə də lazımi qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini təqdim etmişdir. Bu isə həmin sübut əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halın (fərdi yaşayış evlərinin statusuna görə özbaşına tikili olmasını) aradan qaldırılması üçün əsas hesab edilə bilməz. Cavabdehin apellyasiya icraatı zamanı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı qərarı üzrə mübahisə hazırkı tələblə oxşar olsa da, işin halları baxımından tam fərqli olmuşdur. Belə ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla cavabdehin həmin tikiliyə yalnız istifadə və sahiblik hüquqları mövcud olmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sökülməsi tələb edilən yaşayış sahəsi vahid tikili olmaqla cavabdehlər hər biri öz ailəsi ilə həmin evdə yaşamışlar və iddiaçı tərəf yeni tikilən binada hər bir cavabdehə ayrı-ayrılıqda mənzil verilməsini təklif etmişdir. Cavabdehin apellyasiya şikayəti təmin edildiyi halda qətnamənin icrası mümkünsüz olardı. Belə ki, iddia tələbi hər bir cavabdehə münasibətdə təmin edilmiş, qətnaməni isə yalnız Cavabdeh1 mübahisələndirmişdir. Digər cavabdehlər isə qətnamə ilə razılaşmaqla həmin qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 15, 16, 18, 152, 180 və 560- cı, Mənzil Məcəlləsinin 15 və 28-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1945/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 19.1 Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə qətnaməsi çıxarılana kimi Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvana Cavabdeh1 adına məhkəmə iclasının yeri və vaxtı barədə səkkiz dəfə bildiriş göndərilmiş, həmin bildirişlərin beşinin göndərilməsi barədə sənəd (reyestr) ümumiyyətlə mövcud deyildir, 3 ədəd sifarişli bildirişin təqdim olunması barədə cavabdeh tərəfindən imzalanmış qəbz və ya bildirişin kötüyü aşkar edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmişdir. 19.2 Cavabdeh1 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim etməməsinin səbəbləri kimi həmin sənədin onda olmaması, sonradan qardaşının köhnə sənədlərinin içərisindən aşkar edildiyini göstərmişdir. 19.3 Apellyasiya şikayətinə əlavə edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, həmin sənəd iddiaçının atası X8 adına olan Nəsimi rayonu 4-ya Perevalnaya küçəsi-83 ünvanda olan yaşayış evinə dair tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanlarına verilmiş sorğular isə yeni ünvana, yəni ünvan 6n üzrə yaşaşyış yerinə dair sənədlərin olması ilə əlaqədar sorğular verməmişdir. 19.4 Apellyasiya şikayətinə əlavə olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” kserosurət olduğuna görə də sübut kimi qəbul olunmaması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına görə həmin sənəd ümumiyyətlə apellyasiya məhkəməsinin tədqiqat obyekti olmamış, cavabdehə sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surətinin təqdim olunması təklif edilməmişdir. Belə olan halda həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmaması əsası ilə sübut kimi qəbul edilməməsi məhkəmənin əvvəlki mövqeyi, yəni birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmaması halı ilə ziddiyyət təşkil etmişdir. 19.5 Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin predmeti olan yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u sübut kimi qəbul etməmək qənaətinə gələrkən həmin sənədi birinci instansiya məhkəməsində təqdim edilməsinin özündən asılı olmayan səbəblərə görə mümkün olmaması barədə cavabdehin dəlillərinə tam və hərtərəfli baxmamış, Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməməsi, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin ona rəsmi verilməsinə dair sübutların olmaması, həmin sənədin məhkəməyə təqdim olunmasında cavabdehin özünün daha çox maraqlı olması kimi halları nəzərə almamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu sənədi tədqiqatdan kənarda saxlamaqla məhkəmə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. 19.6. İşdən daha sonra görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəylərinə görə mübahisənin predmeti olan Bakı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış ümumi sahəsi 201,07 kv metr, o cümlədən cavabbeh Cavabdeh1 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr) və 31,0 kv metr yardımçı sahədən, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv metr), cəmi 152,6 kv metr olması müəyyən edilmişdir. 19.7 Birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddiaçı "xxxx" MMC-nin təklif etdiyi həcmdə, yəni yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin və həmin binada 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi ilə iddia tələbini qismən təmin etmişdir. 19.8 Həmin ərazidə sökülən digər daşınmaz əmlak sahiblərinə tətbiq olunmuş 20 faiz artım nəzərə alınmadan belə Cavabdeh1 19,6 kv metr az sahə verilməsinin iddiaçı "xxxx" MMC tərəfindən əsaslandırmamasını məhkəmə nəzərə almamış, bu məsələyə diqqətsiz yanaşaraq iddia tələbini həmin həcmdə təmin etmişdir. 19.9 Göründüyü kimi Cavabdeh1 sahibliyində və istifadəsində 152,6 kv metr daşınmaz əmlakın olduğunu qəbul edən məhkəmə həmin əmlakın əvəzləşdirilməsinə dair iddiaçı "xxxx" MMC tərəfindən edilən təklifin qeyri mütənasib olmasını diqqətdən qaçırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçının 51 kv.metr verməsi də onları qane etmir. Kiçik evdən yenidən kiçik evə getmiş olur. Həyat şəraitini yaxşılaşdırmalıdırlar. 152 kv.metr əraziyə də 103 hesablayıblar. Barışığa gəlməyə onlar həmişə hazırdırlar.

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsində texniki pasportu əldə edə bilməmişdilər. Köhnə sənəd olduğu üçün tapılmır. Sonradan tapıldığı üçün apellyasiya instansiyasında təqdim ediblər. Lakin, apellyasiya instansiya məhkəməsi sübut kimi nəzərə almadı, halbuki, onlardan asılı olmayan səbəblərdən apellyasiya məhkəməsinə təqdim ediblər. Qətnamədən kassasiya şikayəti verdilər və Ali Məhkəmə həmin halın araşdırmalı olduğunu vurğulamışdır. Cavabdeh rayon məhkəməsində iştirak etməmişdir. Böyük ərazi yoxdur, tikilinin 20-30 kv.metr həyəti var o da, torpaq sahəsidir. Dövlətə məxsus olsada, bunu təsdiq edəcək sübut yoxdur. Həmin ərazidə cavabdehin gözlənilən mülkiyyət hüququ var. 19 kv.metr razılaşmayan sahə qalıb. Böyük tikinti layihəsini həyata keçirən iddiaçı üçün 19 kv.metr hesab edir ki, çox azdır. Ramazanın 2 övladı var, orada yaşamaq çox çətindir. 1 otaqlı evdə 2 övladını böyüdə bilməz. Ən azından 2 otaqlı olmalıdır ki, uşaqları böyüdə bilsin. Cavabdeh A.Əli orada yaşamışdır, torpaq onların olmuşdur. İddiaçı da onlarla razılaşmadı. Onlar böyük ərazi istəmirlər. Hesab edir ki, məhkəmədən kənar həll edə bilərlər. İddiaçının təklif etdiyi ilə razı deyil. 32.kv.metr nəzərə alınmamışdır.Gözlənilən mülkiyyət hüququ nəzərə alınmalıdır. Onlar o torpaqdan çıxmasalar da, daha sonra mülkiyyəti əldə edəcəklər.

23. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 34 kv.metr ərazi üçün onlar 50%-dən artıq veriblər. Qarşı tərəfin təqdim etdiyi sənəd rayon məhkəməsində deyil, apellyasiya məhkəməsində təqdim edilmişdir. Ali Məhkəmənin qərarını nəzərə alaraq qarşı tərəfə 130.kv.metrlik mənzil təklif ediblər.

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

26. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin evlərdən çıxarılmaları, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzillərin cavabdehlərin mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən cavabdehlərə hər ay kirayə haqqlarının ödənilməsi qət edilmişdir.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir.

33. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 27 noyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-ya Perevalnaya küçəsi 83 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş texnki pasportdan görünür ki, evin sahibi X12 olmuşdur.

34. "xxxx" MMC tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, LP-089/2022 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən əmlaka baxış keçirilərkən Cavabdeh1 məxsus fərdi yaşayış evi 2 yaşayış otağı (yaşayış sahəsi 42.2 kv.m) və 31.0 kv.m yardımçı sahədən, 27.6 kv.m qaraj, 39.2 kv.m torpaq sahəsindən, köməkçi otaqdan (12.6 kv.m) cəmi 152.6 kv.m olduğu müəyyən edilmişdir.

35. İşə baxan birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsini qət etmişdir.

36. Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, həmin ərazidə sökülən digər daşınmaz əmlak sahiblərinə tətbiq olunmuş 20 faiz artım nəzərə alınmadan belə Cavabdeh1 19,6 kv metr az sahə verilməsinin iddiaçı "xxxx" MMC tərəfindən əsaslandırmamasını məhkəmə nəzərə almamış, bu məsələyə diqqətsiz yanaşaraq iddia tələbini həmin həcmdə təmin etmişdir.

37. Digər tərəfdən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş izahatda qeyd edilir ki, birinci instansiya məhkəməsi zamanı, Cavabdeh1 məxsus olan yaşayış sahəsi 42,2 m2, 31,0 kv.m yardımçı sahə və köməkçi otağın 12,6 kv.m sahəsini hesablanmaqla ümumilikdə 85.8 kv.m təşkil etmiş, həmin sahəyə 20% əlavə etməklə 102.96 kv.m müəyyən edilmiş, lakin iddiaçı tərəfindən 103 kv.m verilməsi təklif olunmuş və bunun əsasında iddia həmin hissədə təmin edilmişdir. Mütəxəssis rəyində qeyd olunan hissədə 39,2 kv.m torpaq sahəsi yalnız ona aid olan hissə deyildir.Əslində mütəxəssis rəyində 13 kv.m düşür. Lakin Ali Məhkəmənin mövqeyini nəzərə alaraq onlar Cavabdeh1 fərdi yaşayış evinin ümumi sahəsi 85.8 kv.m sahəsinə 19,6 kv.m əlavə olunmaqla 105,4 kv.m təşkil edərək, həmin sahəyə 20 faiz əlavə edərək fərdi yaşayış evinin ümumi sahəsi 126,48 kv.m sahənin verilməli olduğu halda hal-hazırda onların layihəsində həmin ölçüdə mənzilin olmadığını nəzərə alaraq cavabdehə 130 kv.m yeni təmirli mənzilin verilməsinin mümkünkündür.

38. Göründüyü kimi hazırda iddiaçı ümumi sahəsi 103 kv metr deyil, 130 kv.m olan yeni təmirli mənzil verilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi izahatında əlavə olaraq qeyd etmişdir ki, layihə üzrə yaşayış binasında daha artıq sahəsi olan mənzilin sahəsi 179.5 kv metrdir.

39. Məhkəmə kolegiyası hesab edir ki, cavabdehə 30 kv metr sahəsi olan qaraj və ümumi sahəsi 130 kv.metr olan yeni təmirli mənzilin verilməsi əmlakın ədalətli əvəzləşdirilməsi kimi qəbul edilə bilər.

40. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi “İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilməli, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 130 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 mülkiyyətinə verilməlidir.

41. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-579/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi “İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilsin. İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 130 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 mülkiyyətinə verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş manat) manat İddiaçı MMC-dən alınaraq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar