Məhkəmə qərarları › İş №e-2(006)-533/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-533/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-533/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Əlı̇ yev Müşfı̇ q Səlı̇ mxan oğlu, Əlı̇ yev Sərdar Abbas oğlu, Əlı̇ yeva Telbəyı̇ Sərdar qızı, Əlı̇ yev Səlı̇ mxan Mehrəlı̇ oğlu, Əlı̇ yeva Əsmər Teyxan qızı, Əlı̇ yeva Sədəgül Abbas qızı, Əlı̇ yev Abbas Sərdar oğlu, Əlı̇ yev Aqı̇ l Sərdar oğluna qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1, Əlı̇ yev Müşfı̇ q Səlı̇ mxan oğlu, Əlı̇ yev Sərdar Abbas oğlu, Əlı̇ yeva Telbəyı̇ Sərdar qızı, Əlı̇ yev Səlı̇ mxan Mehrəlı̇ oğlu, Əlı̇ yeva Əsmər Teyxan qızı, Əlı̇ yeva Sədəgül Abbas qızı, Əlı̇ yev Abbas Sərdar oğlu, Əlı̇ yev Aqı̇ l Sərdar oğluna qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əlı̇ yeva Əsmər Teyxan qızının, Əlı̇ yev Sərdar Abbas oğlunun, Əlı̇ yev Abbas Sərdar oğlunun, Əlı̇ yeva Telbəyı̇ Sərdar qızının, Əlı̇ yev Aqı̇ l Sərdar oğlunun, Əlı̇ yeva Sədəgül Abbas qızının, Cavabdeh1, Əlı̇ yev Səlı̇ mxan Mehrəlı̇ oğlunun, Əlı̇ yev Müşfı̇ q Səlı̇ mxan oğlunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi 2 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Əlı̇ yeva Əsmər Teyxan qızının, Əlı̇ yev Sərdar Abbas oğlunun, Əlı̇ yev Abbas Sərdar oğlunun, Əlı̇ yeva Telbəyı̇ Sərdar qızının, Əlı̇ yev Aqı̇ l Sərdar oğlunun, Əlı̇ yeva Sədəgül Abbas qızının, Cavabdeh1, Əlı̇ yev Səlı̇ mxan Mehrəlı̇ oğlunun, Əlı̇ yev Müşfı̇ q Səlı̇ mxan oğlunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi 2 saylı fərdi yaşayış evindən çıxarılmaqla boşaldılması və sökülməsi; "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 130 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin Əlı̇ yeva Əsmər Teyxan qızının mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən cavabdeh Əlı̇ yeva Əsmər Teyxan qızına hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Hazırda tərəflərin məhkəmənin çağırışına gəlməmələri iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanıması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "Pilot-16" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Əlı̇ yev Müşfı̇ q Səlı̇ mxan oğlu, Əlı̇ yev Sərdar Abbas oğlu, Əlı̇ yeva Telbəyı̇ Sərdar qızı, Əlı̇ yev Səlı̇ mxan Mehrəlı̇ oğlu, Əlı̇ yeva Əsmər Teyxan qızı, Əlı̇ yeva Sədəgül Abbas qızı, Əlı̇ yev Abbas Sərdar oğlu, Əlı̇ yev Aqı̇ l Sərdar oğluna qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar