Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2670/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinin sökülməsi, evdən çıxarılma, kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, ki rayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1945/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Abbasov Əli Baba oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı MMC 18 iyul 2016-cı il tarixdə ********** VÖEN nömrəsi ilə AZ 1007 ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X5 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayı ş binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmış, qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmiş, həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz edilmədiyi bild irilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 4 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qarda şları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4,2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 nömrəli məktubuna baxılmış, həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir.
5. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 17 aprel 2020-ci il tarixli 1576 nömrəli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nin xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020ci il tarixli 20/18 saylı ciz giyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4,2258 kv metr torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə u yğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X5, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).
7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 nömrəli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəz ərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna baxılmış, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğun olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və daha sonra MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin X4 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikil ənədək "xxxx" MMC tərəfindən X6 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan yeni təmirli mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv metr sahəsi olan qarajın Ca vabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əh əng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdə olmuş, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmiş, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab verməmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sa kinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 84-ə yaxın ailə köçürülmüşdür. Bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 2 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 97,62 kv metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 faiz artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab verməmiş və görkəminə uyğun deyildir. Cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənləri nəzərə alaraq mənz illərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləmişlər. Lakin cavabdehin əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlərin istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz hərəkətlərini davam etdirməklə, faktiki olaraq hüquqdan sui-istifadə etmişlər. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada p ozmamış və onu mülkiyyətindən məhrum etməmişdir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə mütənasib təklif olmuşdur. Lakin cavabdehlər sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar.
10. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəfin təklif etdi yi şərtlərlə razı deyildir. Şirkətin təklif etdiyi mənzilin sahəsi onları qane etməmişdir. Şirkət tərəfindən daha böyük sahə ilə təmin olunacaqları təqdirdə, habelə onlara ödəniləcək kirayə haqları artırılacağı təqdirdə razılıq əldə oluna bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 3 mart 2022-ci il tarixli LP-071/2022 nömrəli mütəxəssis rəyinə əsasən mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı Bakı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı faktiki ölçüsünü müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək ölçü işləri aparılmış, fərd i yaşayış evinin ümumi sahəsi 201,09 kv metr təşkil etmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı məktubuna əsasən ünvan 4 ünvanda yerləşən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 31 mart 2022-ci il tarixli **********90 saylı məktubuna əsasən ünvan 4 binada yerləşən mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
14. Məhkəmə tərəfindən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən əmlaka 29 aprel 2022-ci il tarixdə yerli baxış keçirilərkən fərdi yaşayış evinin 3 hissədən ibarət o lması, həmin evlərdə Cavabdeh2, atasının və əmisinin ayrı-ayrılıqda yaşaması müəyyən edilmişdir. Lakin ekspert rəy tərtib edərkən, evin yalnız iki hissəsini nəzərə almış, evin digər hissəsinə öz rəyində münasibət bildirməmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 17 iyun 2022-ci il tarixli LP-089/2022 nömrəli mütəxəssis rəyinə əsasən mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı Bakı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı faktiki ölçüsünü müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək ölçü işləri aparılmış, Cavabdeh1 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr) və 31,0 kv metr yardımçı sahədən, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv metr) ibarət olduğu; X6 məxsus fərdi yaşayış evinin 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 kv metr) və 20,2 kv metr yardımçı sahədən ibarət olduğu; Cavabdeh2 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağından (34,7 kv metr) ibarət olduğu məlum olmuşdur. Ümumilikdə isə, Bakı şəhəri ünvan 2 ünvanda yerləşən əmlakın ümumi sahəsi 201,7 kv metr təşkil etmişdir. Cavabdeh1 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, X6 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 450 manat, Cavabdeh2 məxsus fərdi yaşayış evinin orta aylıq kirayə qiyməti 300 manat təşkil etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-579/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X8 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılmaları, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdeh X4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X6 hər ay 450 manat kirayə haqqının ödəni lməsi, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan h issədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən i şlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaratmışdır. Bütün bunlar onu deməyə əsas vermişdir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələ olmuşdur. Cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifə olmuş və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etməmiş, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür.
19. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmiş və MMCnin belə bir niyyəti də olmamışdır, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilmiş, yəni, həmin mənzillərin qanuni sahələrindən 20 faiz əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olmuşlar. Bu isə cavabdehin istifadəsi ndə olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.
20. Cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadə olmuşdur. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə etmişlər, haqsız tələblər irəli sürmüşlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzil lərinə köçmələrini gözlədikləri halda cavabdehlərin hüquqdan suiistifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
21. Məhkəmə iddia tələbinin kirayə haqqlarının ödənilməsinin “yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ödənilməsi” ilə şərtləndirilməsi hissəsi razılaşmayaraq qeyd etmişdir ki, yaşayış binasının tikilməsi geniş məhfum olmaqla, cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnə bildiyindən iddia tələbinin həmin hissəsi “cavabdehlərin yeni mənzil ilə təmin edilənədək” formasında təmin edilməsi ədalətli olmaqla yanaşı eyni zamanda cavabdehlərin hüquqlarının qorunmasına xidmət edəcəkdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15, 16, 1 8, 152, 180 və 560-cı, Mənzil Məcəlləsinin 10 və 28-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2 və 17ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evləri babası X9 tərəfindən 1954–cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974–cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etm ək mümkün olmamışdır. Hazırda həmin sənəd əldə edildiyi üçün apellyasiya instansiyasına təqdim edilmişdir. Məhkəmə qətnaməsi ilə faktiki olaraq mülkiyyətinin konstitusiya ilə qorunan hüquqlarından məcburi şəkildə məhrum olmuşlar. Məhkəmə qətnamədə iş üzrə gəldiyi səhv nəticələr aşağıda qeyd etdiyi əsaslarla müəyyən edilmişdir; fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması; fərdi yaşayış evlərinin özbaşına tikililər olması; fərdi yaşayış evlərinin Bakı şəhərinin müasir vəziyyətinə cavab verməməsi və görkəminə uyğun olmaması; müqavilə azadlığı prinsipinin pozulması; qeyri-mütənasib və həddindən artıq yük yaradılması ilə nəticələnməsi; bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb edilməsi; yaşayış evinin istifadə üçün əlverişsiz olması. Hər bir şəxsin fundamental hüquqlarından o lan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu hüquqlar dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlardır. Lakin məhkəmə qeyd etdiyi hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməklə ədalətsiz şəkildə onu bu hüquqlardan faktiki məhrum etmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri qəzalı vəziyyətdə olmuşdur. Məhkəmənin mübahisəyə bu məsələdən yanaşması işin ədalətli və obyektiv həlli ilə bağlı yanaşma yox, sanki iddiaçının tələblərinin təmin olunması naminə mübahisəyə münasibəti olmuşdur. Belə ki, iddiaçı ərizəsində dəfələrlə qeyd etmişdir ki, cavabdehlərə məxsus fərdi yaşayış evləri qəzalı vəziyy ətdə olduğu üçün əslində iddiaçı onların yaşayış şəraitlərini yaxşılaşdırmaq niyyəti ilə iddianın təmin olunmasını istəməkdədir. Məhkəmə də yaşayış evinin qəzalı vəziyyətdə olmasını sübut edən dəlillərin iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq bu məsələdə sadəcə iddiaçının bu tikililər barədə belə bir qənaətini sübut kimi qəbul edərək iddia tələbinin təmin olunmasında bu fakta da əsaslanmışdır. Bilindiyi kimi, hər hansı bir danışmaz əmlakın qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bu barədə rəyi olduqdan sonra həmin əmlakın qəzalı olması faktı qəbul edilir. Məhkəmə isə belə bir rəyin olmamasına baxmayaraq sökülməsi tələb edilən yaşayış evləri ilə bağlı qəzalı olması hissəsində səhv qənaətə gəlmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, sökülməsi tələb edilən fərdi yaşayış evləri özbaşına tikililər olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evləri babası X9 tərəfindən 1954–cü ildə tikilmişdir. O həmin fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974–cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” almışdır. Sözügedən sənəddən də görünmüşdür ki, həmin ünvanda tikilmiş evlər heç də özbaşına tikililər olmamışdır. Tərəflərindən 1-ci instansiyada işə baxılan zaman həmin sənədi əldə edə bilmədiyi üçün məhkəməyə təqdim etmək mümkün olmamış, məhkəmə də iş üzrə səthi olaraq aparmış olduğu araşdırma zamanı bu evlərin özbaşına tikili olması hissəsində də səhv qənaətə gəlmişdir. Cavabdeh onu da qeyd etmişdir ki, evlə rin tikintisi 1954-cü il tarixdə həyata keçirilsə də məhkəmə 2000-ci il tarixində qəbul edilmiş Mülki qanunvericiliyin tələblərindən irəli gələn əsaslar gəlmişdir. Hazırda apellyasiya instansiyasına təqdim edilən sənəd birinci instansiyada baxılan zaman itirildiyi üçün təqdim olunmadığından sonradan tapıldığına görə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Məhkəmə qətnamədə qeyd qeyd etmişdir ki, iddiaçının bildirdiyi üzrə fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab verməmiş və görkəminə uyğun deyildir. Məhkəmənin mübahisəyə bu şəkildə də yanaşması olduqca əsassız və ədalətsiz olmuşdur. Məhkəmə qətnaməsi ilə onlar nəinki mülkiyyət hüquqlardan məhrum olunmuşlar hətta bu qətnamə ilə sonunda iddiaçı "xxxx" MMC ilə müqavilə bağlamağa məcbur edilmişlər. Belə ol an halda məsələyə qanunvericiliyin müqavilə azadlığı prinsipindən baxsaq onun müqavilə bağlamaqda azad bir şəxs olduğu qənaətinə gəlinə bilməz. Hazırda yaşadığı fərdi yaşayı evi 34,7 kv metr olmasına baxmayaraq həmin evin texniki quruluşu tərəfindən dəyişdirilərək iki yaşayış otağına çevrilməklə 4 ailə üzvü ilə (o, arvadı, qızı və oğlu) orada yaşamaqdadır. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən bir neçə dəfə iddia tələbini artırmaqla eyni zamanda iddia tələbində dəyişiklik etmişdir. Xüsusilə ilk tələb zamanı ona 40 kv metr verilməsi tələb edilərək valideynləri ilə onu bir evdə yaşamağa məcbur etmək niyyətində idilər. Lakin sonradan nə fikirləşdilərsə ona tikiləcək binada 1 otaqlı kimi 51 kv metr verməklə yaşadığı evə olan hüquqlardan məhrum edilmək barədə qərar vermişlər. B akı şəhərində yeni yaşayış massivi salınmaq məqsədilə belə bir söküntü olan ərazilərdə dövlət ehtiyacları üçün torpaqların alınması zamanı xüsusi ilə kiçik kvadratlı olan evlərdə yaşayanların evlərinin söküntüsü zamanı onların gələcəkdə ailə vəziyyəti və digər halları nəzərə alaraq normal yaşayışı üçün mənzil təklif edərkən kvadrat həcmi nəzərə alınmış və hazırda da alınmaqdadır. Lakin iddiaçı "xxxx" MMC dövlət layihəsi üzrə işləri həyata keçirmədiyi üçün hazırda söküntü işi aparmış olduğu ərazilərdə onun kimi yaşayış evi az kvadratlı olan şəxslərə yuxarıda qeyd etdiyi meyarlar nəzərə alınmadan təkliflər etməkdədir. İddiaçı tərəfindən tikiləcək binada ona təklif edilən 1 otaqlı 51 kv metr olan mənzil ailəsin üçün heç bir halda uyğun olmamışdır. Onların təklifinə görə bir otaqda yaşamaq məc buriyyətində qalmalıdırlar. Bu hal əlbəttə ki, yaşam tarazlıqlarını pozaraq, onlara qeyri-mütənasib və həddindən artıq yük yaratmışdır. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamış nəticədə onların hüquqları kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Yaşadığı ərazi şəhərin ərazi olaraq torpaq qiymətinə görə baha qiymətə satılan ərazilərdən olmuşdur. Buna baxmayaraq iddiaçıdan kompensasiya olaraq tərəfindən bazar qiymətinə uyğun kompensasiya tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən ona 1 otaqlı, 51 kv metr olan mənzil təklif etdiyi halda o, onlardan sadəcə ailə vəziyyətinin və yaşayacağı evin ailə dəyərlərinə uyğun olaraq birgə yaşayış imkanlarına uyğun olması üçün 2 otaqlı, 78 kv metrdən ibarət olan mənzilin verilməsi şərtini irəl i sürmüşdür. Məhkəmə mübahisə üzrə onun tərəfindən guya ki, iddiaçıdan bazar dəyərindən olduqca yüksək kompensasiya tələbi ilə bağlı gəlmiş olduğu qənaət də ədalətsiz və qanunsuz olmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, yaşayış evlərinə yerində keçirilmiş müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünmüşdür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsiz olmuşdur. Belə ki, yaşadıqları evlər yaşayış üçün olduqca əlverişli, həyat və sağlamlıq üçün əsla təhlükəli vəziyyətdə olmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1945/2023 nömrəli mülki iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İma nov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışınski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmışdır.
27. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyin məhz işdə olan sübutlar əsasında yoxlanılmışdır. Birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş sübutlarla isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 mart 2022-ci il tarixli **********60 saylı və 31 mart 2022-ci il tarixli **********90 sa ylı məktublarına əsasən ünvan 4 ünvanda yerləşən yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, sökülməsi tələb edilən Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 saylı Cavabdeh1 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr ) və 31,0 kv metr yardımçı sahədən, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəsindən, köməkçi otaqdan (12,6 kv metr); - X4 istifadəsində olan fərdi yaşayış evi 3 yaşayış otağından (yaşayış sahəsi 73,6 kv metr) və 20,2 kv metr yardımçı sahədən; Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi 2 yaşayış otağından (34,7 kv metr) ibarət olmaqla, əmlakın ümumi sahəsi 201,7 kv metr təşkil etmişdir. Fərdi yaşayış evləri statusuna görə özbaşına tikililər olmuşdur. Bu halda cavabdeh tərəfindən apellyasiya şikayətinə əl avə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X2 Bürosundan 1974–cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” hazırkı halda əsaslı sübut hesab edilə bilməz.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
29. Həmçinin o da qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımdan tərəflər yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. Hazırkı halda isə cavabd eh qeyd edilən sənədin nə əslini, nə də lazımi qaydada təsdiq olunmuş surətini deyil, kserosurətini təqdim etmişdir. Bu isə həmin sübut əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halın (fərdi yaşayış evlərinin statusuna görə özbaşına tikili olmasını) aradan qaldırılması üçün əsas hesab edilə bilməz.
30. Apellyasiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, cavabdehin apellyasiya icraatı zamanı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı qərarı üzrə mübahisə hazırkı tələblə oxşar olsa da, işin halları baxımından tam fərqli olmuşdur. Belə ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla cavabdehin həmin tikiliyə yalnız istifadə və sahiblik hüquqları mövcud olmuşdu r.
31. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sökülməsi tələb edilən yaşayış sahəsi vahid tikili olmaqla cavabdehlər hər biri öz ailəsi ilə həmin evdə yaşamışlar və iddiaçı tərəf yeni tikilən binada hər bir cavabdehə ayrı-ayrılıqda mənzil verilməsini təklif etmişdir. Cavabdehin apellyasiya şikayəti təmin edildiyi halda qətnamənin icrası mümkünsüz olardı. Belə ki, iddia tələbi hər bir cavabdehə münasibətdə təmin edilmiş, qətnaməni isə yalnız Cavabdeh1 mübahisələndirmişdir. Digər cavabdehlər isə qətnamə ilə razılaşmaqla həmin qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 15, 16, 18, 152, 180 və 560cı, Mənzil Məcəlləsinin 15 və 28-ci maddələ rinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur.
35. Əlavə olaraq cavabdeh Əli Abbasov qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı işə sədrlik etməklə baxan hakimi (Azad İmanov) eyni predmet, eyni əsaslarla və eyni iddiaçı olan İddiaçı MMC və digər şəxslər arasında olan mübahisə üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il ta rixli 2(006)- 789/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxarkən o, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, xx.xx.2022-ci il tarixli, 2(103)-6520/2022 saylı yeni qətnamə qəbul etmiş, yeni qətnamədə məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırkı iş üzrə iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırkı işdən də görünmüşdür ki, iddiaçı cavabdehlərlə belə bir razılıq əldə etməmişdir. Eyni zamanda apellyasiya məhkəməsi əvvəlki mübahisə üzrə belə bir qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlər in iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin (hakim Azad İmanovun sədliyi ilə) xx.xx.2022-ci il tarixli, 2(103)-6520/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmişdir. Eyni kateqoriyalı işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşması istiqamətində irəliləyən bir dövrdə necə olur ki, hakim eyni mübahisə üzrə iki fərqli fikir nümayiş etdirməyə çalışmışdır. Hakim eyni mübahisə üzrə özünün gə lmiş olduğu bu təzadlı iki fikrinə hazırkı mübahisə üzrə qəbul etmiş olduğu qətnaməsində belə bir münasibət bildirərək qeyd etmişdir ki, guya, cavabdehin apellyasiya icraatı zamanı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-497/2023 saylı qərarı üzrə mübahisə hazırkı tələblə oxşar olsa da, işin halları baxımından tam fərqli olmuşdur. Belə ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olmaqla cavabdehin həmin tikiliyə yalnız istifadə və sahiblik hüquqları mövcud olmuşdur. Hakimin bu fikri tamamilə əsassız olmuşdur. Belə ki, əksinə onun əvvəlki baxmış olduğu mülki mübahisə üzrə sökülməsi tələb olunan tikili özbaşına tikili olsa da hazırkı mübahisə üzrə tikiliyə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazir liyi X2 Bürosundan 1974-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u mövcud olmuşdur. Bundan əlavə, əvvəlki baxmış olduğu iş üzrə hakim cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüququndan suiistifadə kimi qiymətləndirilə bilməməsi qənaətinə gəldiyi halda hazırkı mübahisə üzrə isə cavabdehlərin iddiaçı ilə razılığa gəlməmələrini öz mülkiyyətlərindən sui-istifadə etmələri kimi qiymətləndirmişdir. Hakim işin araşdırlmasına səthi yanaşmaqla, maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
36. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5 və Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formal arda suiistifadə edilməsinə yol verilmir.
41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərba ycan Respublikası Qanunu
45. Maddə 8.0.5-ci 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kassasiya baxışının h Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
52. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələ binə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Abbasov Əli Baba oğlu tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Abbasov Əli Baba oğlunun kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı əsaslara görə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
58. Belə ki, iddianın qismən olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti olan ünvan 4 ünvanda yerləşən yaşayış evi özbaşına tikilidir, həmin evin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr ) və 31,0 kv metr yardımçı sahə, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəsi və köməkçi otaqdan (12,6 kv metr) ibarət sahə Cavabdeh1 sahibliyində və istifadəsindədir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilməmiş, məhkəmənin sorğusuna daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş cavablara görə də həmin ünvanda evin qeydiyyata alınmasına dair məlumat mövcud olmamışdır. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” isə kserosurət olmaqla bərabər birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını cavabdeh əsaslandıra bilmədiyinə görə sübut kimi qəbul oluna bilməz.
59. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə qətnaməsi çıxarılana kimi Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 83 ünvana Cavabdeh1 adına məhkəmə iclasının yeri və vaxtı barədə səkkiz dəfə bildiriş göndərilmiş, həmin bildirişlərin beşinin göndərilməsi barədə sənəd (reyestr) ümumiyyətlə mövcud deyildir, 3 ədəd sifarişli bildirişin təqdim olunması barədə cavabdeh tərəfindən imzalanmış qəbz və ya bildirişin kötüyü aşkar edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmişdir.
60. Cavabdeh1 “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim etməməsinin səbəbləri kimi həmin sənədin onda olmaması, sonradan qardaşının köhnə sənədlərinin içərisindən aşkar edildiyini göstərmişdir.
61. Apellyasiya şikayətinə əlavə edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, həm in sənəd iddiaçının atası X7 adına olan Nəsimi rayonu 4-ya Perevalnaya küçəsi-83 ünvanda olan yaşayış evinə dair tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanlarına verilmiş sorğular isə yeni ünvana, yəni ünvan 7n üzrə yaşaşyış yerinə dair sənədlərin olması ilə əlaqədar sorğular verməmişdir.
62. Apellyasiya şikayətinə əlavə olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” kserosurət olduğuna görə də sübut kimi qəbul olunmaması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına görə həmin sənəd ümumiyyətlə apellyasiya məhkəməsinin tədqiqat obyekti olmamış, cavabdehə sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surətinin tə qdim olunması təklif edilməmişdir. Belə olan halda həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmaması əsası ilə sübut kimi qəbul edilməməsi məhkəmənin əvvəlki mövqeyi, yəni birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim olunmaması halı ilə ziddiyyət təşkil etmişdir.
63. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin predmeti olan yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u sübut kimi qəbul etməmək qənaətinə gələrkən həmin sənədi birinci instansiya məhkəməsində təqdim edilməsinin özündən asılı olmayan səbəblərə görə mümkün olmaması barədə cavabdehin dəlillərinə tam və hərtərəfli baxmamış, Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməməsi, məhkəmə iclaslarının yer i və vaxtı barədə bildirişlərin ona rəsmi verilməsinə dair sübutların olmaması, həmin sənədin məhkəməyə təqdim olunmasında cavabdehin özünün daha çox maraqlı olması kimi halları nəzərə almamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu sənədi tədqiqatdan kənarda saxlamaqla məhkəmə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
64. İşdən daha sonra görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəylərinə görə mübahisənin predmeti olan Bakı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış ümumi sahəsi 201,07 kv metr, o cümlədən cavabbeh Cavabdeh1 məxsus fərdi yaşayış evinin 2 yaşayış otağı (yaşayış sahəsi 42,2 kv metr) və 31,0 kv metr yardımçı sahədən, 27,6 kv metr qaraj, 39,2 kv metr torpaq sahəs indən, köməkçi otaqdan (12,6 kv metr), cəmi 152,6 kv metr olması müəyyən edilmişdir.
65. Birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iddiaçı "xxxx" MMC-nin təklif etdiyi həcmdə, yəni yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv metr ümumi sahəsi olan təmirli yeni mənzilin və həmin binada 30 kv metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi ilə iddia tələbini qismən təmin etmişdir.
66. Həmin ərazidə sökülən digər daşınmaz əmlak sahiblərinə tətbiq olunmuş 20 faiz artım nəzərə alınmadan belə Cavabdeh1 19,6 kv metr az sahə verilməsinin iddiaçı "xxxx" MMC tərəfindən əsaslandırmamasını məhkəmə nəzərə almamış, bu məsələyə diqqətsiz yanaşaraq iddia tələbini həmin həcmdə təmin etmişdir.
67. Göründüyü kimi Cavabdeh1 sahibliyində və istifadəsində 152,6 kv metr daşınmaz əmlak ın olduğunu qəbul edən məhkəmə həmin əmlakın əvəzləşdirilməsinə dair iddiaçı "xxxx" MMC tərəfindən edilən təklifin qeyri mütənasib olmasını diqqətdən qaçırmışdır.
68. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1945/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.