Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1879/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: icarə üzrə hüquq münasibətlərinə xitam verilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)325/2024 nömrəli qətnaməsindən verilmiş hər iki tərəfin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıd akıları müəyyən etmişlər: 2. xx.xx.2021-ci il tarixdə İddiaçı qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 402,7 kv.m olan qeyri-yaşayış sahəsinə (bundan sonra – obyekt) dair sonuncunun adından Cavabdeh ilə notarial qaydada icarə müqaviləsi bağlamışdır;
3. Həmin müqavilədə icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş, icarə haqqının 2000 manat müəyyən edilməklə hər ayın 1-dən gec olmayaraq icarəyəverənə ödənilməsi, müqavilənin ləğv edilməsinin 1 ay qabaqdan tərəflərin yazılı ərizəsi əsasında həyata keçirilməli olması, o cümlədən icarəçinin icarəyəverənin razılığı olmadan obyektdə təmir-tikinti işləri apara bilməməsi barədə şərtlər də qeyd olunmuşdur; 4. 16.06.2023-cü il tarixdə obyektin mülkiyyətçisi dəyişmiş, əmlak hazırkı iş üzrə İddiaçı mülkiyyətinə keçmişdir; 5. “İcarə müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2023-cü il tarixli bildirişə əsasən tərəflər arasında anlaşılmazlıqlar yarandığına görə, cavabdeh icarəyə götürdüyü qeyriyaşayış sahəsini xx.xx.2023-cü il tarixdən boşaldacağı barədə iddiaçını məlumatlandırmışdır; 6. xx.xx.2024-cü il tarixli akt əsasında obyekt iddiaçıya təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu zərərə görə 10546 manat, icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22516 manat olmaqla, cəmi 33062 manat və 190 manat məhkəmə xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, obyekt cavabdehə tam təmirli vəziyyətdə icarəyə verilmişdir. C avabdeh qeyri-yaşayış sahəsində bir sıra təmir və yenidənqurma işləri apararaq obyektin təmirini yararsız hala salmış, əmlaka 10546 manat dəyərində zərər vurmuşdur. Dəyən ziyanı təsdiq edən hesabat iş materialına əlavə olunmuşdur.Halbuki, müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləri apara bilməzdi.Bu səbəbdən cavabdehlə aralarında mübahisə olmuş, zərər vurulan hissələrin təmir olunması tələb olunsa da, cavabdeh tələbi yerinə yetirməmişdir.Baş verən mübahisələrdən sonra obyektin icarə haqqının xx.xx.2023-cü il tarixədək hesablanaraq ödənilməsi və cavabdehin obyekti təhvil verməsi tələb olunsa da, cavabdeh obyektdən çıxmamış və icarə haqqını həmin tarixdən xx.xx.2024-cü ilədək ödəməmişdir. Belə ki, cavabdeh noyabr ayını n 5 günü, dekabr ayını tam, yanvar ayının isə 16 gününü, ümumilikdə 52 günün icarə haqqını ödəməkdən qəsdən yayınmışdır.
9. Ağdam Rayon Məhkəməsinin 2(013)-1172/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Mahir Niftəliyev).
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı obyekti qardaşının adından xx.xx.2021-ci ildən cavabdehin icarəsinə verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin obyekti xx.xx.2024-cü il tarixə qədər istifadəsində saxlamış, 52 gün üçün müqavilə üzrə hesablanan 22516 manat məbləği ödəməyərək öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur.
11. Həmçinin, cavabdeh obyektdə iddiaçının razılığı olmadan dəyişikliklər apararaq sonuncunun əmlakına 10.546 manat məbləğində ziyan vurmuşdur. Belə olan halda cavabdeh vurduğu 10.546 manat zərərin əvəzini ödəməlidir.
12. Məhkəmə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 385.1, 386.1, 675, 684.1, 697.2, 697.4, 700.1, 700.2, 700.3, 704.1, 705, 1096, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə də istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyator şikayətini belə əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfin sübutları olmadan işə birtərəfli qaydada baxmış, iddiaçının verdiyi izahata əsaslanaraq iddia tələbini təmin etmişdi r. Halbuki, xx.xx.2021-ci il tarixli müqavilənin 8-ci bəndinə müvafiq olaraq noyabr ayı üçün ödəniş edilmiş və 1 ay əvvəlcədən, yəni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada məlumat verilməklə icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə bildiriş göndərilmişdir. Buna baxmayaraq iddiaçı müqavilə öhdəliklərini pozaraq obyektin açarlarını təhvil almamışdır. Bununla bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir.
15. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin iclasları cavabdehin iştirakının təmin edilməsi üçün 4 dəfə təxirə salınsa da, o iştirak etməmişdir. Həmçinin, iddiaçıya cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi barədə hər hansı yazılı, yaxud şifahi bildiriş təqdim edilməmişdir. İddiaçı dəfələrlə obyektin təhvil verilməsi üçün müraciət etmiş, vəkili ilə birlikdə cavabdehin Məmməd Araz küçəsində işlətdiyi digər obyektə gedərək açarların təhvil verilməsini tələb etmişdir. Lakin cavabdeh obyekti öz vəkilinin iştirakı ilə təhvil verəcəyini bildirərək məsələni qəsdən uzatmışdır.
16. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildə notarial qaydada müqavilə bağlanmış, 2022-ci ildə bağlanan müqavilə isə notarial olmamışdır. O, ikinci müqaviləni imzalasa da, göstərilən bəndlərdən xəbəri olmamışdır. Belə ki, iddiaçı obyekti ona ucuz verdiyini bildirərək, digər şəxslərə daha yuxarı qiymətə icarəyə verdiyini göstərmək üçün yeni müqavilə bağlamağı xahiş etmiş, o da razılaşmışdır. Hər iki müqavilə üzrə iddiaçıya aylıq 13000 manat ödəniş edilmişdir. 2023-cü ilin oktyabrın sonunda məlumat verilməklə, noyabrın 1-i iddiaçıya bildiriş təqdim edib, ayın 25-i obyektdən çıxmışlar. Obyekti isə icarə müqaviləsi bitəndən sonra təmir etmişlər. Obyektdən çıxdıqdan sonra, iddiaçı bildirmişdir ki, sütunlar rənglənməlidir. Bunun üçün 10 gün də vaxt vermişdir. Təmir edildikdən sonra iddiaçıya məlumat verilmiş, o isə bir neçə gün sonra gələrək başqa işləri də tapşırmış və bu qaydada təhvil-təslimi uzatmışdır. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə səbəb aylıq icarə haqqının iddiaçı tərəfindən qaldırılması olmuşdur. Belə ki, mağazada mal çox olduğu üçün yerləşmirdi. İddiaçı isə təklif etdi ki, zirzəmini təmir edib malları ora yığaq. Zirzəminin təmiri üçün 7000 manat xərc çəkib hazır vəziyyətə gətirəndən sonra iddiaçı bildirmişdir ki, həmin yer ü çün də icarə haqqı ödəməliyik. İddiaçıya obyekti təhvil verəndən sonra, yanvar ayınədək heç kəs oranı yenidən icarəyə götürmədi.İddiaçı açarı gec təhvil almaqla həmin iki ayın pulunu bizdən almaq istəyir ki, obyektin işləməməsi onun ziyanına olmasın.Obyektdə aparılmış bütün təmir işlərinin videogörüntüsü də mövcuddur. Təmir olunmayan sanitar qovşağı və divarın müəyyən hissədir ki, onu da iddiaçı özü xahiş etmişdi ki, nəmişlik olduğu üçün təmir faydasız ola bilər, ona görə də təmiri özü etsin. Yoxsa ki, 420 kv.m ərazisi olan obyekti təmir edildiyi halda, bircə sanitar qovşağın təmir edilməməsi məntiqli görsənmir. 20 günə yaxın müddətdə obyektdə təmir işləri aparılmışdır.Bununla bərabər, iddiaçı ilə bağlanan icarə müqaviləsində obyektin təhvil verilərkən təmir edilməli olması barədə hər ha nsı müddəa da olmamışdır. İddiaçı obyektə açarları təhvil almaq üçün gəlməmişdir, gəlsə idi, verərdilər. Halbuki dəfələrlə açarları təhvil vermək üçün zəng etmişlər.
17. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən hər hansı təmir işi görülməmişdir, təmir adı altında müddət uzadılmışdır. Sadəcə zirzəmidə olan dağılmış hissə ilə bağlı təklif edilmişdir ki, oradan istifadə etdikləri üçün təmir etsinlər. Cavabdeh isə təmirin onlara aid olan məsələ olmadığını bildirmişdir. 2023-cü ilin noyabr ayının 15-də cavabdeh bildirmişdir ki, obyektdən çıxır. O isə etiraz etməmişdir. xx.xx.2023-cü ildə obyektdən çıxsalar da, obyekti tam təhvil vermədilər. Cavabdehin onun ünvanına bildiriş göndərməsi barədə qəbzdə kuryer tərəfindən imza yoxdur.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx.xx.2025-ci il tarixli, 2(104)325/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən icarə müqaviləsi üzrə 52 gün üçün ödənilməmiş 22516 manat pulun və 190 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməyərək, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Cavadova - sədrlik edən və məruzəçi, İslam Həsənov və Loğman Süleymanov).
19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında yazılı formaya riayət etməklə bağlanmış icarə müqavilələrində aylıq icarə haqqı müvafiq olaraq 2000 manat və 15000 manat qeyd olunsa da, icarədar olan cavabdeh, icarə müddəti ərzində hər ay iddiaçıya 13000 manat icarə haqqı ödəmişdir.
20. Hazırda t ərəflər arasında mübahisə doğuran hal, 2023-cü ilin noyabr ayının 25-dən 2024-cü ilin yanvar ayının 17-dək icarə haqqının ödənilməli olması ilə bağlıdır. İddiaçı bildirir ki, obyektə dair təhvil-təslim aktı xx.xx.2024-cü il tarixdə tərtib olunduğundan və o, əmlakını həmin tarixdə cavabdehdən təhvil aldığından, cavabdeh 52 gün üçün icarə haqqı ödəməlidir. Cavabdeh isə bildirir ki, onun tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş və həmin bildirişdə onunla iddiaçı arasında olan icarə münasibətlərinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini qeyd etmişdir.
21. Məhkəmə bununla bağlı bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “icarə müqaviləsinə xitam verilməsi” adlı xx.xx.2023-cü il tarixli bildirişdə tərəflər arasında anlaşılmazlıqlar yarandığına gö rə, cavabdehin obyekti xx.xx.2023-cü il tarixdən boşaldacağı barədə iddiaçını məlumatlandırması göstərilmişdir. Məhkəməyə təqdim olunmuş “Mega Ekspress” poçt xidmətinin 363458 №-li qəbzindən görünür ki, cavabdehin iddiaçıya ünvanladığı həmin bildiriş xx.xx.2023-cü il tarixdə poçt xidməti tərəfindən qəbul edilmiş, lakin icarə müqavilələrində iddiaçının ünvanı kimi göstərilmiş ünvan 3lı olması səbəbindən bildiriş ünvan sahibinə təqdim olunmamışdır.
22. Göründüyü kimi, bildiriş iddiaçıya çatdırılmasa da, iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ona icarə münasibətlərinin davam etdirməyəcəyini və obyekti xx.xx.2023-cü il tarixdə boşaldacağını şifahi qaydada bildirmişdir.
23. Məhkəmə qeyd edilənlər əsasında bu nəticəyə gəlmişdir ki, cavabdeh müqaviləyə xitam vermək niyyətində olması barədə iddiaçıya yazılı bildiriş göndərmiş, habelə onu bu barədə şifahi məlumatlandırmış və xx.xx.2023-cü il tarixdən obyektdən faktiki istifadə etməmişdir.
24. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya hər hansı maneələr törədilmədiyi halda, sonuncu icarə obyektini xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə təhviltəslim aktı tərtib edərək qəbul etmişdir.
25. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, cavabdehin icarə öhdəlikləri, o cümlədən, icarə haqqı ödəmək öhdəliyi xx.xx.2023-cü il tarixdən bitmişdir. Belə olan halda, iddiaçının cavabehdən 22.516 manat icarə haqqının ödənilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası onu da əlavə etmişdir ki, iddiaçının digər tələbini-icarə obyektində aparılmış dəyişikliklərlə b ağlı dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələbi təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş üzrə tərəflərin izahatlarında bildirdiklərindən məlum olur ki, cavabdeh obyekti icarəyə götürdükdən sonra, iddiaçının razılığını almadan, ona bu barədə məlumat vermədən həmin obyektdə dəyişikliklər etmişdir.
27. İş üzrə tərəflərin və Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda da icarə obyektinin vəziyyətinin qənətbəxş olmadığı qeyd olunmuşdur.
28. Cavabdeh isə obyektə onun tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində aparılmış dəyişikliklər nəticəsində iddiaçıya maddi zərər vurulmamasını, habelə həmin zərərin mütəxəssis rəyində göstərilənlərdən az olmasını təsdiq edən “əsaslı şübhə lər yaratmayan” sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab oluna bilməz.
29. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 700.1, 700.5-ci, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunduğu” hissədə ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətinin ilk dəlili belə əsaslandırılmışdır ki, obyekt vaxtında iddiaçıya qaytarılacağı halda, yenidən icarəyə verilərək qa zanc əldə edilə bilərdi ki, cavabdehin obyekti təhvil verməməsi nəticəsində iddiaçı bundan məhrum olmuşdur. İşə baxan apellyasiya məhkəməsi isə işin bu faktiki halına Mülki Məcəllənin 705-ci maddəsinin tələbi baxımından düzgün qiymət verməmişdir.
32. Kassasiya şikayətinin digər dəlilinə görə, obyektin gec təhvil verilməsinə dair sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə kollegiyası bunlara qiymət verməmiş, əksinə cavabdehin köhnə tarixə saxtalaşdırdığı poçt qəbzini və bildirişi mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki poçt təşkilatı həmin qəbzlərin kötük hissəsinin onların müvafiq sistemində aşkarlanmadığı barədə rəsmi cavab vermişdir. İşə baxan məhkəmə kollegiyası isə həmin sübutlara Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 76.1 və 77.1-ci maddələrinin tələbi baxımından düzgün qiymə t verməmişdir.
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdehin kassasiya şikayətinin ilk dəlilinə görə, xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi üzrə onun öhdəlikləri bitsə də, növbəti tarixlərə münasibətdə ondan icarə haqqının tutulması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 385.1-ci maddəsinin göstərişinə uyğun olmamışdır.
35. Cavabdeh şikayətinə onu da əlavə etmişdir ki, iddiaçının razılığı alınmadan obyektdə hər hansı dəyişiklik edilməmiş və hər hansı formada zərər vurulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı yazılı et iraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
40. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışd ır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, xx.xx.2021-ci il tarixdə bağlam ış icarə müqaviləsinə əsasən tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəsinə dair hüquq münasibətləri yaranmışdır. 2023-cü ilin noyabr ayında hər iki tərəf müqavilənin ləğv edilməsi barədə iradələrini bəyan etmişlər.
50. İddiaçı icarə obyektinə cavabdeh tərəfindən maddi zərər vurulduğunu bildirərək bu barədə sübutlarını (ekspertiza rəyi, fotoşəkillər və s.) məhkəməyə təqdim etmiş, zərərin əvəzinin ödənilməsini, habelə qeyri-yaşayış sahəsinin təhvil-təslim aktının xx.xx.2024-cü il tarixdə tərtib olunduğuna istinadən 52 gün üçün icarə haqqının ödənilmsini tələb etmişdir.
51. Cavabdeh isə iddiaya etiraz edərək obyektə zərər vurmadığını, habelə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş göndərilməklə icarə münasibətlərinə xx.xx.2023cü il tarixdən xitam verilməsini qeyd etmişdir.
52. Məhkəmələr iddiaçının təqdim etdiyi sübutları tədqiq edərək iddianın maddi zərərə aid hissəsində əsaslı olması qənaətinə gəlmişlər.
53. Bununla belə, apellyasiya instansiyası məhkəməsi icarə obyektinin gec təhvil verilməsinə görə əlavə icarə haqqının tutulması barədə tələbi haqlı saymamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən təqdim edilmiş “icarə müqaviləsinə xitam verilməsi” adı altında tərtib edilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunur ki, tərəflər arasında anlaşılmazlıqlar yarandığına görə, cavabdeh icarəyə götürdüyü qeyriyaşayış sahəsini xx.xx.2023-cü il tarixdən boşaldacağı barədə iddiaçını məlumatlandırmışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ona icarə münasibətlərinin davam etdirməyəcəyini və qeyri-yaşayış sahəsini 25 no yabr 2023-cü il tarixdə boşaltdığını şifahi qaydada bildirmişdir. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh müqaviləyə xitam vermək niyyətində olması barədə iddiaçıya yazılı bildiriş göndərmiş, habelə onu bu barədə şifahi məlumatlandırmış və 25 noyabr 2023-cü il tarixdən icarəyə götürdüyü əmlakdan faktiki istifadə etməmişdir. Cavabdeh tərəfindən icarəyəverən olan iddiaçıya hər hansı maneələr törədilmədiyi halda, sonuncu icarə obyektini xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktı tərtib edərək qəbul etmişdir.
54. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin icarə öhdəlikləri, o cümlədən, icarə haqqı ödəmək öhdəliyi xx.xx.2023-cü il tarixdən bitmişdir. Belə olan halda, iddiaçının cavabehdən 22.516 manat icarə haqqının ödənilməsi barədə tələbi əsassızdır və təmin edilməməlidir.
55. Göründüyü kimi, hər iki tərəfin dəlillərinin, o cümlədən iddia üzrə hər iki tələbin həlli işdəki sübutların tədqiq edilməsi və onların qiymətləndirilməsindən asılı olmuşdur.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunda olan dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərai t yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərində əks olunan dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir.
58. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.