Məhkəmə qərarları › İş №2(102)-188/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-188/2023

23.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-188/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta K ommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağsu rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 8 aprel 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X1 miras qalmış Ağsu rayonu, Ülgüc kəndində 0,21 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, 86,1 kv.m ümumi, 42 kv.m yaşayış və 44 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evindən İddiaçı tam hissədə pay almışdır.

2. Sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı İddiaçı arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, BA № 891702 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən İddiaçı Ağsu rayonu, Ülgüc kə ndində yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmış, sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği 15000 manat, azadolma məbləği isə 150 manat məbləğində müəyyən edilmişdir.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 28 avqust 2019-cu il tarixli məktubuna əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş məlumat ilə müəyyən olunmuşdur ki, sığorta müqaviləsinin şərtlərinə əsasən azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş və baş vermiş sığorta hadisəsi nəticəsində Ağsu rayonu, Ülgüc kəndində yerləşən əmlaka dəymiş zərər sığortaçı tərəfindən hesablanmış və zərər məbləği azadolma məbləğini keçmədiyi üçün Mülki Məcəllənin 898.2-ci maddəsi nəzərə alınmaqla sığorta ödənişinin veri lməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilmiş Ağsu rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2019-cu il tarixli, 96 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, Ağsu rayonu, Ülgüc kəndində yerləşən evin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonu üzrə komissiyası tərəfindən təmir olunması üçün növbəyə alınması barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh və ya sığorta şirkəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəlzələ nəticəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş zərərə görə cavabdehdən sığ orta ödənişi kimi 15000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hamıya məlum olduğu kimi, 2019-cu ilin fevral ayının əvvəlində Ağsu rayonu da daxil olmaqla, Şamaxı və İsmayıllı rayonları ərazisində zəlzələ baş vermişdir. Həmin zəlzələ nəticəsində iddiaçıya məxsus olan yaşayış evinə zərər dəymişdir. İddiaçı hadisə barədə cavabdeh təşkilata məlumat verdikdən sonra sığorta şirkətinin Ağsu rayonundakı nümayəndəsi gəlmiş, iddiaçının evinə baxış keçirmiş və iddiaçıya bildirmişdir ki, nəticəsi barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan sonra sığorta şirkətindən xəbər çıxmadığı üçün iddia çı bir neçə dəfə sığorta şirkətinin Ağsu rayonundakı nümayəndəsinin yanında olmuş və hər dəfə də ona bildirilmişdir ki, məsələ araşdırılır. Son nəticədə iddiaçıya bildirilmişdir ki, iddiaçıya sığorta ödənişi verilə bilməz. Bundan sonra iddiaçı bu barədə Şəhadətnamədə göstərildiyi kimi hüquqları pozulduğu üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş və zərər məbləği azadolma məbləğini keçmədiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası əsassız və qanunsuz olmuş, imtina üçün göstərilmiş əsas həqiqəti əks etdirməmişdir. Belə ki, baş vermiş zəlzələ nəticəsində iddiaçının əmlakına ciddi zərər dəymişdir. Hadisədən sonra Ağsu rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonu üzrə komissiyası tərəfindən də əmlaka baxış k eçirilmiş və zəlzələ nəticəsində əmlaka zərər dəyməsi öz təsdiqini tapmışdır.

6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/2577 nömrəli, 30 aprel 2021-ci il tarixli rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Ağsu rayonu, Ülgüc kəndində yerləşən İddiaçı məxsus yaşayış evinə həmin ərazidə baş vermiş zəlzələ nəticəsində ziyan dəydiyi və yaşayış üçün yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, kürsü divarlarının çatl adığını, suvaq qatının bəzi yerlərdə qopub töküldüyünü, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyünü, taxtaların bir-birindən aralandığını, tavana vurulmuş DVP lövhələrin qopduğunu, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığını, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatlar əmələ gəldiyini, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığını nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu və yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilmişdir. Lakin həmin işlərin dəyəri, yerinə yetirilməli işlərə dair müvafiq təşkilatlar tərəfindən layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

8. Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-221/2021 nömrəli iş üzrə 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 14850 manat sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14880 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı fərdi yaşayış evinə dəymiş zərərə görə 15000 manat pulu tələb etmiş, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmiş və ekspert rəyindən görünmüşdür ki, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız və yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsi zəruri olmuşdur. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşımışdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 14850 manat (15000-150 azad olma məbləği=14850 manat) sığorta ödənişinin əvəzi alınaraq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922, 926, 935-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-te xniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1450 nömrəli 13 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən yaşayış evində əmələ gəlmiş qüsurlar zəlzələ nəticəsində yaranmağa xarakterikdir və həmin evin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 39000 manat təşkil etmişdir.

14. Məhkəmə sorğusuna cavab olaraq Ağsu Rayon İcra Hakimiyyətindən daxil olmuş sənədlərə əsasən iddiaçıya məxsus evə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçirilmiş, təmirə ehtiyacı olan evlər siyahısına salınmış, smeta sənədləri hazırlanmış, lakin iddiaçı podratçı tikinti təşkilatı tərəfindən təmir işlərinin aparılmasına razılıq verməmişdir.

15. Məhkəmə sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2 mart 2022-c i il tarixli məktubuna əsasən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə Ağsu rayonunda 7 təkan qeydə alınmışdır. Ülgüc kəndində ən yüksək təkan xx.xx.2019-cu il tarixdə 5 bal intensivliklə hiss olunmuşdur. 5 ballıq zəlzələ zamanı hər hansı təsirdən zədəli olmayan kənd tikililərində, çaydaşından, gildən, çiy kərpicdən tikilmiş evlərin suvaq qatlarında kiçik çatlar əmələ gəlir. Əgər qeyd olunmuş zəlzələdən əvvəl hər hansı təsirdən zədə-çat olarsa, bu zəlzələ nəticəsində həmin zədə-çatın ölçüsü bir qədər də böyümüş olacaq.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1018/2022 nömrəli mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elş ən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021ci il tarixli rəyi ilə iddiaçıya məxsus fərdi yaşayış evinə həmin ərazidə baş vermiş zəlzələ nəticəsində ziyan dəydiyi və yaşayış üçün yararsız vəziyyətə düşdüyü,istifadəyə tam yararsız olması, onun təmirlə bərpasının qeyri-mümkün olması, sökülərək yenidən inşa olunmasının zəruri olduğu müəyyən edilmişdir.

18. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 13 iyul 2022-ci il tarixli rəyi ilə isə müəyyən edildi ki, yaşayış evində əmələ gə lmiş qüsurlar zəlzələ nəticəsində yaranmağa xarakterikdir və həmin evin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 39 000 manatdır.

19. Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən məlumatlara əsasən müəyyən olunmuşdur ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə Ağsu rayonunda 7 təkan qeydə alınmışdır. Ülgüc kəndində ən yüksək təkan xx.xx.2019-cu il tarixdə 5 bal intensivliklə hiss olunmuşdur. 5 ballıq zəlzələ zamanı hər hansı təsirdən zədəli olmayan kənd tikililərində, çaydaşından, gildən, çiy kərpicdən tikilmiş evlərin subaq qatlarında kiçik çatlar əmələ gəlir. Zəlzələdən əvvəl hər hansı təsirdən zədə-çat olduğu təqdirdə isə bu zəlzələ nəticəsində həmin zədə-çatın ölçüsü bir qədər də böyümüş olu r.

20. Ağsu rayon icra hakimiyyətindən daxil olmuş sənədlərdən də məlum olur ki, iddiaçıya məxsus evə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçirilmiş, təmirə ehtiyacı olan evlər siyahısına salınmış, smeta sənədləri hazırlanmış,lakin iddiaçı podratçı tikinti təşkilatı tərəfindən təmir işlərinin aparılmasına razılıq verməmişdir.

21. Məhkəmə kollegiyası yuxarıda göstərilən və işin müəyyən edilən hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçıya məxsus evin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş zəlzələ nəticəsində yaşayış üçün yararsız hala düşməsi təsdiq edilir.

22. Məhkəmə kollegiyası hesab edir ki, həqiqətən də sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermişdir, hadisə nəticəsində sığorta predmetinə ziyan d əymişdir və bu ziyan ödənilməlidir. Ekspert rəyi ilə evin sökülərək yenidən tikilməsi üçün 39 000 manat xərc tələb olunduğu müəyyən edilsə də, sığorta məbləği cəmi 15000 manat təşkil etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin azadolma məbləği çıxılmaqla qalan 14850 manat sığorta məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır iddiaçıya məxsus evin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş zəlzələ nəticəsində yaşayış üçün yararsız hala düşməsi təsdiq edilmişdir. Həqiqətən də sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, hadisə nəticəsində sığorta predmetinə ziyan dəymiş və bu ziyan ödənilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922, 926, 935-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməli, bu fakt müvafiq sənədlərlə təsdiq olunmalıdır. Lakin hazırkı mülki iş materiallarından göründüyü kimi, sığorta müqaviləsi üzrə sığortalıya məxsus daşınmaz əmlaka müqavilənin qüvvədə olduğu müddət ərzində zərər dəyməsi faktı hər hansı qa ydada təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan həm xx.xx.2021-ci il tarixli, 10/2577 nömrəli, həm də xx.xx.2022-ci il tarixli, 10/1450 nömrəli ekspert rəylərində qeyd edilənlərdən aydın olmuşdur ki, tədqiqat predmeti olan daşınmaz əmlaka dəymiş ziyanın konkret olaraq hansı tarixdə, yaxud hansı zaman intervalında əmələ gəlməsini, nəticə etibarilə, müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini müəyyən etmək qeyri-mümkün olmuşdur.

26. Kassator qeyd etmişdir ki, Şirkətin Ağsu rayon filialı tərəfindən tərtib olunmuş arayışa əsasən sözügedən yaşayış evi xx.xx.2018-ci il tarixində sığortalanmamışdan əvvəl filialın əməkdaşları tərəfindən evə müvafiq qaydada baxış keçirilmiş, evdə hər hansı zədənin olmaması müəyyən edilmiş, həmçinin evin müxtəlif foto şəkilləri çəkilərək əldə olunmuşdur. Nəticə etibarilə, sığorta hadisəsinin baş verməsinin iddia olunduğu 2019-cu ilin fevral ayınadək sözügedən yaşayış evinə hər hansı zərər dəyməsi faktı iş materiallarında olan hər hansı sübutla müəyyən edilməmişdir. 2019-cu ilin fevral ayında baş vermiş 5 bal intensivliyində zəlzələnin sözügedən yaşayış evinə bu dərəcədə, yəni ekspert rəyində göstərildiyi kimi, evin yaşamaq üçün tamamilə yararsız vəziyyətə gətirəcək qədər zərər yetirməsini təsdiq etmək qeyri-mümkün olmuşdur. Buna görə də dəymiş zərərin evin sökülüb yenidən inşası, yəni evin ümumi təmiri üçün tələb olunan məbləğə istinad etməklə əsaslandırılması ağlabatanlıq prinsipini istisna edən bir hal olmuşdur. Həmçinin, nəzərə alınsa ki, ekspert tərəfindən hadisənin baş verdiyi vaxtdan 1 il sonra, yəni xx.xx.2020-ci il tar ixində evə baxış keçirilmiş, ötən müddət ərzində rayon ərazisində, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən verilmiş cavab məktubu ilə təsdiq olunduğu üzrə, bir neçə zəlzələ baş vermişdir ki, evin hazırkı vəziyyətə düşməsi 2019-cu ilin fevral ayında baş vermiş zəlzələlərin deyil, məhz ondan sonrakı dövrdə baş vermiş zəlzələlərin nəticəsi olmuşdur ki, həmin zəlzələlərlə əlaqədar sığorta şirkətinə hər hansı məlumat daxil olmamışdır.

27. Kassator qeyd etmişdir ki, ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərardadda ekspert qarşısında sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində evə dəymiş zərərin həmin dövrün bazar qiymətlərinə əsasən nə qədər təşkil etməsi barədə sual qoyulmalı olduğu halda, ümumiyyətlə, evə dəymiş zərər məbləğinin müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Nəticədə, xx.xx.2022-ci il tarixli, 10/1450 nömrəli ekspert rəyinə əsasən sığortalanmış yaşayış evinin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri, 2022-ci ilin bazar qiymətlərinə uyğun olaraq, təqribən 39000 manat məbləğində müəyyən edilmişdir. Lakin ekspert vermiş olduğu rəyində hansısa mötəbər sübuta əsaslanmamış, yalnız internet saytında mövcud olan bazar qiymətlərinə əsaslanaraq, ekspertizanın keçirildiyi, yəni 2022-ci ilin bazar qiymətlərinə istinad edərək, təqribi hesablamalar yolu ilə evə dəyə biləcək zərər məbləğini müəyyən etmişdir. Halbuki, ekspertiza predmeti olan yaşayış evinə 3 il əvvəl, yəni 2019-cu ildə zərər dəymiş və dəymiş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar iddia da məhz 2019cu ildə qaldırılmışdır. Yaşayış evinə dəymi ş zərərin hesablanmasında zərərin vurulduğu dövrün bazar qiymətləri əsas götürülməli idi. Həmçinin, evə dəymiş zərərin hesablanmasına dair iş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş "xxxx" MMC-nin məktubuna əsasən, evə dəymiş zərər məbləğinin müəyyənləşdirilməsi məqsədilə MMC tərəfindən evə baxış keçirilməsi üçün təşəbbüs göstərilmiş, lakin iddiaçı buna etiraz etmişdir. Həmçinin, məktuba əsasən, evin hazırkı vəziyyətində onun bərpasına çəkiləcək xərclər 6052 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə bu fakta diqqət yetirməmiş, ekspertin verdiyi təqribi, qeyri-adekvat hesablamaya əsaslanaraq, evə dəymiş zərərin 39000 manat olması qənaətinə gəlmişdir. Nəzərə alınsa ki, əmlaka dəyən zərər məbləğinin müəyyən edilməsi ilə əlaqədar iş materiallarında olan yeganə sübut məhz həmin məktubdur, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iş materiallarında olan sözügedən məktuba diqqət yetirilməmiş və əmlaka dəyən zərərin müəyyənləşdirilməsi zamanı nəzərə alınmamış, beləliklə, mülki prosessual qanunvericiliyin sübutların araşdırılması və hüquqi qiymət verilməsi prinsipinə əməl edilməmişdir.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 925.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 16.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi

30. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

31. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

32. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüll ü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

33. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

34. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

35. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

36. Maddə 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləs inə görə sığorta hadisəsi hesab edilməməsi;

37. Maddə 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 36.1.8. Təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri sığorta hadisəsinin olmaması, hadisənin sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə baş verməməsi və ziyanın məbləği ilə bağlı maddi və prosessual hüquq normalarının pozulması barədədir.

50. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən həqiqətən də sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş verdiyi, hadisə nəticəsində iddiaçıya məxsus sığorta predmetinə ziyan dəydiyi və bu ziyanın ödənilməli olduğu, eləcə də ödənilməli olan ziyanın məbləği müəyyənləşdirilmişdir.Kassasiya instansiyası məhkəməsi də apelyasiya instansiyası məhkəməsinin bu qərarın 17-23 cü bəndlərində göstərilən mövqeyi ilə razılaşır və əlavə dəyərləndirmə aparılmasına lüzum görmür.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz

52. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1018/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar