Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə ( sədrlik edən G.İmanova, iş 2(010)-4363/2018) iddia qismən təmin edilərək, Cavabdeh 6312.90 ABŞ dolları əsas, 2209 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8521.90 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus «Ford transit yük sərnişin» markalı, ** LK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin açıq hərracdan satılması və Cavabdeh LPO İddiaçı ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan kredit borcunun həmin girov predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədovvə İ.Şirinov, iş № 2(103)-12053/2018) iddiaçı Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 201 8-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun nümayəndəsi X2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki halları na istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Ləğv prosesində olan LPO “İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2012-ci il tarixli 1036 saylı kredit müqaviləsinə əsasən avtomobil alınması məqsədi ilə illik 27%, ödəniş müddəti keçmiş kredit üçün illik 54%-lə ödəmək şərtilə iddiaçıya 15300 ABŞ dolları məbləğində kredit ayrılmışdır və kreditin qaytarlımasının son müddəti 10 aprel 2014-cü il müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti 10 aprel 2014-cü il tarixli əlavə razılaşma ilə 24 ay uzadılaraq 10.04.2016-cı il müəyən edilmişir. Borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 10 aprel 2012-ci il tarixdə 1036 saylı ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin borcu 6312.90 ABŞ dolları əsas, 2209 ABŞ dolları faiz, 6117 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 14639.30 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusmya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləs inin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Ləğv Prosesində Olan “İddiaçıı” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 399.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, “cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə eyni faizlə yəni kredit müqaviləsində göstərilmiş faizlə kredit verməklə (investisiya etməklə) 6 117 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda qismində 6 117 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.” Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı əldən çıxmış fayda kimi 6 117 ABŞ dolları tələb etsə də, b una dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçı öhdəliyin icra edilməməsinə görə ona vurulmuş zərərə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. Bununla bağlı iddiaçı əldən çıxmış faydanın ümumiyyətlə nədən ibarət olması və nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməlidir. Lakin iddiaçı tələbinin bu hissəsini sübuta yetirə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli qərarında da qeyd olunmuşdur ki., kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Üçüncüsü, cavabdeh üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamış, əksinə apellyasiya baxışı zamanı ipoteka predmeti olan avtomobili etibarnamə əsasında başqa şəxsin idarə etdiyi müəyyən edilmişdir. Buna görə də, cavabdeh iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi üzrə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Çünki, cavabdehin də mülkiyyət maraqlan qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şi kayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1880/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1880/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver