Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tutulmuş torpağın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilməsi və tikilmiş evin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-484/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kass asiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Kirovobad Çini qablar zavodu “Farforist” X2 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarına əsasən X4 Gəncə şəhəri Gəc zavodu ərazisində 400 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünə dair A seriyalı, 460057 nömrəli sənədindən görünür ki, “Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarına və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli 02 saylı protokol qərarına əsasən X4 Gəncə şəhəri Kəpəz rayonu ərazisində ayrılmış torpaq sahəsi X16 ikitabında 22 avqust 201 3-cü il tarixdə, 3010 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları həmin sənəddə qeyd olunmuşdur.
3. Daşınmaz Əmlakın alğı-satqısı ilə bağlı AN-İ seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, X15 tərəfindən etibar edilmiş X7 adından çıxış edən X14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 1596 nömrəli arayışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsini alıcı-İddiaçı 5.000 manata satmışdır. Satılan daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Gəncə Ərazi İdarəsi tərəf indən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi 150700614, qeydiyyat tarixi xx.xx.2007-ci il olan Çıxarışa əsasən satıcıya məxsusdur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********66 nömrəli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsinə 30 mart 2021-ci il tarixində müayinə baxışı keçirilmiş, torpaq sahəsinin naturada sənəd üzrə göstərilmiş koordinatlarla yeri təyin edilmişdir.
6. Gəncə şəhəri Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı Şəhriyar Yusifsadə tərəfindən qəbul edilmiş 20 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə və Kəpəz RPİ-nə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında yara nmış mülki məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
7. Qeyd olunan material üzrə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2013-cü ildə Gəncə şəhəri, Sevinc qəsəbəsində X3 özünə torpaq sahəsi almış, maddi imkanı olmadığından həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə çıxarış almışdır. Həmin torpaq sahəsinə indiyənədək nəzarət etmək üçün getməmişdir. 2021-ci ilin fevral ayında həmin torpaq sahəsinə tikinti işləri aparmaq, ev tikmək məqsədi ilə getdikdə, torpaq sahəsinin ətrafında evlər tikildiyini ona məxsus torpaq sahəsinin isə hasarı hörüldüyünü və dəmir darvaza qoyulduğunu görmüşdür. O, həmin hasarı və darvazanı kimin tikd iyini öyrəndikdə ona məlum olmuşdur ki, həmin işləri Elnarə adlı qadın etmişdir. O, Elnarə adlı qadınla telefon vasitəsi ilə əlaqə saxlamış Elnarə ona telefonda həmin torpaq sahəsinin ona məxsus olduğunu 2013-cü ildə aldığını bildirmişdir. Onda, həmin torpaq sahəsi üçün Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış, torpaq sahəsinin plan və ölçüsü vardır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində həmin torpaq sahəsinə getdikdə həmin torpaq sahəsində tikinti işlərinin aparılmasını görmüşdür. Elnarə adlı qadın ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək hazırda tikinti işləri aparır. O, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir.
8. Həmin mater ial üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı barəsində etdiyi şikayət ilə tanış olmuşdur. 2006-cı il tarixdən Məhsəti qəsəbəsində yaşayır. 26-cı küçədə ayrıayrılıqda 04 sot torpaq sahəsi almışdır. Sevinc qəsəbəsi 26-cı küçədə yerləşən iddia olunan həmin torpaq sahəsini 2013-cü ildə Ələmdar adlı şəxdən 2.500 ABŞ dollarına Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü adlı sənədi əsasında almışdır. Həmin vaxt Ələmdar adlı şəxslə aralarında alğı-satqı müqaviləsi etməmişlər. Həmin torpaq sahəsinin sahibi xx.xx.2014-cü il tarixdə X11 etibarnamə əsasında həmin torpağı 20 il müddətinə ona vermişdir. Həmin torpaq sahəsinə təxminən 2013-cü il tarixdən etibarən hasar lama işləri aparmış evin darvazasını qoyub daha sonra ev tikmək üçün himini tökmüşdür. 5 ay bundan əvvəl İddiaçı telefonla onunla əlaqə saxlayaraq tikinti etdiyi torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Həmin vaxtdan indiyənədək Zəminə adlı qadınla aralarında həmin torpaq sahəsində mübahisəli məsələ başlamışdır. 9. 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 05 aprel 2014-cü il tarixdə verilmiş etibarnaməyə əsasən X1 şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli qərarına və Həmkarlar Təşkilatının xx.xx.1988-ci il tarixli 02 saylı protokol qərarına əsasən ona ayrılmış, Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən “400 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək tikilələrə dair əmlakının idarə edilməsi və sərəncam v ermə hüququ da daxil olmaqlar bir sıra səlahiyyətlərə bağlı Cavabdeh vəkalət vermişdir. Etibarnamə 20 il müddətinə xx.xx.2034cü il tarixə kimi verilmişdir.
10. Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha zəbt edilmiş ona məxsus torpağın zəbtdən azad edilməsi və tikilmiş evin sökülməsi və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları bağ sahəsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək orada istifadəsinə imkan verməmiş və orada qanunsuz ev tikdirmişdir. Hazırda cavabdeh torp ağı geri qaytarmaq istəmir.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********49 nömrəli ekspertiza baxışının keçirilməsi barədə arayışdan görünür ki, mübahisəli əraziyə gedilmiş, lakin cavabdeh tərəf, torpaq sahəsinin naturada yerləşmə mövqeyinin təyin edilməsi üçün aparılmalı olan ekspertizanın keçirilməsinə icazə verməmişdir.
15. İddiaçı, polis sahə rəisi Sənani Məmmədov, icra nümayəndəsi Vaqif Seyidov, X8, X12 tərəfindən tərtib olunaraq, imzalanmış xx.xx.2022- ci il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “torpağın zəbtdən azad edilərək tikilmiş evin sökülməsi və torpaq sahəsinin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3242/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə, saat 10:00-da baxış keçirilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən tarixdə mübahisəli ünvanda cavabdeh tərəf torpaq sahəsinin naturada yerləşmə mövqeyinin təyin edilməsi üçün aparılmalı olan ekspertizanın keçirilməsinə icazə verməmişdir.
16. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-135/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, RX ******* seriya nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********05 reyestr nömrəli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin zəbtdən azad olunması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin tikilinin altında olan torpaq sahəsinin iddiaçıya təhvil verilməs i, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və 20 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ekspertiza keçirilməsinə imkan vermədiyindən bu hal onun əleyhinə qiymətləndirilməlidir. Başqa sözlə, cavabdeh mübahisəli əraziyə ekspert tərəfindən baxış keçirilməsinə imkan verməməklə həmin ərazini zəbt etdiyini təsdiq etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və torpaq sahəsinin üzərində tikili inşa etməklə oradan istifadə edir.
18. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabde hin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab etmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 163.1, 164.1, 180.1, 180.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, heç bir məhkəmə prosesinə cəlb olunmamışdır. O, həmin tikilini qanunsuz tikməmiş və torpaqla bağlı ilkin hüquqi sənədləri mövcuddur. İddiaçı qanunsuz yollarla dövlət oraqanını aldadaraq çıxarış əldə etmişdir. Çünki o, həmin torpaq sahəsini 10 ilə yaxındır ki, almış və torpaq üzərində tikinti işləri görərkən heç bir kəs ona müdaxilə etməmişdir. Hazırda iddiaçı tərəfin qanunsuz yolla əldə etdiyi çıxarışın etibarsız hesab edilməsinə dair Gəncə İnzibati məhkəməsinə iddia hazırlanır və hesab edir ki, məhkəmə tərəfinfən ədalət təmin olunacaqdır. Gəncə Şəhər Məhkəməsində hazırki işə baxılarkən müvafiq ekspertiza bel ə təyin olunmamışdır. Odur ki, qətnaməni tamamilə əsassız və qanunsuz hesab edir. Məhkəmə birtərəfli qaydada işə baxdığı üçün sübut təqdim etmə imkanından məhrum olmuşdur. Məhkəmədə iştirakı təmin olunmadığına görə sübut təqdim edə bilməmişdir. Həmin sənədlər apellyasiya icraatı zamanı tərəfindən təqdim olunacaqdır.
22. Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 18 may 2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 10/4349 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, -mübahisəli torp aq sahəsinə baxış keçirilərkən Cavabdeh iştirak etməmişdir. Lakin mübahisəli ərazidə cavabdehin yaxın qohumu, mülki iş materiallarındada adı qeyd olunan Könül adlı şəxs (cavabdehin xalası qızı) iştirak etmiş va hal-hazırda həmin mübahisəli torpaq sahəsini faktiki olaraq istifadə etdiyini bildirmişdir. Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi, cavabdehin yaxın qohumu Könül adlı şəxsin (cavabdehin xalası qızı) faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. -İddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsi, cavabdehin yaxın qohumu Könül adlı şəxsin (c avabdehin xalası qızı) faktiki istifadəsində olan 0,04 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür. Qeyd olunan torpaq sahələrinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş Planda öz əksini tapmışdır. -Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən, Seriya RX-331033 nömrəli, **********05 reyestr nömrəli Çıxarışa dair tərtib olunmuş AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. -X4 məxsus olması qeyd olunan A-469057 nömrəli Torpaq sahısinin planı və ölçüsü sənədində göstərilən torpaq sahasinin müəyyən hissəsi, faktiki olaraq Cavabdeh istifadəsində olduğu müəyyan olundu. -X4 məxsus olması qeyd olunan A-469057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,0 4 ha torpaq sahəsinin 0,0376 ha hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-484/2024 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri qismində 50 manatın iddiaçıdan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini xx.xx.201 3-cü il tarixdə X5 alğı-satqı yolu ilə mülkiyyətinə keçirdiyi zaman AA001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin X9 Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilib-verilməsi qeyri-müəyyən olmaqla yanaşı, uyğun verildiyi təqdirdə isə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi üzərində başqa şəxsə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi anlaşılmaz olacaqdır ki, bununla da AA001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və ya 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən ikisindən birinin əsassız verilməsi aydın olmaqdadır. O cümlədən mübahisəli torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin və buna müvafiq olaraq da hazırda iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və ya Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Kirovobad Ç ini qablar zavodu “Farforist” X2 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarının cavabdehə münasibətdə müvafiq olaraq əsassız aparılması və verilməsi, yəni iki hüquqi hərəkətdən biri əsassız hesab olunur. Qeyd olunan mübahisə isə hazırkı mübahisənin predmetinə aid olmamaqla, aidiyyəti üzrə məhkəmələrdə həll edilməli olan mübahisə hesab olunur.
25. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehin istinad etdiyi hüquqmüəyyənedici və ya texniki sənədlərin etibarsızlığını və ləğvini mübahisələndirməklə iddiası əsaslı hesab olunacağı təqdirdə yeni əsasla hazırkı tələblə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malik olacaqdır. İddiaçının mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması nəzərə alındıqda isə həmin qeyd ləğv olunma dan cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması da mümkün deyildir. Buna görə də cavabdeh faktiki sahibliyində olan əmlak üzərində digər şəxslərin mülkiyyət hüququnun əsassız qeydə alındığını iddia etdiyi halda buna dair məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksının qanunun 8.0, 8.0.7-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilm əsinin təsdiq edən sənədlərin siyahısı”na və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması və ya işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qətnamənin sonunda belə nəticəyə gəlmişdir ki, iki hüquqi hərəkətdən biri əsassız hesab olunur. Lakin məhkəmə hansı sənədin əsassız olduğunu müəyyən etməmişdir. Hesab etmişdir ki, bu mübahisə aidiyyəti üzrə başqa məhkəmədə həll olunmalıdır. Bəs onda sual olunur, məhkəmə hansı əsasla iddiaçının deyil, cavabdehin sənədini düzgün sənəd hesab etmiş, iddiaçının iddiasını təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək cavabdehin apellyasiya şikayətini təmin etmişdir? Məhkəmə qətnamədə nəyə görə, iddiaçının deyil, cavabdehin sənədini qanuni hesab edərək onun xeyrinə bu nəticəyə gəldiyini əsaslandırmamışdır. Aydın görünür ki, məhkəmə işə qərəzli olaraq baxmış, sübutlara düzgün qiymət verməmiş, nəticədə qeyri-qanuni qətnamə qəbul etmişdir.
29. Həmçinin apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli, araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında keçirməmiş, işin hal larına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərməmişdir. Məhkəmə kollegiyası hazırkı işdə gəldiyi nəticəni qətnamədə əsaslandırmamış, bu nəticəyə səbəb olan qanunları göstərməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29, İİ h issə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xe yrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
40. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
41. Maddə 83 (1-ci hissə).Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
42. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərin in, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
43. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
44. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata ke çirilir. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksının qanunu.
46. Bənd 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
47. Bənd 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın d övlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”.
48. Bənd 2.6. Fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin et mək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
56. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
57. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Ma ddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməmə si məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
68. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edərək orada ev tikdirdiyini göstərmiş, ona məxsus torpağın zəbtdən azad edilməsi və tikilmiş evin sökülməsi və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
69. Apellyasiya instansiya məhkəm əsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə nəticəyə gələrkən, iddiaçının mübahisəli torpaq sahəsini xx.xx.2013-cü il tarixdə X5 alğı-satqı yolu ilə mülkiyyətinə keçirdiyi zaman AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin X9 Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilib-verilməsi qeyrimüəyyən olmaqla yanaşı, uyğun verildiyi təqdirdə isə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi üzərində başqa şəxsə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinin anlaşılmaz olacağını, bununla da AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və ya 460057 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən ikisindən birinin əsassız verilməsi aydın olmaqda olduğunu, o cümlədən mübahisəli torp aq sahəsinə dair əvvəlki mülkiyyətçinin və buna müvafiq olaraq da hazırda iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və ya Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Kirovobad Çini qablar zavodu “Farforist” X2 26 noyabr 1988-ci il tarixli, 02 nömrəli protokol qərarının cavabdehə münasibətdə müvafiq olaraq əsassız aparılması və verilməsini, yəni iki hüquqi hərəkətdən birinin əsassız hesab olunmasını göstərmiş, qeyd olunan mübahisənin isə hazırkı mübahisənin predmetinə aid olmamaqla, aidiyyəti üzrə məhkəmələrdə həll edilməli olan mübahisə hesab olunduğu barədə nəticəyə gəlmişdir.
70. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehin istinad etdiyi hüquqmüəyyənedici və ya texniki sənədlərin etibarsızlığını və ləğvini mübahisələndirməklə iddiası əsa slı hesab olunacağı təqdirdə yeni əsasla hazırkı tələblə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malik olacaqdır. İddiaçının mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması nəzərə alındıqda isə həmin qeyd ləğv olunmadan cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması da mümkün deyildir. Buna görə də cavabdeh faktiki sahibliyində olan əmlak üzərində digər şəxslərin mülkiyyət hüququnun əsassız qeydə alındığını iddia etdiyi halda buna dair məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir.
71. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində n azad edilməsinin mümkün olmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi hazırki nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
72. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnamədə iddiaçının mübahisəli torpaq sahəsini xx.xx.2013-cü il tarixdə X5 alğı-satqı yolu ilə mülkiyyətinə keçirdiyi zaman AA-001750 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin X9 Torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun verilib-verilməsinin qeyri-müəyyən olmasını göstərsə də, qeyd olunan alğı-satqının rəsmiləşdirilməsindən sonra torpaq sahəsinin iddiaçıya hansı vəziyyətdə təhvil verilməsini, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin vaxt cavabdeh və ya Solmaz Nəsibova tərəfindən istifadə olunub-olunmamasını, həmin vaxt torpaq sahəsində hər hansı tikilinin olub-olmamasını, mövcud tikililərin hansı tarixdə inşa olunmasını, araşdırmamış, bu məqsədlə cavabdehin birinci instansiya məhkəməsində iştirak etmədiyini nəzərə alaraq Solmaz Nəsirovanın, habelə Məhkəmə Ekspertizası Mərkəzinin texniki-tikinti ekspertizasının 21 sentyabr 2023-cü il tarixli rəyində adı çəkilərək, hazırda torpaq sahəsindən faktiki olaraq istifadə edən və iş materiallarının 173-cü vərəqəsinə şəxsiyyət vəsiqəsinin sürəti əlavə olunmuş X13 işə cəlb edilməsi məsələsini müzakirə edib həll etməmişdir.
73. Halbuki, Mülki Prosessual Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.
74. Həmçinin Hakim çəkişmə prinsipinə əmə l etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir (Mülki Prosessual Məcəllənin 167.1.4-cü maddəsi).
75. Bundan başqa apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində - hazırda iddiaçı tərəfin qanunsuz yolla əldə etdiyi çıxarışın etibarsız hesab edilməsinə dair Gəncə İnzibati məhkəməsinə iddia hazırlamasına dair göstərdiyi halı yoxlamamış, apellyasiya şikayətinin verilməsindən yekun qətnamə qəbul edildiyi tarixədək bir ilə yaxın müddətdə mülki iş apellyasiya məhkəməsinin icraatında olsa da, cavabdeh tərəfindən göstərdiyi məzmunda iddianın qaldırılıb-qaldırılmaması araşdırılmadan, iddiaçının cav abdehin istinad etdiyi hüquqmüəyyənedici və ya texniki sənədlərin etibarsızlığını və ləğvini mübahisələndirmək hüququnun olmasını, eyni zamanda cavabdehin də faktiki sahibliyində olan əmlak üzərində digər şəxslərin mülkiyyət hüququnun əsassız qeydə alındığını iddia etdiyi halda buna dair məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malik olmasını tərəflərə izah etmişdir.
76. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutlar əsasında işin faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iş üzrə Cavabdeh mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmamasına baxmayaraq, subyektiv mülahizələrə əsaslanmaqla iddianın rədd edilməsi barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə ist inad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
78. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
79. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qə bul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
80. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üz ərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
81. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
82. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM -in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
83. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
84. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-484/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.