Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1881/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı C1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: mənzilə köçürülmə) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh C1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh C1 tərəfindən verilmiş kasasiya şikayəti üz rə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan1 saylı evə köçürülməsi və həmin evdən maneəsiz istifadə etməsinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan1 saylı evin cavabdeh ilə birlikdə yaşadıqları hissəsinə köçürülməsi və həmin hissədən maneəsiz istifadə etməsinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikah dövründə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 adlı iki övladları dünyaya gəlmişdir, nikaha daxil olduqdan sonra birlikdə cavabdehə məxsus Suraxanı rayonu, ************* saylı mənzilində 7 il yaşamışlar, 2011-ci ildən isə cavabdehlə birlikdə ona məxsus olan nikahdan əvvəl ata-baba yurdunun yanında bələdiyyə sənədləri ilə 2004-cü ildə tikdirdiyi ************* saylı evə köçmüşlər. Əvvəllər aralarındakı münasibət normal olsa da, sonradan münasibətləri pozulmuş və nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Aralarında olan nikah pozulduqdan sonra onun cavabdehə məxsus Suraxanı rayonu, ************* saylı mənzili nə heç bir iddiası olmamasına baxmayaraq, cavabdeh nikahdan əvvəl tikilmiş *************** saylı evdən çıxmalı olduğu halda çıxmır, ona məxsus olan evə onu buraxmır və orada yaşamağa imkan vermir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(011)-****/2020 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər 2005-ci ildə nikaha daxil olmuşlar, aralarında nikah münasibətlərinə 2019-cu ildə xitam verilmişdir, uşaqlar cavabdehin himayəsində saxlanılmışdır, ünvan1 ünvanında yerləşən yaşayış evi özbaşına tikilidir, həmin mənzilə dair hüquq müəyyən edici sənədlər mövcud deyil, tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar, cavabdeh ünvan ***** qeydiyyatda olsa da həmin mənzildə yaşamır və o, öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bununla belə, iddiaçının mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüququ, o cümlədən əmlaka sahiblik və istifadə hüququna dair hallar, cavabdehin isə özbaşına tikiliyə dair əmlak hüquqlarını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən, cavabdehin isə əmlak hüquqlarını istisna edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə halları təsdiq edən sübutlar əlavə olunmamış, belə hallar məhkəmə t ərəfindən müəyyən olunmamışdır. Məhkəmə, mübahisəli ünvan1 ünvanında 2004-cü ildə tikilmiş evin şəxsi mülkiyyət hüququ əsasında İddiaçı malik olması barədə Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Birliyi 2 saylı MKİS tərəfindən verilmiş arayışa hüquqi qiymət verərək hesab edir ki, arayış verən orqan kimi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Birliyi qanunla mülkiyyətə dair dövlət reyestrini aparan orqan olmadığından, onun bu barədə verdiyi arayış da mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2, 146.1, 146.2, 166.3, 178.1, 180.2-ci və Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinni təmin olunması, İddiaçı ünvan1 saylı evin Cavabdeh ilə birlikdə yaşadığı hissəsinə köçürülməsi və həmin hissədən maneəsiz istifadə etməsinə və yaşamağına maneələr törədilməsinin Cavabdeh qa dağan edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, ************** saylı evin Xətai Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə iddiaçı ayrılmış torpaq sahəsində tikilməsi, tərəflərin nikah pozulanadək azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaları işin mübahisəsiz hallarıdır. Cavabdeh həm hazırkı işdə, həm də iddiaçının bundan əvvəl qaldırdığı evdən çıxarılma tələbinə dair işdə verdiyi izahatlarda qeyd olunan halları təsdiq etməklə yanaşı həmçinin göstərmişdir ki, mübahisəli ev tərəflərin birgə vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 2017-ci ildə yekunlaşmışdır. Cavabdeh hazırkı iş üzrə apelyasiya baxışı zamanı həmçinin göstərdi ki, mübahisəli ev iki hissədən ibarətdir v ə əvvəllər evin bir hissəsində tərəflər azyaşlı uşaqları ilə birlikdə, digər hissəsində isə iddiaçının anası ikinci həyat yoldaşı və oğlu ilə birlikdə yaşamışlar. Hazırda nikah pozulduğundan iddiaçı da anası ilə birlikdə evin digər hissəsində yaşayır və o, iddiaçının onun yaşadığı hissəyə köçürülməsinə etiraz edir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, mübahisəli ev bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində inşa olunmuşdur. Həmin qərarda torpaq sahəsinin iddiaçının mənzil şəraitinin ağır olması nəzərə alınmaqla ayrıldığı göstərilmiş və iddiaçı bu torpaq sahəsinə görə bələdiyyənin hesabına 3 680 000 AZM pul keçirmişdir. Evin təsdiq olunmuş layihə əsasında tikintisi ilə bağlı İddiaçılə Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərr üfatı Birliyi arasında xx.xx.2006-cı il tarixdə müqavilə bağlanmışdır. Layihə smeta sənədlərinə əsasən evin ümumi sahəsi 145,36 kvm, yaşayış sahəsi 84,64 kvm, köməkçi sahəsi 60,72 kvm olmaqla bir vestibül (30,45 kvm), bir qonaq otağı (27,20 kvm), 3 yataq otağı, bir köməkçi otaq, bir mətbəx və digər yardımçı sahələrdən ibarətdir. Ev inşa olunduqdan sonra iddiaçı cavabdehlə və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, evin özbaşına tikili olması, iddiaçının bu ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 135, 146, 166, 178, 180-ci maddələri tətbiq edilməklə iddiaçının həmin evdə yaşamaq hüququndan məhrum edilməsi üçün əsas ola bilməz. Mübahisəli ev iddiaçının f aktiki yaşadığı mənzil olmaqla daimi yaşayış yeridir və onun başqa yaşayış sahəsinin olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Əksinə, cavabdeh məhkəmə iclasında izahat verərkən özünün nikahdan əvvəl əldə olunmuş mənzili (yaşayış sahəsi) olduğunu etiraf etdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən, cavabdehin isə həmin evə əmlak hüquqları olmasını istisna edən halların müəyyən edilmədiyini qeyd etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzim ləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində və iddiaçının müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı müqavilə əsasında inşa olunmuşdur və bu baxımdan onun həmin tikiliyə mülkiyyət hüququ ilə bağlı qanuni gözləntiləri var. Cavabdehin mübahisəli evə olan əmlak hüquqları onun iddiaçı ilə ailə münasibətlərindən, iddiaçının ailə üzvü olmasından və iddiaçının əmlak hüquqlarından irəli gəlir. İşdən göründüyü kimi, mübahisəli evin bələdiyyə qərarı və müvafiq icra hakimiyyəti ilə bağlanmış müqavilə əsasında nikahdan əvvəl iddiaçıya ayrılmış torpaq sahəsində birgə nikah dövründə inşa olunması, ailə münasibətləri pozulana qədər iddiaçının həmin ev də cavabdehlə və azyaşlı uşaqları ilə birlikdə yaşaması, yaşadıqları sahənin iddiaçının daimi yaşayış yeri olması, onun başqa daimi yaşayış yerinin olmaması və hazırda cavabdeh tərəfindən yaşadığı sahəyə buraxılmaması tam sübuta yetirilir. Ona görə də iddiaçı işin müəyyən edilən həqiqi hallarına əsasən mübahisəli evə köçrürülməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh C1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni rədd olunması və ya işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə i şin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə ilk növbədə mübahisəli evin özbaşına tikinti olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Evin özbaşına tikinti olmağı hazırki işin mübahisəsiz haldırsa, bu hal məhkəmə işə özbaşına tikinti ilə bağlı maddi hüquq normalarını tətbiq etməli idi. Hazırki iş üzrə iddiaçının əmlaka mülkiyyət hüququnu müəyyən edən heç bir hal mövcud deyildir. Bundan əlavə, məhkəmə onun məhkəmə baxışı zamanı verdiyi ifadələrlə mübahisə predmeti olan evin iddiaçı ilə onun birgə vəsaiti hesabına tikildiyinin müəyyən edildiyini qeyd etmiş, lakin sonra “cavabdehin mübahisəli evə olan əmlak hüquqları onun iddiaçı ilə ailə ümnasibətlərindən, iddiaçının ailə üzvü olmasından və iddiaçının əmlak hüquqlarından irəli gəlir” deməklə gəldiyi nəticəni yenidən məhz məhkəmə tərəfindən müəyyən olunmuş hallara ziddiyyətli şəkildə əsaslandırmışdır. Göründüyü kimi, məhkəmə aşkar şəkildə hazırki işə tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, həmçinin tətbiq etmişolduğu maddi hüquq normalarının tətbiqinidə də səhvə yol vermişdir. Hazırda iddiaçı mübahisəli evin bir hissəsində yaşamaqdadır. Lakin o, apelyasiya şikayətində bərabərlik prinsipinin pozulduğunu göstərmişdir. Halbuki, qeyd olunan vəziyyətdə bərabərlik prinsipinin pozulması halı mövcud deyildir. Belə ki, hazırda iddiaçı da, o da həmin evdə yaşayır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıla rının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nuriyeva (Əliyeva) Rəfiqə Möhsüm qızı və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olması səbəbi ilə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıx ış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiy ası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində mübahisəli evin özbaşına tikili olmasına istinad edərək, iddiaçının həmin evə mülkiyyət hüququnu müəyyən edən heç bir halın olmadığını göstərsə də, bununla bağlı qeyd edilməlidir ki, tərəflərin hər ikisi mübahisəli evə münasibətdə eyni statusa malik şəxslər hesab edilirlər. Belə ki, nəzərə almaq lazımdır ki, mübahisəli özbaşına tikili tərəflərin birgə nikahı dövründə inşa edildiyi üçün cavabdehin həmin evdə yaşamaq hüququ olduğu kimi, iddiaçının da həmin evdə yaşamaq hüququ əmələ gəlmişdir. Yaşamaq hüququ isə əmlaka mülkiyyət hüququnun mövcud olmaması əsası ilə bu hüquqdan məhrumetməyə əsas verə bilməz. Digər tərəfdən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, məhkəmə ilkin olaraq evin tərəflərin vəsaiti hesabına tikilməsini müəyyən etmiş, daha sonra cavabdehin mübahisəli evə əmlak hüquqlarının iddiaçı ilə ailə münasibətlərindən, iddiaçının ailə üzvü olmasından və iddiaçının əmlak hüquqlarından irəli gəlməsini qeyd etməklə, məhkəmə ziddiyyətə yol vermişdir. Bununla bağlı isə qeyd edilməlidir ki, cavabdehin qeyd etdiy i kimi bu halda hər hansı ziddiyyət mövcud deyildir. Belə ki, mübahisəli ev bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində inşa olunmuşdur. Həmin qərarda torpaq sahəsinin iddiaçının mənzil şəraitinin ağır olması nəzərə alınmaqla ayrıldığı göstərilmiş və iddiaçı bu torpaq sahəsinə görə bələdiyyənin hesabına 3 680 000 AZM pul keçirmişdir. Evin təsdiq olunmuş layihə əsasında tikintisi ilə bağlı İddiaçılə Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında xx.xx.2006cı il tarixdə müqavilə bağlanmışdır. Buradan da göründüyü kimi, mübahisəli evin inşa edildiyi torpaq sahəsinə iddiaçının nikahdan əvvəl əmlak hüququ yaranmış, nikahdan sonra isə həmin torpaq sahəsində tərəflərin birgə vəsaiti hesabına ev inşa edilmişdir. Həmin evə əmlak hüququ torpağa yaranmış əmlak hüququndan əmələ gəlmişdir ki, bu da apelyasiya kollegiyasının hər hansı ziddiyyətli əsaslandırmaya yol verməməsinin göstəricisidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh C1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.