Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1882/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9535/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddi açı Cavabdeh MMC-yə qarşı «işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin müdiri X3 tərəfindən verilmiş 08.01.2021-ci il tarixli 02/21 saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.07.2013-cü il tarixdə Cavabdeh MMCdə inzibati-təsərrüfat işləri üzrə menecer vəzifəsinə işə qəbul olunmuşdur. Uzun illər həmin vəzifədə işlədikdən sonra Cavabdeh MMC-nin müdiri X2 08.01.2021-ci il tarixli 02/21 saylı əmri ilə işdən azad olunmuşdur. O, həm in əmrlə razılaşmır. Hesab edir ki, həmin əmr haqsız olaraq tərtib edilmişdir və qanunaziddir. Bildirir ki, o, uzun müddət Cavabdeh MMC-də inzibati-təsərrüfat işləri üzrə menecer vəzifəsində işlədikdən sonra, 2020-ci ilin noyabr ayında müdriyyət tərəfindən onlardan noyabr və dekabr ayları üçün öz hesablarına məzuniyyət götürmələri (şirkətin maddi vəziyyətinin pis olduğu üçün), lakin işə gəlmələri tələb olunmuşdur. O da pandemiya dövrü olduğu üçün noyabr və dekabr ayları üçün öz hesabına məzuniyyət götürmüşdür. Noyabr ayının bütün iş günlərində işdə olmuşdur. Lakin əmək haqqı almamışdır. Dekabr ayında isə məzuniyyətdə olduğu üçün işə gəlməmişdir. Həmçinin diqqətə çatdırır ki, müdriyyət noyabr ayından əlavə 3 ay idi ki, (avqust, sentyabr, oktyabr) ona əmək haqqını vermirdi. Hamının bildiyi k imi ümumdünya xarakteri daşıyan «COVİD 19» pandemiyası olduğu üçün istər iş yerində, istərsə də ictimaiyyətdə tibbi maska taxmaq və ara məsafəsi saxlamaq kimi vəzifələr dövlət rəhbərliyi tərəfindən vətəndaşların üzərinə qoyulmuşdur. Bu həm öz sağlamlıqları üçün, həm də digər şəxslərin sağlamlığı üçün vacib tədbirlərdir. 05.01.2021-ci il tarixdə o, işə gəlmiş, işdə heç kimin tibbi maska taxmadığını görmüşdür. Buna da şərait yaradan müdir M və X3 idi. Onun evdə xəstəsi olduğu üçün «COVİD19» infeksiyasından ehtiyat edir. Buna görə də, ilk başda müdiriyyət olmaqla, hər kəsdən maska taxmalarını tələb etmişdir. Lakin heç kim onun sözünə məhəl qoymamış, əksinə ona təzyiq etməyə başlamışlar. O da məcbur qalıb növbəti əmək məzuniyyəti barədə ərizəni yazıb müdriyyətə təhvil vermişdir. 05.01.2021-ci il tarixdə günün ikinci yarısında saat 13:00-da nahar fasiləsinə ayrılmışdır. 06.01.2021-ci il tarixdə işdən ona bildirmişlər ki, əmək məzuniyyəti barədə ərizənin tərtibində səhv var. Bununla bağlı təxminən səhər saat 11 radələrində işə gəlmişdir. Müdiriyyət ona ərizəsində müəyyən səhvlər olduğunu, yenidən yazmalı olduğunu bildirmiş və ona 4-5 dəfə ərizə yazdırmışdır, halbuki o, ərizənin düzgün tərtib olunması üçün ona nümunə verilməsini xahiş etmişdir. 06.01.2021-ci il tarixdə şirkətdə tibbi maska istifadə etməyən müdir Mə irad bildirəndə, ona «durak» deyərək təhqir etmişdir. Onu da diqqətə çatdırır ki, 5-8 yanvar tarixlərində pandemiya qaydalarına riayət olunmamışdır. 06.01.2021-ci il tarixdə təxminən saat 17:00-da X3 yanında bir şəxslə gəlib sonuncunun vəkil olduğunu, şirkətdə çalışdığı nı bildirib və vəkillə birlikdə ondan öz arzusu ilə işdən azad olunması barədə ərizə yazmasını tələb etmişlər. O, ərizə yazmamışdır, çünki belə bir arzu onun istəyilə olmalıdır, qanunla, kənar şəxsin yox. İş vaxtı bitdiyi üçün o, ofisdən ayrılmışdır. 07.01.2021-ci il tarixdə işdə saat təxminən 11:00-da ondan, guya yanvar ayının 5, 6-sı işdə olmadığını, 7-si vəzifə səlahiyyətlərini yerinə yetirməməsi barədə M01/21 əmrlə bildirərək yazılı izahat tələb etmişlər. Bununla bağlı səhər saat 11:00-da iş günü bitmədən onun səlahiyyətlərini yerinə yetirməməsini necə müəyyən etdiklərini soruşduqda ona aid olan əmrin nüsxəsini alıb cırmışlar. Bu rəhbərlik tərəfindən artıq açıq şəkildə hətta böhtanlara əl atmalarının sübutu idi. Bununla bağlı öz etirazını bildirərək, X4 Xidmətinə ərizə yazmış və 102 xi dmətinə zəng vurmuşdur. Şikayəti ilə əlaqədar olaraq onu ərazi üzrə DİN 22-ci polis şöbəsinə dəvət etmişlə. Lakin müdriyyət ona işdən çıxmağa icazə verməmişdir. Bundan sonra böhtan və təzyiqlər artmış, iş telefonu söndürülmüş, internetdən noutbuku ayrılmış, blok qoyulmuş, şəxsi mobil telefonunun internet istifadəsi məhdudlaşdırılmışdır. Rəhbərliyə və İT menecerə bu haqda deyəndə heç bir normal cavab almamışdır. 08.11.2021-ci il tarixdə yenidən işə getmiş və saat 12 radələrində X1 yaxınlaşıb işdən azad olunma əmrini göstərib artıq işdən azad olunduğunu, tanış olub imza çəkərək əmri qəbul etməsini ondan tələb etmişdir. O da əmrlə tanış olmuş, lakin imza etməmişdir. Səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» və 72-ci maddəsinin «a» bəndində nə deyildiyini bilmirdi. Onu da qeyd edir ki, əmrin tarixi 06.11.2021-ci il idi. Sonra özünü vəkil kimi təqdim etmiş şəxs onu güclə ofisdən çıxartmağa çalışmış və bunu açıq şəkildə bildirmiş, telefonunun kamerasını yandıranda çəkinmiş, amma yenə qolundan tutub çölə çıxartmağa cəhd etmişdir. O, 102 xidmətinə zəng vurmuş və gəlmələrini tələb etmişdir. Polis gəldiyi zaman X3 təcili əmri 08.01.2121-ci il tarixə dəyişmişdir. Daha sonra polis şöbəsinə gedib izahat və ərizə vermişdir. Bu hadisələrdən görünür ki, müdriyyət ona haqsızlıq edərək işdən çıxarmışdır. Beləliklə, tam qanunsuz və əsassız, yalan, böhtan, təxribat və təhqir edərək bir əmrlə onu işdən azad edərək hüquqları pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan so nra – birinci instansiya məhkəməsi) 17 may 2021-ci il tarixli, 2(006)-2311/2021 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilərək, iddiaçı – Cavabdeh MMC-nin inzibati təsərrüfat işləri üzrə meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı 08.01.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından (təqdim edilmiş sənədlərdən, tərəflərin izahatlarından) göründüyü kimi, iddiaçı öz üzərinə düşən əmək funksiyalarını yerinə yetirmiş, aktların tərtib edildiyi tarixlərdə iş yerində olmuş, işin ahəngini pozmamışdır. İşəgötürən tərəfindən ona qarşı edilən haqsızlığa görə 102 xidmətinə, X4 Xidmətinə müraciət etmişdir. Bundan başqa, X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən cavabdehin direktoru Vin barəsində 11 fevral 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, törədilmiş inzibati xətanın mahiyyəti (İXM-in 192.4-cü maddəsi) göstərilmişdir. Belə ki, İddiaçı son haqq-hesabının ödənilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Həmin protokola istinad edilməklə, cavabdehin direktoru Vin barəsində 01 mart 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərt ib olunmuş, sonuncu İXMin 192.4-cü maddəsinə əsasən 700 manat inzibati cərimə edilmişdir. Yuxarıda qeyd edilən qərardan V tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 3(006)-1041/2021 saylı qərarı ilə şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçının üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi, bütün iş günü işə gəlməməsi kimi hallar öz təsdiqini tapmamış, onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xita m verilmişdir. İş materiallarına əlavə olunmuş izahatlardan və ödəniş qəbzlərindən görünür ki, iddiaçı öz əmək funksiyalarını qüsursuz yerinə yetirmiş, cavabdehə aid kommunal və sair ödənişləri vaxtında ödəmiş, ofisi daim nəzarətdə saxlamış, ofisin damını, həyətini və yağış sularının axıdılması üçün boruları yarpaqlardan təmizləmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrdən görünür ki, İddiaçı barəsində 08 yanvar 2021-ci il tarixli 02/21 saylı əmr iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin «ç» bəndinə, həm də 72-ci maddəsinin «a» bəndinə istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin «a» bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin «ç» bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Məhkəmə işin araşdırılış halları üzrə bu nəticəyə gəlir ki, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, əmək vəzifələrini pozmamış, barəsində əmrin verilməsinə əsas kimi göstərilən aktlarda qeyd olunan vaxtlarda iş yerində olmuşdur. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ç, 71.2, 71.3, 72a, 76, 83.2, 300.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) 26 oktyabr 2021-ci il tarixli, 2(103)-9535/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2311/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin araşdırılmış halları üzrə iddiaçının özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi, əmək vəzifələrini p ozmadığı, barəsində əmrin verilməsinə əsas kimi göstərilən aktlarda qeyd olunan vaxtlarda iş yerində olmasına istinadən iddianı əsaslı sayıb, təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh MMC (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instans iyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək intizamını pozması, tabeçilik və müəssədaxili qaydalara riayət etməməsi məhkəmə tərəfindən qiymətini almamışdır. İddiaçı əmək funksiyalarını vicdanla yerinə yetirməmişdir. Məhkəmə buna dair sübutlara qiymət verməyərək inkar etmişdir. Əmək Məcəlləsinin məzuniyyətlərin verilməsinə dair qrafik tələbi və iddiaçının əvvəlki ilin iyul ayında məzuniyyətdə olması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, bu hal onun işdən azad olunmasına səbəb kimi şərh edilmişdir. Əmrin əsası olan 70ç maddəsinin mətni (norma) Əmək Məcəlləsində olduğu kimi keçirilməsi iki əsasla müqavilənin pozulması kimi yanlış təfsir edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın də lilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edi lməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72a. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam ve rilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini əsasən formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, o, iddiaçının əmək intizamını pozması, tabeçilik və müəssədaxili qaydalara riay ət etməməsinin məhkəmə tərəfindən qiymətini almamasını, iddiaçının əmək funksiyalarını vicdanla yerinə yetirməməsini dəlil olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası kassatorun bildirdiklərinin əksinə olaraq iddiaçının cavabdeh MMC-də fəaliyyəti ilə bağlı iş materiallarında olan sübutları araşdırmış, onları qəbul etdiyi qətnamədə vurğulamaqla qiymət vermiş, lakin iş materiallarında iddiaçının üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi, bütün iş günü işə gəlməməsi kimi hallar barədə sübutlar müəyyən edilməmişdir. Cavabdehin kasasiya şikayətində vurğuladığı digər xüsusatlar isə subyektiv xarakterli olmaqla hər hansı hala və ya apelyasiya kollegiyası tərəfindən yol verilmiş hər hansı pozuntuya istinad edilə bilmədən göstərilmişdi r. Odur ki, cavabdehin kasasiya şikayətində göstərmiş olduğu dəlilləri apelyasiya kollegiyası tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilməsinin əsası kimi qəbul edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9535/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1882/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1882/2022
12.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver