Məhkəmə qərarları › İş №2(102)-1883/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1883/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1883/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli 2(103)9665/2018 saylı qətnaməsindən İddiaçı Qinyaz qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.T.Qədimov, iş № 2(010)-2615/2018) İddiaçı Qinyaz qızının cavabdehlər X3 və X1 qarşı pul və əmlak tələbinə dair iddi ası qismən təmin edilərək cəmi dəyəri 2820 manat təşkil edən 6 adda qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Suraxanı rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 17 mart 2009-cu il tarixdə cavabdeh Nla rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 2010, 2011-ci illərdə iki uşaqları olmuşdur. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların saxlanılması üçün X4 Museyibovanın xeyrinə aliment tutulmuşdur. 2018-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus qızıl-zinət əşyalarını qayınanası İradə Museyibovanın itməməsi adı ilə özündə saxlamasını və münasibətləri pozulduqdan sonra onların cavabdehlərdə qalmasını əsas göstərməklə ümumi dəyəri 15.000 manat təşkil edən 9 adda qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv ed ilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh A.Museyibov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının birgə razılıq əsasında lombarda qoyulmasını və əldə edilmiş vəsaitin ümumi borcların ödənilməsinə sərf edilməsini və həmin əşyaların cavabdehlərdə qalmasının iddiaçı tərəfindən sübuta yetirilməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. Məhkəmə kollegiyasının iddianın rədd edilməsi üçün b aşlıca sübut kimi istinad etdiyi lombard müdiri tərəfindən imzalanmış tarixsiz və heç bir yerə ünvanlanmayan sənəddən görünür ki, Amid Museyibov lombarda özünə məxsus 1 ədəd üzük və 1 cüt sırğanı qoyaraq 700 manat məbləğində kredit götürmüş, krediti qaytara bilmədiyi üçün həmin qızıl-zinət əşyaları onun iştirakı ilə satılmış və əldə olunmuş pul vəsaiti kreditin ödənilməsinə sərf edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ona məxsus 9 adda qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını iddia edərək həmin əşyaları onlardan tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə yalnız 2 əşyanın lombarda verilib götürülmüş kreditin ümumi borcların ödənilməsinə sərf edilməsini əsas göstərməklə iddianı bütövlükdə rədd etmişdir. Əvvələn, lombarddan alınmış 700 manatın hansı ümumi bor cun ödənilməsinə sərf olunması yoxlanılmamış, həmin iki əşyanın lombarda qoyulmasına yalnız həmin əşyaların ona qaytarılması şərti ilə razı olmasına dair iddiaçının göstərdiklərinə qiymət verilməmişdir. Əgər lombarddan 700 manatın götürülməsi ümumi borcun ödənilməsi məqsədi daşıyırdısa, belə vəziyyətdə iddiaçının həmin əşyaların sonradan qaytarılmasını tələb etməsi onların ümumi razılığının olmasını şübhə altına alır. Belə vəziyyətdə borcun hansı səbəbdən yaranması və onun nə dərəcədə ümumi borc olması araşdırılmalı idi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya məxsus olduğundan o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi tələb olunan bütün qızıl-zinət əşyalarına (9 adda) münasibətdə iddia tələbinin əsaslılığını yoxlamalı olduğu halda bunu etməmiş, gəldiyi nəticəni hərtərəfli və tam yoxlanılmış mötəbər sübutlarla əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üz rə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin olunmadığından, kollegiya hesab edir ki, MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv edilməli, iş yeni apellyas iya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar