Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1883/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əşyaların alqı-satqısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlunda n ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-146/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. Kod 50405038, JN-338 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X10, Cavabdeh2 Məmməd oğlu, X21, X25 və X14 Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 56 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ünvan 1ində yerləşən 3.55 ha torpaq sahəsi verilmişdir.
2. Cavabdeh2 Məmməd oğlu və X10 ilə X26 arasında xx.xx.2003-cü il tarixində alqısatqı müqaviləsi bağlanmış, Cavabdeh2 Məmməd oğlu və X10 “Torpağa mülkiyyət hüququna dair” JN-338 kod, 50405038 saylı Dövlət Aktına əsasən onlara məxsus ünvan 1ində yerləşən 25701.51 kv.m olan torpaq sahəsini ******* manat müqabilində X1.
3. X7, Cavabdeh2 Məmməd oğlu, X24, X25 və X11 adına ünvan 1ində yerləşən 2.5708 ha və 0.9799 ha torpaq sahələri ilə bağlı Çıxarış xx.xx.2020-ci il tarixində verilmişdir.
4. Cavabdeh2, X31, X25, X22 (müqaviləyə imza edən şəxs - Cavabdeh2) və X8 (müqaviləyə imza edən şəxs - Cavabdeh2) ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış Cavabdeh2, X31, X25, X22 və X8 birgə mülkiyyət üzrə mülkiyyətlərində olan ünvan 1ində yerləşən 2.5708 ha və 0.9799 ha torpaq sahələrini müvafiq olaraq 2500 manat və 2000 manat müqabilində Cavabdeh3 satmışlar. Sonuncunun adına torpaq sahələri daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixində qeydə alınmışdır.
5. X26 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış, X26 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.7849 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır.
6. Cavabdeh3 (müqaviləyə imza edən şəxs – X27) ilə Cavabdeh4 (müqaviləyə imza edən şəxs – X35) arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqavilələri bağlanmış, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yerləşən 2.5708 ha və 0.97.99 ha torpaq sahələrini müvafiq olaraq 3500 manat və 2800 manat müqabilində Cavabdeh4 satmışdır. Sonuncunun adına torpaq sahələri daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixində qeydə alınmışdır.
7. Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2003-cü il tarixli, 4Ə-02-115 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.
8. AR İN yanında ƏMDX tabeliyində DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmla kın dövlət reyestrindən arayışa əsasən ünvan 1ində yerləşən 0.9799 ha və 2.5708 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair X7, Cavabdeh2 və digər ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: JN-338 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”. 0.9799 ha və 2.5708 ha torpaq sahələri Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2020ci il tarixli, 4Ə-245 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X15 adına özgəninkiləşdirilmiş və onun adına tam mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixli, ********** (0.9799 ha) və ********** (2.5708 ha) qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixl i, 4Ə-1609 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.9799 ha torpaq sahəsi Cavabdeh4 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-1608 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 2.5708 ha torpaq sahəsi Cavabdeh4 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
9. Şəmkir rayonu Sarıtəpə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən əvvəllər X10 və Cavabdeh2 Məmməd oğluna məxsus JN-338 nömrəli dövlət aktı, reyestr nömrəsi ********* olan, 2.5701 ha torpaq sahəsi uzun illərdir ki, X16 istifadə sindədir və onlar hər il həmin sahəyə görə vergi ödəyirlər. Şəmkir rayonu Sarıtəpə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən əvvəllər X10 və Cavabdeh2 Məmməd oğluna məxsus JN-338 nömrəli dövlət aktı, reyestr nömrəsi ********* olan, 2.5701 ha torpaq sahəsi uzun illərdir ki, X16 istifadəsindədir və onlar hər il həmin sahəyə görə vergi ödəyirlər.
10. Əhalidən vergilərin qəbulu üçün qəbzlərə əsasən X26 tərəfindən Şəmkir rayonu Sarıtəpə bələdiyyəsinə torpaq vergisi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2020-ci il t arixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixli müqavilə ilə ünvan 1ində yaşayan X10 ilə Cavabdeh2 Məmməd oğlundan onlara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN338, kod-50405038 saylı Dövlət Aktına əsasən 25701.51 kv.m-dən ibarət torpaq sahəsini atası X26 almışdır. xx.xx.2020-ci ildə atası X6 rayonu, Sarıtəpə kəndində yerləşən ümumi sahəsi 73.7849 ha olan (25701.51 kv.m-dən ibarət torpaq sahə si də daxil olmaqla) torpaq sahəsini Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X23 təsdiq etdiyi bağışlama müqaviləsi ilə ona bağışlamışdır. 2003-cü ildən həmin torpaq sahəsi onların ailələrinin istifadəsində olmuşdur. Onlar yuxarıda qeyd olunan ümumi sahəsi 73.7849 ha olan (25701.51 kv.m-dən ibarət torpaq sahəsi də daxil olmaqla) torpaq sahəsini qonşu Cavabdeh4 ailəsinə məxsus torpaq sahəsindən ayırmaq üçün armatur və digər tikinti materiallarından istifadə etməklə çəpər də çəkdirmişdir. Ona görə də ətrafda torpaq sahələri olan hər kəs, o cümlədən, Cavabdeh2 gəlini və Cavabdeh4 və onların bütün ailə üzvləri bildirmişdir ki, yuxarıda qeyd olunan torpaq sahəsi onlarındır. 2003-cü ildən həmin torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edən zaman ona məlum olmuşdur ki, torpaq sahəsi uydurma əqd əsasında Cavabdeh2 tərəfindən gəlini Cavabdeh3 satılmış və sonradan isə yenə də uydurma əqd əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. 2003-cü ildə həmin torpaq sahəsini atası X4 Narxanım Murtuz qızı və Cavabdeh2 alan zaman onların övladları azyaşlı olduqlarına görə razılıqları tələb olunmamışdır. Lakin bütün ailə üzvlərinin bu alqı-satqıdan məlumatları olmuş, o cümlədən, həmin torpaq sahəsini uydurma əqd əsasında axırıncı alan Cavabdeh4 və həyat yoldaşının da 2003-cü il tarixli alqı-satqıdan məlumatları var idi.
13. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, torpaq sahəsi onlara verilmişdir, onun mülkiyyətində idi, sonra arvadı xəstə olduğuna görə maddi ehti yaca görə onu satmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-179/2024 nömrəli iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Şəfəq Məmmədova).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilələrin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. Hazırkı mülki mübahisənin həllində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140 və 149.2-ci maddələri tətbiq edilməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəməyə alqı-satqı müqavilələrinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə Cavabdeh4 məlumat lı olmasına dair sübutları məhkəmə araşdırması zamanı təqdim etməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, alıcı Cavabdeh4 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 iddiaçının mübahisələndirdiyi torpaq sahəsini vicdanlı əldə edən olduğundan, onunla digər cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilə, habelə alqı-satqı müqaviləsi əsasında adına qeydə alınmış çıxarış ləğv edilə bilməz.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 140, 149, 324, 337, 339, 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin olunan zaman ekspert vəsatət ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə vəsatətə münasibət bildirməmiş, cavabdehlərdən yazı nümunəsi alınmamışdır. Bunun nəticəsində də, ekspert rəy verməkdən imtina etmişdir. Cavabdeh4 həqiqətən mübahisəli torpağın sahibi olsa idi, iddiaçı tərəfindən çəpər çəkilən zaman, həmçinin 20 ilə yaxın bir müddət ərzində iddiaçı tərəfindən sözügedən torpaqda əkin işləri görülən zaman Cavabdeh4 torpağından qanunsuz istifadə olunmasına dair müvafiq addımlar atardı. Cavabdeh4 həqiqətən də, vicdanlı alıcı olsaydı, məhkəmə iclaslarında iştirak edər etirazını bildirərdi. Cavabdeh4 məhkəmə proseslərində iştirak etməyərək bir daha onu sübut etmişdir ki, o, vicdanlı alıcı deyildir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər özləri də bilirlər ki, mübahisəli torpaq sahəsi hələ də, iddiaçının istifadəsindədir. Qənimət və əri həmin torpaq sahəsini qəsdən alıblar. Belə ki, Qənimətin əri ilə iddiaçı arasında torpaq sahələrinin suvarması ilə bağlı mübahisə vardır. Bu səbəbdən Qənimətin əri iddiaçıya təzyiq etmək üçün mübahisəli torpaq sahəsini qəsdən almışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinə görə vergi xərclərini iddiaçı ödəmiş dir. Yenidən ekspertiza təyin edilməsi əsassız vaxt uzatmaq üçün tələb edilir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 (o, həm də X5, X17, X11 nümayəndəsidir) apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar da, vergiyə pul ödəmişlər. Lakin qəbzləri vəkilə vermişlər. İddiaçı ona demişdir ki, torpağı dəyişəcəyik. Ona görə razılaşmışlar. Torpaq sahəsini heç kimə satmamışdır. Bu vaxtadək torpaq sahəsindən istifadə etməmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Belə ki, həmin torpaq sahəsi iddiaçının fermasının yaxınlığında olduğundan və iddiaçının fermasında itlər olduğundan itlərin qo rxusundan torpaq sahəsinə gedə və istifadə edə bilməmişlər. Sonradan torpaq sahəsini oğluna vermək qərarına gəlmiş və gəlini Firuzənin adına keçirmişdir. Mübahisəli torpaq sahəsini gəlininə satmamışdır. Bağışlamışdır. Lakin nədənsə notarius bunu alqı-satqı yolu ilə etmişdir. Oğlu torpağı həyat yoldaşı xəstə olduğu üçün satmaq istəmişdir. Oğlu ona demişdir ki, torpağı almaq istəyən vardır. O, da razılaşmışdır. O, torpağı heç kimə təklif etməmişdir.
23. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1901 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, xx.xx.2003-cü il tarixli, 4Ə-02-115 reyestr nömrəli müqavilənin “İmzalar” qrafasında “1.” rəqəmi qarşısındakı imza və “İsmayılova H” əlyazması – X10 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2003-cü il tarixli, 4Ə-02-115 reyestr nömrəli müqavilənin “İmzalar” qrafasında “2.” rəqəmi qarşısındakı imza və “İsmayılov T” əlyazması – Cavabdeh2 Məmməd oğlu tərəfindən icra olunmuşdur. Tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş, xx.xx.2003-cü il tarixli, 4Ə-02-115 reyestr nömrəli müqavilənin “İmzalar” qrafasında “1.” və “2.” rəqəmləri qarşısındakı imzalarda – imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır.
24. Apellyasiya baxışı zamanı təqdim edilmiş Şəmkir rayonu Sarıtəpə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 11 nömrəli arayışına əsasən İddiaçı Sarıtəpə Bələdiyyəsinin ərazisində, mülkiyyətində olan 47.63 ha torpaq sahəsinin qonşuluğunda (bitişik) Cava bdeh4 istifadəsində olan 1.66 ha torpaq sahəsi vardır.
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-146/2025 nömrəli mülki iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, 4Ə-245 nömrəsi ilə qeydə alınmış xx.xx.2020ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********82 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə X15 adına qeydə alınmış, ünvan 1ində yerləşən 2.5708 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 satılmasına dair X28 və Cavabdeh4 arasında bağlanmış və reyestrdə 4Ə-1608 nömrəsi ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1ində yerləşən 2.5708 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********82 nömrə ilə aparılmış qeydin ləğv edilməsi, alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən xx.xx.2020-ci il tarixli, 4Ə-245 nömrəli müqavilə üzrə X22, X8, Cavabdeh2, X31 və X12 2500 manat müştərək qaydada alınıb Cavabdeh3, xx.xx.2022-ci il tarixli, 4Ə-1608 nömrəli müqavilə üzrə 3500 manat Cavabdeh3 alınaraq Cavabdeh4 verilməsi qət edilmişdir (hakimlər Mustafa Mustafayev (sədrlik edən və m əruzəçi), Fikrət Mehdiyev və Rəhman Muradov).
26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları, təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, 2003cü ildən fasiləsiz olaraq hazırkı dövrə qədər mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən əkilib-becərilir, məhsul götürülür və vergi xərcləri ödənilir. Göstərilən ərazi çəpərə alınmaqla, iddiaçıya məxsus 74 hektarın ortasında yerləşir və iddiaçı hər il bu əraziyə görə vergi ödəyir, qeyd olunan sənədlər apellyasiya şikayətinə əlavə olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi qanuni əsaslarla alınmış və bunu bütün sübutlar təsdiq etmişdir. Cavabdeh2 mübahisəli torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirsələr də, bu iş materialları ilə təkzib edilmişdir. Belə ki, xx.xx.2003-cü il tarixli müqavilədən görünmüşdür ki, Cavabdeh2 Məmməd oğlu və X3 mülkiyyət hüququna dair JN-338 kod 50405038 saylı Dövlət Aktına əsasən onlara məxsus ünvan 1ində yerləşən 25701.51 kv.m olan torpaq sahəsini X18 4.000.000 manat müqabilində satmışdırlar. Həmin alqı-satqı müqaviləsində imzaların da, qeyd edilən şəxslərə məxsus olması ekspert rəyi ilə təsdiqin tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehlərin həmin dəlilini əsassız hesab etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 vicdanlı alıcı olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 X9 və Cavabdeh2 gəlini olması işin mübahisəsiz halıdır. Yəni Cavabdeh3 ailənin gəlini olduğundan həmin torpaq sahəsinin satılması və iddiaçının istifadəsində olması ilə bağlı məlumatlı olm uşdur. Həmçinin Cavabdeh2 də, mübahisəli torpaq sahəsini gəlininə satmadığını, bağışladığını, lakin notariat kontoru tərəfindən alqı-satqı müqaviləsi bağlanıldığını qeyd etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin Cavabdeh3 münasibətdə dəlilini əsaslı hesab etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh4 vicdanlı alıcı olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh4 ilə İddiaçı torpaq sahəsinin qonşu torpaq sahəsi olması iş materialları ilə müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin 2003-cü ildən hazırkı vaxtadək iddiaçının istifadəsində olması və iddiaçıya məxsus torpaq sahəsinin ortasında yerləşməsi də, tərəflərin, o cümlədən cavabdehlərin izahatları ilə təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə reyestrdə 4-Ə-1608 nömrə ilə qeyd alınmış notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə X28 **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyət üzrə onun adına qeydə alınmış 2.5708 ha torpaq sahəsini 3500 manat müqabilində Cavabdeh4 satsa da, həmin torpaq sahəsinin sonuncuya təhvil verilməsi müəyyən edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində olsa da, Cavabdeh4 torpağı aldıqdan sonra həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi üçün hər hansı addım atmamışdır.
29. Məhkəmə kollegiyası iddiaçı ilə Cavabdeh4 eyni kənddə yaşaması, torpaq sahələrinin qonşu torpaq sahəsi olmasını, alqı-satqı zamanı və ondan sonrakı dövrdə Cavabdeh4 2.5708 ha torpaq sahəsi ilə torpağı istifadə edən iddiaçıya qarşı hər hansı tələb irəli sürməməs ini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasından və real olaraq iddiaçının istifadə etməsindən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası “vicdanlı alıcı” məsələsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh4 «vicdanlı əldə edən» hesab etmək olmaz.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
31. Kollegiya, mübahisəsi gedən torpaq sahəsi ilə bağlı müqavilələrinin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd etmişdir ki, cavabdehlər həmin torpaq sahəsi üzərində sərəncam vermək, yəni onlara dair digər şəxslərlə müqavilə bağl amaq səlahiyyətinə malik subyekt olmamışdır. Belə ki, Cavabdeh2 Məmməd oğlu və X3 mülkiyyət hüququna dair JN-338 kod 50405038 saylı Dövlət Aktına əsasən onlara məxsus ünvan 1ində yerləşən 25701.51 kv.m olan torpaq sahəsini X18 xx.xx.2003-cü il tarixdə satdıqdan sonra X26 həmin torpaq sahəsinə dair sahiblik və istifadə hüququ əldə etmiş, xx.xx.2005-ci il tarixdə isə JN-517, KOD: **********55 saylı Dövlət Aktı əsasında müxtəlif alqı-satqı müqavilələri, o cümlədən xx.xx.2003-cü il tarixli 4Ə-02-115 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış ümumilikdə 73.7849 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna o lmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər.
32. Həmçinin qeyd olunmuşdur ki, bağlanmış əqdlər etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 və ailə üzvləri ilə X28 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə 2.5708 ha torpaq sahəsini 2500 manat müqabilində X2. Cavabdeh X28 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə X28 tam mülkiyyət üzrə 2.5708 ha torpaq sahəsini 3500 manat müqabilində Cavabdeh4 satmışdır. Belə olan halda isə kollegiya qeyd etmişdir ki, mübahisə predmeti olan 2.5708 ha torpaq sahəsi geri qaytarıld ığından onun üçün tərəflər arasında ödənilmiş pul məbləğləri də geri qaytarılmalıdır.
34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146, 149, 324, 337, 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh2 və Cavabdeh3 (Vəkil4) tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
36. Şikayətlər onunla əsaslandırılmışdır ki, heç bir subyektiv hüququ olmayan şəxs tərəfindən iddia qaldırılmış, subyektiv hüququ olmayan şəxs qaldırdığı iddiada hər hansı sübut təqdim etməmiş, iddia ərizəsinə mənşəyi bəlli olmayan ks erosurət olan bir müqavilə əlavə etmişdir ki, ədalət mühakiməsini həyata keçirdən məhkəmə bu mənşəyi, kökü bəlli olmayan kserosurət olan bir kağız parçasını sübut olaraq qəbul etmiş, həmin kserosurət olan kağız parçasının kökünü araşdırmamış, bu azmış kimi hələ orda olan imzaların qayınata və qayınanasına məxsus olub-olmamasını müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspertiza da həmin imzaların onlara məxsus olmasını qeyd etmişdir. Qayınatası Cavabdeh2 vəsatətlə müraciət edərək, mənşəyi bəlli olmayan kserosurət kağız parçasının kökünün olub-olmamasını müəyyən etmək üçün notariusa, arxivə sorğu verilməsini, əgər belə bir sənəd mövcuddursa, həmin notariat işinin götürülməsini, əslinə baxış keçirilməsini, bundan sonra əlavə ekspertiza təyin olunmasını xahiş etmişdir. Apellyasiya Məhkə məsi nəinki onun vəsatətini təmin etmək, heç vəsatətinə münasibət belə bildirməmişdir.
37. Cavabdehlər şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 89, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
38. Cavabdeh4 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, o, torpağı vicdanlı əldə etmişdir. İddiaçı tərəfindən həmin torpaq sahələrinin alınmasından xəbəri olmamışdır. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin alınmasından o, xəb ərdar olmuş və həmin torpaq sahəsinin istifadəsinə verilməsi ilə bağlı heç bir addımlar atmamışdır. İddiaçı həmin torpaq sahəsini almasından ümumiyyətlə məlumatı olmamışdır. Lakin işə baxan məhkəmə kollegiyası belə bir nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin içərisində olduğundan və iddiaçı tərəfindən həmin torpaq sahəsi mütəmadi becərildiyindən, Cavabdeh4 və onun ailə üzvlərinin torpağın iddiaçıya məxsus olduğunu bilmişlər.
40. Mübahisə predmeti olan torpağa dair bağlanmış alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyinin bütün tələblərinə əməl edilmişdir. İşə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 140, 546-cı maddələrini tətbiq etməli idi. Məhkəmə kollegiyası həmin maddələri qərarı nda sadalasa da iddianın təmin edilməsinə münasibətdə tətbiq etmişdir. Mülki Məcəllənin qeyd edilən normaları bilavasitə iddianın rədd edilmə əsasını təşkil etməli idi. Məhkəmə kollegiyası Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı 324-337-ci maddələrini isə tətbiq etməkdə heç cür haqlı olmamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarındakı mövqeyinə görə də X28 ilə Cavabdeh4 arasında bağlanmış əqd etibarsız hesab edilə bilməzdi. Hazırkı işdə daşınmaz əmlak barədə dövlət reyestrində hər hansı bir məhdudiyyət olmamışdır.
41. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146, 149, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə mali k olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
45. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
46. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
47. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı on un həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
48. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
51. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
53. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
66. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş k imi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegi yası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-146/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.