Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1884/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Q.Ə.Allahverdiyevdən ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı “xxxx” şirkətinin və vəkili Vəkil1, həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətlər i üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli (hakim E.Ə.Mehdiyev, iş 2(006)-198/18) qətnaməsi ilə iddiaçı “xxxx” şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, “xxxx” ASC-yə və “xxxx”MMC-yə qarşı borcun və dəymiş zərərin ödənilməsi barədə ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “xxxx” şirkətinə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov iş 2(103)-11845/18) “xxxx” şirkətinin apellyasiya şikayəti qismən təmin olunub Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində qismən ləğv e dilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 50.811 ABŞ dolları və Cavabdeh2 18.000 ABŞ dolları pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq “xxxx” şirkətinə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsinin xxxx” şirkətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə eksperiza tədqiqatının dəyəri olan 73 manat 04 qəpik pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən hissəd ə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə iddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin qismən, ilkin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Həmçinin ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil2 kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “xxxx” ASC və “xxxx” MMC – nin nümayəndələri üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kolleg iyası işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman ilkin iddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, Cavabdeh2 və Cavabdeh1 kasassiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin olunmamasını xahiş etdilər. Həmçinin ilkin iddia tələbi üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını, “xxxx” şirkətinin kassasiya dəlillərinə etirazını bildirib şikayətin təmin olunmamasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı “borcun və dəymiş zərərin ödənilməsi tələbinə da ir” iddia ilə məhkəməyə müraciət edib 78.501 (yetmiş səkkiz min beş yüz bir) ABŞ dolları məbləğində borcun, 23.550 ( iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində əldən çıxmış faydanın, 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi ziyanın, cəmi- 112.051 ( bir yüz on iki min əlli bir) ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” ASC-dən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında İddiaçı əsl iddiaçı “xxxx” şirkəti ilə əvəz olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verib və “xxxx” ASC-dən 108.501 ( bir yüz səkkiz min beş yüz bir) ABŞ dolları məbləğində borcun, 23.550 ABŞ dolları məbləğində ədən çıxmış faydanın, cəmi- 132.051 ABŞ dolları məbləğində pulun cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 “xxxx” Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” şirkəti ilkin iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdə Bakı şəhərinə gəlmiş və həmin vaxt tanış olduğu Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən “xxxx” şirkətinin rəhbərləri Mehdi və Cavabdeh2 qardaşları İddiaçı təmir tikinti işləri ilə bağlı mebel təmirini və montaj etmək işlərinin görülməsini təklif etmişlər. Bundan başqa, Qəhrəmanov qardaşları və onların vasitəsi ilə tanıdığı Cavabdeh3 “xxxx” ASC-nin Bakıxanov küçəsində yerləşən ofisinin mebellə təchiz olunması və quraşdırılması barədə sifariş əsasında bankın ofisi tərəflərindən mebellə təchiz edilmiş və quraşdırılmışdır. Eyni zamanda Cav abdeh2 Bakı şəhərində yerləşən evinin də mebeli Türkiyədən gətirilməli və təchiz edilməli, ödəniləcək məbləğ isə bütün işlər görülüb qurtardıqdan sonra verilməli idi. Həmin məbləğə tikinti əşyalarının Türkiyədən gətirilməsi, daşınması, quraşdırılması, işçilərə əmək haqqı verilməsi daxil idi ki, bütün bu işlərə görə pullar iddiaçı tərəfindən ödənilmişdir. Ümumi görülən işlərin dəyəri 390.000 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən hissə-hissə ödənişlər edilsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək qalan 108.501 ABŞ dolları məbləğində pulun ödənilməsindən boyun qaçırırlar. Halbuki borcluların xahişləri nəzərə alınıb ümumi məbləğdən təxminən 40.000-50.000 ABŞ dolları güzəşt edilmişdir. Görülən işlərlə görə aralarında müqavilə olmuş və email ünvanında yazışmaları da mövcudd ur. İddiaçı Bakı şəhərində olduğu müddətdə Mehdi və Araz əvvəllər gördüyü işlərin pulunu vaxtı-vaxtında ödəyirdilər. Lakin sonradan cavabdehlərin aralarında olan razılaşmanın şərtlərini pozması və öhdəlikləri tam icra etməməsi səbəbindən İddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Polis idarəsinə müraciət etməyə məcbur qalmışdır. Cavabdehlər öz izahatlarında borclu olduqlarını qismən etiraf etmişlər. Bundan başqa Cavabdeh1 18.000 ABŞ dollarını bildirmişdir ki, evinə quraşdırdıqları mebelin birinin qapısında guya müəyyən problem olduğuna görə Ədalət adlı şəxsin ödəməməsi səbəbindən verə bilmədiyini göstərmişdir. Halbuki, qeyd olunan qapının dəyəri 300 ABŞ dolları olduğundan buna görə isə 18.000 ABŞ dolları məbləğində pulun ödənilməməsi absurddur. Qüsurludursa qapının kargo ilə göndərilməsi və qüsurların aradan qaldırılıb geri qaytarılması təklif edilmiş, bundan başqa cavabdehlərin ofislərində, özlərinin və qohumlarının evlərində quraşdırdıqları mebellərin qüsurlu olmasını bildirmələrinə rəğmən onların evlərinə və ofislərinə gedilib baxıldıqda mebellərdə heç bir qüsurun olmadığı, uzun illər istifadə olunduğu üçün sadəcə xırda cızıqların olduqu müəyyən olunmuşdur. Cavabdehlərlə dəfələrlə əlaqə saxlanılmış, onlar maliyyə böhranını əsas gətirib borcu qısa zamanda hissə-hissə ödəyəcəklərinə söz versələr də buna əməl etməmiş, İddiaçı xarici ölkə vətəndaşı olduğundan onlardan pul tələb edə bilməyəcəyini düşünmüşlər. Cavabdehlər iddiaçının etibarından və səmimiyyətindən, eləcə də Azərbaycan xalqına olan hörmətindən istifadə edərək ona ödənilməli olan borcunu mənimsəm işlər. İddiaçı malları Türkiyə Respublikasından göndərdiyi və həmin şirkət də Türkiyə Respublikasında fəaliyyət göstərdiyi üçün mallar cavabdehlərə satılarkən dəyəri ABŞ dolları ilə müəyyən edilmişdir. Həmçinin, ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçı “xxxx” şirkətinə qarşı “pul tələbinə dair” qarşılıqlı iddia verib ilk iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilib keyfiyyətsiz mebellərə və işlərə görə əlavə ödənilmiş 63.254 (altmış üç min iki yüz əlli dörd) ABŞ dolları məbləğində pulun və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi 200.000 manat pulun “xxxx” şirkətindən tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, şifahi razılaşdırılmış məbləğdən 275.000 ABŞ dollarının ödənildiyini iddiaçı öz ərizəsində etiraf etmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının 22 dekabr 2017-ci il tarixli, 23350 saylı rəyi ilə göndərilmiş mebellərin əksəriyyətində onların hazırlanması zamanı qüsurların mövcud olduğu müəyyən edilmişdir. Onlar sonradan əmələ gələn qüsurları görmək imkanına malik olsalar da, məhsulun istehsalat zamanı qüsurlu və keyfiyyətsiz olduğunu adi gözlə görə bilmək mümkün olmadığından bu faktlar ekspertiza tədqiqatı nəticəsində aşkara çıxarılmışdır. Digər tərəfdən ekspert məhz keyfiyyətsiz və qüsurlu hazırlanması səbəbindən məhsulun qiymətlərinin də həqiqətən də əhəmiyyətli dərəcədə aşağı olmasını müəyyən etmişdir. Beləliklə, iş materiallarına ilkin iddiaçı tərəfindən əlavə edilmiş cədvəldə göstərilən qiymətləri toplamaq yolu ilə müəyyən edilir ki, razılaşma, ilkin iddiaçının qənaətinə görə 352.910 ABŞ dolları məbləğində mebellərin təqdim edilməsi və quraşdırılmasını nəzərdə tutmuşdur. Bununla da, ilkin iddia tələbi üzrə iddiaçının razılaşdırılmış qiymətlərə uyğun olmayan qüsurlu və keyfiyyətsiz hazırlanmış mebelləri təqdim etməsi ekspert tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, ekspertin müəyyən etdiyi hallar əsas götürülməklə, əlavə ödənilən 63.254 ABŞ dolları məbləğində pul onlardan tutularaq geri qaytarılmalıdır. Bundan başqa işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi, 200.000 manat məbləğində pul onların xeyrinə tutulmalıdır. “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh “xxxx ” ASC-nin nümayəndəsi X2 iddianın özlərinə aid hissəsini qəbul etməmiş, “xxxx” şirkəti ilə “xxxx ” ASC arasında ilk iddia tələbində göstərilənlərlə bağlı hər hansı razılaşma, müqavilə olmadığını göstərib iddianın onlara aid hissədə rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehlərin 78.501 ABŞ dolları məbləğ ində borcu iddiaçı ilə email vasitəsi ilə apardıqları yazışmalarda tam etiraf etmələri və həmin borcu qısa bir zamanda hissə-hissə ödəyəcəklərini bildirmələrinə, mebellərin üzərində olan xırda cızıqlardan ibarət qüsurların mebeldən uzun müddət istifadə səbəbindən yaranmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilk iddia tələbinin qismən təmin olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İlkin iddia tələbi üzrə cavabdehlər və qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman ilk iddiaçının mebellərlə təchiz olunma və quraşdırılma ilə bağlıişləri qüsurlu yerinə ye tirməsinə və bunun mebellərin ekspert tərəfindən tədqiqi zamanı təsdiq olunmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilkin iddia tələbinin yalnız onlara aid hissədə qismən təmin olunması barədə əsassız qərar qəbul edilmiş, iddia tələbinin digər cavabdehlərə aid hissədə rədd edilməsi əsaslandırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçı “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, cavabdehlərin vəkili Vəkil2 dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, “xxxx” şirkətinin kassasiya şikayəti qismən, Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Ka ssasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin qismən təmin olunub Cavabdeh1 50.811 ABŞ dolları və Cavabdeh2 18.000 ABŞ dolları pulun manatla məzənnəsi üzrə alınıb “xxxx” şirkətinə ödənilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini ilkin iddiaçı ilə cavabdehlər həmçinin qarşılıqlı iddiaçılar arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətlərinin yaranmasına və 2013-cü ildən başlayaraq 3 il ərzində cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsi ilə mebellər göndərilməsinə cavabdehlərin həmin mebellərə görə iddiaçıya 275.000 ABŞ dolları ödəmələrinə, həmçinin Cavabdeh1 “xxxx ” ASC ilə bağlı 35.691, Hamlet adlı şəxsin evində görülən işlərlə bağlı 15.120 ABŞ dolları borcunun, Cavabdeh2 isə iddiaçı şirkətə 17.000-18.000 ABŞ dolları borcunun qalmasını Yasamal rayon Polis İdarəsində verdikləri izahatlarında etiraf etmələrinə, mebellərin ekspert tərəfindən tədqiq olunması ilə müəyyən edilmiş qüsurların istismarla bağlı qüsurlara aid olmasına, istehsalat qüsurlarının mövcudluğunu “dəlalət edir” kimi sözlərlə ifadə olunmaqla malların istehsalat qüsurlu olmasını təsdiq etməməsinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apelly asiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Bakı şəhəri, Yasamal rayon Polis idarəsinin 30 dekabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarına əsasən “xxxx” şirkətinə müxtəlif vaxtlarda mebellər sifariş verdiklərinin, həmin mebellərin pulunun Türkiyə Respublikasından gətirilib quraşdırıldıqdan sonra ödənilməli olduğunun, lakin sifariş olunan mebellərin bir qisminin təyinat yerinə gətirilib quraşdırılmadığının, quraşdırılan mebellərin bir hissəsinin isə istifadəyə yararsız olduğu üçün mübahisə edilən pul məbləğinin işlər tamamlandıqdan sonra ödəyəcəklərinin müəyyən olunmuş, toplanmış materialda etibardan sui-istifadə etmək, eləcə də aldatma yolu ilə əmlakın ələ keçirilməsi faktı olmadığından ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 22 dekabr 2017-ci il tarixli, 23350 saylı rəyində aparılmış ekspert tədqiqatı nəticəsində, il materiallarında olan iddia ərizəsində və məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən tədqiqat obyektləri üzərində qüsurların olub-olmamasını müəyyən edilməsi, qiymətləndirilməsi üçün mebellərin modelinin, ölçülərinin, yararlığının və istismar nəticəsində hansı vəziyyətdə olmasının, eləcə də onların ayrı-ayrılıqda adları, texniki və keyfiyyət göstəriciləri, mövcud qüsurların və istismar nəticəsində əmələ gəlmiş qüsurların müəyyən edilməsi məqsədilə B akı şəhəri, ünvan 2 ünvanda, ünvan 3fisdə, ünvan 4 ünvanında yerləşən Bakı Biznes Mərkəzinin binasının 1-ci mərtəbəsindəki “xxxx” ASC-nin xidməti otaqlarında və ünvan 6 ünvanında 17 oktyabr 2017-ci il tarixdə təqdim edilmiş mebellərə tərəflərin iştirakı ilə ekspert baxışı keçirildiyi, mebellərin xarici ölçüləri, səthi üzərində olan zədələrin və digər əlamətlərin, eləcə də onların hazırlanmasında mövcud qüsurların və istismar nəticəsində əmələ gəlmiş qüsurların rəyin tədqiqat hissəsində ətraflı göstərildiyi, baxış zamanı yuxarıda qeyd olunan ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrinin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtükləri ilə üzlənmiş taxta və digər materiallardan təbəqələrin quraşdırıldığını n məlum olduğu və bu hissə üzrə ekspertiza əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından Mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilməklə həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci il tarixdə verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmədiyindən tikinti-texniki ekspertizası üzrə işin icrasız saxlanılmaqla geri qaytarıldığı, iş materiallarında olan məhkəməyə təqdim edilmiş fakturalarda göstərilən mebellərin qiymətləndirilməsində, onların alqısatqı zamanı tərəflər arasında iş materiallarında olan fərdi razılaşma və şifahi müqavilə əsasında müəyyən edilən qiymətlərin əsas götürüldüyü, Respublika ərazisində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert praktik asında toplanmış məlumatlara və iş materiallarında olan məhkəməyə təqdim edilmiş texniki fakturalarda göstərilən alış-satış qiymətlərinə əsasən ekspert baxışı zamanı müəyyən edilmiş texniki göstəricilər və mebellərin hazırlanmasında yuxarıda qeyd edilən əmələ gələn qüsurlar və onların əmtəə görünüşünün itirilməsi nəzərə alınmaqla tərəflər arasında razılaşdırılmış qiymətlərdən faiz nisbəti ilə təxminən 30-40 faiz aşağı təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsəsən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfl i əqdlərə aid qaydalar tətbiq edilir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zə rər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman tərəflər arasında mübahisələndirilən münasibətlər üzrə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və imzalanmış hər hansı yazılı müqavilənin olmamasına, ilkin iddiaçı “xxxx” şirkətinin tələb etdiyi pul məbləğinin hansı avadanlıqlara görə ödənilməmiş məbləğ olmasını və həmin avadanlıqların hansı predmetlərdən ibarət olmaqla cavabdehlərə tam keyfiyyətdə qüsursuz olaraq quraşdırılmaqla təhvil verilməsini və cavabdehlər tərəfindən təhvil alınmasını təsdiq edən sübutları tam aydınlığı ilə təqdim etməməsinə, ilkin iddia tələbinin ümumilikdə göndərilmiş mebel məmulatlarının bütövlükdə dəyərinin bir hissəsi kimi göstərilməklə ödənilməyən hissənin hansı əmtəələrə görə olmasının göstərilməməsinə, göndərilən mebel məmulatlarının bir qism detallarında aradan qaldırıla biləcək qüsurların mövcudluğu ilə bağlı qarşılıqlı iddia tələbində göstərilən halların ilkin iddiaçı tərəfindən təkzib olunmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ilkin və qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı hərəkətlər aparılmadan ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 50.811 ABŞ dolları, Cavabdeh2 isə 18.000 ABŞ dolları məbləğində borclu olmaları barədə nəticəyə gəlinib ilkin iddianın həmin hissədə təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasına dair qərar qəbul edilmişdir. Bundan başqa, apellasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2017-ci il tarixli, 23350 saylı rəyində baxış zamanı qeyd olunan ünvanlarda mebel məmulatlarından başqa, xidməti otaqların və digər qeyri-yaşayış sahələrinin divarlarına, sütunlarına, tavana və digər sahələrə müxtəlif ölçülərdə bəzək örtükləri ilə üzlənmiş taxta və digər materiallardan təbəqələrin quraşdırıldığının məlum olduğu və həmin işlərdə qüsurların mövcudluğunun müəyyən edilməsinin əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından Mərkəzin tikinti-texniki ekspertizalar şöbəsində kompleks ekspertiza təyin edilməklə həmin şöbənin eksperti tərəfindən baxış üçün 23 oktyabr 2017-ci il tarixdə verilmiş vəsatətin məhkəmə tərəfindən təmin edilməməsinə dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, ekspert rəyində malların Respublika ərazisində faktiki qiymətlərinin razılaşdırılmış qiymətlərdən 30-40 % aşağı təşkil etməsi ilə bağlı göstərilənləri heç bir halda inandırıcı hesab etmədiyi halda, daha mötəbər sübutların əldə edilməsi üçün əlavə və ya təkrar ekspertiza təyin etmədən ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul edilmiş, təmin olunan məbləğin hansı əmtəələrin dəyərini təşkil etməsi göstərilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına gör ə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başşqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Piersack Belçikaya” qarşı 01 oktyabr 1982-ci il tarixli qərarında məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri olan onun ədalətli olması ilə bağlı mövqeyini “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görülməlidir.” kimi şərh etmişdir. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. Kassator “xxxx” şirkəti kassasiya şikayəti ndə qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, “xxxx” şirkətinin kassasiya şikayəti qismən, Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 noyabr 2018-ci il tarixli 2(103)-11845/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1884/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1884/2019
03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver