Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1884/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İmişli rayon Qulubəyli Bələdiyyəsinin nümayəndəsi İddiaçı1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı İmişli rayon Qulubəyli Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyət nüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)1682/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmişli rayon Qulubəyli Bələdiyyəsi məhkəmədə iddia qaldıraraq, Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-147/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışa əsasən (reyestr nömrəsi: **********54) sahib olduğu A 018448 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli rayonunun Qulubəyli kəndində yerləşən 0,40 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşən ətrafdakı bələdiyyə ərazisindən çıxarılması və iddiaçı Qulubəyli bələdiyyəsinin həmin torpaq sahəsi ilə öz mülahizəsinə görə davranmaq imkanının tanınması qət olunmuşdur. (Ülvi Qənbərov) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1682/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin 2(036)-147/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Fehruz Abbasov (sədrlik edən və məruzəçi) Fuad Soltanov, Tale Kərimli) Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1682/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkilkassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İmişli rayon Qulubəyli Bələdiyyəsinin nümayəndəsi İddiaçı1 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. HÜQ UQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1682/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan hazırki iş ü zrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməsi işin faktiki hallarını araşdırma qəbul edilməməlidir. Bələdiyyənin iddia tələbi ondan ibarətdir ki, cavabdehin mülkiyyətində 0,40 ha torpaq sahəsi var, həmin torpaq sahəsi yerində tanıdılmaqla cavabdehə təhvil verilib. Buna baxmayaraq, cavabdeh mülkiyyətində olan 0,40 ha torpaqdan əlavə, bələdiyyənin mülkiyyətində olan 0,70 ha torpağı da zəbt edərək hasarlayıb. Bununla da bələdiyyənin mülkiyyət hüququnu pozub. Cavabdeh isə etirazının əsası kimi ailə üzvləri ilə birlikdə İmişli rayonunun Qulubəyli kəndində yaşamasına, bələdiyyə ərazisindən 0,40 ha torpaq sahəsini satınalma yolu ilə əldə etməsinə, həmin torpaq sahəsinin mülkiyyətində olmasına, mübahisəli torpaq sahəsinin də mülkiy yətindəki 0,40 ha torpaq sahəsinin sərhədləri daxilində olmasına istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına və təyin edilmiş ekspertizanın rəyinə əsasən cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməsinin sübuta yetirilməsini müəyyən edərək iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157, 165-ci və Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticən əsaslı saymır. Belə ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırsa da, ekspert rəyinin özü tam və ə saslı deyil. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallı ondan ibarətdir ki, cavabdehin mülkiyyətində İmişli rayonunun Qulubəyli kəndində 0,40 ha torpaq sahəsi vardır. Mübahisə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənar bələdiyyə mülkiyyətinə aid 0,70 ha torpaqdan qanunsuz istifadə etməsi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli məsələ ilə bağlı təyin etdiyi ekspertiza qarşısında cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsi, cavabdehin kənar torpaq sahəsi zəbt etdiyi halda, zəbtin nədən ibarət olması və ölçülərinin müəyyən edilməli olması barədə suallar qoymuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14779 saylı rəyində Cavabdeh fakti ki istifadəsində olan torpaq sahəsinin 542 kv.metr hissəsinin Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmiş İmişli rayonunun Qulubəyli kəndində yerləşən 0,40 ha torpaq sahəsinin hüdudları daxilində olduğu, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 3458 kv.metr hissəsinin Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinin ölçülərində (cizgilərində) əks olunmuş sərhədlərdən kənara çıxdığı və həmin ərazinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmişdir. Göründüyü kimi, ekspert rəyində cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 3458 kv.me tr hissəsinin özünün mülkiyyətində olan 0,40 ha torpaqdan kənarda yerləşməsi göstərilsə də, ekspert qarşısında müvafiq sual qoyulmadığı üçün həmin kənar ərazinin, yəni cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin (mülkiyyətindən kənarda yerləşən torpaq sahəsinin) bələdiyyə mülkiyyətinə aid olub-olmaması, zəbt edilmiş sahə olduğu halda həmin sahənin hansı istiqamətdə olması ekspert rəyində müəyyən edilməyib. Belə olan halda, ekspert rəyinə istinad edib, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən q iymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair müəyyən etdiyi normalardan da görünür ki, istənilən sübuta, o cümlədən ekspert rəyinə formal yanaşılmamalı, onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verilməlidir. Hazırki işdə tam olmadığı üçün ekspert rəyi obyektiv və qanuni nəticəyə gəlməyə imkan vermədiyi halda, apelyasiya instansiyası məhkəməsi həmin rəyə istinad etməklə səhvə yol vermişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiy a instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, mülki iş yenidən apaşdırılması üçün apelyasiya instansiyasına qaytarılmalı, işə yenidən baxan məhkəmə digər hallarla yanaşı, iş üzrə təkrar və ya əlavə ekspertiza təyin edilməli olmasını müzakirə etməli, iddiaçının iddia etdiyi torpağın iddiaçıya məxsus olub-olmaması, cavabdehin mülkiyyətində olan 0,40 ha torpaq sahəsindən kənar faktiki istifadəsində hər hansı ölçüdə torpaq olub-olmaması, olduğu halda nə qədər, hansı istiqamətdə və ölçüdə olması, cavabdehin mülkiyyətində olan 0,40 ha torpaq sahəsindən kənar istifadə etdiyin torpağın bələdiyyə mülkiyyətinə aid olub-olmaması və s. halları aydınlaşdırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)1682/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1884/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1884/2020
02.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver