Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1884/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin müddətə görə qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6nə qarşı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9704/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh6 kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 22.10.2012-cü il tarixli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilinin əvəzinə Cavabdeh1-dan 280500 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 08.08.2019-cu il tarixli baxış iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1-dan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6ndən, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 280500 manat mə bləğində maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/19 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1-dan tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4671/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) iddiaçının şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 12.09.2019-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində, İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
5. Bundan sonra, yəni 03.08.2021-ci il tarixdə Cavabdeh6 X6 Rayon Məhkəməsinin 2(004)-4474/19 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsidən apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9704/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh6 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə rabitə orqanı vasitəsilə iş üzrə tərəflərə, o cümlədən Cavabdeh6nə göndərilmiş, 03.02.2021-ci il tarixdə qətnamə icraya yönəldilərək icra vərəqəsi verilmişdir. İcra vərəqəsinə əsasən Bakı Şəhəri Yasamal İcra və Probasiya Şöbəsi tərəfindən 06.02.2021-ci il tarixdə icraat başlanmışdır. Cavabdeh6 apellyasiya şikayəti Rayon Məhkəməsinə 03.08.2021-ci il tarixdə daxil olmuşdur.
8. Apellyasiya instansiyasının mövqeyinə görə qətnamənin artıq icraya yönəld ilməsi və apellyasiya şikayətinin məhz bundan sonra verilməsi məhkəmə üçün belə qənaətə gəlməyə əsas verir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh6 tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş Cavabdeh6 “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni verməmişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddətin Cavabdeh6 tərəfindən ötürülübötürülməməsini araşdırmamışdır.
9. Apellyasiya instansiyası həmçinin qeyd etmişdir iki, Cavabdeh6 apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzə əsasən rüsum kiçik müəssisəsinin adından deyil, X1 adından ödənildiyindən, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir.
10. Apellyasiya məhkəməsi qərardadı Mülki Prosessual Məcəllənin 360, 363.1.2., 363.1.3 və 364-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh6 (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, "Fuad” kiçik müəssisəsinə Yasamal Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi poçt vasitəsilə göndərilmiş, lakin məktub geri qayıtmışdır. Qətnamə rəsmi qaydada Cavabdeh6nə təqdim edilmədiyi nə görə, rəsmi qaydada yalnız 22.07.2021-ci il tarixdə təqdim edildiyindən hər hansı bir müddətin ötürülməsi məsələsi mübahisələndirilə bilməz. Cavabdeh6 ilk dəfə 22.07.2021-ci il tarixdə almış və ona uyğun prosessual müddət 22.08.2021-ci il tarixdə bitir. Cavabdeh6 həmin müddət bitməmiş apellyasiya şikayətini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
14. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
15. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədiklər i barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bi lər. Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların da yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsinə müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda, eyni zamanda müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədikdə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM -nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi məhz MPM-nin 364-cü maddəsinə əsaslanmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabvdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunauyğunluğunu yoxlamamışdır.
22. İşin bu prosessual vəziyyəti MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur.
23. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cava bdeh Fuad” Kiçik Müəssisəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9704/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.