Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1885/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və yaşayış evləri arasındakı ara məsafəsinin müəyyən olunması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4/2022 nömrəli, 27 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respu blikasının Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin müvafiq hissəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinin ona qaytarılması və cavabdehin evi ilə onun evinin arasında ara məsafəsi saxlamaq məqsədi ilə onun evinin geri çəkilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)-420/2017 nömrəli iş üzrə 10 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov) iddia rədd edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-4/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kаssаsiyа şikаyəti vermiş, kassasiya şikayəti 06 fevral 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş, eyni zamanda kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuşdur.
5. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı səhhəti ilə əlaqədar 17 avqust 2022ci il tarixdə Türkiyə Respublikasında olduğundan qətnamənin surətini ş əxsən almamışdır. Ona görə də, kassasiya şikayətinin verilməsi müddətini bərpa edib, işin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-4/2022 nömrəli iş üzrə 27 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Lalə Rəhimli) prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin surəti 11 noyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul olunmuşdur (i.v. 147, 1-ci cild).
8. Məh kəmə vəsatətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən, o cümlədən, müddətin bərpasına dair ərizədən və ümumvətəndaş pasportunun surətindən müəyyən edilir ki, iddiaçının ölkədən giriş-çıxışı sonuncu dəfə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə təsadüf edir. İddiaçı özü də ərizəsində xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında olduğunu etiraf etmişdir.
9. Bundan əlavə, "xxxx" MMC-nin ******* nömrəli epikrizindən müəyyən olunur ki, iddiaçı 01 may 2022-ci il tarixdən 03 may 2022-ci il tarixədək MMC-nin kardiologiya şöbəsində müalicədə olmuşdur. Qətnamənin surəti 04 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmiş və 11 noyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İddiaçının kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı 12 noyabr 2022-ci il tarixdən başlamış və 12 yanvar 2023-cü il tarixdə bitmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 128.1, 128.2, 128.3, 130.1, 133.1, 135.2, 135.3, 135.4, 135.5, 146, 403.1, 402.2.2, 408.1, 408.1.1, 408.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
17. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbz ə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
18. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər:
22. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müdd ət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
29. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi günd ən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
30. Baxılan iş üzrə kassasiya şikayəti 2 aylıq müddət ötürülməklə məhkəməyə təqdim edilmiş, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini və təqdim etdiyi sübutları araşdıraraq müddətin ötürülməsinin hər hansı üzrlü səbəbini müəyyən etməmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4/2022 nömrəli iş üzrə 27 fevral 2023-cü tarixl i qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.