Məhkəmə qərarları › İş №2(102)-1885/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1885/2025

07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1885/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1531/2024 nömrəli 04 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən X” MMC-nə illik 16 faiz olmaqla, 36 ay müddətinə 100.000 manat kredit verilmişdir. 2. 26 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, X4 məxsus olan Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.50 hektar sahibkarlıq məqsədli torpaq sahəsi İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üsulu kimi ipoteka ilə yüklü edilmişdir.

3. Kredit müqaviləsi üzrə borc öhdəliyi ödənilmədiyi üçün Bank tərəfindən borclu İddiaçı MMC-nə və ipoteka qoyan İradə Rəhimovaya xəbərdarlıqlar göndərilmiş, lakin kredit borcunun ödənilməsi təmin olunmadığı na görə, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusa müraciət olunmuş, notarius tərəfindən ipoteka qoyan İradə Rəhimovaya bildiriş göndərilmiş və onun tərəfindən bildiriş alınmışdır. Borclu "xxxx" MMC-nə bildirişin verilməsi mümkün olmamışdır.

4. Bundan sonra, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 20 iyul 2023-cü il tarixli icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC cavabdeh Gəncə şəhəri, 3 saylı Notariat Ofisi və üçüncü şəxslər"xxxx" ASC və Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmi ş, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 20 iyul 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilmiş faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, verilmiş kredit İddiaçı tərəfindən 2023-cü ilin may ayınadək ödənilmiş və nəticədə əsas borc 75.439,21 manatadək azalmışdır. Ancaq İddiaçı MMC-nin fəaliyyətinin yoxlanması nəticəsində 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsi tərəfindən tətbiq edilən maliyyə sanksiyaları nəticəsində MMC-nin bank hesabında olan vəsaitlər dondurulmuş, bu səbəbdən Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. "xxxx" ASC ilə yaranmış maliyyə vəziyyəti müzakirə edilmiş və 07 fevral 2023-cü il tarixli kr edit müqaviləsindən əlavə yeni ödəniş cədvəli tərtib edilmiş, lakin həmin cədvəl üzrə də öhdəlikləri yerinə yetirmək mümkün olmamışdır. "xxxx" MMC kredit öhdəliklərini "xxxx" ASC qarşısında yerinə yetirə bilməsə də, Bank tərəfindən kredit müqaviləsi üzrə hüquqlarından istifadə etməməklə müddəti uzadaraq kredit borcu üzrə faizlərin süni şəkildə artmasında maraqlı olduğu üçün "xxxx" MMC tərəfindən rəsmi pretenziya göndərilərək “kredit müqaviləsinin ləğv edilməsi” barədə məsələ qaldırılacağı barədə məlumat vermişlər. "xxxx" MMC gözləyirdi ki, Bank nəhayət ki, məhkəmədə iddia qaldıracaq, faizlərin süni şəkildə artmasına son veriləcək. Ancaq mübahisənin məhkəməyə verilməsi ilə bağlı məlumat daxil olmamışdır. Əmlakını "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edən X5 2023-cü ilin avqust ayının əvvəlində MMC ilə əlaqə saxlayaraq şifahi məlumat vermişdir ki, onun mülkiyyətində olan, ipoteka ilə "xxxx" MMCnin xeyrinə yüklü edilmiş, Balakən rayonunda yerləşən 1,5 hektar kommersiya təyinatlı torpaq sahəsinin hərracdan satılaraq borca yönəldilməsi barədə notariusun 20 iyul 2023cü il tarixdə icra qeydi verilmişdir. Tələbkar tərəfindən bu haqda, yəni “icra qeydi” veriləcəyi barədə qanunvericiliklə nəzərdə tutulmuş bildiriş "xxxx" MMC-nə çatdırılmamışdır. Buna baxmayaraq, notarius tərəfindən “icra qeydi” verilmişdir. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-230/2024 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin edilməsi, Gəncə şəhəri, 3 saylı Notariat Ofisi tərəfindən v erilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli, 8İ-2036 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc verən "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" ASC-nin nümayəndəsi notariat ofisinə müraciət etməzdən əvvəl borcluya q eyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Gəncə şəhəri, 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 20 iyul 2023-cü il tarixli icra qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur.

10. Bundan başqa, məhkəmə iclasında hazırkı iş üzrə iddiaçı icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən tutulmalı olan pul məbləği üzrə faiz və cərimənin yüksək yazıldığını bildirərək bunun məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Gəncə şəhəri, 3 saylı Notariat Ofisi icra qeydi verərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi bankdan tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilmə sini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyan X1 poçtla göndərilmiş və xx.xx.2023cü il tarixdə çatdırılmışdır. Borclu İddiaçı MMC-nə xx.xx.2023-cü il tarixdə sifarişli poçtla göndərilmiş, lakin çatdırılma baş tutmamışdır. Bundan sonra “Azərexpress post” vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təkrar göndərilmiş və poçt izləməsi vasitəsi ilə izlənərək müəyyən edilmişdir ki, iki dəfə poçt ünvana getsə də, çatdırılması mümkün olmamışdır. İddiaçı MMC kreditora bəyan etdiyi ünvanda, yəni ünvan 1ss post”) sifarişli poçt göndərilmiş, lakin ünvandan köçdüyündən poçtun çatdırılması mümkün olmamışd ır. Buna baxmayaraq, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Belə olan halda, bank bildirişi rəsmi qaydada göndərmişdir. İddiaçı MMC hüquqi ünvanında olmaması Banka göndərdiyi məktubların çatdırmaq yükündən azad edir. Bununla da İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsində əsas gətirdiyi xüsusat qanunvericiliyin tələbləri ilə də təkzib olunmuş hesab olunur. Bundan başqa, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X3 cavabdehlər "xxxx" ASC-yə, X2, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və üçüncü şəxs İddiaçı MMC-yə qarşı “X3 mülkiyyətində olan, Balakən rayonu, Qasbinə kəndində yerləşən, ümumi sahəsi 1,50 ha olan torpaq sahəsinin ipot eka ilə yüklü edilməsinə dair ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan X5 və borcalan İddiaçı MMC arasında Gəncə ASAN “Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Balakən rayonu, Qasbinə kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən X5 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1531/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) üçüncü ş əxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-230/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə, yəni şərtləndirilmiş vaxtda icra etmədiyindən borc verən müqavilə tərəfl ərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Gəncə şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.

17. Qanunvericiliyin tələbinə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun m übahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir İşdən görünür ki, tələbkar da notariusa icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim edib, notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilm əsinə dair icra qeydi verib. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

18. Tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, habelə bildiriş poçt göndərişi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, lakin borclu "xxxx" MMC bildirişin verilməsi mümkün olmamışdır. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məb ləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməyib.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamış, lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 36.1, 36.3, 36.4, 37.1, 38.1 və 39.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 36.1.İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipotekasaxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Q anunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

25. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq ləməklə ərizəçiyə qaytarır.

26. Maddə 36.4. Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə və tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz.

27. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

28. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

29. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiy ası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə, yəni şərtləndirilmiş vaxtda icra etmədiyindən borc verən müqavilə tərəflərinə rə smi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Gəncə şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələ blərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir İşdən görünür ki, tələbkar da notariusa icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim edib, notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutul masına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi verib. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

43. Tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, habelə bildiriş poçt göndərişi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, lakin borclu "xxxx" MMC bildirişin verilməsi mümkün olmamışdır.

44. İddiaçı təşkilat, kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsində tələbkar Bankın icra qeydinin aparılması üçün n otariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt göndərişi vasitəsilə təşkilata tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmədiyini və həmin bildirişin təşkilata çatdırılmadını iddia etsə də, işdən görünür ki, tələbkar Bank tərəfidən borclu olan iddiaçı təşkilatın hüquqi ünvanına həm xx.xx.2023-cü il, həm də xx.xx.2023-cü il tarixlərdə yazılı bildirişlər göndərilmiş, lakin borclu təşkilat hüquqi ünvanını dəyişməsi barədə tələbkar Banka məlumat vermədiyi üçün bildirişlər geri qayıtmışdır.

45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alara q, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2(104)-1531/2024 saylı q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar