Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1886/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı2 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1886/2024 Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə; Cavabd eh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5362/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlar Soveti tərəfindən verilmiş 18 aprel 1968-ci il tarixli, 012601 nömrəli orderə əsasən, ünvan 1 ünvan - ünvan 2undan sonra - mübahisəli mənzil) icarədar X1 verilmişdir. Orderdə icarədardan başqa onun dörd ailə üzvünün adı qeyd edilmişdir: arvadı İddiaçı1A; anası Məhərrəmova R.Q; oğlu Məhərrəmov A.M və qızı Məhə rrəmova M.M.
2. Mənzilin icarədarı X2 hazırkı iş üzrə tərəflər İddiaçı2 əri, İddiaçı1 atası, Cavabdeh1 qayınatası, İddiaçı3, Cavabdeh2 və Cavabdeh3 isə babası olmuşdur.
3. İddiaçı2 icarədar Möhbalı Məhərrəmovla 1963-cü ildə nikaha daxil olmuş, mənzilin verilməsinə dair 1968-ci il tarixli orderdə adı icarədarın ailə üzvü (arvadı) kimi qeyd edilmişdir.
4. X2 26 noyabr 2004-cü il tarixdə vəfat etmişdir.
5. Cavabdeh1 1992-ci ildə X3 Məhərrəmovla rəsmi nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçmüş, birgə nikahdan Cavabdeh2 və Cavabdeh3 doğulmuşdur. Cavabdeh1 və Azər Məhərrəmov arasındakı nikah xx.xx.2007-ci ildə pozulmuş, Azər Məhərrəmov xx.xx.2008-ci ildə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı2, İddiaçı1 və İddiaçı3 (bundan s onra – iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi (birinci iddia) barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar mübahisəli mənzilin icarədarıdır. Mübahisəli mənzildə iddiaçının ailə üzvlərindən əlavə cavabdehlər də qeydiyyatdadırlar. Cavabdeh1 icarədarın oğlu X5 ilə 1992-ci ildə rəsmi nikaha girərək mübahisəli mənzilə gəlin köçdükdən 2 ay sonra mübahisəli mənzilin həyətində hər cür şəraiti olan ayrıca mənzil tikməklə 1993-cü ildən ora köçmüş və ailə üzvləri ilə birlikdə hal-hazıra kimi həmin mənzildə yaşayırr. Cavabdeh1 arasında hər hansı bir qohumluq münasi bəti qalmamış, həmçinin 1993-cü ildən cavabdeh və onun ailə üzvləri özlərinə məxsus mənzildə yaşayaraq, bütün kommunal abunə kodlarını da öz adlarına keçirmişdir. Cavabdeh və onun uşaqlarının mübahisəli mənzildə istifadə hüquqları yoxdur, onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlər qeydiyyatdan çıxmaq istəmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehlər ayrı icraatda İddiaçı2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə (ikinci iddia) məhkəməyə müraciət edərək, sonuncunun ahıl yaşında olduğundan gələcəkdə mübahisəli mənzilin tək vərəsəsi kimi olmaq istədiyinə görə qızı İddiaçı1 yenidən məhkəməyə müraciət edərək onların hüquqlarını pozmaq niyyətində olduğunu, onların mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etm işlər.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)- 2210/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mübahisəli evlə bir həyətdə cavabdehlərin yaşadığı fərdi yaşayış evi vardır. Ev kifayət qədər sahəni əhatə edir, iki mərtəbədən ibarətdir. İddiaçıların yaşadığı mübahisəli evdə cavabdehlərin hər hansı əşyası mövcud deyildir və yaşayış yeri kimi əlaqələri aşkar edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin 2(010)-1271/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə birinci iddia təmin edilmiş, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ikinci iddia isə rədd olunmuşdur.
12. Məhkəmə birinci iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi) 53-cü maddəsinə əsasən “icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxs” kimi mənzildən istifadə hüququ əldə etmişdir. Digər Cavabdeh2 1993-cü ildə həmin mənzildə doğulmuşdur. Bu zaman o, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvünün (oğlunun) həddi-buluğa çatmamış uşağı kimi artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.
13. Cavabdeh3 isə 2001-ci ildə anadan o lmuşdur. Belə olan halda, onun mənzildən istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228-ci maddəsinə əsasən müəyyən oluna bilər. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququnu mənzil mülkiyyətçisinin ailə üzvünün mənzilə köçürdüyü yetkinlik yaşına çatmayan uşaq kimi əldə etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, birinci iddia əsaslıdır. Belə ki, cavabdehlər yaşayış yerlərini dəyişdikləri üçün mübahisəli mənzildən daimi çıxmışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacları olmadığdan onların sadəcə olaraq mənzil üzərində miras pay əldə etmək gözləntiləri vardır və bu səbəbdən istifadə hüquqlarını saxlamaq istəyirlər. Halbuki bu gözləntinin cavabdehlərin mənzildən istifadə hüququna aidiyyəti yo xdur.
15. İkinci iddia tələbi isə əsassızdır və təmin edilməməlidir. Birinci iddianın təmin edilməsi üçün qeyd edilən əsaslar ikinci iddianın rədd edilməsi üçün əsaslar kimi çıxış edir.
16. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli, xx.xx.2008-ci il tarixli və xx.xx.2016-cı il tarixli Qərarlarına, Mülki Məcəllənin 228, 228.5, 262, 262.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilib, birinci iddia tələbinin rədd edilməsi, ikinci iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdehlərə kompensasiya verilmədən onların həmin mənzildən hüquqlarının itirilməsi qanunsuzdur. Cavabdeh1 icəradarın oğlu ilə boşansa da, mənzildən istifadə hüququnu özündə saxlamışdır, lakin məhkəmə bu məqama da düzgün hüquqi qiymət verməmişdir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında ə saslandırmalıdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5362/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdiyev və M.Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 228.1, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 87, 123-cü, MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, birinci iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməli olduğu halda, məhkəmə kassatorun 2000-ci ilə (1993-cü ildə) qədər həmin mübahisəli mənzilə gəlin gəldiyini nəzərə almamışdır.
23. Məhkəmə xx.xx.2009-cu ilədək qüvvədə ol muş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini nəzərə almamış, MPM-in 77.1, 217.3-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi
25. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
26. Maddə
87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir; İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
27. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ y aşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçin in ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşay ış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
31. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qal xdıqda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı 32. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
44. Ma ddi hüquq normalarının düzgün tətbiq edilmədiyi barədə dəlil açıq-aşkar əsassızdır. Çünki işə baxmış məhkəmələr Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnu itirdiyi barədə qənaətə məhz onun həmin mənzilə köçüb yaşamağa başladığı, yəni mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrinə və həmin maddələrinin tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən gəlmişdir.
45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə al araq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5362/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.