Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1888/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2542/2025 nömrəli, 28 aprel 2025-ci il tar ixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X6 xx.xx.1978-ci il tarixdə ölmüşdür.
2. Laçın rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 412 № ilə reyestrdə qeyd edilmiş, xx.xx.1985-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi ilə X2 miras qalmış ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyatyanı torpaq sahəsi vərəsəsi - arvadı X4 mülkiyyətinə verilmişdir. 3. xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarizasiya Bürosu tərəfindən sözügedən evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportunda “ev X4 adına dəyişdirildi” qeydi yazılmış və “Azərbaycan SSR Laçın rayonu X8 İcrakomu”nun möhürü və imza ilə təsdiq edilmişdir.
4. X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür.
5. Ərizəçi “Vərəsəlik şəhadətnaməsinin verilməsinə dair” müraciətinə Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № X-497 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası - X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün xahişinin təmin olunması imkan xaricində olmuşdur.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Vətən müharibə si nəticəsində işğaldan azad edilmiş torpaqlara qayıdışla bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu tədbirlər "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Fərmanına uyğun olaraq azad olunmuş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, sakinlərin yaşayışı üçün zəruri olan infrastruktur obyektlərinin inşası, dövlət qurumlarının normal fəaliyyəti üçün şəraitin yaradılması və s. məsələləri əhatə edir.
7. Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Laçın rayon Dövlət Notariat Ofisində rəsmiləşdirilmiş notariat işləri arxivə təhvil verilməmişdir.
8. Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakim iyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Laçın rayonu xx.xx.1992ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün işğal dövrünə qədər olan Laçın rayonu arxiv sənədləri işğalda qalmışdır. Odur ki, Laçın şəhər sakini mərhum X4 adına mülkiyyət hüuqunu təsdiq edən sənədin olub-olmaması haqqında məlumat vermək imkan xaricində olmuşdur.
9. Ərizəçi məcburi köçkün statusunda olan şəxsdir (AA № 363120 nömrəli məcburi köçkün vəsiqəsi). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etm iş X1nın mülkiyyətində olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən hüquqi əhəmiyyəti olan həmin hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atası X6 xx.xx.1978-ci il tarixdə vəfat etmiş, onun ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyətyanı torpaq sahəsi miras qalmışdır. Laçın rayonu Dövlət Notariat Kontorunda 412 nömrə ilə reyestrdə qeyd edilmiş, xx.xx.1985-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyətyanı torpaq sahəsi X1nın mülkiyyət inə verilmişdir. X1 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi və həmin yaşayış evinin altındakı həyətyanı torpaq sahəsi vərəsələrinə miras qalmışdır. Qeyd edilən əmlakla bağlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 36 saylı Notariat Ofisinə tərəfindən müraciət edilmişdir. Lakin həmin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məlum hadisələrlə bağlı olaraq xx.xx.1992-ci il tarixdə Laçın rayonu düşmən tərəfindən işğal olunarkən onların bütün sənədləri, o cümlədən də yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlər işğal zonasında qaldığından həmin sənədləri götürmək mümkün olmamışdır.
12. Şahid1 məhkəmə iclasında öz ifadəsində X4 onun anası olduğunu, 2005-ci ildə vəfat etdiyi bildirmişdir. Onlar Laçın rayonunda qeyd edilən evdə doğulub, böyümüşlər. Ev Laçın rayonunda abidədən aşağıda, Həzi Aslanov, 37 ünvanında yerləşmişdir. Ev atasından anasına qalmışdır. Atası 1978-ci ildə vəfat etmişdir. Ev 2 mərtəbəli olmuşdur, 1ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 4 otaq yerləşmişdir. Aşağı mərtəbə yaşayış üçün yararlı olmuşdur. Evin sənədini görmüşdür.
13. Şahid2 göstərmişdir ki, anasının adı X7 olmuşdur. O, Laçın rayonu, Xaçınyalı kəndində anadan olmuş, 7 yaşına qədər kənddən rayona gəlmişlər və əmisigildə qalmışlar. 1972-ci ildə evləri tikildikdən sonra ora köçmüşlər və ünvan 3 ünvanında yaşamışlar.
14. Məhkəmə sorğusuna cavab olaraq ƏMDX DƏ DKR PHŞ tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, ƏMDX tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 19 saylı Xankəndi Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-693/2025 nömrəli iş üzrə 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Samirə Eyvazova).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən daşınmaz əmlakla bağlı müəyyən sənədlər ərizəçinin atasının adına olmuş, o, vəfat etdikdən sonra vərəsəlik işi açılmış və ərizəçinin anasının adına qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamə verilmişdir.
17. Qeyd edilən daşınmaz əmlakın ərizəçinin anasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmiş, bu cür sənədin əvvəllər mövcud olması sübuta yetirilməmişdir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 308 və 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi olaraq tələblərinin əsasını təsdiq edən birinci instansiya məhkəməsinə təqdim edilmiş və tədqiq edilmiş, Laçın rayonu Dövlət Notariat Kontorunda 412 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.1985-ci il tarixlin Qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməni və həmin şəhadətnamə əsasında daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmamasının səbəblərini təsdiq edən dövlət arxiv arayışlarına məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə onun gözləntisi olan mülkiyyət hüquqlarını və vərəsəlik hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, guya məhkəmə araşdırması zamanı qeyd edilən daşınmaz əmlakın ərizəçinin anasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı müəyyən edilmiş, bu cür sənədin əvvəllər mövcud olması sübuta yetirilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Laçın rayonu Dövlət Notariat Kontorunda 412 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.1985-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsinə əsasən qeyd edilən daşınmaz əmlak ərizəçinin anasının adına Qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyata alınmışdır. Məhkəmə isə iş üçün əhəmiyyəti olan bu halların sübut edilməməsi nəticəsinə gələrkən iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlərə əsaslanmaq əvəzinə, yalnız özünün mülahizə və ehtimalları əsasında səhv nəticəyə gəlməklə ərizəçinin qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən əsassız və ədalətsiz qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2542/2025 nömrəli mülki iş üzrə 28 aprel 2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova).
22. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi ərizəsində və apellyasiya şikayətində Laçın rayonu düşmən tərəfindən işğal olunarkən bütün sənədlərin i, o cümlədən də yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləri götürə bilmədiklərini bildirsə də, ərizəyə əlavə edilmiş və notarial qaydada təsdiqlənmiş sənədlərdən müəyyən edilmişdir ki, ərizəçinin X1na xx.xx.1985-ci il tarixdə X2 miras qalmış ünvan 5 ünvanında yerləşən yaşayış evinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bundan bir neçə gün sonra isə - xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarizasiya Bürosu tərəfindən sözügedən evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportunda “ev X4 adına dəyişdirildi” qeydi yazılmış və “Azərbaycan SSR Laçın rayonu X8 İcrakomu”nun möhürü və imza ilə təsdiq edilmişdir.
23. Ərizəçinin müəyyən edilməsi xahiş etdiyi fakt sözügedən sənədlərlə öz təsdiqini tapdığından həmin faktın yenidən məhkəmə tərəfindən müəyyən olunması yolverilməzdir.
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 305, 307, 308 və 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə göndərilməsi barədə qərar çıxcarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri ərizə və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
29. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
30. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
31. Maddə 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır.
32. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
33. Maddə
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı
36. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydad a ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
37. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə əriz ələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
38. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsi ndə müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
39. Bənd
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
40. Bənd 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Ərizəçinin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Apellyasiya məhkəməsi həmin dəlillərə düzgün hüquqi qiymət vermiş, haqlı olaraq iş üzrə icraata xitam verərək hesab etmişdir ki, ərizəçi yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair sənədlərin Laçın rayonu ermənilər tərəfindən işğal olunduğu üçün itirildiyini, həmin sənədlərin başqa qaydada ala bilmədiyini göstərsə də, həmin sənədləri özü ərizəsinə əlavə etmişdir. Notar ial qaydada təsdiqlənmiş həmin sənədlərə görə ərizəçinin X1na xx.xx.1985-ci il tarixdə X2 miras qalmış ünvan 5 ünvanında yerləşən yaşayış evinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.1985-ci il tarixdə isə müvafiq dövlət orqanı tərəfindən evin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportunda “ev X4 adına dəyişdirildi” qeydi yazılmış və Laçın rayonu X8 İcraiyyə Komitəsinin möhürü və imza ilə təsdiq edilmişdir.
45. Belə olan halda ərizəçinin müəyyən edilməsi xahiş etdiyi fakt sözügedən sənədlərlə öz təsdiqini tapdığından həmin faktın yenidən məhkəmə tərəfindən müəyyən olunması yolverilməzdir.
46. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçm Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2542/2025 nömrəli iş üzrə 28 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.