Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1889/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1829 /2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayətinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi (bundan sonra “ərizəçi”) ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə üzrə maraqlı şəxsdir (bundan sonra “maraqlı şəxs” və ya “DSMF”).
3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, orada ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi 1969-1979-cu illər ərzində orta məktəbdə oxumuş, 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur.
4. Ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. Ərizəçi gələcəkdə pensiyay a çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etdikdə ona həmin filialdan imtina məktubu vermişlər.
5. Ərizəçi ərizənin hüquqi əsası kimi Mülki prosessual Məcəllənin 307.2.11 və 307.8-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsində ərizəçi ərizəsini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, pensiyası ilə bağlı əziyyət çəkir. 1982-ci ilin iyun ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonunda “Karl Marks” adına kolxozda işləmiş, 1993-cü ildə torpaqlar işğal olunduğu üçün sənədləri Zəngilanda qalmışdır. Bununla bağlı Sosial Təminat Nazirliyinin 4 saylı Dost Agentliyi nə müraciət etmiş, “Karl Marks” kolxozundan heç bir sənədin çıxarılmaması cavabı gəlmişdir. “Karl Marks” kolxozunda mal-qara saxlamışdır. Kolxozun rəhbəri Vilayət müəllim olmuş, o, 2004, ya da 2005-ci il illərdə rəhmətə getmişdir. X8 ayda 1-2 dəfə yoxlamağa gəlirdilər. Gəlib təsərrüffatı yoxlayırdılar. Elbrus Niftəliyev gəlib mal-qaranı yoxlayırdı, birgə malları sayırdılar. Qaçqınlıq düşəndə 745 baş malı çıxarıb dövlətə təhvil vermişdir. Başqa adam yoxdur, əksəriyyəti rəhmətə getmişdir. 12 nəfər mühasib vardı. Bütün kolxozların hamısı istehsalat birliyinə tabe idi. Hər ayda iki dəfə Elburus Niftəliyev baş mühasib kimi təşkilatı yoxlayırdı. Elburus Niftəliyev bütün kolxozu yoxlayırdı. Hər ayın 15-i orda 24 deyiləsi sənəd vardı, sənədi qəbul edərkən Elbrus Niftəliyev şəxsən gəlib özü iştirak edirdi.
7. Maraqlı şəxsin nümayəndəsi ərizəyə yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, 11.03 1962-ci il təvəllüdlü ərizəçı xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən “Karl Maks” kolxozunda kolxozçu işlədiyini və əməkhaqqı aldığını iddia edir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-cı bəndinə görə 2006-cı il yanvarın 1-dək sığorta olunanl arın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur kı, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalar ı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir; - hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onla rın iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir; - normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar), Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələb lərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir; - göründüyü kimi, müəyyən səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməl idirlər. Beləliklə iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun; - ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Karl Maks" kolxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız ərizəçi eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Beləliklə qeyd edilənlərə əsasən ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir.
8. Birinci instansiya məhkəməsində şahid X11 bildirmişdir ki, o, 1978-ci ildə kolxozda mühasib işləmişdir. Ərizəçi bibisi oğludur. Ərizəçi 1982-ci ildən kolxozda i şləmişdir. Sonradan kolxoz Elbrusu Gəncədə kursa göndərmişdir. Elbrus kolxozun fermasında işləmiş, ferma da kolxoza aid olmuşdur. Elbrus texnikomu qurtardıqdan sonra gəlib işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir. Ərizəçinin əmək kitabçası rayonda qalmışdır. Hamı rayondan tez çıxmışdır. Rayonda 3-4 nəfər mühasib qalmışdır. O, da son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Arxiv müdürü başqa adam idi. O, orda bir il maaşsız işləmişdir. 1971-ci ildən isə Bakıda oxuyub işləmişdir. “Karl Marks” kolxozuna tütünçülük, mal-qara, baramaçılıq, üzümçülük, əkinçilik və maldarlıq aid idi. Ərizəçi ilə bir kənddə yaşamışlar. Əvvəllər mağazada işləmiş, sonradan 1978-ci ildən isə “Karl Marks” kolxozunda işləmişdir. Kolxoz burada, yəni Bakıda fəaliyyət göstərməmişdi r. Əmək kitabçasında çıxış əmri yoxdur. Kolxoz sədrinin yanına getmiş, kolxozun 1997-ci ilə qədər fəaliyyətdə olması barədə ona arayış vermişdir. Ona sənədi əvvəlki kolxoz sədri vermişdir. O, xəstəliklə pensiyaya çıxmışdır.
9. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. Onlarla bir yerdə işləyən Elbrusun əmək stajı fəaliyyətini təsdiq etmək üçün gəlmişdir. Həmin dövrdə o, orda işləmişdir. O, özü kolxozda işləmişdir. Əmək kitabçasının surətini təqdim etmiş, əsli isə nazirlikdədir. O, 1981-ci ildən Aqrar Sənayə kombinatında işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirirdi. “Karl Marks” kolxozu kombinatın tabeçiliyində ol muşdur. O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar, elə olurdu ki, Elbrus ilə birlikdə mal qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi. Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də bunlar olmuşlar. 1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı. Təssərüffat böyük idi. Həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, hamı öhdəsində olan əmlakı çıxarmağa çalışmışdır. Sənədi çıxarmaqla məşğul olan yox idi. Sona xanımı da tanıyır, “Karl Marks” kolxozunda mühasib işləmişdir. Kolxoz kooperativ mülkiyyətdə ümumi yığıncaqdan asılı idi. Gəlib Sabirabad ra yonunda yerləşmişlər. Ərizəçi tək özü rayondan Sabirabad rayonuna mal-qara gətirmişdi. Bura gələndən sonra ərizəçi işləməmişdir. Sabirabada gələndə kolxoz fəaliyyət göstərməmişdir. Mal-qara satılmış, pulu da dövlətə ödənilmişdir.
10. Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktının müəyyən olunması qət edilmişdir (hakim Gülsarə İmanova).
11. Birinci instansiya məhkəməsinin işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ərizəçi xx.xx.1962-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, Zəngilanda ailəsi birlikdə yaşayıb boya-başa çatmış, 1969-ci il tarixdə orta məktəb ə getmiş və 1979cu il tarixdə orta məktəbi bitirmişdir. 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, hərbi xidmətdən gəldikdən sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də, arxiv sənədləri işğal zonasında qaldığından əldə edə bilməmişdir. Əmək kitabçası ona gələcəkdə pensiyaya çıxmaq üçün stajının bərpa olunması üçün lazımdır. Ərizəçi bununla bağlı maraqlı şəxsə müraciət etmiş, maraqlı şəxs imtina edərək ərizəçiyə məhkəməyə müraciət etməsini bildirmişdir. Həmçinin ər izəçinin qeyd olunan illərdə “Karl Marks” kolxozunda kolxozçu kimi fermada işləməsini onunla birlikdə həmin kolxozda mühasib işləmiş şahid X11 öz ifadəsi ilə təsdiq etmişdir. Eyni zamanda “Karl Marks” kolxozunun tabe olduğu X13 işləmiş şahid X1 fermasının fəaliyyətini tez-tez yoxladığını, ərizəçi ilə bir yerdə mal-qaranı mayalama aparılması məqsədi ilə yoxlama apardığını və ərizəçinin həmin kolxozda 1982-ci ildən rayon işğal olunanadək işlədiyini, rayondan çıxanda ərizəçinin 745 baş malqaranı rayondan çıxarıb dövlətə təhvil verdiyini bildirmişdir.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, ərizəçinin Zəngilan rayonunun “Karl Marks” kolxozunun fermasında işləməsi faktı tam sübuta yetirilmişdir. Ərizəçinin işlədiyi müddətləri hesabladı qda onun 1982-ci ildən 1993-cü ilədək 11 il sosial sığorta stajı tamam olmuşdur.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Karl Marks” adına kolxozun fermasında kolxozçu işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən, onun 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozda kolxozçu işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu, hüquqi əhəmiyyətli fakt olduğundan göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanunun 1.0.2-ci, Mülki Prosessual Məcəllənin 307.2.11, 308ci maddələri, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarının 1.1-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndləri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
15. Maraqlı şəxs apellyasiya şikayəti verilərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Karl Maks” kolxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamı şdır. Eləcə də 1997-ci ildə Azərbaycan dili dövlət dili olmasına baxmayaraq, şahid qismində çıxış edən X4 əmək kitabçasındakı qeyd rus dilində aparılmışdır. Əlavə olaraq əmək kitabçasındakı bütün qeydlər eyni xəttlə aparılmışdır ki, bu məqam da şübhəyə əsas verir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1829/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrliyi və məruzəsi ilə), Ayaz Mahmudov, Səyyad Qafari)
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni şahid ifadələrinə əsasən təmin etsə də, şahidlərdən biri (X11) ərizəçinin d ayısı oğludur, belə olan halda şahidin bibisi oğlunun maraqlarına uyğun izahat verməsi ağlabatandır.
19. Bundan başqa, ifadə vermiş digər şahid X4 əmək kitabçasına nəzər yetirildikdə müəyyən edilir ki, əmək kitabçasında 1997-ci ilə aid qeydlər rus dilində aparılmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dili müəyyən edildiyi halda xx.xx.1997-ci il tarixində əmək kitabçasında aparılmış qeydlərin rus dilində aparılması əsaslı şübhələr yaradır. Qeyd edilən hal birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahi sələndirilmiş, lakin məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə şahidlərdən yalnız biri, ərizəçinin qohumu olan şəxs onun kolxozda işləməsini təsdiq etsə də, eləcə də digər şahidin əmək kitabçasında mübahisəli məqam aşkar edilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə əsasən faktı təsdiq etməklə səhvə yol vermişdir.
21. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, şahid X10 rayonu X13, ərizəçi isə «Karl Marks» adına kolxozda işləmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ə rizə təmin edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsi işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetirilmədiyi halda ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu, “Karl Marks” adına kolxozda kolxozçu işləməsi faktını müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2, 3.2.2, Azərbaycan Respublikası Dövlət Sosial Müda fiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməyini iki şahid rəsmən məhkəmədə iştirak edərək təsdiq etmişdirlər. Ərizəçinin qohumu olan Sona Fərhadova “Karl Marks” kolxozunda 1978-ci il tarixdən mühasib işləmişdir, onun orada işləməsi barədə əmək kitabçası da vardır. Həmçinin ikinci şahid Elbrus Niftəliyev əmək kitabçasını məhkəmə iclasında rəsmi olaraq məhkəməyə təqdim etmişdir. Həmin əmək kitabçasında E.Niftəliyevin 1981-ci il tarixdən X13 işlədiyi qeyd olunmuşdur. X17 Kombinatı özündə 28 kolxoz 4 təsərrüfatı birləşdirir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsassız və qanuna ziddir. Belə ki, şahidin əmək kitabçasının rus dilində yazılmasının şübhə doğurması qeyd olunmuşdur. Lakin əmək kitabçasının səhv yazılması vətəndaşın günahı deyildir. Şübhə ilə onun hüquqlarını pozmaq düzgün deyil. Sənədə qarşı hər hansı şübhəsi var idisə, məhkəmə onu aydınlaşdırmalı və ona uyğun qərar verməli idi. Nazirlər Kabinetinin qərarına əsasən pensiya təyin olunması ilə bağlı sənədlər saxlanılmadıqda, ərizəçi ilə bir idarə, təşkilat, kolxoz, sovxozda işləyən onu birgə işdən tanıyan və özlərinin həmin idarədə sənədləri olan 2 nəfərdən az olmayan şahidlərin ifadələrinə əsasən müəyyən olunur. Qərarda qohumluqla bağlı hər hansı qeydlərdən söhbət getmir, həmçinin də həmin qohumunun kolxozda hətta ondan da öncə işləməsini təsdiq edən əmək kitabçası vardır. Qohumluğu əsas gətirib ərizəni rədd etmək ərizəçinin hüqu qlarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə etirazın dəlilləri ərizəyə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmundadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1 məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11 məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktla rı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd
16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən m üəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir. Bənd
17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində ərizəçi apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
31. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ərizənin təmin ediləməməsini şahid ifadələri üzərində qurmuş, şahidin birinin ərizəçi ilə qohum olmasına, digərinin isə əmək kitabçasındakı qeydlərin rus dilində aparılmasına, həmin şahidin “Karl Marks” adına kolxozda deyil, X13 işləməsinə istinadən onların ifadələrini qəbul etməmişdir.
32. Məhkəmə kollegiyası gəlinən bu nəticəni düzgün saymır. Əvvəla, maraqlı şəxs apellyasiya şikayətində X2 ifadəsini hər hansı əsasla, o cümlədən də həmin şahidin ərizəçi ilə qohum olması əsası ilə şübhə altına almamış, bununla bağlı hər hansı dəlil irəli sürməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma apararaq, həmin şahidin ifadəsini qeyd edildiyi kimi ərizəçi ilə qohum olması əsası ilə qəbul etməmişdir.
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Qeyd edilən prosessual normada apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini hansı hədlərdə və hissədə yoxlamalı olmasını müəyyən etmişdir.
35. Maraqlı şəxs apellyasiya şikayətində yalnız bir şahidin – X4 əmək kitabçasındakı qeydlərlə bağlı dəlillərini irəli sürməklə, həmin şahidin ifadəsini mübahisələndirmişdir. X2 ifadəsini isə maraqlı şəxs mübahisələndirməmiş, onun ifadəsinin mötəbərliliyi ilə bağlı heç bir dəlil göstərməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma aparmaqla X2 ifadəsini qəbul etməməsi mülki prosesin dispozitivlik prinsipi ilə ziddiyyət təşkil etmişdir.
36. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi mülki prosesin iştirakçılarına öz təşəbbüsləri ilə subyektiv hüquqlarını həyata keçirməyə və onları müdafiə etməyə yönələn imkandır. Bu baxımdan, mülki prosesin iştirakçısının irəli sürmədiyi dəlil üzrə araşdırma aparmaq bir tərəfdən məhkəmənin lazım olmayan xüsusatlar üzrə əl avə tədqiqat aparmasına, bununla da həm də prosessual qənaət prinsipinin pozulmasına, digər tərəfdən də prosesin qarşı tərəfinin hüquqlarının pozulmasına gətirib çıxarar.
37. Bundan əlavə, X2 ərizəçi ilə qohum olması faktı özü-özlüyündə onun ifadəsini şübhə altına almağa əsas vermir.
38. Prosessual qanunvericiliyə görə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxs şahid sayılır və onlar məhkəmədə dindirilə bilərlər. (MPM, 62.1-ci maddə)
39. Mülki Prosessual Məcəllənin 104-cü maddəsində də şahid kimi dindirilə bilməyən şəxslərin siyahısı müəyyən edilmiş və bu sırada qohumların şahid kimi ifadə verməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin şahid S.Fərhadovanın ərizəçinin yalnız qohumu olması faktına əsasən onun ifadəsini qəbul etməməsi qanuni əsasa söykənməmişdir. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilmədiyi halda həmin şahidin ifadəsinə də qiymət verib, belə olan halda, həmin şahidin ifadəsi də sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunverciliyin tələbinə uyğun olaraq ümumi qaydada qiymətləndirilməli idi. (MPM, 80, 81, 88-ci maddələri)
40. Üstəlik, X2 Zəngilan rayonu, “Karl Marks” adına kolxozda mühasib işləməsi faktını maraqlı şəxs də şübhə altına almamışdır.
41. Həmçinin əmək kitabçasında 1997-ci ilə aid qeydlərin rus dilində aparılması və “Karl Marks” adına kolxozda deyil, X13 işləməsi əsası ilə digər şahid X4 ifadəsinin qəbul edilməməsi də prosessual qanunvericiliyin yuxarıda adı çəkilən normalardakı tələbinə və işdəki digər sənədlərin müqayisəli təh lilinə uyğun olaraq əsaslandırılmayıb.
42. Belə ki, işdə X18 İnkişaf Mərkəzinin 28 iyun 2023-cü il tarixli, 09 nömrəli arayışı (i.v.60) vardır. Həmin arayışdan görünür ki, X5 (hazırki işdə şahid) Zəngilan rayonu X14 Baş mühasibi vəzifəsində işlədiyi dövrdə Kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlararası müəssisə fəaliyyət göstərmişdir.
43. İşdən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi X18 İnkişaf Mərkəzinin 28 iyun 2023-cü il tarixli, 09 nömrəli arayışına hər hansı qiymət vermədən şahid X3 əmək kitabçasını, rus dilində tərtib edilməsi əsası ilə qəbul etməmiş, eləcə də şahidin kolxozda deyil, Zəngilan rayonu X13 işləməklə (yəni ərizəçi ilə bir yerdə işləməməsinə görə) ərizəçinin məhkəmə qaydasında tanıtmaq istədiyi faktı təsdiq edə bilməməsini göstərmişdir. Halbuki qey d edilən arayışa istinadən apellyasiya instansiyası məhkəməsi müvafiq sorğular vermək, tərəflərə zəruri əlavə sübutları təqdim etməyi təklif etməklə həmin hala aydınlıq gətirə bilərdi.
44. Həmçinin qeyd edilməlidir ki, X3 əmək kitabçası 1981-ci ildə açılsa da, rus dilində tərtib edilsə də, 1997-ci ildə son qeydiyyat aparılsa da kitabçadakı möhürdə Azərbaycan Respublikasının gerbi əks olunmuş və möhürdə onun aid olduğu təşkilat qeyd edilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının əslini tələb edib, möhürü vuran təşkilat vasitəsilə də bunu aydınlıq gətirə bilərdi.
45. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
46. Mülki Prosess ual Məcəllənin 89.4-cü maddəsinə görə sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
45. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən şahidin əmək kitabçasını şübhə altına almış, digər tərəfdən də şahidin Zəngilan rayonu X13 işləməklə, ərizəçi ilə bir yerdə işləməməsinə istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Çünki şahidin əmək kitabçasında onun məhz Zəngilan rayonu X13 işləməsi qeyd edilib. Buna görə də şahidin əmək kitabçası şübhə altına alınırsa, belə olna təqdirdə onun Zəngilan rayonu X13 işləməsi də şübhə altına alınmalı idi.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin əmək kitabçasının ona aid olmayan bir işdə bu qaydada şübhə altına alınması şahidin özünün əmək stajı ilə bağlı mənafeyinə də uyğun sayıla bilməz.
47. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM, 88, 217.1, 217.4-cü maddələr).
48. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin p rinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
49. Subutların qiymətləndirlməsi ilə bağlı bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında da əks edilib. (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli”, “S.Eyvazovun şikayəti üzrə” 10 iyun 2022-ci il tarixli Qərarı)
47. Məhkəmə kollegiyası qeyd olunanlara əs asən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1829/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.