Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1889/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-271/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərardadın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan JN674 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 674A saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülən yaxşılaşdırma işləri, çəkilən xərclər və çoxillik əkmələr (fındıq, şabalıd, qoz, alma, armud, gilas, əzgil və alça ağacları ilə) hesabına meyvə bağının salınmasına sərf edilən 14.440 manat məbləğində maddi vəsaitin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)-9/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia rədd olunmuşdur.
3. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(107)-271/2025 nömrəli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Elman İsayev) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(025)9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
5. Qətnamədən İddiaçı tərəfindən onun nümayəndəsi olan vəkil Nümayəndə3 vasitəsilə kassasiya şikayəti verilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-271/2025 nöm rəli, 24 aprel 2025-cü il tarixli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Elman İsayev) kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti Elektron məhkəmə informasiya sistemində yaranmış elektron kabinet vasitəsi ilə 24 aprel 2025-ci il tarixdə verilmiş və imzalanmışdır. Kassasiya şikayətində iddiaçının qətnaməni 26 fevral 2025-ci il tarixdə aldığı qeyd edilsə də, “Elektron məhkəmə” informasiya sistemindən və iş materiallarından müəyyən edilir ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur və qətnamə 20 fevral 2025-ci ildə iddiaçının elektron kabinetində yerləşdirilmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnamənin ona təqdim edildiyi tarixdən 2 ay müddət 21 aprel 2025-ci ildə bitməsinə baxmayaraq, 3 gün gecikməylə 24 aprel 2025-ci il tarixdə kassasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı və onun nümayəndəsi olan vəkil Nümayəndə3 qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.
8. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən MPM-nin 408-ci maddəsinin tələblərinə uyğun hesab edilməməli, iddiaçı tərəfindən onun nümayəndəsi və vəkili Nümayəndə3 vasitəsilə verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
9. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5, 135.6, 405.1, 408.1.4, 408.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunması və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(107)-271/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tərtib olunaraq hansı tarixdə “Elektron kabinet”də yerləşdirilməsi barədə “Sənədlər” bölməsində peoses iştira kçısına məlumat-bildiriş yazılaraq yerləşdirilməmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində “Asan imza” nömrəsi ilə qeydiyyatdan keçməsinə baxmayaraq, apellyasiya şikayəti elektron qaydada göndərildikdən sonra bir müddətdən sonra həmin nömrə aktiv olmamışdır və iddiaçının elektron kabinetində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “elektron kabinet”də yerləşdirilməsi barədə məlumat bildiriş daxil olmamışdır. Elektron kabineti aktiv etdikdən sonra isə həmin kabinetdə “Sənədlər” bölməsində qərar barədə məlumat-birinci instansiya məhkəmələri üçün bildirişdə tarixi hissəsində xx.xx.2025-ci il yazıldığını görmüş və hesab etmişdir ki, qətnamə həmin tarixdə elektron kabinetdə yerləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
15. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektro n qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
17. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və az adlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiy a məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
23. Qərardadın rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qərardad tərəflərin, o cümlədən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində y aradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsinə baxmayaraq, kassasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Kassasiya şikayəti qanunla müəyyən edilən müddət ötürməklə verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir.
25. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz buna istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
26. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-271/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.