Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-189/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-189/21 (Açar sözlər: torpaq mülkiyyətçisinin hüquqlarının məhdudlaşdarılmasının yolverilməzliyi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1844/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmi ş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh iddiaçı ilə qonşu yaşayır. İddiaçının torpaq sahəsinin qismən zəbt olunması və öz mülkiyyətində olan torpaq sahəsində fərdi ev inşa etməsi ilə bağlı tərəflər arasında mübahisə başlamışdır. Ona görə iddiaçı özünə məxsus olan torpaq sahəsindən cavabdehin çıxarılması və ona həmin sahədə ev tikməsinə maneçilik törədilməsinin qadağan edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh oğluna qarşı “torpaq sahəsindən çıxarılma və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulma" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməs inə müraciət edərək, ona məxsus olan İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 0.08 ha və 0.08 ha ölçülərdə, cəmi 0.16 ha torpaq sahəsindən cavabdehin çıxarılaraq, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və həmin sahədə fərdi yaşayış evi tikməsinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmşdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Hacalmuradlı kəndində yaşayır. İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 0.08 ha və 0.08 ha ölçülərdə, cəmi 0.16 ha torpaq sahəsini 2006-cı ildə İmişli bələdiyyəsindən alqı-satqı yolu ilə almış və torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır. Həmin ərazinin bir müddət boş qalmasından istifadə edən hə msərhədd torpaq sahəsinin sahibi Cavabdeh torpaq sahələrini zəbt edib, ərazini yararsız tikinti materialları qalıqları ilə doldurmuş və fərdi yaşayış evi tikməsinə maneçilik törədərək onu qanunsuz yolla mülkiyyətdən məhrum etmişdir. Ona görə də, mülkiyyətində olan İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 0.08 ha və 0.08 ha ölçülərdə, cəmi 0.16 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və həmin sahədə fərdi yaşayış evi tikməsinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-262/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ü.Qənbərov) iddia qismən təmin olunaraq, Cavabdeh İddiaçı məxsus A 451871 və A 451872 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nd ə qeyd olunmuş koordinatlara əsasən yeri təyin edilən İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 0.08 ha (reyestr nömrəsi: **********48) və 0.08 ha (reyestr nömrəsi: **********49) həyətyanı torpaq sahələrindən çıxarılması və İddiaçı həmin torpaq sahələrindən öz mülahizəsi ilə istifadə edərək, üzərində fərdi yaşayış evi tikməsinə maneçilik törədən Cavabdeh qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər-T.Kərimov (sərlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov) xx xxxx 2020-ci il tarixli, 2(106)-1844/20 nömrəli qətnaməsi ilə İmişli Rayon Məhkəməs inin 2(036)-262/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işin həqiqi hallarını araşdırmamışdır. Beləki, mübahisəli torpaq sahəsi cavabdehin həyətyanı torpaq sahəsinə bitişik dir, əvvəl orada çala olmuş, həmin sahəni hamarlayıb yararlı hala gətirmişdir. Bələdiyyə orqanlarına müraciət edərək həmin sahənin ona verilməsini xahiş etmiş, reyestr xidmətinin əməkdaşları ora baxış keçirərək həmin sahənin göl yeri olduğu üçün başqa şəxsə verilməsinin mümkün olmadığını bildirərək torpağın ona ayrılmasından imtina etmişlər. İddiaçının kənardan gələrək həmin sahəni hansı yolla alması ona məlum deyil. Torpaq sahəsi bələdiyyə torpağı olduğu üçün yerli sakinlərə ayrıla bilər. Ona görə torpğanı iddiaçıya verilməsini mübahisələndirmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxm ayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. D övlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum e tmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərə səlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məcəllənin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt e dilməsi) qanunla qadağan olunur. Məcəllənin 111.2-ci maddəsində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi X1 ilə alıcı İddiaçı arasında xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini 2000 manata alıcıya satmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın təsdiq olunmuş surətinə əsasən A 451871 nömrəli “Torpaq sahəs inin planı və ölçüsü”də qeyd olunmuş koordinatlara əsasən yeri təyin edilən İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi xx xxxxxx 2019-cu il tarixdə **********49 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. X2 ilə alıcı İddiaçı arasında xx xxxxxxx 2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı İmişli şəhəri, Ə.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini 2000 manata alıcıya satmışdır. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən A 451872 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”də qeyd olunmuş koordinatlara əsasən yeri təyin edilən İmişli şəhəri, Ə.Məm mədov küçəsində yerləşən 0,08 ha torpaq sahəsi xx xxxxxx 2019-cu il tarixdə **********48 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Abbasov Cavanşir Qoşun oğlunun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli sahə İddiaçı mülkiyyətindədir. Həmin sahənin rəsmi olaraq iddiaçıya məxsus olmasını cavabdeh də mübahisələndirmir. Sadəcə həmin sahənin onun tərəfindən yararlı hala gətirilməsinə istinad edərək ona hüququnun olduğunu və iddiaçıya qanunsuz olaraq verildiyini bildirir. Lakin yuxarıda sadalanan maddi hüquq normalarına əsasın (Torpaq Məcəlləsinin müddəaları) torpaq sahəsinin ayrılması və ona hüquqların əmələ gəlməsinin qanunla müəyyən edilmiş bir qaydası var. Həmin qaydalardan kənar torpağa hüququn yaranması istisnadır. Torpaq sahəsinin iddi açıya qanunsuz və əsassız verilməsi barədə etiraz da keçərli deyil. Ona görə ki, iddiaçının torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı var. Dövlət qeydiyyatından keçmiş bir hüququn etibarsızlığı məhkəmə qaydasında qüvvədən salına bilər, bu barədə bəyanat belə hüquqi nəticəyə səbəb ola bilməz. Cavabdeh belə bir qərarın olmasını sübuta yetirə bilmir, şikayətində bu barədə məhkəməyə müraciət eməsini bildirsə də, onun tələbinin təmin olunmasına dair məhkəmə qərarı təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, Apellyasiya instansiyası Məhkəməsi mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə qətnaməni dəyişdirilmədən saxlamaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1844/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.