Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1891/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Nurməmmədov Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə “əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair”” tələblərinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-423/2025 nömrəli iş üzrə 25 f evral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 17 oktyabr 2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2002-2005-ci illər ərzində 3-cü qrup üzrə keçirilmiş test imtahanlarında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olmamışdır.
2. Azərbaycan Respublikası Müəllimlər İnstitunun Gəncə filalının 28 dekabr 2013-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Məmmədova X1 Respublikası Aqrar Universtetindən Azərbaycan Respublikası X2 filalının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə 2-ci kursuna göcürülmə yolu ilə qəbul edil miş və 2008-ci ildə oranı bitirmişdir.
3. Gürcüstan Respublikası Aqrar Universtetinin məktubunda qeyd edilmişdir ki, Məmmədova X1 Respublikası Aqrar Universtetinin “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə qəbul edilməmişdir.
4. İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X2 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmişdir.
5. Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən 26 avqust 2014-cü il l tarixdən məktəbin müəllimliyindən azad edilmişdir.
6. Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 15 sentyabr 2014cü il tarixli 19 nömrəli əmrinə əsasən İddiaçı diplom işi ilə əlaqədar Azərbayca n Respublikası Baş Prokurorluğuna göndərilmiş məktuba cavab alınandək 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqaviləsi ilə işə buraxılması qeyd edilmişdir. 7. 10 oktyabr 2014-cü il tarixli Əmək Müqaviləsi bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişinə əsasən İddiaçı 15 sentyabr 2014-cü il tarixli Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli müddətli əmək müqaviləsi ilə müəllim vəzifəsində işləyir. 8. 16 oktyabr 2017-ci il tarixli Əmək Müqaviləsi bağlnması ilə bağlı Əmək Müqaviləsi bildirişindən və əmək kitabçasına əsasən İddiaçı Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində 15 sentyabr 2014-cü il tarixli, müddətsiz əmək müqaviləsi ilə müəlli m vəzifəsinə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı «26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrlərin ləğv edilməsi tələbinə dair» məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmrin və onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014cü il tarixli 19 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 yanvar 2005-ci il tarixdən Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı v əzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir və hal-hazırda da həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Ancaq onun xəbəri olmadan cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun 26 avqust 2014-cü il tarixli, 16 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmri ilə onun müvvəqəti olaraq işdə saxlanması qərara alınmışdır. Hesab etmişdir ki, həmin əmrlər qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Halbuki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. Ancaq onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndində götərilən hallar isə yoxdur. Həmçinin hesab etmişdir ki, İddiaçı barəsində verilmiş onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrdə qa nunsuz olmasına görə ləğv edilməlidir. Belə ki, onun işi daimi olmaqla 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrin verilməsinə əsas olmamışdır.
11. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 14 yanvar 2002-ci il tarixli 45(a) nömrəli “Pedoğoji işə qəbul prossesinin tənzimlənməsi” barədə sərancamında təhsil müəssislıərində saxta təhsil sənədləri ilə işə qəbul edilmə hallarının aradan qaldırılması tələb edilmişdir. İddiaçı Göygöl rayonu “8 Mart” tam orta məktəbinin 15 sentyabr 2005-ci il tarixli əmrinə əsasən həmin məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. O, həmin vaxtı Azərbaycan Respublikası X2 filalının 3-cü kursunda təhsil alması qeyd edilmişdir. İddiaçı 2013-cü il tarixdə tələb edilmə sinə baxmayaraq diplomunun notarial qaydada təsdiqlənməsini təsdiq edən surətini təqdim etmədiyinə görə onun diplomunun saxta oması şühbəsi yaranmış və məktəbin drektorunun sorğuları əsasında isə iddiaçının test imtahanlarından keçməməsi, Gürcüstan Respublikası Aqrar Universtetindən Azərbaycan Respublikası X2 filalının 2-ci kursuna göcürülmə yolu ilə qəbul edilməsi müəyyən edilmişdir. Gürcüstan Respublikası Aqrar Universtetinə edilmiş sorğu zamanaı isə İddiaçı orada oxumaması məlum olmuşdur. Ona görə də Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektoru tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmr qəbul edilmişdir. Ancaq hüquq mühafizə orqanlarında iddiaçıya məxsus olan diplomla bağlı araşdırma getdiyinə görə Göyg öl rayonu “8 Mart” tam orta məktəbinin drektoru tərəfindən onun müvvəqəti olaraq işdə saxlanması barədə olan 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmr qəbul edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim M.Məmmədov) 29 oktyabr 2024-cü il tarixli 2(066)-1069/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı iddiasının təmin edilməsi, cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin drektorunun İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilməsinə dair 26 avqust 2014-cü il tarixli 16 nömrəli əmri və İddiaçı müvvəqəti olar aq işdə saxlanması barədə olan 15 sentyabr 2014cü il tarixli 19 nömrəli əmrinin ləğv edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktorunun 26 avqust 2014-cü il tarixli, 16 nömrəli və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmamış, iddiaçının diplomunun saxta olması barədə aidiyyatı dövlət orqanlarının qərarı olmadan və onun iddiaçının işinin daimi xarakter daşıması nəzərə alınmadan direktor bu məzmunda əmrlər verə bilməzdir, ona görə iddia tələbi əsaslı olmasına görə təmin edilməli, göstərilən əmrlər ləğv edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68 və 296-cı və MPM-in 14.2,77.1, 88 və 217-ci maddələrinə istinadl a əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinin direktoru X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiаçı xx.xx.2005-cü ildə Göygöl rаyоnu “8 Mаrt” ümumi оrtа məktəbə (о zаmаn 8 Mаrt kənd əsаs məktəbi) kitаbхаnаçı vəzifəsinə qəbul еdilmiş, həmin vахtdаn dа məktəbdə sinif müəllimi vəzifəsində işləmişdir. 2014-cü ildə оnun sənədlərinin sахtа оlmаsı, yəni Gürcüstаn Rеspublikаsı Аqrаr Univеrsitеtində охumаdаn həmin univеrsitеtin ibtidаi təhsilin pеdаqоgikаsı və mеtоdikаsı fаkültəsinin 1-ci kursunu bitirməsi hаqqındа sахtа sənədlə Аzərbаycаn Müəllimlər İnstitutunun ( АMİ) Qiyаbi şöbəsinin ibtidаi təhsilin pеdаqоgikаsı və mеtоdikаsı fаkültəsinin 2-ci kursunа köçürülməsi аşkаr еdildiyindən xx.xx.2014-cü il tаriхli 16 №-li əmrlə Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 70-ci mаddəsinin “C” bəndinə əsаsən əmək müqаviləsinə хitаm vеrilmişdir. Lаkin rаyоn təhsil şöbəsi tərəfindən ona istintаqın nəticəsini gözləməyinə göstəriş vеrildiyindən, xx.xx.2014-cü il tаriхdə оnu müvəqqəti оlаrаq işdə sахlаmışdır. G.Məmmədоvа tərcümеyi hаlındа АMİ-yə dахil оlub, həmin univеrsitеti bitirməsini göstərdiyindən həqiqəti müəyyən еmək üçün sоrğulаr vеrilmiş, Аzərbаycаn Rеspublikаsı Tələbə qəbulu üzrə dövlət kоmissiyаsı xx.xx.2013-cü il tаriхli 04/1524 məktublа bildirmişdir ki, G.Məmmədоvа imtаhаn əsаsındа аli təhsil müəssisəsinə qəbul еdilməmişdir. Gürcüstаn Rеspublikаsı Аq rаr Univеrsitеtinin 15-08/110 №-li məktubu ilə müəyyən еdilmişdir ki, G.Məmmədоvа həmin univеrsitеtdə охumаmışdır. АMİ-nn xx.xx.2013-cü il tаriхli 152 №-li məktubu ilə müəyyən оlur ki, iddiаçı birbаşа АMİnin 2-ci kursunа köçürülmüşdür. Bu hаllаrı təsdiq еdən 3 sənəd məhkəməyə əlbəəl təqdim еdilmişdir. G.Məmmədоvаnın bu günə kimi məktəbdə müəllim sахlаnılmаsınа səbəb Аzərbаycаn Rеspublikаsı Bаş Prоkurоru yаnındа Kоrrupsiyаyа qаrşı Mübаrizə Bаş İdаrəsinin xx.xx.2014-cü il tаriхli məktubu оlmuşdur. Həmin məktubdа bildirilmişdir ki, G.Məmmədоvаnın sахtаkаrlığınа dаir mürаciətlər həmin idаrədə аpаrılаn ********* №- li cinаyət işinə əlаvə еdilmişdir. Məlumаtın nəticəsi оlmаdığındаn dəfələrlə еtdiyi sоrğuyа cаvаb vеrilmədiyindən o, nəhаyətdə 06.062024-cü il tаriхli məktublа ölkə bаşçısınа və Оmbu dsmаnınа şikаyət еtmişdir. Yаlnız bundаn sоnrа həmin Bаş İdаrə xx.xx.2024-cü il tаriхli 2-2-022-095768/2024 №-li məktublа bildirmişdir ki, guyа G.Məmmədоvаnın diplоmunun sахtа оlmаsı bаrədə mürаciəti Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 308.2, 313 və 320.1-ci mаddələri ilə аpаrılаn ********* №-li bir cinаyət işinə əlаvə еdilmişdir. Diqqət yеtirin. Əvvəl həmin məsələ ********* №-li cinаyət işində bахılmаlı idi, lаkin 10 il müddətində bахılmаmış, indi bаşqа nömrəli, şübhəsiz, аidiyyəti оlmаyаn işlərdən birinə əlаvə еdilmiş, özü də, sахtа sənəd əldə еtmə kimi kiçik bir məsələyə əlаvə оlаrаq ötən 4 аydа dа, bахılmаmışdır! Dövlətin prоkurоrluq оrqаnı yüksək səviyyədə cinаyətə göz yumursа, sахtаkаrlıq bаrədə məlumаtа bахmаq istəmirsə, ələlхüsus, cinаyət bаrədə məlumаt vеrən təşkilаtı аld аdıb, аlınmış məlumаtın аidiyyəti оlmаyаn cinаyət işinə əlаvə еdilməsi bаrədə məktub yаzıb, yаzılаnı dərhаl unudursа, qısаsı, cinаyət gizlədilirsə, qоy gizlədililsin, dövlət bilər, gizlədən bilər. Ona gəlincə, vеrdiyi əmrləri sахtаkаrlığın nəticəsi bаrədə qərаr оlmаdаn, yахud tаbе оlduğu yuхаrı təşkilаtdаn göstəriş аlmаdаn ləğv еdə bilməzdi. Bir də ki, həmin əmrlərin ləğvinə еhtiyаc yохdur. Çünki iddiаçının müvəqqəti оlаrаq işdə sахlаnmаsı bаrədə xx.xx.2014- cü il tаriхdə 19 №-li əmrdən 10 ildən аrtıq vахt kеçdiyindən Əmək qаnunvеriciliyinə görə, iddiаçı müvəqqəti yох, dаimi işçi sаyılır. Bu əmr də, bundаn əvvəl vеrilmiş xx.xx.2014-cü il tаriхli 16 №-li əmr də аrtıq tаriхdir. Tаriхin isə silinməsi (ləğv еdilməsi) mümkün dеyil. Həmin əmrlərin ləğv еdilmələri tələbi tаriхi gizlətmək üçün düş ünülmüşdür. Bаş İdаrənin sахtаkаrlıq hаqqındа məlumаtı аidiyyəti pоlis şöbəsinə göndərmək əvəzinə, аidiyyətsiz bаşqа bir cinаyət işinə əlаvə еtməsi bаrədə sözlər cinаyətin gizlədilməsidir (bunun bаşqа аdı yохdur). Bu məktub аlаn kimi аnlаmışdır ki, həmin cinаyət hаqqındа hеç zаmаn qərаr, həttа müddətin ötməsinə görə cinаyət işinin bаşlаnılmаsındаn imtinа еdilməsi hаqqındа qərаr vеriləsi dеyil. O, da G.Məmmədоvаnın düşməni dеyil, nə də Bаş Prоkurоrluğun bаrəsində şikаyət vеrən dеyildir. Vətəndаş sахtа yоllа аli təhsil diplоmu аlıbsа, həmin diplоm əsаsındа müəllim işləyirsə, dövlət, еləcə də məhkəmə bunu qəbul еdirsə, еtsin, lаkin məhkəmə hаqqа хidmət еtməli, onu sахtаkаrın yеdəyinə vеrməməli, dаhа dəqiq dеsək, sахtаkаrа dil vеrməməlidir. Оnun iddiаsı оnа görə təmin еdilə bilməz ki, mübаhi sələndirdiyi əmrlərin üzərindən 10 ildən аrtıq müddət ötmüşdür. Əmrlər bаrədə iddiаçı ilk gündən хəbərdаr еdilmiş, əmrlərin ləğvi bаrədə Təhsil şöbəsinə şikаyət yаzmış, lаkin şikаyəti təmin еdilməmişdir. Əmək Məcəllənin 296-cı mаddəsində əmək müqаviləsinin ləğvinə görə mübаhisə 1 аy müddətində, digər əmrlərə görə isə 3 аy müddətində аçılа bilər. Qısаsı, iddiа müddəti düz 124 dəfə (!!!) ötürülmüşdür. Nəhаyət dеmək istəyir ki, Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 45-ci mаddəsinə əsаsən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmənin qətnаmədə göstərdiyi mаddi hüquq nоrmаlаrı yа uyğun dеyil, yа fоrmаldır, yа dа təhrifdir. Məsələn, 1 аylıq iddiа müddətinin ötürülməməsinə dаir sözlər məntiqsiz uydurmаdır. Məhkəmənin həmin uydurmаsındаn bеlə çıхır ki, iddiаçı mübаhisələndirdiyi əmrlərdən 10 il 4 аydаn sоnrа хəbər tutmuşdur. Bu hаl dа məhkəmənin qərəzli оlmаsını sübut еtmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il i tarixli, 2(104)-423/2025 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər Fikrət Mehdiyev və Rəhman Muradovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, yeni qətnamə ilə İddiaçı cavabdeh Göygöl rayonu “8 Mart” tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia tələbinin rədd olunması qət edilmişdir.
18. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı 01 yanvar 2005ci i l tarixdən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən “8 Mart” tam orta məktəbinə kitabxanaçı vəzifəsinə bərpa edilmişdir. 15 sentyabr 2005-ci il tarixdən isə ixtisası üzrə həmin məktəbə sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası X2 filalını “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bitirmiş, bu barədə ona B seriyalı 140492 nömrəli Diplom da verilmişdir. Cavabdeh “8 Mart” tam orta məktəbinin direktorun qeyd edilən diplomun saxta olması şübhəsi ilə 26 avqust 2014-cü il l tarixli, 16 nömrəli əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən, 26 avqust 2014-cü il tarixdən məktəbin müəllimliyindən azad etmiş və 15 sentyabr 2014-cü il tarixli 19 nömrəli əmrinə əsasən isə onun 15 sentyabr 2014-cü il tarixdən müddətli əmək müqaviləsi ilə işə buraxılmışdır. Yenidən xx.xx.2017-ci il tarixli əmrlə İddiaçı ilə Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində müddətsiz əmək müqaviləsi bağlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı hesab edərək hesab etmişdir ki, iddiaçının əmək müqаviləsinə xx.xx.2014-cü il tаriхli 16 №-li əmrlə Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 70-ci mаddəsinin “C” bəndinə əsаsən хitаm vеrilmişdir. Lаkin Rаyоn Təhsil şöbəsi tərəfindən cavabdehə istintаqın nəticəsini gözləməyinə dair göstəriş vеrildiyindən, xx.xx.2014-cü il tаriхdə 19 №-li əmrlə, iddiaçı müvəqqəti оlаrаq işdə sахlаnılmışdır. Yenidən xx.x x.2017-ci il tarixli əmrlə İddiaçı ilə Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan ********* saylı cinayət işinin istintaqı başa çatanadək Göygöl rayonu “8 Mart” tam orta məktəbində müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Odur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Bu baxımdan məhkəmə apellyasiya şikayətinin iddiaçının 5 ildən artıq işlədiyi üçün əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı dəlilini əsaslı hesab etməmişdir.
20. Məhkəmə apellyasiya şikayətinin iddiaçının diplomunun saxta olması ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin fakt üzrə araşdırma aparılır. Lakin nə qədər ki, həmin fakt üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü y oxdur, cavabdehin iddiaçının diplomunu saxta hesab etməsi ilə bağlı dəlillərini əsaslı hesab etmək olmaz. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini də, əsaslı hesab olunmamalıdır.
21. Məhkəmə iddia müddətinin ötməsinə dair apellyasiya şikayətinin dəilili ilə bağlı qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Mülki qanunvericiliyin tələbinə uyğun olaraq iddia müddəti yalnız tərəfin verdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, məhəkəmə apellyasiya şikayətinin qeyd edilən dəlilini də, əsassız hesab etmişdir.
22. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tаriхli, 16 №-li əmrlə iddiaçının ilə bağlanmış əmək müqaviləsinə xitam verilsə də, xx.xx.2014-cü il tаriх 19 №-li əmrlə iddiaçı müvvəqəti işə qəbul edilmiş, sonradan xx.xx.2017-ci il tarixli əmrlə isə yenidən müddətsiz olaraq onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır.
23. İddiaçı əmrin məzmunun mübahisələndirməmişdir. Lakin buna baxmayaraq həmin əmrlə iddiaçı müddətsiz olaraq müəllim vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixədək iddiaçı əvvəki əmrləri mübahisələndirməmişdir. xx.xx.2017-ci il tarixli əmrlə isə əvvəlki iki əmrin yaratdığı nəticələr aradan qaldırlmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə və xx.xx.2014-cü il tаriхli, 16 №-li əmr və xx.xx.2014-cü il tаriх 19 №-li əmrləri ləğv etməklə düzgün nəticəyə gəlməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1 və 375.2-ci madd ələri, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi, 83.1, 83.2, 296.1 və 296.2 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlamağa cəhd etdikdə, yeni işəgötürən iddiaçının sonradan müddətsiz müqavilə ilə işə bərpa edilməsinə baxmayaraq, 70-ci maddənin c bəndi ilə işdən çıxarılmasını əsas gətirərək, əvvəllər nizam-intizamsız işçi olması kimi xarakterizə edib işə qəbul etməmişdir. Bundan əla və, müddətsiz müqavilənin bağlanmasının əvvəlki əmrlərin (70-ci maddə ilə işdən çıxarma və müvəqqəti işə bərpa) avtomatik ləğv edilməsini qabardılması absurd məsələ sayılmışdır. Qanunvericilikdə bu məsələ tənzimlənməmiş, Gəncə Apellyasiya Məhkəməsi də bununla bağlı heç bir əsaslandırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barə sində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 32. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 33. 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq ə mək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 34. 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 35. 296-cı maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 36. 296-cı maddəsinin 2-ci bəndinə görə, bu m addənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən e dilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətlə ndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
48. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Qəmsəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-423/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.