Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1892/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) 07.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-343/2025 nömrəli iş üzrə 06 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-218/2023 saylı hökmünə əsasən, Cavabdeh X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, həmin hökmlə Cavabdeh Rafael oğlu qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onu n şəriki İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nə məxsus anbardan 17 aprel 2014-cü ildən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1994/2023 saylı qərarına əsasən, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avq ust 2023-cü il tarixli, 1(101)218/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 1(102)-1080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarından məhkum Cavabdeh müdafiəçisi Nümayəndə3, zərərçəkmiş şəxs İddiaçı1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və qərarın kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X tərəfindən vurulmuş ziyana görə 182.836 manat, dövlət rüsumu kimi ödənilmiş 473 manat, cəmi 183.309 mana pulun ondan tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə Cavabdeh X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (al tı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən, Cavabdeh Rafael oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki olan digər İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC məxsus anbardan 17 aprel 2014-cü ildən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametr li dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lakin nə ibtidai istintaq, nə də işin məhkəmə baxışı zamanı Cavabdeh iş üzrə zərərçəkmiş kimi onlara vurduğu maddi ziyanı ödəməmiş, bu istiqamətdə heç bir addım atmamışdır. Cinayət mühakimə icraatı zamanı İddiaçı1 və İddiaç ı2 zərərçəkmiş şəxs kimi tanınmalarına baxmayaraq, onların tərəfindən mülki iddia verilməmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsi ilə (hakim H.K.Məhəmmədi) iddia təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyana görə 182 836 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 473 manat pulun tutularaq iddiaçılara verilməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıların etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nə məxsus anbardan 17 aprel 2014-cü ildən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib onlara qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçılar dəymiş ziyanın qaytarılmasını tələb etməkdə haqlıdır.
8. Cavabdehin etirazının əsasları ilə bağlı məhkəmə qeyd etmişdir ki, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1113.1,113.2, 1114.2-ci maddələrinə, habelə M ülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız hökmə istinad etməklə bütün məbləği cavabdehdən tutmuşdur. Məhkəmə heç bir araşdırma aparmamış, qabaqcadan əlbir olan bir qrup şəxs dedikdə bunun kim olması, onun hansı məbləğdə pulu ələ keçirməsinə hüquqi qiymət verməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında qeyd edilir ki, “Məhkəmələrə töv siyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçıl arının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətindəolmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən et məlidir. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış yalnız hökmə istinad etməklə ittihamda göstərilmiş büün pul vəsaitini Cavabdeh tutmuşdur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən, məruzəçi), G.İ.Cavadova və Ş.Q.Rzaquliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(076)-1795/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və onun üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
14. Həmin hökmlə müəyyən edilmişdir ki, cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından suiistifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC məxsus anbardan 17 aprel 2014- cü ild ən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir.
15. Göründüyü kimi, cavabdehin qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından sui-istifadə edib 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğində maddi ziyan vurması müəyyən edilmişdir.
16. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçılara məhkəmə hökmü ilə qeyd edilən zərərin bir qrup şəxs tərəfindən törədilməsi qeyd olunsa da, hökm yalnız cavabdeh barəsində çıxdığından, ittiham qeyd edilən digər təqsirləndirilən şəxs barəsində istintaqda araşdırma getdiyindən, zərər bir qrup şəxs tərəfindən törədilirsə ayrı-ayrılıqda vurulan ziyanlar müəyyən edilməlidir.
17. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində münsibətdə qeyd etmişdir ki, həmin dəlil əsassız olmaqla, qətnamənin ləğvinə hüquqi əsas vermir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həm in zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası MM-nin 21.1, 21.2, 1096.1, 1097.1, 1113.1, 1113.2, 1114.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
19. Cavabdeh (vəkil Nümayəndə3 Mövsum oğlu) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
20. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik tə şkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə iddiaçılar hələ ibtidai istintaqdan belə vicdanlı davranış nümayiş etdirməmiş, hazırkı mülki iş üzrə iddia qaldıranda da nədənsə iddianı yalnız cavabdehə qarşı qaldırmışdır. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Göründüyü kimi aşağı instansiya məhkəmələri özləri də qətnamələrində yuxarıda qeyd olunan hüquq normalarına istinad etməklə birgə vurulmuş zərərə görə təqsirin dərəcəsinin müəyyən edilmədiyi halda məsuliyyətin bərabər olmasını bildirir. Bundan sonra məhkəmələr heç bir hüquqi və faktiki əsası olmayan, qeyd olunan qanunları inkar etməklə, səhv hüquqi əsaslandırma ilə iddianı təmin etmişdir. Cavabdehin etirazının əsasları ilə bağlı məhkəmə qeyd etmişdir ki, birlikdə vu rulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Ümumiyyətlə məhkəmələr konkret olaraq hansı maddi hüquq normasına əsalanıb belə bir qətnamə qəbul etdiyini əsaslandırmamışdır. Çünki ümumiyyətlə belə bir maddi hüquq norması mövcud deyil. Göründüyü kimi məhkəmə hüquqi inkar etməklə belə nəticəyə gəlmiş və nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hazırkı mülki işdə məhkəmə sübutları tam olaraq iddiaçıların xeyrinə qərəzli şərh etmiş, bir növ notarius funskiyasını həyata keçirtməklə iddianı olduğu kimi təmin etmişdirlər. Hazırda cavabdehin sübutetmə yükündə hər hansı bir öhdəliyi mövcud deyil. İddiaçılar cavabdehin konkret vurduğu zərəri müəyyən edib ona uyğun iddia qaldırmalıdır. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmlərlə ittihamda göstərilmiş əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildyi bildirilir. Məhkəmə anormal bir yanaşma irəli sürərək qeyd edir ki, cavabdeh birlikdə vurulmuş zərəri tam ödəməli və sonradan zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb etməlidir. Bu yanaşmanın məhkəmənin hansı hüquqi düşüncəsinin, hansı hüquq normasının tələbinin olmasını anlamaqda çətinlik çəkir. Həmin cinayət işində cavabdeh təqsirləndirilən şəxs kimi tanınıb. O cinayət işinin davam etdirilməsi, digər şəxsin cinayət məsuliyyətə cəlb edilməsində iddiaçılar maraqlı olmalıdır. Əgər onlarda belə maraq yoxdursa onda cavab dehin konkret olaraq vurduğu zərərin məbləğini sübut etmək də onların üzərinə düşür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçılar kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəmənin cavabdeh barəsində olan hökmü ilə onun həmin hadisəyə (dələduzluq) aidiyyatının olması, hadisənin məhz onun tərəfindən törədilməsi, həmin hadisədə təqsirli olması təsdiq edilmiş, həmin hökm də apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi mülki iddianın asaslılığını təkzib edən hər hansı sübut təqdim etməmiş, belə bir sübuta istinad etməmiş, kassasiya şikayətini öz subyektiv mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla m üdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
26. Maddə 1113.1 Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Maddə 1113.2 Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.
28. Maddə 1114.2 Birlikdə vurulmuş zər ərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-c ü maddəsinə əsasən cavabdehin xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxarılması və onun üzərində 05 il 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
40. Həmin hökmlə müəyyən olunmuşdur ki, cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı olan iddiaçıların etibarından suiistifadə edərək qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən "xxxx" MMC məxsus anbardan 17 aprel 2014- cü ildən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs olan iddiaçılara qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir.
41. Göründüyü kimi, cavabdehin qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıların etibarından sui-istifadə edərək 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları ələ keçirərək zərərçəkmiş olan iddiaçılara qeyd olunan məbləğdə maddi ziyan vurması müəyyən edilmişdir.
42. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində iddiaçılara məhkəmə hökmü ilə qeyd edilən zərərin bir q rup şəxs tərəfindən törədilməsi qeyd olunsa da, hökm yalnız onun barəsində çıxarılsa da, ittihamda qeyd olunan digər təqsirləndirilən şəxslər barəsində istintaqda araşdırma getdiyini və bu səbəbdən də zərər bir qrup şəxs tərəfindən törədildiyi üçün ayrı-ayrılıqda vurulan ziyanın müəyyən edilməli olduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmamış və cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münsibətdə qeyd etmişdir ki, həmin dəlillər əsassız olmaqla, qətnamənin ləğvinə hüquqi əsas vermir.
43. Belə ki, Mülki Məcəllənin 1114.2-ci maddəsinin mənasına görə, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bi lər.
44. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılara zərərin cavabdeh tərəfindən digər şəxslərlə birlikdə vurulması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunarsa, cavabdeh birlikdə vurulmuş zərərin əvəzini iddiaçılara ödədikdən sonra digər zərərvurunların hər birindən iddiaçılara ödədiyi zərərin əvəzinin həmin zərərvuranların təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini geri tələb edə bilər.
45. Hazırkı halda isə cavabdeh iddiaçılara vurulmuş zərərin əvəzini ödəməyə borcludur və kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətra flı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2025-ci il tarixli, 2(104)-343/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsı