Məhkəmə qərarları › İş №2(102)-1893/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1893/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1893/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): birgə nikah dövründə əldə edilmiş əmlakın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə edilmiş əmlakın satılmasından qazanılan vəsaitin yarısının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2(103)- 691/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan onların 2 övladı (xx.xx.2019-cu il təvəllüdlü Məryəm və xx.xx.2021-ci il təvəllüdlü Ayan) doğulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur.

3. Tərəflərin nikahda olduğu müddətdə - xx.xx.2019-cu il tarixdə “Toyota LC 200” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh həmin avtomobili xx.xx.2023-cü il tarixdə X2 54.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Toyota LC 200” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısından əldə edilmiş 54.000 manat pulun 1/2 hissəsini təşkil edən 27.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onların münasibəti pozulduqdan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh birgə yaşadıqları evi tərk etmiş, daha sonra xx.xx.2023cü il tarixdə iddiaçıya məlumat vermədən və iddiaçının razılığını almadan mübahisəli avtomobili 54.000 manata satmış, həmin məbləğin yarısını iddiaçıya ver məmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 8-9 aydır dayə kimi fəaliyyət göstərməklə iddiaçı və cavabdehin uşaqlarına baxır. İş üzrə tərəflərin qara rəngdə (mübahisəli) avtomobilləri var idi (avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır). İddiaçı ilə cavabdehin münasibəti pozulmuş və cavabdeh 2023-cü ilin iyun ayının əvvəllərində əşyalarını yığaraq evdən getmiş, bir daha da evə qayıtmamışdır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1875/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə ilə (hakim Emin Rüstəmov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla saslandırmışdır ki, avtomobil iddiaçı ilə cavabdehin birgə nikahları dövründə əldə edildiyi üçün onların birgə əmlakı sayılır və həmin avtomobil üzərində onların hər birinin payı bərabər olmuşdur. Cavabdeh iddiaçı ilə münasibətləri pozulduqdan sonra avtomobili 54.000 manata satmış və bu zaman iddiaçının razılığını almamışdır. Cavabdeh avtomobilin satışından əldə etdiyi pul məbləğinin yarısını, yəni 27.000 manatı iddiaçıya verməmişdir. Buna görə də, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33.2, 36.3, 37, 213.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddələrinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı iclasları barədə cavabdehə lazımı qaydada məlumat verilməmiş, cavabdehin iştirakı təmin edilməmiş, bununla da cavabdehin hüququ pozulmuş və o, lazımı sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə qətnamənin birmənalı olaraq ləğv edilməsi üçün əsasdır. Nəzərə alınmal ıdır ki, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl cavabdehin avtomobili olmuş, lakin formal olaraq qohumu olan X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin avtomobili artıq iddiaçı ilə nikahda olduğu dövrdə satmış və satışdan əldə etdiyi pulun üstünə bir qədər vəsait qoymaqla hazırkı iş üzrə mübahisənin predmeti olan avtomobili almışdır. Buna görə də, bu avtomobil iddiaçı ilə cavabdehin birgə əmlakı sayıla bilməz.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1875/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

15. Məhkəmə kollegiyası, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə ona kağız daşıyıcıda və elektron qaydada bildirişlər göndərilmişdir. Kağız daşıyıcıda göndərilmiş bildirişlər cavabdehə çatdırılmasa da elektron qaydada göndərilmiş bildirişlər cavabdehə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuş, birinci instansi ya məhkəməsinin qətnaməsi çəkişmə şəraitində qəbul edilmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin birgə nikahları dövründə cavabdeh tərəfindən alınmışdır. 2023-cü ilin iyun ayında iş üzrə tərəflərin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. xx.xx.2023-cü il tarixdə isə cavabdeh həmin avtomobili satmışdır.

18. Cavabdeh, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl onun avtomobilinin olmasını, lakin həmin avtomobilin formal olaraq qohumu X1 adına rəsmiləşdirildiyini, həmin avtomobili artıq iddiaçı ilə nikahda olduğu dövrdə satılmasını və satışdan əldə etdiyi pulun üstünə bir qədər vəsait qoymaqla hazırkı iş üzrə mübahisənin pred meti olan avtomobili almasını, buna görə də, bu avtomobil iddiaçı ilə onun ümumi əmlakı hesab edildiyi bildirmişdir.

19. Cavabdeh, bu halı sübuta yetirmək üçün qohumu olan X1 və digər qohumlarının apellyasiya icraatı zamanı şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə kollegiyası cavabdehin vəsatətini əsassız hesab etmişdir. Çünki həmin sübutların (şahid ifadələrinin) birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmuş, lakin artıq yuxarıda qeyd edildiyi kimi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh üzrlü səbəb göstərmədən həmin iclaslarda iştirak etməmiş, yeni sübutun apellyasiya icraatı zamanı təqdim edilməsini cavabdeh tərəf əsaslandıra bilməmişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini və c avabdehin iddiaya qarşı etirazını əsassız hesab etmişdir.

20. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33.2, 36.3, 37, 213.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-691/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qər ar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 185.5-ci maddəsi tətbiq olunmuş, lakin məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, “kağız daşıyıcıda göndərilmiş bildirişlər cavabdehə çatdırılmasa da, elektron qaydada göndərilmiş bildirişlər cavabdehə çatdırmışdır”. Qeyd olunan hal məhkəmə iclasında cavabdehin iştirakı ilə araşdırılmış və məhkəmənin mövqeyi təsdiqin tapmamışdır. Həmçinin apellyasiya şikayətinin əsas dəlilini əsaslandırmaq üçün məhkəməyə şahid dəvət etsələr də, məhkəmə şahidlərin dindirilməsi barədə vəsatəti qəbul etməmiş və bildirmişdir ki, irəli sürülən sübut birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Onun birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından sübutu təqdim edə bilmədiyini məhkəmə nəzərə almamışdır. Nəticədə onun müdafiə hüququ pozulmuş və iddia tələbinə qarşı məhkəməyə sübut təqdim etməkdən məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29, İ, İİ və İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyə tindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

30. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

33. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin ra zılığı ilə hərəkət edir.

5. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

6. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

7. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

8. Maddə

37. Ər-arvad arasındakı müqavilədə başqa hal n əzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

9. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında kı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı 11.... “Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələblərə hansı qaydada baxılması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsinə həmin Məcəllənin 372.1, 372.2, 372.3 və 372.4-cü maddələrinin kontekstində baxılmalıdır. MPM-in 372-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsində işə baxılm anın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Bu hədləri üç qrupa bölmək olar: ● yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; ● məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; ● birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. Yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: ● işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; ● yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; ● yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; ● apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etsin. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci inst ansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

16. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

20. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunm uş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı qeyd edir ki, avtomobilin birgə vəsaitlə alınmadığı barədə cavabdehin dəlilləri qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.

27. Bu normaların məzmunu, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunmas ı (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etdikdə, birgə mülkiyyət hüququnun nətəclərindən yararlana bilər. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Əksinə, ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyi ni sübuta yetirməlidir.

28. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən avtomobilin birgə vəsaitlə alınmadığı barədə sübut təqdim etməmişdir.

29. Cavabdehin avtomobilin birgə vəsaitlə alınmadığı barədə sübutların apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 372.2-ci maddəsi ilə apelyasiya instansiyası məhkəməsində yeni və əlavə sübutların təqdim olunması məhdudlaşdırılır. Həmin normaya əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

31. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında da bu məsələyə şərh verilərək, göstərilmişdir ki, yeni (əlavə) sübutların təqdim edilməsi üçün işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmaması sübut edilməli və apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməlidir.

32. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişdir. Cavabdeh bunu işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməməsi ilə izah etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsində təqdim etdiyi sübutların qəbul olunub araşdırılmasını tələb etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir.

33. Cavabdehə məh kəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qeydiyyat yeri üzrə kağız daşıyıcıda məlumatları (bildirişləri) göndərmiş, lakin həmin bildirişlər cavabdehin həmin ünvanda yaşamadığı (səh. 29) və başqa səbəblərlə (səh. 55, 74) çatdırılmaması barədə qeydiyyat aparılmaqla geri qaytarılmışdır. Lakin bununla yanaşı cavabdehin mobil telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir (səh. 23, 50, 67).

34. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlum at bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflə rə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2(103)-691/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar