Məhkəmə qərarları › İş №2(102)-1894/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1894/2022

04.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1894/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-275/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7246/2018 nö mrəli iş üzrə 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (yeni adı - "xxxx" Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 xxx oğluna (bundan sonra – cavabdeh) və başqalarına qarşı iddia tələbi qismən təmin edilərək, cavabdehdən Bankın xeyrinə 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37371.04 ABŞ dolları əsas, 27394.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 65065.66 ABŞ dollarının və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə yerləşən, 4 otaqlı, 14/49 nömrəli fərdi yaşayış evi və 0.08 ha t orpaq sahəsinin (bundan sonra – ipoteka predmeti) açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına Banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-83/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3456/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) Bankın kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-275/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmetinin likvid dəyəri 160 000 manat müəyyən edilmişdir. Sonuncu qətnamədən Bank (Vəkil) kassasiya şikayəti verərək, qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Kassasiya şikayəti 14 fevral 2022-ci il tarixli qərardadla icraata qəbul olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına 17 mart 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsindən məktub daxil olaraq apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən də kassasiya şikayəti verildiyi bildirilmiş, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə ko llegiyası sözügedən məktubu nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 2(105)-275/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud d a icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Hazırkı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)275/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 14 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-1894/2022 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-275/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar