Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1894/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması tələbi 11.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-141/2024 nömrəli, 17 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 14 aprel 2023-cü il tarixli sadə yazılı formada tərtib edilmiş borc müqaviləsinə görə İddiaçı Cavabdeh 35000 manat məbləğdə pul borc vermişdir. Cavabdeh aldığı borcu 47 gün müddətinə, yəni 31 may 2023-cü ilə qədər qaytarmağı öhdəsinə götürmüşdür.
2. Eyni zamanda Cavabdeh həmin tqrixdə yazdığı qəbzdə İddiaçı 35000 manat ehtiyacına görə pul borc aldığını, həmin borcu 31 may 2023-cü il tarixə kimi qaytaracağını bildirmişdir.
3. Bundan başqa, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2023-cü il tarixli borc müqaviləsinə görə İddiaçı Cavabdeh 40 gün müddətinə, yəni 21 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər qaytarmaq şərti ilə 7200 manat pul borc vermişdir.
4. Cavabdeh həmin tarixdə yazdığı qəbzdə İddiaçı 7200 manat pul borc aldığını və 31 may 2023-cü il tarixə kimi qaytaracağını bildirmişdir. Əlavə qeyd etmişdir ki, 14 aprel 2023-cü il tarixdə İddiaçı 35000 (otuz beş min) manat pul borc almışdır. Həmin pulu və indi götürdüyü pulu cəm qaytarmaqdan ötrü hazırkı yeddi min iki yüz manatı götürür ki, torpaq sahəsi alıb satdıqdan sonra ümumi borcu olan əvvəlki müqavilə ilə birlikdə 42200 manatı birlikdə qaytarsın. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 42200 manatın və dövlət rüsumuna görə 216 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir və münasibətləri əvvəlcədən olmuşdur. Cavabdeh ümumilikdə ondan 42200 manat borc pul almışdır. Belə ki, cavabdeh ilkin olaraq 2021-ci ilin yanvar ayında qohumunun tutulması ilə bağlı 5000 manat borc pul almışdır. Daha sonra pul çatmadığı üçün 5500 manat yenidən vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda yenidən 1200 manat, 3000 manat, 1000 manat, 3100 manat, 1000 manat, 2500 manat, 1500 manat, 3000 manat, 2600 manat, 5600 manat və sonuncu dəfə 21 aprel 2023-cü il tarixdə 7200 manat cavabdehə borc pul vermişdir. Cavabdeh aralarında olan münasibətdən istifadə edərək onu aldatmaqla 42200 manat məbləğində ondan borc almış, borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin hazırkı vaxtadək həmin pulu qaytarmamışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanmış və cavabdeh ondan 35000 manat və 7200 manat borc almasını təsdiq etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu qaytarmamış, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur.
7. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirib ki, anası xəstə olduğu üçün iddiaçıdan hissə-hissə 15500 manat borc almış, iddiaçı pulu verəndən sonra bildirmişdir ki, pulu faizə vermişdir. Aldığı 15500 manat puldan 1300 manat pulu qaytarmışdır. 14 aprel və 21 aprel 2023-cü il tarixli börc müqavilələrindəki imza ona məxsusdur. İddiaçı ona bildirmişdir ki, pulun verilməsi üçün aralarında yazılı sənəd olsun. İddiaçı ona borc müqavilələrini imzalamayacağı təqdirdə nəticəsinin yaxşı olmayacağını bildirərək hədə-qorxu gəlmiş, o, da bu səbəbdən müqavil ələri imzalamışdır. Maddi imkanı olmadığı üçün aldığı pulu qaytara bilmir.
8. Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)-2323/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilmiş, 42200 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 216 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, işdə olan sübutlarla Cavabdeh İddiaçı 42200 manat məbləğində borc pul aldığı müəyyən edilir. Bunu tərəflər arasında bağlanmış 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqavilələri, həmçinin həmin tarixli qəbzlər sübut edir. Mülki Məcəllənin 739, 445-ci maddələrinin tələbləri baxımından cavabdehin hərəkətləri öh dəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin müqavilədə müəyyən edilmiş vaxtadək ödənilməsini təmin etməmişdir.
10. Məhkəmə cavabdehin 15500 manat borc alması, aldığı puldan 1300 manat pulu qaytarması, iddiaçının sonradan pulu faizə verməsini bildirməsi, müqavilələrin hədə təsiri altında bağlanılması barədə mövqeyinə münasibətdə bildirərək qeyd edib ki, bu xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin mövqeyi ilə razılaşmaq o anlama gələr ki, heç bir sübut olmadığı təqdirdə müqavilə tərəfi müqavilənin hədə təsiri altında bağlanmasını bildirər və bununla məsələ həllini taparaq, müqavilə etibarsız hesab edilər. Bu isə qəbul edilən deyil.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.2, 385.1, 445.1, MPM-nin 14.2, 217.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan ehtiyacı olduğu üçün 15500 manat borc pul almış, 1300 manat qaytarmış, qalan borcunu maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. İddiaçı cavabdehə hədə-qorxu gələrək müqavilələrə imza etdirmişdir. Cavabdeh ruhi xəstədir, əsəb dispanserində yatmış, müalicə olunmuşdur, fəaliyyət qabiliyyəti yoxdur. Buna görə də həmin müqavilələri qorxduğu üçün və başa düşmədiyi üçün imzalamışdır. Əgər iddiaçı ona 42200 manat pul vermişdirsə, həmin müqavilə notariusda təsdiq olunmalıdır. İddiaçı onu aldadaraq kağızlara imza etdirmişdir. Cavabdeh ruhi xəstə olduğu üçün həmin kağızların nə olduğunu bilməmiş və imza etmişdir. Cavabdeh iddiaçıdan 42200 manat borc pul almamışdır. Əgər iddiaçı 42200 manat ona borc vermiş olsaydı, bunu notariusda verər və müqaviləni təsdiq edərdilər. Cavabdeh ruhi xəstədir və dispanserdə qeydiyyatdadır, fəaliyyət qabiliyyəti yoxdur. Lakin məhkəmə onun fəaliyyət qabiliyyətinin olmadığını nəzərə almamışdır. Fəaliyyət qabiliyyəti olmadığı üçün cavabdeh sərbəst şəkildə müqavilə bağlaya bilməz. Çünki o, hərəkətlərini dərk etmir, müqaviləyə imza edərkən məzmunu bilməmişdir, onun oxumaq və yazmaq qabiliyyəti yoxdur. Ümumiyyətlə, cavabdehin 42200 manat iddiaçıdan borc almasına dair hər hansı sənəd mövcud deyil, sa dəcə hədə-qorxu altında ağ kağızlara imza etmiş, qeyd olunan müqavilələri görməmiş və xəbəri olmamışdır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə almamışdır. Həmçinin, ona iddiaçı tərəfindən hədə-qorxu gəlinməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparılmış, izahatları alınmışdır. Lakin məhkəmə həmin halları da nəzərə almamışdır. Məhkəmə 42200 manat pulun həqiqətən cavabdeh tərəfindən alınması, iddiaçının ona həmin borc məbləğini verməsini, müqavilənin hansı şəraitdə imzalanmasını və bağlanmasını, cavabdehin müqavilə bağlamağa səlahiyyətinin olub-olmamasını, aldadılmasını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən 42200 manat pulun cavabdehdən tutulması müəyyən edilsə də, həmin pulun cavabdeh tərəfindən alınması, alınması ilə bağlı hər hansı qəbzin olub-olmaması s übut edilməmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-141/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (S.Mayılov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Əsədov və T.Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırb ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh həqiqətən də iddiaçıdan borc pul almışdır. İşin mübahisəli halları isə iddiaçının istinad etdiyi borc müqavilələrinin və qəbzlərin etibarlılığı, eləcə də, borcun məbləği ilə bağlıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
17. İddiaçının təqdim etdiyi qeyd edilən borc müqavilələrindən və əlyazma qəbzlərdən görünür ki, tərəflər arasında müqavilə üzrə borc münasibətləri 14 aprel 2023cü ildə və 21 aprel 2023-c ü ildə yaranmışdır.
18. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, əgər iddiaçı 42200 manat ona borc vermiş olsaydı, bunu notariusda verər və müqaviləni təsdiq edərdilər.
19. Mülki Məcəllənin 331.1-ci və 406.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirib ki, 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələri qanunla müəyyən edilmiş forma tələbinə riayət edilməklə bağlanmışdır. Çünki Mülki Məcəllənin 740.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətnində müqavilənin yazılı formada bağlanması göstərilmiş olsa da, onun notariat orqanında təsdiqlənməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda onun məzmununu ifadə edən və onu bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmış yazılı borc müqavilələrinin notariat orqanında təsdiqlənməməsi onun etibarsızlığına səbəb ola bilməz. Borc müqaviləsinin yazılı formada tərtib edilməsi ilə bağlı qayda tələbin sübut edilməsi baxımından əhəmiyyət kəsb edir və iddiaçının təqdim etdiyi borc müqavilələrindən də görünür ki, onun tərəfindən bu cür sübutetmə şərtinə riayət olunmuşdur.
20. Cavabdeh isə həmin borc müqavilələrində göstərilmiş məbləğlərin düzgün olmadığını, onun cavabdehdən əslində yalnız 15500 manat borc aldığını, müqavilələrə isə iddiaçı hədə-qorxu gəldiyi, ondan qorxduğu və başa düşmədiyi üçün imza etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, o, iddiaçının ona hədə-qorxu gəlmə si və ondan qorxmasına görə müqavilələri imzaladığını qeyd etsə də, istinad etdiyi həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə elektron poçt vasitəsilə göndərdiyi ərizədə iddiaçının ona “Whatsapp” proqramı vasitəsilə atdığı səslərdə müqavilələrin formal xarakter daşığını qeyd etdiyini bildirsə də, cavabdeh həmin səs yazılarını nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, məhkəməyə ünvanladığı müraciətlərə əlavə etməmişdir.
21. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmənin ilk baxış iclası 08 avqust 2023-cü il tarixə təyin edilmiş olsa da, Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, həmin məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, b ildirmişdir ki, epilepsiya xəstəsi olduğuna görə səhhəti ilə əlaqədar problem var. O, işlə bağlı polis şöbəsinə də müraciət etmişdir və sübutları var. O, öz sübutlarını təqdim edə bilməsi üçün məhkəmə iclasının təxirə salınmasını istəmişdir.
22. İşdəki Masallı Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(050)2323/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, cavabdehin xahişi nəzərə alınmış və məhkəmə baxış iclası 25 avqust 2023-cü ilə təxirə salınmışdır.
23. İşdəki Masallı Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(050)2323/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, Cavabdeh həmin məhkəmə iclasında iştirak etmiş, izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Anası xəstə olduğu üçün iddiaçıdan hissə-hissə 15500 manat borc almışd ır. İddiaçı pulu verəndən sonra bildirmişdir ki, pulu faizə vermişdir. Aldığı 15500 manat puldan 1300 manat pulu qaytarmışdır. 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqaviləsindəki imza onun özünə məxsusdur. İddiaçı ona bildirmişdir ki, pulun verilməsi üçün aralarında yazılı sənəd olsun. Cavabdehə borc müqavilələrini imzalamayacağı təqdirdə nəticəsinin yaxşı olmayacağını bildirərək, hədə-qorxu gəlmiş, cavabdeh də həmin səbəbdən müqavilələri imzalamışdır. Maddi imkanı olmadığı üçün aldığı pulu qaytara bilmir.
24. Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəməyə teleqram ünvanlayaraq sübut təqdim edəcəyini bildirdiyindən sübutlarının olmasına dair verilmiş suala cavab olaraq qeyd etmişdir ki, heç bir sübutu yoxdur. Cavabdeh 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqaviləl ərindəki imzanın ona məxsus olmasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, imzalar ona məxsusdur. 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqavilələri hər hansı bir hədə, zorakılıq nəticəsində bağlanmışdırsa, hansı səbəbdən həmin vaxt bununla bağlı müvafiq orqanlara müraciət etməməsinə dair verilmiş suala cavabdeh cavab olaraq bildirmişdir ki, çünki iddiaçı hədə-qorxu gəlmişdir.
25. Bundan sonra, apellyasiya instansiya məhkəməsində ilk baxış iclası 13 dekabr 2023-cü ilə təyin edilmiş olsa da, Cavabdeh 11 dekabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək bildirmişdir ki, o, epilepsiya xəstəsi olduğundan səhhətində problem yarandığına görə məhkəməyə gələ bilməyəcəkdir, məhkəmə işinin sonrakı aylara saxlanılmasını xahiş edir, əlindəki sübut larla sonrakı məhkəmədə iştirak edəcəkdir.
26. Məhkəmə kollegiyası cavabdehin teleqramını da nəzərə alaraq apellyasiya şikayətinə baxılmasını 17 yanvar 2024-cü ilə təxirə salmışdır. Lakin cavabdeh sonuncu məhkəmə iclasında da iştirak etməyərək, məhkəməyə elektron poçt vasitəsilə ərizə ünvanlamış, ərizəsində yenə də səs yazılarını məhkəməyə təqdim edəcəyini qeyd etmiş, səs yazılarını birinci instansiya məhkəməsində təqdim etməməsinin səbəbini mobil telefonunun xarab olması ilə əlaqələndirmiş, səs yazısını növbəti məhkəmə iclasında təqdim edəcəyini qeyd etmişdir.
27. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirib ki, cavabdeh istinad edəcəyini iddia etdiyi səs yazılarını apellyasiya instansiyası məhkəməsinə şəxsən deyil, başqa üsulla da (məsələn, diskə yazılmaqla, elektron poçtla g öndərilən məktuba qoşma edilməklə) təqdim edə bilmək imkanına malik olsa da, bunu etməmiş, işə apellyasiya instansiyası məhkəməsində baxılmasının müddətinin ötməsinə səbəb olmağa çalışaraq, yekun məhkəmə aktının qəbul edilməsini yubatmağa cəhd etmişdir.
28. İş materiallarından iddiaçının borc müqavilələrini imzalaması üçün cavabdehi məcbur etməsi halı müəyyən edilmir. Belə ki, cavabdeh sadəcə formal mülahizələrlə kifayətlənmiş, özünü və ya əmlakını real təhlükə gözləməsinə dair iddiaçının hər hansı hədə-qorxu gəlməsinə dair sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində ona iddiaçı tərəfindən hədə-qorxu gəlinməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət etdiyini, araşdırma aparıldığını, izahatlarının alındığını qeyd etsə də, həmin halları təsdiq edən hər hansı mötə bər sübut təqdim etməmiş, öz müraciətlərinə və apellyasiya şikayətinə əlavə etməmişdir.
29. Cavabdeh apellyasiya şikayətində özünün fəaliyyət qabiliyyətinin olmadığını qeyd etsə də, həmin halı da təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məlumatın mövcudluğu sorğu edilmiş, cavabdehin fəaliyyət qabiliyyəti olmayan şəxslərin reyestrinə daxil edilmədiyi müəyyən olunmuşdur.
30. Cavabdehin 14 aprel 2023-cü il və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanılan zaman anlaqsız olması sübuta yetirilmədiyindən, özünün həmin vaxtlarda anlaqsız olması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, qeyd edilən əsasla da borc müqaviləl ərinin etibarlılığı şübhə altına alına bilməz. Cavabdehin öz hərəkətlərini dərk etmədiyi və müqaviləyə imza edərkən onun məzmununu bilməməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz. Bu zaman həm də o hal nəzərə alınmalıdır ki, cavabdeh özü də etiraf edir ki, iddiaçıdan həqiqətən də müəyyən məbləğdə borc almışdır. Bu isə onun öz hərəkətlərini başa düşməməsinə dair dəlilinin əsassızlığını təsdiq edir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 331.1, 406.3, 407.2, 339.4, 346.1, 385.1, 386.1, 442-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
34. Cavabdeh həmçinin məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, iddiaçı ilə olan danışığın səs yazısını təqdim etdiyini bildirərək həmin səs yazılarının dinlənilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericil ikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....
41. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
42. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdiklər i şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
43. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən v ə ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
44. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanm ası nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neç ə şəxsin razılaşması müqavilə sayılır.
48. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
49. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc ve rən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
52. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
53. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1 Tərəflərin tələb və etira zlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
59. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin əksər dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüy ü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəlinən nəticə ilə razılaşır.
64. Kassatorun iddiaçı ilə danışığının səs yazısını dinlmək barədə vəsatəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatət təmin edilə bilməz. Çünki, kassasiya icraatında sübutlar araşdırlmır.
65. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
66. Buna görə də cavabdehin əlavə sübutlar təqdim etməsi barədə vəsatəti, yalnız aşağı instansiya məhkəmələrində işə baxılarkən tərəflərə t ələb və etirazlarını təsdiq edən sübutları təqdim etmək kimi prosessual hüququnu təmin etmək üçün real imkanların yaradılıb təmin olunub olunmaması baxımından yoxlana bilər. Bu mənada işin halları araşdırıldıqda görünür ki, cavabdeh iddia tələbinə qarşı sübutları, o cümlədən səs yazılarını təqdim etmək üçün həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiyası məhkəməsində məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatətləri təmin olunaraq ona vaxt verilmiş, lakin bu cür sübutlar təqdim olunmamışdır.
67. Bundan başqa, MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur.
68. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: - işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; - yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; - yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər; - apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsin in səbəblərini üzürlü hesab etsin.
69. Baxılan iş üzrə cavabdeh tərəfindən yeni sübutların təqdim olunmasının yolverilən hesab olunması üçün bu cür prosessual əsaslar müəyyən olunmur.
70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv ed ilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-141/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.