Məhkəmə qərarları › İş №2(102)-1895/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1895/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1895/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1895/2024 Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-46/2024 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavabdeh2 2019-2020-ci illər ərzində müxtəlif şəxslərə Azərbaycan Respublikası Mənzil X3 sifarişi əsasında tikilən sosial evlərin satışı müsabiqəsində qalib gələcəklərini, bundan başqa ünvanlı sosial yardımın ayrılmasını vəd edərək qarşılığında müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş müraciətlər əsasında barəsində 7 sentyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,18.500 (on səkkiz min beş yüz) manatın qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr ayında özünü MİDA əməkdaşı kimi təqdim etmiş Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan və keçmiş qonşusu olan Cavabdeh1 o və qardaşı üçün MİDA-nın sərəncamında olan 2 ədəd 3 otaqlı mənzil vəd edərək ilkin ödəniş olaraq 24.000 (iyirmi dörd min) AZN pul vəsaitini ondan almışdır. Ən qısa zamanda evlərin satışı olacağını bildirmiş və onlara vəd olunan evləri ipote ka qaydasında güzəştli şərtlərlə əldə edəcəkdilər. Daha sonra ona və yoldaşına ünvanlı sosial yardım təşkil etmək adı ilə iddiaçıdan hər biri üçün 6000 AZN olmaqla, ümumilikdə 12.000 (on iki min) AZN (7.000$ və 200 AZN) pul vəsaiti almışdır. Bütün bu proseslərin qanun çərçivəsində olduğunu bildirmişdir. Sosial yardım üçün öncə bankda debet kart əldə etməyi gərəkliyini, 3 aydan sonra isə DSMF tərəfindən rəsmi olaraq kart ayrılacağını söyləmişdir. Ünvanlı sosial yardımın təşkili üçün ona müvafiq nazirliyin nazir müavini köməklik edəcək deyə dəfələrlə bildirmişdir. Kartlar hazır olduqdan sonra 5 ay (arada 1 -2 ay fasilələrlə) hər karta 500 AZN (toplam 5000 AZN) ödəniş olunmuşdur. Daha sonra ümumi gedişatda olan pozğunluqlar, prosesin vəd edildiyi şəkildə getməməsindən şübhələnərək bu işin qan unsuz, cinayət tərkibli iş olduğu qənaətinə gəlmiş və həm ev, həm yardım üçün verdiyi pulu geri tələb etmişdir. Nəticədə verdiyi ümumi 36.000 manatın 17.500 manatı geri verilmiş və 18.500 manat pul vəsaiti isə geri qaytarılmamışdır. Bu işdə Cavabdeh1 Nazim qızına Cavabdeh2 adlı xanım da köməklik etmişdir. Natavan xanım 18500 manat məbləğin onda deyil, Günay xanımda olduğunu iddia edərək ödəməkdən boyun qaçırmışdır. Günay xanım da pul məbləğinin Natavan xanım tərəfindən geri qaytarılmalı olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlarla bağlı Cavabdeh1 ilə yazışmalar mövcuddur və iddia ərizəsinə disk şəklində əlavə edilmişdir. Qeyd edir ki, işlə bağlı daha öncə müvafiq polis bölməsinə, daha sonra da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə uzun müddətdir ki, istintaq gedir. Maddi çətinlikləri mövcud olduğundan və kirayədə qaldığı üçün cavabdehlər tərəfindən ondan alınan pul məbləğlərinin tez bir zamanda ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 4.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 2(005)4401/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 18.500 (on səkkiz min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. 5.Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, tərəflər arasında yaranmış mübahisə Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korru psiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X1 şahidin dindirilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 vermiş olduğu ifadəsində İddiaçı 24.000 manat məbləğində pul aldığını etiraf etmişdir. Bundan əlavə ifadəsində həmin puldan 12.000 manat məbləğində vəsaiti Cavabdeh2 verdiyini bildirmişdir.

6. Belə ki, Cavabdeh1 ifadəsində İddiaçı 24000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Məhkəmə göstərilən faktı işin mübahisəsiz halı kimi qiymətləndirir. Cavabdeh2 12000 manat məbləğində pulun verilməsinə gəldikdə isə Cavabdeh1 bu halı məhkəmədə sübuta yetirməmişdir. Bu səbəbdən Cavabdeh2 nisbətdə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 7.Məhkəmə iddia tələbinin qətnamənin çıxacağı gün üçün ban k uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin tutulmasına münasibətdə qeyd edib ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbinin 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti əsas götürülməklə qətnamənin çıxacağı gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin tutulması hissəsi də əsassızdır və rədd olunmalıdır. 8.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, MPM-nin 14.2, 88, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat 9.Cavabdeh1 apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə qonşu olmuş, 24 min manat pulu iddiaçı ev almaq məqsədilə ona vermiş, o, isə həmin pulu özü Cavabdeh2 vermişdir. Bu barədə İddiaçı şəxsən məlumatlı olmuş və bu barədə dəfələrlə özü şəxsən Cavabdeh2 ilə görüşüb əlaqə saxlamışdır. Vəd versə də Cavabdeh2 onu da, Mirəzizi də və bir çox digər insanı da dələduzluq edərək aldatmışdır. 24 min manat pulun hamısını Günaya verməyinə baxmayaraq, həmin puldan təxminən 15 min manatı özü Mirəzizə qaytarmışdır. İddiaçının tələb etdiyi 18.500 manat pul vəsaitini özü Cavabdeh2 vermiş, buna görə də həmin pul iş üzrə digər Cavabdeh2 tutulmalıdır. Məhkəmənin özünün istinad etdiyi sübutlardan da göründüyü kimi o, hüquqi əsas olmadan heç kimin, o cümlədən İddiaçı hesabına əmlak əldə etməmiş, hüquqi əsas olmadan varlanmamış, iddiaçının isə məhrum ola n vəsaiti Cavabdeh2dır. Əsl əsassız varlanan və iddiaçının tələbi ilə əmlakı qaytarmalı olan cababdeh Cavabdeh2dır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hüquqi baxımdan adını və mahiyyətini müəyyənləşdirə bilməmiş, bunun məntiqi nəticəsi olaraq bu iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını düzgün müəyyən edə bilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-46/2024 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (E.Kazımov (sədrlik edən və məruzəçi), hakimlər İ.Şirinov və K.Əkbərov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4401/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı ol an pulun miqdarı hissəsində dəyişdirilmiş və alınmalı məbləğ azaldılaraq 13.500 (on üç min beş yüz) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

13. Hazırki işdə də, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdeh1 isə iddia tələbinə özünəməxsus qaydada etiraz etsə də, həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin dəlilləri, eləcə də apellyasiya baxışı zamanı tərəflərin izahatı ilə təsdiq olunur ki, əslində o, iddiaçıdan ümumilikdə 36.000 manat almış və bu fakt işin mübahisəsiz halına çevrilmişdir. Qeyd olunan məbləğin 24.000 manat hissəsini iddiaçı və qa rdaşı üçün Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən “X4”ndə inşa edilmiş sosial binalardan 2 ədəd, hər biri 96 kv.m. ölçüdə olmaqla, 2 otaqlı mənzillərin verilməsinin təmin edilməsinə görə, 12.000 manatı isə iddiaçı və arvadı üçün ünvanlı sosial yardımı təşkil etmək üçün almışdır.

14. Cavabdeh1 birinci instansiya məhkəməsində və apellyasiya şikayətində 24.000 manatı iddiaçının ona verdiyini, o, isə həmin məbləği Cavabdeh2 verdiyini, bu barədə iddiaçının da məlumatı olduğunu, Cavabdeh2 onu və iddiaçını aldadaraq dələduzluq etdiyini bildirib. Apellyasiya baxışının birinci iclasında Günay tərəfindən 36000 manatın 17000-18000 manatını qaytardığını, ikinci iclasında isə alınmış məbləğin 15000 manatını özünün qaytardığını, 5000 manat isə Günay tərəfindən iddiaçının adına açılmış karta köçürüldüyünü, 2000 manatı isə Günel adlı şəxs tərəfindən qaytarıldığını bildirmişdir. Həmin iclasda iddiaçı da 15000 manatın Cavabdeh1 tərəfindən qaytarıldığını, 2000 manatın Günel adlı şəxs, 500 manatın isə Cavabdeh2 tərəfindən qaytarıldığını, sonuncu məhkəmə iclasında isə 5000 manat məbləğin də Cavabdeh2 tərəfindən kart hesabına köçürüldüyünü təsdiq etdi. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan məqsədlərlə Cavabdeh1 verdiyi 36.000 manatdan 22.500 manat qaytarıldığını təsdiq etdi və hər iki tərəfin izahatı ilə bu fakt işin mübahisəsiz halına çevrildi. Ona görə də cavabdehdən alınmalı olan məbləğ azaldılaraq 13.500 manat müəyyən edilməlidir.

15. Cavabdeh1 iddiaçının ondan tələb etdiyi qalan məbləği Cavabdeh2 verdiyini və bu mə bləğin sonuncuda olduğunu bildirməsi həqiqi olsa belə bu hal şikayətin mübahisələndirilən hissədə əsaslı olduğuna və iddianın isə əsassız olduğuna dəlalət etmir. Çünki, hökmlə də Cavabdeh1 iddiaçıdan aldığı məbləğlərin birbaşa onun tərəfindən alınması təsdiq olunur. Əlbətdə ki, Cavabdeh1 hesab edirsə ki, iddiaçıdan alıb Cavabdeh2 verdiyi məbləğin hansısa hissəsini sonuncu ona qaytarmayıb, bu halda Cavabdeh2 qarşı məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ mövcuddur.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.3, 1091, 1092.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə qonşu olmuş, 24 min manat pulu iddiaçı ev almaq məqsədilə ona vermiş, o, isə həmin pulu özü Cavabdeh2 vermişdir. Bu barədə İddiaçı şəxsən məlumatlı olmuş və bu barədə dəfələrlə özü şəxsən Cavabdeh2 ilə görüşüb əlaqə saxlamışdır. Vəd versə də Cavabdeh2 onu da, Mirəzizi də və bir çox digər insanı da dələduzluq edərək aldatmışdır. 24 min manat pulun hamısını Günaya verməyinə baxmayaraq, həmin puldan təxminən 15 min manatı özü Mirəzizə qaytarmışdır. İddiaçının tələb etdiyi 18.500 manat pul vəsaitini özü Cavabdeh2 vermiş, buna görə də h əmin pul iş üzrə digər Cavabdeh2 tutulmalıdır. Məhkəmənin özünün istinad etdiyi sübutlardan da göründüyü kimi o, hüquqi əsas olmadan heç kimin, o cümlədən İddiaçı hesabına əmlak əldə etməmiş, hüquqi əsas olmadan varlanmamış, iddiaçının isə məhrum olan vəsaiti Cavabdeh2dır. Əsl əsassız varlanan və iddiaçının tələbi ilə əmlakı qaytarmalı olan cababdeh Cavabdeh2dır. Apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hüquqi baxımdan adını və mahiyyətini müəyyənləşdirə bilməmiş, bunun məntiqi nəticəsi olaraq bu iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını düzgün müəyyən edə bilməmişdir.

19. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər ü zrə müstəntiqi X1 şahidin dindirilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 vermiş olduğu ifadəsində İddiaçı 24000 manat məbləğində pul aldığını etiraf etmişdir. Bundan əlavə ifadəsində həmin puldan 12.000 manat məbləğində vəsaiti Cavabdeh2 verdiyini bildirmişdir. Bu halı isə sübut kimi qəbul etməmiş, aydınlaşdırmamış və razılşmamasının səbəbini qətnaməsində göstərməmişdir.

20. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi İddiaçı eyni məzmunda etdiyi şikayətləri əsasında özünün də zərərçəkmiş kimi tanıdığı Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirildiyi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şika yətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirsədə dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan hazı rkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin qismən yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) b aşqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.

29. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (de likt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllə də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifə sinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallar ını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-46/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar