Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1897/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1897/22 (Açar sözlər: qanunsuz həbslə bağlı maddi və mənəvi ziyanın ödənilməsi, sübuta qiymət verilməməsi ) Bakı şəhəri, 11 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2754/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 4(004)476/2019 saylı qərarı ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 1 ay 14 gün müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin təqsirləndirilən şəxsin faktiki tutulduğu andan hesablanması qərara alınmışdır.
2. İddiaçı 28 oktyabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixinədək həbsdə saxlanmış, 10 dekabr 2019-cu il tarixdən barəsində polisin nəzarət i altına vermə qətimkan tədbiri seçilmişdir.
3. İddiaçı əməlində CM-in 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmaması əsası ilə onun barəsində cinayət işini icraatına 01 iyun 2020-ci il tarixli qərarla xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı F.Qəmbərli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək əsassız və qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanmasına görə 19.150 (on doqquz min yüz əlli) manat maddi və 10.000 (on min) manat mənəvi ziyan olmaqla, 29.150 (iyirmi doqquz min yüz əlli) manat məbləğində kompensasiyanın Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, barəsində həbs qətimkan tədbiri seçil əndə iddiaçı Türkiyə Respublikasında olmuş, orada işləmişdir. Barəsində həbs qərarı olmasını eşidən kimi Bakıya gəlmək istəmiş, 29 oktyabr 2019-cu ildə Naxçıvan gömrüyündə saxlanıb, istintaq təcridxanasına yerləşdirilmişdir. 6. 01 iyun 2020-ci il tarixdə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmişdir.
7. Barəsində istintaq orqanı tərəfindən əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmağına dair qərar qəbul olunması, 1 (bir) ay 14 (on dörd) gün həbs qətimkan tədbiri seçilməsi ilə iddiaçının azadlığının əlindən alınması, daha sonra uzun müddətə – 170 gün ərzində hüquq məhdudlaşdırıcı tədbir olan ‘‘polisin nəzarətinə vermək haqqında" qətimkan tədbirinə məruz qalması həbsdə saxlandığı dövrdə yaxın qohumları tərəfindən çəkilən xərclərlə bağlı iddiaçıya ziyan vu rulmuşdur.
8. İddiaçı müdafiəçinin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla, yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuşdur. İddiaçının barəsində olan cinayət işinin istintaqda aparılması üçün ümumi müdafiə haqqı kimi 1000 (bir min) manat, istintaq təcridxanasında saxlanıldığı 42 gün müddətində qohumları tərəfindən çəkilən xərc 200 (iki yüz) manat, yol xərci məsrəfləri 100 (yüz) manat olmaqla, 1300 (bir min üç yüz) manat müəyyən edilməlidir.
9. Bundan başqa, cinayət əməli törətməkdə əsassız şübhəli bilinərək 42 (iki) gün müddətinə həbsdə saxlanmağı, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əməl – oğurluq cinayətinin törədilməsi şayiəsi, iddiaçıya və ailə üzvlərinə ciddi mənəvi zərbə vur muşdur. İddiaçı ali təhsillidir, işləyir. İstintaq orqanının qanunsuz qərar qəbul etməsi iddiaçının ictimai nüfuzuna, şərəf və ləyaqətinə ciddi mənfi təsir göstərib. Şərəf və ləyaqəti təhqir olunub, aşağılanıb. İddiaçı ağır əsəb gərginliyi keçirmişdir. Hazırda da müalicə alır. Sağlamlığını itirmişdir.
10. İddiaçı qanunsuz olaraq oğurluq cinayəti törətmə ittihamı ilə 42 gün həbsdə saxlanmağını özü üçün həyatının ən böyük təhqiri hesab edir. Vurulmuş mənəvi zərərin dəyərini 10.000 (on min) manat məbləğində dəyərləndirir.
11. Bundan başqa, iddiaçı tutulduğu günə 29 oktyabr 2019-cu ilə kimi Türkiyə Respublikasının İstanbul şəhərində, Laleli küçəsində “X1 Ltd.Şti” şirkətində işləmiş, aylıq əmək haqqı 1500 ABŞ dolları, yəni 2550 manat təşkil etmişdir.
12. Barəsində aparılmış qanunsuz istintaq hərəkəti və həbs qətimkan tədbiri seçilməsi nəticəsində iddiaçı iş yerini və qazancını itirmişdir. İş yerini itirməyi nəticəsində ona 01 iyuna kimi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat ziyan vurulmuşdur.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1101-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı “X1 Ltd.Şti” şirkətində işləməsini göstərib, lakin həmin şirkətdən azad edilməsinin barəsində olan cinayət işi ilə bağlılığı sübut edilmir; - hüquqi yardımla bağlı sənədlər işə əlavə olunmalı və hətta həmin sənədlərin iddiaçıya qarşı cinayət işi ilə əlaqəli olması sübut edilməlidir. - “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5ci maddəsində ödənilməli olan ziyanın növləri konkret göstərilir və iddiaçının həbsdə olduğu müddət ərzində ailə üzvləri tərəfindən çəkilən xərclər, yol məsrəfləri həmin Qanunda nəzərdə tutulan ödənilməli ziyan sayılmır; - mənəvi zərər ödənilərkən CPM-in 190-cı maddəsini tələbləri nəzərə alınmalıdır. Həmin normaya görə kompensaisiyanını ən yüksək həddi 300 manatdır.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4809/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səməd ov)
16. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” 01.06.2020-ci il tarixli qərar ilə İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümk ün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər
18. Birinci instansiya məhkəməsi hesab edib ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, ş əxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ona 19.150 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
20. Həmçinin birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddiaya qiymət verərək, iddianın bu hissəsini qismən, yəni 500 (beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edib. Belə ki, iddiaçının 42 gün həbsdə saxlanılmağı, ona 170 gün “polisin nəzarətinə vermək haqqında” qətimkan tədbiri tətbiq edilməsi iddiaçıya inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödə nilməsi ağlabatan deyildir
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23, 386.1, 1101.1-ci maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Qanunun 4-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3cü, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələr, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 500 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur; - məhkəmə qətnamədə vurulmuş maddi və mənəvi zərərin iddiaçı tərəfindən sübuta yetirilməməsini qeyd etməsinə baxmayaraq, iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi ziyanın tutulmasını qət etmiş dir; - Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin kontekstində iddiaçıçıya 500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır; - bundan başqa məhkəmə qərar qəbul edərkən həm iddiaçıya ziyan vurmuş şəxslərin təqsirliliyini (qərəzli, əsaslı yanılma və səhv nəticəsində), iddia tələbinin yönəldiyi dövlət büdcəsinin vəziyyətini, qətnamənin icrasının mümkünlüyünü və s. nəzərə aldıqdan sonra ədalətli mövqe nümayiş etdirməyə borclu idi; - məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin bəmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq norm aları pozulmaqla qərar qəbul edilmişdir - məhkəmənin iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etmədiyi aşkardır. Qətnamədən də göründüyü kimi məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir.
24. İddiaçı İddiaçı Avadxan oğlu apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyil; - məhkəmə qətnamədə iddiaçının “X1 Ltd.Şti” şirkətində işləməsi barədə arayışa istinad etsə də, sonda iddiaçının işləməsi barədə sübut təqdim etməməsini göstərmişdir; - 500 manat mənəvi zərər ona vurulmuş mənəvi zərərin adekvat əvəzi deyil.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2754/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)4809/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərərə görə 500 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 3000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
27. Apellyasiya məhkəməsi maddi ziyan tələbini təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı ona 19.150 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkə məyə təqdim edə bilməmişdir. Buna görə də İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Bununla belə apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi cavabdehdən mənəvi zərərə görə 500 (beş yüz) manatın alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.
29. Mənəvi zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi b elə olub ki, mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsi mümkün olmasa da, 3000 (üç min) manat həcmində təmin olunması ədalətlidir. Çünki hər bir halda azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla o, heç bir maddiyyatla əvəz edilə bilməz. Lakin iddiaçının 1 ay 12 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı ağlabatan və ədalətlidir.
30. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və «Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrubəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın istinad etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam təmin olması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə qeyd edib ki, iş materiallarında olan “X1” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2019-cu ilin mart ayından etibarən həmin MMC-də işləyir, aylıq maaşı 1500 ABŞ dollarıdır və iddiaçı ona 19.500 manat ziyan vurulduğunu bildirsə də iddiasını əsaslandıracaq subutu məhkəməyə təqdim edə bilməmişdir. - halbuki, məhkəmə yuxarıda qeyd edildiyi kimi iddiaçının Türkiyə Respublkasında işlədiyinə və ayda 1500 ABŞ dolları məbləğində maaş alması barədə sənədə istinad edib; - iddiaçı istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları nəticəsində həbs edilmiş, həmin iş yerindən və qazancından məhrum olmuşdur. İş üzrə iddiaçının izahatı və məhkəməyə təqdim edilmiş arayış, məhkəmə və istintaq qərarları ilə qeyd edilən hal öz təsdiqini tapır; - iddiaçı ali təhsillidir, iddiaçıya oğurluq maddəsi ilə ittiham irəli sürüb 42 gün müddətində həbsdə saxlanmaq ona ciddi mənəvi zərər vurmuşdu; - məhkəmə iddiaçının həbsdə saxlandığı müddətdə valideyinləri tərəfindən gətirilən bağlamaları, onların yol xərclərini nəzərə almayıb. Valideyinlərinin yaşadığı yerlə saxlanıldığı Bakı İstintaq təcridxanasının arasındakı məsafə 30 km-dən artıqdır; - təqdim edilmiş qərarlardan da görünür ki, iddiaçının işində müdafiəçi iştirak edib. Daha sonra iddiaçı polisin nəzarət inə verilib. Həbsə alındığı 30 oktyabr 2019-ci ildən barəsində olan cinayət işi xitam verilən günə qədər vəkil işdə iştirak edib. Yeddi ay ərzində müdafiəçi istintaq hərəkətlərində, məhkəmələrdə iştirak etmiş, qəbullarda olmuşdur. Vəkil bütün bu işləri əvəzsiz etməmişdir. Nəsimi rayon məhkəməsi bu hala qiymət verməmiş, bu dəlillləri Bakı Apellyasiya məhkəməsinin nəzərinə çatdırsa da apellyasiya instansiyası məhkəməsi də buna hüquqi qiymət verməmiş, maddi ziyanın ödənilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə yazılı etirazın dəlilləri
33. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişl ər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun Mad də 5.Ödənilən ziyan Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 4)hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Cinyət Prosessual Məcəllə Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 41 7.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iddiaçı apel lyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərər tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
38. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər hissəsində 500 manat həddində müəyyən etmiş, cavabdehin həmin hissədə apellyasiya şikayəti qismən təmin edilərək, mənəvi zərərin məbləği 3000 manat həddində müəyyən edilmişdir. Mənəvi zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının 1 ay 12 gün azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq his sləri, stress, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə, yəni 10 min manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı ağlabatan və ədalətlidir.
39. Məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının hüquqlarının pozulması faktı tanınmış, pozuntu nəticəsində dəymiş mənəvi zərər qismində cavabdehdən pul da tutulmuşdur. Bu isə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X4 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.
40. Maddi zərərə gəldikdə, işdən görünür ki, 19150 manat maddi zərər üç ünsürdən ibarətdir: 1000 manat vəkilə çəkilmiş xərc; 300 manat iddiaçının qohumları tərəfindən həbsdə olduğu müddət üçün çəkilən xərc; 17850 məhrum olduğu manat əmək haqqı.
41. İddiaçı vəkilə çəkilmiş xərc və valideynlərinin onun həbsi ilə bağlı çəkdiyi xərclər qismində maddi zərər tələbini sübut edə bilmədiyi üçün işə baxan məhkəmələr tərəfindən həmin hissədə maddi zərər tələbinin təmin edilməməsi də işin hallarına uyğun olmuşdur.
42. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçı maddi zərərin yuxarıda sadalanan iki ünsürü ilə bağlı tələbini təsdiq edən heç bir sübut təqdim etmədiyi üçün həmin hissədə maddi zərərlə bağlı iddianı təmin etməyən birinci inst ansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Cinayət Prosessual Məcəllənin 58.1-ci maddəsinə görə də cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
44. Göründüyü kimi, həm mülki, həm də cinayət prosessual qanunvericiliyin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan o halda tutulur ki, bu ziyan sübut edilmiş (əsaslandırılmış) olsun.
45. Bu baxımdan, məhkəmə koll egiyası sübut edilməməsi əsası ilə vəkilə çəkilmiş xərc, iddiaçının valideynlərinin onun həbsi ilə bağlı maddi zərər tələbinin təmin edilməməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır.
46. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin üçüncü ünsürü olan əmək haqqı hissəsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsində qətnamə əsaslı deyil. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini barəsində qətimkan tədbirləri (həbs və polisin nəzarəti altına vermə) seçilməmişdən əvvəl İstanbul şəhərində “X1 Ltd.Şti” şirkətində işləyərək 1500 ABŞ dolları əmək haqqı alıması ilə əsaslandırmış və həmin şirkətin arayışına istinad etmişdir.
47. Əmək haqqı ilə bağlı maddi zərər tələbini etməyərkən birinci i nstansiya məhkəməsi iddiaçının təqdim etdiyi “X1 Ltd.Şti” şirkətinin arayışna istinad etsə də, həmin arayışa qiymət verməmiş, qeyd edilən arayışı sübut kimi qəbul edib-etməməsini qətnamədə göstərməmiş, bununla da prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuşdur.
48. Prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyy ən edir. (MPM, 88 və 218.1)
49. İddiaçı apellyasiya şikayətində qeyd edilən arayışa qiymət verilməməsini dəlil kimi irəli sürsə də, apellyasiya məhkəməsi də iddiaçının həmin dəlilinə qiymət verməmişdir.
50. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
51. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
52. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının əmək fəaliyyəti ilə bağlı təqdim etdiyi sübutu qanununvericiliyə uyğun qiymət vermədən yalnız istinad etməklə həmin hissədə iddianı rədd etmiş, apellyasiya məhkəməsi də iddiaçının bu barədə dəlillərinə qiymət verməyib qətnaməni dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hal larının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
54. Qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi iddiaçının maddi zərərin üçüncü ünsürü olan əmək haqqı ilə bağlı təqdim etdiyi sübuta qiymət verməməklə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşlar.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi əmək haqqı ilə bağlı maddi zərərə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qənbərli Fuad Avatxan oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-2754/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qətnaməsi əmək haqqı ilə bağlı maddi zərər məbləğinə aid hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.