Məhkəmə qərarları › İş №2(102)-1897/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1897/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1897/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)344/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 aprel 1974-cü il tarixdə Cavabdeh rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından 1975-ci ildə X7, 1976-cı ildə X8, 1981-ci ildə X4, 1983-cü ildə X9 və 1985-ci ildə Nümayəndə1 adlı, 5 uşaqları doğulmuşdur. 2. 19 yanvar 1998-ci il tarixdə X8 “kəskin ağciyər-ürək çatışmazlığı” səbəbindən ölmüşdür. 3. 24 may 2003-cü il tarixdə Astara rayon AİK-nın 1 saylı Qərarına əsasən Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İddiaçı, X10, X8, X4, X9 və Nümayəndə1 birgə mülkiyyətlərinə verilmiş və JN-0480 saylı, 28 yanvar 2005-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınmışdır. 4. 28 yanvar 2018-ci il tarixli hüquqların dö vlət qeydiyyatı haqqında Çıxarışa əsasən Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 196,3 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reysetrində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, cavabdeh qanunu pozaraq A stara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə öz adına Çıxarış almışdır. Bundan başqa, cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsindən əlavə olaraq 1,0 ha torpaq sahəsini də zəbt etmiş, orada ailə üzvüləri ilə birlikdə 100-ə yaxın feyxoa, 350-yə yaxın narıngin, limon ağaclar əkmişlər. Cavabdeh ailə münasibətlərindən irəli gələn bütün hüquqlarını, o cümlədən mülkiyyət hüququnu pozmuşdur və nəticədə birgə nikah dövründə əldə etdikləri əmlakdan məhrum olmuşdur.

7. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia qismən təmin edilərək, Astara rayon AİK-nın 24 may 2003-cü il tarixli, 1 saylı qərarı ilə mülkiyyətə verilmiş, “Torpağa mülkiyyət hüq uquna dair” JN:0480 saylı Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X4, X8 və X2 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 hissədə olmasının müəyyən edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışda qeyd edilən, Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində Cavabdeh və İddiaçı hər birinin payının ayrı-ayrılıqda ½ hissədə müəyyən olunması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Məhkəmə iddianı qismən əsaslı sayaraq qeyd etmişdir ki, tərəflər 22 aprel 1974-cü il tarixdə rəsmi nikah qeydiyy atından keçməklə evlənmişlər. Astara rayon AİK-nın 24 may 2003-cü il tarixli, 1 saylı qərarı ilə Cavabdeh, Nümayəndə1, İddiaçı, X4, X8 və X2 mülkiyyətinə Astara rayonu, Siyəkü kəndi ərazisindən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X1 ölmüşdür. Bundan başqa tərəflər rəsmi nikahda olduqları zaman Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınmışdır. Ona görə də 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payçıların payı 1/6 hissədə müəyyən olunmuşdur.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, 0,10 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində tərəflərin hər birinin payı ½ hissədə müəyyən edilməli dir. Lakin, iddiaçının iddia tələbində qeyd edilən həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində övladlarının da payının müəyyən edilməsini tələb etsə də, tələbinin əsası kimi hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, Mülki Məcəllənin 139.1, 152.1, 213.1, 213.2, 214.1, 225.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 17.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən hüquq normasının bu tələblərinə əməl edilməmişdir. Əksinə ailənin saxlanılmasına deyil, dağılmasına səbəb olan qərar qəbul etmişdir. İddiaçı ilə 1974-cü ildə ailə həyatı qurmuşlar. Ər-arvad kimi yaşadıqları 49 il müddətində aralarında narazılıq olmamışdır. Yalnız son vaxtlar oğlu Nümayəndə1 ona qarşı nankorluq etməsini, nalayiq sözlərlə təhqir etməsini iddiaçı nəzərə almamış, onun təsiri ilə hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Oğlu Nümayəndə1 dəfələrlə onu döymüş və xəsarət yetirmişdir. O, inzibati qaydada məh kəmə tərəfindən həbs edilmişdir. Oğlu Nümayəndə1 onu öldürmək və olan qalan əmlakını ələ keçirmək istəyir və o, tufeyli həyat tərzi keçirir. Onun üçün Bakı şəhərində torpaq ev almışdır. Ailəsi ilə Bakıda yaşayırdı. Ailədə özünü yaxşı aparmadığına görə ayrılmışlar. İndidə onunla dava-dalaş edir. Yağışlı havalarda paltarlarını, yorğan-döşəyini çölə atır. Bir sözlə nankorluq edir. Belə bir övladın təsiri ilə arvadı ümumi əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məqsədi o, olmuşdur ki, ona düşən payı nankor oğluna versin. Bütün bunlar onlar tərəfindən düzüb quraşdırılmışdır. Onu da bildirir ki, oğlu Nümayəndə1 onunla düşmənçilik edir, onunla bir evdə yaşamaq mümkün deyil.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 sayl ı qətnaməsi ilə (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), P.T.Əhmədov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Astara Rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, 22 aprel 1974-cü il tarixdə tərəflər rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından doğulmuş X8 01 yanvar 1998-ci il tarixdə ölmüşdür. Tərəflərin birgə nikahı dövründə Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmış və bu barədə onun adına 26 yanvar 2018-ci il tarixli Çıxarış verilmişdir.

15. Məhk əmə kollegiyası qeyd etmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN:0480 saylı Dövlət Aktına əsasən, Astara rayon AİK-nın 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, Nümayəndə1, İddiaçı, X4, X8 və X2 mülkiyyətinə verilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırda paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin və onların uşaqlarının ümumi birgə mülkiyyətində olduğundan, həmin torpaq sahəsində tərəflərin və onların uşaqlarının payları 1/6 hissədə müəyyən edilməl idir. Həmçinin 0,10 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində tərəflərin hər birinin payı ½ hissədə müəyyən edilməlidir.

17. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində qeyd edilən həyətyanı torpaq sahəsində və evdə övladlarının payının müəyyən edilməsinə gəlincə isə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 213.1, 213.2, 214.1, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Nü mayəndə2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

23. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı əmlak hesab edilir.

24. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlak ıdır).

25. Maddə 36.3. Ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

26. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

27. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

29. Maddə

146. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

30. Maddə 152.1. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

32. Maddə 213.2. Əşya mülki yyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

33. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

34. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində tərəflərin hər birinin payını ½ hissədə müəyyən etmiş birinci instansiya məhkəməsinin qətnam əsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini mübahisəli hüquq münasibətinə düzgün tətbiq etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Ona görə də kassasiya instansiyası məhkəməsi qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehin kassasiya şikayəti üzrə əlavə araşdırma aparmağa lüzum görmür.

46. Lakin kassasiya instansiyası məhkəməsi Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tərəflərin və onların övladlarının paylarının 1/6 hissədə müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasland ırma ilə razılaşmır.

47. Belə ki, əvvəla iddia ərizəsindən və iddiaçının sonradan verdiyi ərizədən görünür ki, onun cavabdehə qarşı tələbi cavabdehlə ümumi mülkiyyətində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasından ibarətdir. İddia ərizəsinin məzmunundan və tərəflərin məhkəmə iclas protokolundakı izahatlarından isə görünür ki, onlar arasındakı hazırkı mübahisə cavabdehin adına qeyd alınmış 0,10 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi və əlavə olaraq 1,0 ha zəbt edilmiş torpaq sahəsi ilə bağlı yaranmışdır.

48. Göründüyü kimi iddiaçı, iddia ərizəsində cavabdehlə ümumi mülkiyyətlərində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasını iddia etsə də, konkret olaraq Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 h a kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir.

49. Halbuki, MPM-in 149.2, 149.2.3-cü maddələrinin mənasına görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının verdiyi tələbləri dəqiqləşdirmədən, hazırkı mübahisə predmeti ilə bağlı həqiqətə nail olmaq üçün işin hərtəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmədən, görüləcək, yaxub görülməyəcək hərəkətlərin nətic ələri barədə onları qabaqcadan xəbərdar etmədən, başqa sözlə onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmədən, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə də dəyişdirilmədən saxlamışdır.

51. Digər tərəfdən işdən görünür ki, tərəflərin övladları yetkinlik yaşına çatmışlar və onlar məhkəmədə onları təmsil etmək və onların adından da iddia qaldırmaq üçün iddiaçıya hər hansı səlahiyyət verməmişlər.

52. Göründüyü kimi tərəflərin övladları birgə mülkiyyətlərində olan 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən olunmasını iddia etmədikləri halda, işə baxan məhkəmələr hər hansı qanuna və orada göstərilən müstəsna hala istinad etmədən, onların da həmin torpaq sahəsindən paylarını müəyyən etmişdir. Halbuki, MPM-in 218.3-cü ma ddəsinin mənasına görə, məhkəmə iddiadan kənara çıxa bilməz və işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə, o halda iddiadan kənara çıxa bilər ki, qanunda göstərilən hər hansı müstəsna hala istinad etmiş olsun.

52. Daha sonra işə əlavə edilmiş JN-0480 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Astara rayon AİK-nın 24 may 2003-cü il tarixli, 1 saylı qərarı ilə Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İddiaçı, X10, X8, X4, X9 və Nümayəndə1 birgə mülkiyyətlərinə verilmişdir.

53. Eyni zamanda “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, qeyd olunan şəxslərdən X8 19 yanvar 1998-ci il tarixdə ölmüşdür.

53. İşə baxan məhkəmələr qeyd olunan hallara diqqət yetirmədən, 0,65 ha kənd tə sərrüfatı təyinatlı torpaq sahəsinin 6 nəfər şəxsin deyil, 7 nəfər şəxsin birgə mülkiyyətlərinə verilməsini, X1nun 19 yanvar 1998-ci il tarixdən ölməsini və belə olan halda onun payının yalnız vərəsəlik qaydasında vərəsələrinə keçməsini, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinin tələblərinə görə bacı və qardaşlarının onun birinci növbəli vərəsəsi sayılmamalırını, ondan miras qalmış payın vərəsəlik qaydasında yalnız valideynlərinə keçməsini nəzərə almadan, 0,65 ha torpaq sahəsinin birgə mülkiyyətçi X5 paydan məhrum etməklə, eyni zamanda 19 yanvar 1998-ci il tarixdən ölmüş X6 torpaq sahəsindən 1/6 hissədə pay verməklə, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.

56. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 saylı qətnaməsi qismən-Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X4, X8 və X2 hər birinin payının 1/6 hissədə müəyyən edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya M əhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar