Məhkəmə qərarları › İş №2(102)-1897/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1897/2025

10.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1897/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), X17 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli 2(107)-286/2025 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə 10 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1980-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında-yerləşən 4 nömrəli ev X11 tərəfindən alınmışdır. Həsənоv Vаlеh Müsеyib оğlu Həsənоvа Оfеlyа Vаlеh qızı və Həsənоv Fеyruz Vаlеh оğlu adlı iki övladı olmuşdur. Həsənоv Vаlеh Müsеyib оğlu ilə Həsənova Sədəf Qurbаn qızının аrаsındа nikah xx.xx.1980-ci il tarixdə pozulmuşdur.

2. X11 xx.xx.2006-cı ildə, oğlu Həsənоv Fеyruz Vаlеh оğlu isə xx.xx.2013-cü ildə vəfat etmişdir. 3. “Qanun üzrə vərəsəlik hüququ” haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnaməyə əsasən 04 iyul 2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi, qızı İddiaçıdır və miras əmlakdan göstərilən hissədə irs almalıdır. Şəhadətnamədə miras əmlakın SSSR əmanət bankının Göyçay rayon filialındakı əmanətdən ibarət olduğu qeyd edilmişdir. 4. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-857/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən miras əmlaka, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh3 tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbi təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRXnın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlə rin aparılmasına maneə törədilməsi Cavabdeh3 qadağan edilmişdir.

6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-221/2020 saylı qətnaməsinin surətindən görünür ki, X9 özünə məxsus ünvan 4 ünvanda «Azəriqaz» X10 X22 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 302.40 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manat pulun silinməsi barədə qətnamə edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilərək, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən X1 abonent koduna hesablanmış 302.40 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pul silinmişdir.

7. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X2 miras qalmış ünvan 6 ünvan da yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 olan fərdi yaşayış evinin İddiaçı və Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X12 tərəfindən qəbul edilməsi müəyyən edilmiş, həmin miras əmlakın 1/2 hissəsinə İddiaçı, 1/8 hissəsinə Cavabdeh3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2 və 1/8 hissəsinə X5 vərəsəlik hüquqları tanınmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)766/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)368/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-254/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 20 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 23 fevral tarixli 2(102)-254/2023 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh lər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanında yerləşən qeydiyyatda olduğu mərhum atasından miras qalmış fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atası X11 xx.xx.2006-cı il tarixdə «kardiogen şok» səbəbindən ölmüşdür. Mərhum atası X2 ünvan 8 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m² fərdi yaşayış evi miras qalmışdır (çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). Mərhum atasının ondan başqa qanun üzrə birinci növbə vərəsəsi olan X14 xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində «kəllə sümüklərinin sınığı» səbəbindən ölmüşdür. Mərhumun arvadı olan Cavabdeh3, sonuncunun uşaqları Cavabdeh1, Cavabdeh2 və X12 miras evdə yaşayırlar. 2023-cü ilin avqust ayının təxminən 20- dən sonra miras evin yaşadığı hissəsinə çəkilmiş qaz xəttinə quraşdırılmış, oğlu Nuran Mikayılovun adına qeydə alınmış sayğacı Cavabdeh3 sökdürmüş və daha sonra miras evin yaşadığı hissəsinə gələn təbii qaz xəttini də bağlatdırmışdır. Miras evin yaşadığı hissəsinə gələn təbii qaz və elektrik enerjisi xətlərini kəsməklə evdə yaşamalarına maneələr yaradan cavabdehlər onu və ailə üzvlərini söyür, təhqir edir, oğlu Nuranı şərləyib tutdurmaqla hədələyirdi. Nəticədə o, müvəqqəti olaraq kirayə evə köçməyə məcbur olmuşdur. Lakin onun və gəlininin cehiz əmlakı, sonradan aldığı ev əşyaları, məişət avadanlıqları, həmçinin geyimləri miras evdə qalmışdır. O, 1 2 may 2024-cü il tarixdə günün birinci yarısında qeydiyyatda olduğu evə gedərək lazım olan əşyanı götürmək istəmişdir. Həyətin küçə darvazasının açar yerinə müdaxilə olduğundan açarla darvazanı aça bilmədiyi üçün qapını döymüşdür. Darvazanı açan Cavabdeh3 onu həyətə buraxmayıb söyüb-təhqir etmişdir. Bu barədə DİN 102 qaynar xəttinə şikayət etsə də çağırışa gələn polislər heç bir tədbir görmədilər. Müxtəlif orqanlara müraciət etsə də ona mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum atası X2 miras qalmaqla onun mülkiyyətindədir. O, mərhum atası miras evi aldıqdan sonra orada yaşamış və həmin vaxtdan da evdən istifadə hüququ əldə etmişdir. 1980-1982-ci illərdə nikahda olduğu müddət istisna olmaqla daim həmin evdə yaşamışdır. Nikahı pozulandan sonra da oğlu onunla birlikdə atasının evində yaşamış, gəlini də bu evə köçürmüşdür. Mübahisəli mənzildən savayı başqa yaşayış yeri yoxdur. Özü onkoloji xəstədir və hüquqlarının pozulması onun xəstəliyi gücləndirərək səhhətini daha da pisləşdirir.

13. Cavabdehlər iddiaya etirazlarında qeyd etmişlər ki, Ali Məhkəmə kimi bir orqan X2 miras qalmış 17.84 ha torpaq sahəsi və onun üzərində 177 kvadrat olan ev üzərində Həsənova Ofeliyanın vərəsəlik və mülkiyyət hüququna xitam vermişdir. Həsənova Ofeliyanın yenidən müzakirələndirmək istədiyi səbəblər Ali Məhkəmə kimi mötəbər bir orqan tərəfindən ciddi şəkildə araşdırılmış, öz həllini tapmışdır. Bu mülkün yenidən müzakirələndirilməsi Ali Məhkəmə kimi bir orqanın verdiyi qərara kö lgə salmaqdan başqa bir şey deyildir. Ofeliyanın vəkili Nümayəndə qeyd edir ki, o, nikahı bağladıqdan sonra qaynatası, uşaqlarının babası Valeh Həsənovla onun evində yaşamağı barədə saziş imzalamamışdır. Ofeliyanın onun mənzilinə köçmək istəməsi yaşamaq üçün deyildir. Ona və övladlarına ziyan vurmaq üçündür. Çünki onun yaşaması üçün oğlunun çox gözəl evləri, mülkləri var. Yaxşı makler fəaliyyətilə məşğul olan oğlu var. Elə onun mülkündə bu məqsədlə göz dikiblər. Şəki Apelliyasiya Məhkəməsinin Qərardadından məlum oldu ki, Ofeliyanın onun mənzilində heç bir əşyası yoxdur və bununla da sübut olundu ki, onun mənzilində heç bir əşyası olmayan bir adam onunla birgə yaşamamışdır və yaşaya da bilməz. Çünki iddiaçının onunla yaşamaq istəməsi hansı məqsəd güddüyünü bir daha üzə çıxarır.

14. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 9 ünvanında yerləşən 4 nömrəli evə köçürülməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehin baldızıdır. Mübahisəli ev onun mərhum atası tərəfindən xx.xx.1980-ci ildə alqı-satqı müqaviləsi əsasında alınmış və iddiaçı 1980-ci ildən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1- dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

16. Məhkəmə bildirmişdir ki, b undan başqa iddiaçı tərəfindən təqdim olunmuş “Qanun üzrə Vərəsəlik hüququ haqqında” 23 avqust 2012-ci il tarixli şəhadətnamədən, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X3 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli məktubundan, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədən, quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı mübahisəli evdə yaşamışdır və həmin evdən istifadə hüququ davam edir. Cavabdeh sözügedən sənədlərin saxta olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə h eç bir sübut təqdim etməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır. İddiaçı Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi dalan 2 ünvanında yerləşən 4 nömrəli evə köçürülməlidir.

18. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh 3 Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)1370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

20. Cavabdeh3 apellyаsiyа şikаyətini belə əsaslandırmışdır ki, İddiaçı X6 ilə rəsmi qaydada ailə quraraq yaşayış evini daimi olaraq tərk etmişdir. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Bu mənada kollegiya hesab edi r ki, iddiaçının ailə qurub ər evinə gəlin köçərkən ata (ana) evinə geri qayıtmaq niyyətində olduğu inandırİcı deyildir, ara-sıra həmin mənzilə gəlib- getməsi isə yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında iddiaçı mübahisəli mənzildən 1980-ci ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmişdir və həmin mənzilə ara-sıra gəlib-getməsi köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz. Bundan başqa iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə məqsədi həmin mənzilə köçüb yaşamaq yox, həmin mənzilin hazırki mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdınlma ilə bağlıdır. Çünki, İddiaçı artıq uzun müddə tdir ki, həmin evdə yaşamamış, özünə daimi yaşamaq üçün başqa yer seçmiş, bununla da, istifadə hüququnu itirmişdir.

21. Birinci instansiya məhkəməsi hazırki iddia tələbini təmin edərkən istinad etdiyi “Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamə, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı Göyçay X19 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli məktubu, Su təchizatıvə tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilə, Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktı” hazırki iddianın təmin edilməsi üçün əsas sa yıla bilməz. Belə ki, həmin sənədlərə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin sənədlərdə olan məlumatların həqiqiliyi təsdiqini tapmamışdır. Eyni zamanda Göyçay rayon Bələdiyyəsinin 14 iyul 2022-ci il tarixli arayışı da, saxta əsaslarla verilmişdir. Belə ki, əgər həmin ödənişlər həqiqətən də, 2006-cı ildə İddiaçı, 2020- 2022-ci illərdə isə X4 (İddiaçıoğlu) nəvəsi X9 tərəfindən ödənilmiş olsa idi, həmin ödənişləri təsdiq edən müvafiq qəbzlər məhkəməyə təqdim edilərdi. Həmçinin əgər həmin sənədlər qanuni və əsaslı olsa idi, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)766/2022 saylı, 23 avqust 2022-ci i l tarixli qətnaməsində həmin xüsusatlar nəzərə alınardı. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir.

22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da eyni məzmunlu apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) 27 fevral 2025-ci il tarixli, 2(107)-286/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yarandığından hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya hazırki qətnamədə maddi hüquq normalarının pozuntusuna yol verilmədiyi qənaətinə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mərhum atasından qalan miras əmlakdır. Həmin evə iddiaçının yuxarıda qeyd edildiyi kimi hazırda nəinki istifadə hüququ vardır, h ətta iddiaçı vərəsə kimi miras əmlakdan müvafiq paya nail olaraq, nəticə etibarı ilə payına uyğun mülkiyyət hüququ əldə edib, gələcəkdə həmin evin bir hissəsinin mülkiyyətçisi kimi çıxış etmək hüququ vardır.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinə, Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdehlər hə biri ayrılıqda kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətləri apellyasiya şikayətlərinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada əlaqəli şəkildə araşdırılmamışdır. Hazırki mübahisə ilə bağlı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının tərəflər arasında olan mübahisə ilə bağlı daha əvvəllər qəbul edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-766/2024 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-254/2023 saylı qərarında olan hallara qiymət verməmişdir ki, bu da, cavabdehlərdə məhkəmə kollegi yasının həmin qərarlarla tanış olmadığı, dolayısı ilə də, işi hərtərəfli və obyektiv araşdırmadığı barədə qənaətə gəlməsinə səbəb olmuşdur. Cavabdeh tərəfin Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamağının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-254/2023 saylı qərarında öz təsbitini tapmış halları yenidən hazırki işə baxan məhkəmələr müzakirəyə çıxararaq öz istədikləri formada təhrif etmişdir. Bu da, mövcud qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd olmaqla kobud şəkildə qanun pozuntusudur. İddiaçının hazırki iddia tələbinin əsasını təşkil edən bütün sübutlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin hal-hazırda qüvvədə olan 23 fevral 2023-cü il tarixli, 2(102)-254/2023 nö mrəli qərarı ilə qiymət verilmiş və həmin sübutlar təsdiqini tapmamışdır. Ancaq buna baxmayaraq işə baxan aşağı instansiya məhkəmələri həmin xüsusatları yenidən araşdıraraq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinin ziddinə olaraq mötəbər sübut kimi qəbul etmişlər. Bu məsələ də, kobud şəkildə qanun pozuntusu olmaqla cavabdehlərin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyasında məhkəmə araşdırılması gedən zaman məhkəmə iddia tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, həmçinin cavabdehlərin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç birini diqqətə almamışdır. Kassasiya şikayətlərində MPM-nin 9.3, 14.2, 217.1, 218.3-cü maddələrinin tələblərinin pozulduğuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İ ddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən kassatorların qeyd etdiyi mülkiyyət hüququ ilə bağlı maddi normalar pozulmamışdır. Kassatorların kassasiya şikayətlərinin dəlilləri ilə birinci instansiya məhkəməsində işə baxılarkən verdikləri iddia ərizəsinə etirazın əsasları və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmin dəlillər hər iki instansiya məhkəməsi tərəfindən kifayət qədər tədqiq edilərək hüquqi qiymət verilmişdir Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə 123.İ hissə.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onla rın köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

32. Maddə 60 İ hissə-icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 158.3.Əmlaka mülkiyyət hüququnun b aşqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

34. Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı 35. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə ba ğlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı

36. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan mübahisələndirilən qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

49. Kassasiya instansiyası məhkəməsinə cavabdehlər tərəfindən elektron qaydada göndərilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2025-ci ildə vəfat etmişdir. MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq qərara almışdır ki, Cavabdeh3 prosessual hüquq varisləri (qızları) Cavabdeh1 və Cavabdeh2 ilə əvəz edilməlidir.

50. Mübahisələndirilən qətnamədə apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə belə olmuşdur ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mərhum atasından qalan miras əmlakdır. Həmin evə iddiaçının istifadə hüququ ilə yanaşı, hətta vərəsə kimi miras əmlakdan müvafiq paya nail olaraq, nəticə etibarı ilə payına uyğun mülkiyyət hüququ əldə edib, gələcəkdə həmin evin bir hissəsinin mülkiyyətçisi kimi çıxış etmək hüququ vardır.

51. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, qətnamə qəbul edi lərkən MPM-nin 14.2, 217-ci maddələrinin tələblərini pozmuş, o cümlədən MPM-nin 82.3, 233.3-cü maddələrinin tələblərini nəzərə almamışdır.

52. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəyə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

53. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-254/2023 saylı qərarından görünür ki, iddiaçının cavabdehlərə qarşı mərhum X2 miras qalmış ünvan 6 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 olan fərdi yaşayış evinin faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, atası X11 vəfat etdikdən sonra İddiaçı mirası faktiki qəbul etməsi, həmin evdə yaşayaraq evə sahiblik etməsi təsdiq edilməmiş, iddiaçı eyni zamanda mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu əsaslarla İddiaçı miras əmlak olan fərdi yaşayış evinə vərə sə kimi mülkiyyət hüququnun tanınmasını tələb etməyə subyektiv hüququ olmadığı müəyyən edilmişdir.

54. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ünvan 6 ünvanda yerləşən evə vərəsə kimi hüququ olmadığı müəyyən edildiyindən mübahisələndirilən qətnamədə bunun əksinin qeyd edilməsi prosessual pozuntudur.

55. Cavabdehlərin əvvəlki mülki mübahisə üzrə müəyyən edilmiş hallara dair dəlilləri apellyasiya şikayətlərində də öz əksini tapdığı halda məhkəmənin bu dəlillərlə hansı səbəbdən razılaşmaması qətnamədə öz əksini tapmamış, qətnamənin əsaslandırma hissəsində qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş hallara münasibət bildirilməmişdir. Halbuki MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində eyni zamanda məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.

56. Apellyasiya instansiyası məhkəməsi mübahisənin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə həll edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, iddiaçının ailə qurduqdan sonra daimi əsaslarla yaşamaq üçün başqa yaşayış sahəsinə getməsi və atasına məxsus yaşayış sahəsinə istifadə hüququnu itirməsi barədə cavabdehlərin dəlillərini həmin Məcəllənin 60-cı maddəsinin dispozisiya şərtlərinə uyğun yoxlamamış, cavabdehlərin etirazlarında və apelyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibət bildirilməmişdir.

57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməklə apelyasiya şikayətinin dəlillərinin yenidən ara şdırılması üçün iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, məhkəmə iddiaçının cavabdehlərin mülkiyyətində olan evə istifadə hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verərkən hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı iş üzrə preyudisial xarakter daşıyan məhkəmə aktı ilə müəyyən edilmiş halları yenidən araşdırılmalı və müzakirə edilməli olmayan faktlar olaraq nəzərə almalıdır.

58. Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Konstitusiya Məhkəməsinin Plen umu xx.xx.2020-ci il tarixli qərarında vurğulamışdır ki, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin etmək, birbirini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını almaqdır.

59. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)286/2025 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx. 2025-ci il tarixli, 2(107)286/2025 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar