Məhkəmə qərarları › İş №2(102)-1898/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1898/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1898/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı XXX qızının vəkili X1 iştirakı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızının Cavabdeh qarşı “pul tələbinə dair” iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızına qarşı “pul, qızıl-zinət əşyalarının özünün və ya dəyərinin alınması tələbinə dair” qarş ılıqlı iddiasına dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı XXX qızı və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Paşayev, iş № 2(057)-2580/19) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızının Cavabdeh qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək Cavabdeh 2.000 (iki min) manat pulun alınaraq iddiaçı XXX qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 2,80 (iki manat səksən qəpik) qəpik dövlət rüsumunun alınaraq iddiaçı XXX qızına verilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızına qarşı “pul, qızıl-zinət əşyalarının özünün və ya dəyərinin alınması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev-sədrlik edən və məruzəçi, N.Mirzəyev və Q.Kərimov iş № 2(106)-314919) apelyasiya təmin edilməyərək Salyan Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə iddiaçı XXX qızı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və yeni qərar qəbul edilməsini və ya işin apellyas iya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı XXX qızı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21.500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, ümumilikdə 21.530 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX qızından, ona məxsus lotareya oyunu zamanı yığılmış 6.150 manat pulun və Türkiyə istehsalı 585 əyarlı 3,18 qram 187 manata olan qızıl qolbağı, Türkiyə istehsalı 585 əyarlı 2,71 qram 160 manata olan qızıl qolbağı, Türkiyə istehsalı 585 əyarlı 11,26 qram 665 manata olan qızıl zəncir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı 6,79 qram 400 manata olan qızıl qolbağı, Türkiyə istehsalı 585 əyarlı 11,70 qram 690 manata olan qızıl zəncir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı 5,85 qram 345 manata olan qızıl qolbağı, Türkiyə istehsalı 585 əyarlı 9 qram 531 manata olan qızıl zəncir boyunbağı, Türkiyə istehsalı 585 əyarlı 9,07 qram 535 manata olan qızıl zəncir boyunbağı, İtaliya istehsalı 750 əyarlı satış dəyəri 2.300 manat olan brilyant qızıl komplekti-cəmi dəyəri 5.813 manat olan qızılların və qızıllar olmadıqda isə qızılların dəyəri olan 5.813 manat pulun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızından alınaraq ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. iddiaçı XXX qızının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İş üzrə digər tərəfə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunma malıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məruzəçini dinləyərək, iştirak edən tərəfin vəkilinin izahatını dinəyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh XXX qızı cavabdeh, qaşılıqlı iddia üzrə iddiaçı Cav abdeh ilə uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Cavabdeh 2013-cü və 2014-cü illədə hər dəfə 1.000 manat olmaqla iki dəfəyə İddiaçıadan 2.000 manat faizlə borc pul almışdır. Həmin pulu Cavabdeh İddiaçıaya qaytarmasını bildirsədə bunu sübuta yetirə bilməmişdir. Həmçinin İddiaçıa cavabdehdən 21.500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, həmin məbləğdə pulu Cavabdeh verməsini sübuta yetirə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh borcunu qismən, yəni 2.000 manat məbləğində borc pul aldığını etiraf etdiyinə görə, Cavabdeh 2.000 (iki min) manat pulun və dövlət rüsumuna görə 2,80 (iki manat səksən qəpik) manat pulun alınıb XXX qızına verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, A zərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı münasibət borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüqu qlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası həmçinin iddiaçı, qarşılıqlı iddia üzrə cavab deh İddiaçıanın apelyasiya şikayətində birinci instansiya məhkəməsinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi ilə bağlı etirafedici ifadələrini nəzərə almadığını, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ifadəsində ondan 2013-cü ilin noyabr ayında 1.000 manat, 2014-cü ilin yanvar ayında ikinci dəfə təkrar olaraq 1.000 manat və 2015-ci il tarixində 3.000 manat olmaqla cəmi 5.000 manat məbləğində pul alması ilə bağlı olaraq qeyd etmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıa özü, yaxud iş üzrə hüquqlarını müdafiə edən vəkildən hüquqi yardım alaraq məhkəmə iclası protokoluna qeydlər verə bilərdi. Lakin cavabdeh İddiaçıa bununla bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddiaçı, qarşılıql ı iddia üzrə cavabdeh İddiaçıanın apelyasiya şikayətində Cavabdeh onunla telefon əlaqəsi saxlayarkən uşağının müalicəsi üçün ondan 21.500 manat məbləğində borc pul götürdüyünü, həmin pulu qaytaracağını etiraf etməsi ilə bağlı telefon danışığını diskə köçürüldüyünü, həmin disk yazısının sübut kimi qəbul edilməsi barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin disk yazısı gizli yolla qeyd edildiyindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunl a icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alana məhkəmə kollegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıanın apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıanın apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilm əsi üçün əsaslar olmadığından, Salyan Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı, qarşılıqlı iddiia üzrə cavabdeh XXX qızının apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mö vcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissəsində sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərk ən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə iddiaçı XXX qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2 6 noyabr 2019-cu il tarixli 2(106)-314919 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar