Məhkəmə qərarları › İş №2(102)-1899/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1899/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1899/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra Hakimiyyəti cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyin icra edilməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra Hakimiyyəti cəlb olunma qla) “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 18 fevral tarixli 2(103)-1426/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Podratçı Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi X1 arasında xx.xx.2018-ci il tarixdə “qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin şərlərinə görə, podratçı Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsi, ev 189-da 1 mərtəbəli evdə dövlət reyestrindən çıxarış üzrə 2 otaqlı ümumi sahəsi 40 kv.m, faktiki sahəsi 58.53 kv.m sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda, yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binada ½ payı verməklə A blokunda 8-ci mərtəbədə 59.4 kv.m uyğun 2 otaqlı təmirli mənzilin inşasını təmin edəcəyini, sifarişçi isə inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.1.2-ci bəndinə görə mülkiyyətçi, yeni binanın mülkiyyətçilərinə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün kirayə haqqını tələb etmək hüququ vardır.

3. Müqavilənin 2.2.4-cü bəndində göstərilir ki, hər hansı bir səbəb üzündən tikinti işlər i müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətinin uzadılmasını təmin etməlidir.

4. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə təmirli mənzili təhvil vermək podratçının vəzifəsidir.

5. Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sökülərək yenidən tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir.

6. Həmin müqavilənin 2-ci bəndinə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində 1 otaqlı mənzillər üçün ayda 250 manat, 2 otaqlı mənzillər üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün ayda 350 manat, 4 otaqlı mənzillər üçün ayda 400 manat, 5 otaqlı mənzillər üçün ayda 450 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı ) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon İcra Hakimiyyəti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: a) 07.12.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; b) 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər aya görə 800 manat pul vəsaitinin, həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsaitin, əlavə olaraq bu vəsaitin tam məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçı nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı, ona məxsus ümumi sahəsi 40 kv.m, faktiki sahəsi 58,53 kv. m olan iki otaqlı mənzili (ünvanı: ünvan 1 bunun müqabilində iddiaçının mülkiyyətinə yeni inşa edilən binanın A blokunun 8-ci mərtəbəsində 59,40 kv.m sahəli iki otaqlı təmirli mənzili təhvil verməyi öhdəsinə götürüb. Müqavilənin 2.2.5-cü bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq nəzərdə tutulmuş mənzili ərizəçiyə verməli idi. Binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulub. Yəni müqavilənin şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabrında hazır o lmalı, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin binada hələ də işlər gedir, mənzil hazır deyil. Bu ilin avqustunda iddiaçı Azərbaycana gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. Lakin, binanın nə lifti, nə də başqa ümumi kommunikasiya qurğuları hazır olmayıb, mənzilin isə quru divarlarından savayı heç nə olmayıb. Beləliklə, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bu günə artıq 35 aydır ki, yubadır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil iddiaçıya vaxtında, yəni 2021-ci ilin oktyabrında veriləcəyi təqdirdə, iddiaçı həmin mənzili kirayəyə verə bilərdi. Müqavilə üzrə 18 ay müddətində kirayəyə görə kompensasiyanın verilməməsinin nəzərdə tutulması məhz onunla bağlı idi ki, iddiaçı mənzilin müqa vilə ilə nəzərdə tutulmuş müddətdə hazır olacağı və onun mülkiyyətinə veriləcəyinə inanmışdı. Qiymətləndirici "xxxx" MMC şirkətinin arayışına əsasən, cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə dəyəri 800 manat təşkil edir. Beləliklə, cavabdehin qanuna və müqaviləyə zidd davranışı nəticəsində iddiaçı artıq 28000 manat məbləğindən məhrum olub. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, iddiaçının hüquqları təmin olunmur.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirib ki, iddiaçı ilə cavabdeh arasında 07 dekabr 2018-ci il tarixində bağlanmış müqavilədən göründüyü kimi mənzilin sahəsi sənəd üzrə 40 kv.m, faktiki sa hə üzrə 58.53 kv.m olub. Həmin mənzil iddiaçının atasına məxsus olub. Sökülmüş mənzilin əvəzində tək iddiaçı yox, onun qardaşı Bəhmən Qəhramanova da mənzil verilib. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, iddiaçıya mənzil binanin bünövrəsinin qoyulmasından 18 ay sonra təhvil verilməlidir. Bildirir ki, sözügedən binanın bünövrəsi 2019-cu ilin mart ayında deyil, 2021-ci ilin yanvar ayında qoyulmuşdur. Sonradan tikinti prosesində ləngimələr olub. İddiaçının nümayəndəsi və vəkili bildirir ki, iddiaçının kirayə haqqını tələb etməməsinin səbəbi o olub ki, iddiaçı ümid edirdi ki, nəzərdə tutulmuş müddət ərzində mənzil ona təhvil veriləcək. Kirayə haqqının verilməsinin müqavilədə nəzərdə tutulmasının səbəbi bu deyildir. Kirayə haqqının verilməməsinin səbəbi ondan ibarət idi ki, iddiaçıya məxsus olan yaşayış sahəsinin faktiki sahəsinə hesablanmaqla və üzərinə 15% əlavə etməklə yeni tikiləcək binada mənzil verməli idilər. Lakin göründüyü kimi faktiki sahəsi 58.53 kv.m olan yaşayış sahəsinin sadəcə ½ hissəsi iddiaçıya məxsusdur. Hesabladıqda iddiaçıya verilən mənzil 59,40 kv.m təşkil edir. İddiaçıya 2 qat artıq sahə verilmişdir. Bütün bu şərtlər iddiaçı ilə razılaşdırılmışdır. Həmin dövrdə mənzilin 1 kv.m sahəsi 1500 manat, təmir pulu isə 300 manat təşkil edirdi. Hesablama aparıldıqda təxminən 40.000 manat üzərində iddiaçıya güzəşt olunmuşdur. Bina artıq tikilmişdir. 2025ci ilin yanvar ayında iddiaçı mənzilindən sərbəst şəkildə istifadə edə bilər.

10. İddiaçının təqdim etdiyi MBA LTD MMC qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azad lıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə 8-ci mərtəbədə 59.40 kv.m sahəyə malik 2 otaqlı təmirli mənzilin orta aylıq icarə dəyəri 800 manat təşkil edir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-4660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim N.Abbasov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh MMC-nin üzərinə iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə təmirli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi qoyulmuş, cavabdeh MMC-dən ödənilmiş 100.6 manat dövlət rüsumu və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya m əhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməklə cavabdehin üzərinə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulmalıdır.

13. Məhkəmə iddia tələbinin “2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər aya görə 800 manat, həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz tutulması” hissəsinə münasibətdə bildirib ki, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusiyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərinin hesablanmasının aparılması, qarşı tərəfin hər əkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir.

14. İddiaçının 2021-ci ilin oktyabr ayından 800 manat pul tələb etməsinin əsasında cavabdehin mənzili ona vaxtında təhvil verəcəyi təqdirdə həmin əmlakı hər ay 800 manata kirayə verməklə gəlir əldə edəcəyi dəlilləri durmuşdur. Həmçinin mənzilin iddiaçıya vaxtında təhvil veriləcəyi təqdirdə onun 800 manat miqdarında icarə verilməklə qazanc əldə edəcəyi əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz. Belə ki, binada olan mənzilin təhvil verilmədiyi mübahisəsiz hal olmaqla bu halın digər sakinlərə də aid olması iclasda aparılan müzakirələrdən aydın olmuş, cavabdeh mənzillərin təhvil verilməsinə yeni başlanıldığını etiraf etmişdir.

15. O cümlədən qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə bağlanark ən iddiaçıya həmin vaxt məxsus olan mənzilin kirayəyə verilməsinə dair hər hansı bir məlumat təqdim edilməmişdir. Hazırda mülkiyyətçiyə təhvil verilməsi nəzərdə tutulan mənzilin 800 manata kirayəyə veriləcəyi nəzəri hesablamalar əsasında müəyyən edilmiş, bu hal isə əldən çıxmış fayda kimi deyil, əldə edilməsi nəzərdə tutulan fayda kimi qiymətləndirilə bilər. Əldən çıxmış fayda isə qazanc əldə ediləcəyi ehtimalı ilə deyil, faktiki itkilərlə əsaslandırılmalıdır. Bu zaman qarşı tərəfin hərəkətləri (hərəkətsizliyi) nəticəsində itirilmiş faydanın statistik, maliyyə məlumatları müəyyən edilməlidir.

16. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələ b olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və mənzili özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Cavabdehin mənzili vaxtında təhvil verməməsini onun varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz.

17. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 445.7, 449.1, 449.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 119.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdeh nəinki müqavilə əsasında verməli olduğu əmlakı təqdim etməli və müvafiq kirayə haqqını ödəməlidir, o həmdə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə həmin vəsaitin məbləğindən faizlər (hazırda - 7,25 faiz) də ödəməlidir. Məhkəmə kirayə haqqı və vəsaitin tam məbləğinə münasibətdə faizlərin tutulmasına dair hissədə iddia tələbini təmin etməməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv olunması iddia tələbinin həmin hissəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, mənzilin təhvili bir il beş ay ləngiyib, ləngiməyə səbəb başqa sakinin köçürülməsi üçün MMC-dən yüksək məbləğ tələb etməsi olub, burada MMC-nin təqsiri olmayıb, həmin binanın bünövrəsi isə 2021-ci ilin yanvar ayında qoyulub.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixi 2(103)-1426/2025 nömrəli qətnamə ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov, E.C.Kazımov ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmişdir və birinci instansiya məhkəməsinin 2(006)-4660/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmiş, mənzilin iddiaçıya təhvil verməli olduğu 2022-ci ilin iyul ayından hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixədək cəmi (2022-ci ilin iyul ayından başlamaqla xx.xx.2025-ci il tarixə kimi, cəmi 2 il 7 ay, yəni (24 ay +7 ay=31 ay) cəmi 31 ay x 350 manat = 10.850) 10.850 manat, eləcə də mənzilin təhvil verildiyi vaxtadək hər ay 350 (üç yüz əlli) manat məbləğində əldən çıxmış faydanın əvəzinin hesablanmaqla cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edil məmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci maddəsinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla belə əsaslandırıb ki, əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusiyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir.

23. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırılmaqla mülkiyyətçiyə təmirli mənzili təhvil vermək öhdəliyini üzərinə götürmüş, lakin MMC öhdəliyinə əməl etməmişdir.

24. İddiaçı binanın təməlinin 2019-cu ilin mart ayına qoyulduğunu qeyd etsə də, mülki iş materiallarında olan “Monolit beton işləri jurnalı”ndan görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişdiyi ərazidə binanın təməlinin betonlanması xx.xx.2021-ci il tarixdə olmuşdur (i/v 5759). Demək ki, binanın təməli 2021-ci ilin yanvar ayında qoyulduğundan və tərəflər arasında bağlanmış müqaviləyə əsasən məhz həmin vaxtdan başlayaraq 18 ay müddətində, yəni 2022-ci ilin iyul ayında cavabdeh mənzili iddiaçıya təhvil verməli olsa da, MMC bu öhdəliyini pozmuş, yerinə yetirməmişdir.

25. Mülki Məcəllənin 445.6-cı maddəsinə görə, borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

26. Bel ə olan halda, iddiaçının həmin mənzilin ona təhvil verilməsinin gecikməsi ilə bağlı əldən çıxmış fayda kimi zərəri tələb etmək hüququ mövcuddur. Əldən çıxmış faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsi barədə kollegiya qeyd edir ki, son illər kirayəyə mənzilə ehtiyacın olduqca yüksək olduğu Bakı şəhərində iddiaçının yeni binadakı mənzilini kirayəyə verərək, ondan gəlir əldə etməsi ehtimalı çox yüksək və realdır.

27. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi "xxxx" MMC qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli arayışı ilə mübahisəli mənzilin orta aylıq icarə dəyərinin 800 manat təşkil etməsi barədə rəyə qiymət verərək bildirmişdir ki, əldən çıxmış faydanın əvəzi kimi aylıq kirayə haqqı kimi tutulmalı məbləğin 350 manat müəyy ən edilməsi hazırkı işin halları baxımından daha real və ağlabatandır.

28. Məhkəmə kollegiyası hesab edib ki, mənzilin təhvil verilməli olduğu 2022-ci ilin iyul ayından hazırkı qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixədək cəmi (2022-ci ilin iyul ayından başlamaqla xx.xx.2025-ci il tarixə kimi, cəmi iki il 7 ay, yəni 24+7=31 cəmi 31 ay x 350 manat = 10.850) 10.850 manat, eləcə də mənzilin təhvil verildiyi vaxtadək hər ay 350 manat əldən çıxmış faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Mərkəzi Bankın uçot dərəcəsinə bərabər hesablanmış faizin tutulması barədə iddia tələbləri üzrə qeyd edib ki, həmin tələblərin qanuni əsası kimi nəzərdə tutulan Mülki Məcəllənin 445.7 və 449-cu maddələri aşkar şəkildə pul öhdəliyinin icra edilməməsi ilə bağlı məsuliyyətlə əlaqədardır. Hazırda tərəflər arasında pul öhdəliyi mövcud olmayıb, yalnız tikilməli binada mənzilin inşa edilib verilməsi ilə bağlı öhdəlik mövcuddur. Odur ki, həmin hissədə iddia tələbini təmin etməyən rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir, kollegiya bununla razılaşır və buna görə də apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 445.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.4, 445.5, 445.6, 445.7, 445.8, 445.9, 449.1, 449.2, 449.3 və 449.4-cü maddələrinə, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın həmin hissəsinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti iddia ərizəsi, habelə apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, orta aylıq icarə dəyərinin iki dəfədən də çox endirilməsinə heç bir əsas yoxdur və onun bu tələbi tam təmin olunmalıdır. Cavabdeh təşkilat müqavilə öhdəliklərini birmənalı olaraq pozub və həm birinci instans iya, həm də apellyasiya instansiyaları məhkəmələri bunu müəyyən edib. Mahiyyət etibarilə icranı gecikdirən cavabdeh təşkilat iddiaçıya icarə haqqı olaraq məhz pul vəsaiti ödəməlidir və bu səbəbdən o, faizlərin bütöv mənzilin dəyərinə deyil, icarə haqlarına hesablanmasını xahiş edib ki, iddianın həmin hissəsi də təmin edilməlidir. İddia tələblərinin kirayə haqqı vəsaiti tutulması (əldən çıxmış fayda), ona faizlərin hesablanması hissəsi ilə bağlı məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib.

33. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 425.1, 442, 445, 448, 449, 1091, 1092-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 385, 386, 390, 418.1, 418.2-ci maddələrinə istinadla əsaslandırılmışdır.

34. Cavabdeh MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öhdəliyin yaranmasına əsas olmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 dekabr 2018-ci il tarixli müqavilənin şərtlərinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Müqavilədən göründüyü kimi, müqavilədə iddiaçıya kirayə haqqının verilməsi şərtləndirilməmişdir. Bundan əlavə, mülki işin materialları ilə iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, mənzilin təhvil verilməsi tələbi ilə cavabdehə müraciət etməsi halı müəyyən olunmur. Eyni zamanda iddiaçının (daha doğrusu iddiaçının mərhum atasının) mülkiyyətində olan və söküntüyə təhvil verilən mənzilin, cavabdeh tərəfindən sökülənədək iddiaçı və ya digər şəxs tərəfindən kirayəyə verilərək, həmin mənzildən gəlir əldə etməsi (faydalanması) və real zərərə məruz qalması iş materialları ilə müəyyən edilmir. Əldən çıxmış faydanın tələb edilmə xüsusiyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərinin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi heç bir real zərərin olmadığına əhəmiyyət verməyərək (iş materialla rı ilə iddiaçının hər hansı bir real zərərə məruz qalması müəyyən və sübut olunmur) yalnız ehtimal əsasında qərar qəbul etmişdir. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və mənzili özündə saxlamaqla faydalanmasına dair hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmiş və iş materialları ilə bu hal müəyyən olunmur.

36. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386.1, 445.5-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 13.7,77.1, 88,217.1, 217.3-cü maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 14.2. Mülki hüquqlar ın və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.6. Başqa şəxsə zərər vurulması....

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dö vriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarl ıqdan sonra da öhdəliyin icra edilməməsi.

49. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

50. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

51. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

52. Maddə 445.6. Borclu zə rərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

53. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

54. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

55. Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icr a edərsə, o, icranı gecikdirmiş sayılmır.

56. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

57. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

58. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

59. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları x əbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

63. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

64. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməl i olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətini iddiaçı və cavabdeh MMC tərəfindən qətnamə əldən çıxmış fayda hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

71. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

72. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə apellyasiya məhkəməsinin əsaslandırmasında kifayət qədər qiymət verilmişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəf indən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Kassasiya şikayətlərinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 18 fevral tarixli 2(103)1426/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar