Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-19/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: vərəsəlik mübahisəsi, miras əmlak olan torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi və mənzilə köçürmə” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)422/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Bərdə Rayon Dövlət Arxivindən verilmiş 40 nömrəli xx.xx.2022-ci il tarixli Arxiv Arayışına əsasən, Rayon Dövlət Arxində 152 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Kətəlparaq kənd Sovetliyinin Soğanverdilər kəndinə aid 1980-1982-ci illər üzrə 10 saylı Təsərrüfatbaşına kitabın 661 sayılı şəxsi hesabına əsasən ata- X7, ana - X8 qızı İddiaçı (bundan sonra – iddiaçı) həqiqətən onların qızı olduğu və atanın adına olan torpaq sahəsinin 0.17 ha olduğu qeyd olunmuşdur.
2. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə həmin 0.17 ha torpaq sahəsi Bərdə rayon Soğanverdilər kənd sakinləri X7, X8, X6, Cavabdeh Təvəkkül qızı (bundan sonra – cavabdeh), X9 və X1 birgə m ülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsinin üzərində 2 mərtəbəli, 4 otaqlı ev inşa edilmiş, lakin xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır.
3. X7 tərəfindən xx.xx.2007-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş həmin vəsiyyətnamədə göstərilmişdir ki, o, özünə məxsus olan mülkün, yəni 2 mərtəbəli, 4 otaqlı evin, həyətyanı torpaq sahəsinin və özəl pay torpağının öz doğma qızı-İddiaçı verilməsini vəsiyyət etmişdir.
4. X7 xx.xx.2008, X8 xx.xx.2016, X4 xx.xx.2021-ci il tarixlərdə vəfat etmişdir.
5. X3 həmçinin, 2 nəfər ailə üzvü ilə birlikdə adına Bərdə rayonu Soğanverdilər kəndində 1.42 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi olmuş və xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı miras qoyan X5 məxsus olmuş, Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.17 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktubla onda bildirilmişdir ki, ərizənin icrasının təmin olunması məqsədilə Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə İdarənin mühəndis-inventarlaşdırıcısı həmin ünvanda olmuşdur. Bu zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evi üzərində mübahisə vardır. Belə ki, evdə faktiki yaşayan şəxslər müayinə baxışı keçirilməsinə icazə verməmiş və bir nəfər şəxs bildirmişdir ki, evin gəlinidir, ev ona qaynatasından qalmışdır, uzun müddətdir ki, həmin evdə yaşayırlar. Bu səbəbdən də sözügedən evdə onların da payları vardır. Bildirmişlər ki, fərdi yaşayış evindən onlara düşəcək paylar müəyyən oldunduqdan sonra evin sənədləşdirilməsinə etiraz etməyəcəklər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, atası X7 və anası X2 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını, evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsinə dair qət namə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra onların birinci növbə vərəsələri o və mərhum qardaşı Feruz qalmışdır. Valideynlərinin ölümündən sonra qardaşı miras əmlakı qəbul etmədən ölmüşdür, onda birinci növbə yeganə vərəsə kimi valideynlərindən miras qalmış əmlak ona çatmalıdır. Həmçinin qeyd etmişdir ki, atası ölməmişdən əvvəl xx.xx.2007-ci il tarixdə əmlakının ona çatması üçün Bərdə rayonu, Soğanverdilər kənd icra nümayəndəsinin təsdiqlədiyi vəsiyyətnamə də qoymuşdur. Birinci növbə yeganə vərəsə o olsa da, mərhum qardaşı Feruz Tağıyevin həyat yoldaşı hazırki iş üzrə cavabdeh Natayan Tağıyeva onu valideynlərindən miras qalmış torpaq sahəsinə və onun üzər ində yerləşən evə buraxmır.
9. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
10. Bərdə Rayon Məhkəməsinin (Hakim Q.Əbilov) 2(021)-1647/2022 saylı 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də cavabdehdir. İddia tələbində qeyd olunmuş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yəni özbaşına tikilidir. Qanuvericilik isə özbaşına tikiliyə mülkiyyət hüququnun hazırkı hüquq münasibətlərində tanımır. Həmçinin məhkəmə iddia tələbinin evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb qe yrimüəyyən olaraq irəli sürülmüşdür. Yəni, cavabdeh tərəfindən hansı manelərin olduğu müəyyən olunmur.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 180.1, 180.2, 180.3, 1133, 1151, 1243, 1246, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1-ci madələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi çəkişmə pr insipini pozmaqla məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o, 30 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşayır. İddiaçı 1985-ci ildə ailə quraraq həmin evdən köçmüşdür. İddiaçı 30 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşamır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçı 1985-ci ildə ərə getmiş, həmin kənddə yerləşən ər evində yaşamışdır. Daha sonra isə Bakı şəhərinə köçərək orada yaşamışdır. Mərhum qayınatası X7 2008-ci ildə vəfat etmişdir. Qarakişi Tağıyev vəfat edəndən sonra iddiaçı yenidən həmin kəndə gələrək, təxmini 10 ay öz evində yaşamış, sonra yenidən Bakı şəhərinə köçmüşdür. Hazırda iddiaçı Bakı şəhərində yaşamaqdadır. Həmçinin bildirmişdir ki, onun əri mərhum Fehruz Tağıyev 2021-ci ildə vəfat etmiş, iddiaçı qardaşı Fehruz Tağıyevin də yas mərsimində də iştirak etməmişdir. Buna görə də apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Həsənov sədrlik edən və məruzəçi, L.Süleymanov və Afiq Hüseynzadə) 2(104)-422/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi barədə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbində atası X7 və anası X 2 miras qalmış Bərdə rayonu Soğanverdilər kəndində 0,17 ha torpaq sahəsinə və həmin əmlak üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan və işin hallarından məlum olur ki, iddiaçı əslində ata və anasından miras qalmış yuxarıda qeyd olunan əmlaklar üzərində vərəsəlik qaydasında miras payının müəyyən olunmasını istəmişdir.
18. Məhkəmə bildirmişdir ki, ilk növbədə müəyyən edilməli hal mirasın kütləsinin nədən ibarət olmasıdır. İşin halları bu yöndə araşdırılan zaman müəyyən edilir ki, miras əmlak Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətdə olan 0.17 ha torpaq sahəsinin iddiaçının valideynlərindən qalmış müvafiq hissələrindən ibarətdir.
19. Kollegiya daha sonra qey d etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinin valideynlərinə məxsus hissəsini qəbul etməsi barədə müvafiq notariat kontoruna ərizə verməsi müəyyən olunmur, eləcə də, işin faktiki halı kimi müəyyən edilmişdir ki, iddiaçı 1985-ci ildə ailə qurması ilə əlaqədar Bərdə rayonu, Soğnaverdilər kəndində yerləşən mülkdən köçüb getmişdir.
20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 139.3, 180.1, 1133, 1145, 1146, 1151, 1159, 1243, 1245, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi işə apellyasiya qaydasında yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassator qeyd etmişdir ki, rayon və apellyasiya instansiya məhkəmələri üzrə qəbul edilmiş qətnamələr qanuna zidd olmuşdur. İddia ərizəsi və apelyasiya şikayəti ilə oxşar məzmun təşkil edən kassasiya şikayətində göstərilmişdir ki, qardaşı 2022-ci il tarixdə vəfat etdiyi günə qədər və daha sonra da o, həmin evdə yaşamışdır. Lakin səhhətində yaranmış nasazlıqla bağlı Bakı şəhərinə gedib gəldikdən sonra cavabdeh onu doğulub boya başa çataraq yaşadığı evinə qızıyla və nəvəsilə birlikdə yaşamağa icazə verməmişdir. Hazırda bu günə qədər onu həmin evdə yaşamağa icazə vermir və evində yaşamağa getdiyi zaman isə hər gün onu təhqir edərək canından bezdirir. Halbuki qardaşı vəfat etməmişdən öncə həyat yoldaşıyla birlikdə onların evin üst hissəsində 2-ci mərtəbədə yaşamış, o isə atası və anasıyla birlikdə 1-ci mərtəbədə yaşamışdır. Birinci instansiya məhkəməsinihn qətnaməsində cavabdehin həmin evdə yaşadığı və cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğu qeyd edilmişdir. Həmçinin hakim qətnaməsində onun vermiş oduğu iddia tələbinin “evə köçməyinə cavabdeh tərəfindən yaradılan manelərin qanunsuz hesab edilməsi hissəsinə” münasibətdə qeyd etmişdir ki, tələb qeyri-müəyyən olaraq irəli sürülmüşdür. Yəni cavabdeh tərəfindən hansı maneələrin olduğu müəyyən olunmur. Halbuki o vərəsə olduğu torpaq sahəsindən istifadə edə bilmir və fərdi yaşayış evində yaşamaq üçün getdiyi zaman cavabdeh onun orada yaşamağına maneçilik törətmişdir və cavabdehin orada heç bir mülkiyyət hüququ yoxdur. O, öz adına vərəsəlik şəhadətnaməsi almış və o, həmin torpaq sahəsinin vərəsəsidir.
23. Məhkəmələr onun qanunla qorunan hüquqları lazimi qaydada qorunmamış, kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin cavabdehin mülahizələri əsasında qəbul etdiyi qətnaməsi heç bir dəlil və sübuta əsalanmamışdır və bu nəticə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinin pozulması ilə təmin edilmişdir. Bərdə rayon Məhkəməsi həmçinin MPM-nin tələblərini pozaraq qətnaməni əsaslı dəlillərə istinad etmədən çıxarmışdır. Onun ilkin iddiasında mülkiyyət hüququnun tanınması hissəsi səhv iddia olaraq verilsə də, hakimin onun evə köçmək tələbini hansı əsaslarla təmin etməməsi müəmmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə
29. Bənd İ. Hər kəsin mülkiyyət hüququ vardır.
25. Bənd İİ. Mülkiyyətin heç bir növünə üstünlük veril mir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Bənd Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
28. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
30. Maddə 1146-miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
31. Maddə 1159.1.1-qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
32. Maddə 1243.3-vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respubl ikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 4
1. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Kollegiya qeyd edir ki, MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquq lu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
44. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində n müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
45. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianın təmin edilməməsi qənaətinə gələrkən səhvə yol vermiş, düzgün olmayan qətnamə qəbul etmişdir.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının köçürülməsini iddia etdiyi ev özbaşına tikili olmaqla Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 04 nömrəli qərarı ilə valideynlərinə, o cümlədən cavabehin və övladlarının ümumi paylı mülkiyyətinə verilmiş torpaq sahə sində yerləşir.
47. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən vurğulamışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi əmlak özbaşına tikilidir, qanunvericilik isə özbaşına tikiliyə mülkiyyət hüququnu hazırkı hüquq münasibətlərində tanımır.
48. Halbuki, Mülki Məcəllənin 135.4-cü maddəsinin məzmununa görə, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Göründüyü kimi, qanunverici tərəfindən torpaq və üzərində yerləşən tikiliyə vahid mülkiyyət yanaşmasına üstünlük verilmişdir.
49. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bu mövqeyə münasibətdə dəyişdirmədən saxlamaqla və mübahisəli tikiliyə torpaq sahəsi ilə vahid mülkiyyət kimi yanaşmamaqla Mülki Məcəllənin 135.4-cü maddəsinin tələblərini pozmuşdur.
50. Halbuki, məhkəmə ilk növbədə həmin tikilinin statusuna gözlənilən mülkiyyət hüququnun mövcudluğu baxımından onun inşa edildiyi torpaq sahəsinin statusu nəzərə alınmaqla həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları əsasında qiymət verməli idi.
51. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qənaətini iddiaçının mübahisəli torpaq sahəsinin valideynlərinə məxsus hissəsini qəbul etməsi barədə müvafiq notariat orqanına ərizə verməsinin müəyyən olunmaması (vərəsənin susması) və 1985-ci ildən daimi əsaslarla mənzili tərk edərək orada yaşamaması (mirası faktiki qəbul etməməsi) ilə əsaslandırmışdır.
52. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
53. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair ” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
54. Göründüyü kimi, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin qüvvədən salınması bu zamanadək vərəsəlik hüququnun yaranması üçün zəruri şərt olan vərəsənin qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsini sübut etməsinə zərurəti aradan qaldırmışdır.
55. Mülki Məcəllənin 1243 və 1256-cı maddələrinə əsasən, vərəsə - vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan notarial qaydada imtina etmədiyi halda, mirası qəbul etmiş hesab edilir.
56. Bu baxımdan, iddiaçının valideynlərinin tikilinin yerləşdiyi torpaq sahəsinə ümumi paylı mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi olduğundan, mirasın qəbulu məsələsinə yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun qiymət verilməklə mübahisə həll edilməlidir.
57. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında nümayiş etdirdiyi hüquqi mövqe və bu qərarın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-422/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.