Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-190/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-190/2024 (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vəsiyyətnamə, mirasda məcburi pay, vərəsəlik şəhadətnaməsi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakda məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3100/2023 saylı iş üzrə, 04 may 2023-cü il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 məxsus olmuş, Azər Rəhmanov xx.xx.2012-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə həmin evdə 2 otaq, mətbəx və şüşəbəndin yarı hissəsini oğlu Cavabdeh1, 2 otaq və şüşəbəndin yarı hissəsini qızı Cavabdeh2 vəsiyyət etmişdir.
2. Azər Rəhmanov xx.xx.2013-cü il tarixdə vəfat etmiş, vəfat etdiyi zaman onun qanun üzrə birinci dərəcədən 5 vərəsəsi – övladları Cavabdeh1, Cavabdeh2, İddiaçı və Nərminə Babayeva, habelə həyat yoldaşı Şirinbacı Cəlilova – olmuşdur.
3. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı və X3 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi” tələbləri təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ataları X5 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 May küçəsi 92 saylı evə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi, həmin evə Cavabdeh1 ½, Cavabdeh2 ½ hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azər Rəhmanovun vərəsələrindən Nərminə Babayeva və İddiaçı mirasın açıldığını bildikləri halda onu nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər.
5. Qeyd olunan qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu tərəfindən Arif və Şəlalət Rəhmano v(a)lara evə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.
6. Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və 0,04152 ha torpaq sahəsindən ona düşən hissəsini xx.xx.2021-ci il tarixli “miras payın bağışlanması müqaviləsi” əsasında Cavabdeh1 bağışlamışdır. 7. ünvan 2 ünvanında yerləşən ev tam payla xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, atası X4 miras qalmış Mərdəkan qəsəbəsi, 28 may küçəsi ev 92 ünvanında yerləşən miras mülkdən məcburi payının müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi atası Azər Rəhmanovun mülkiyyətində olmuş, atası 06 dekabr 2013-cü il tarixdə vəfat etmiş, ömrünün sonuna kimi həmin evdə yaşamışdır. O da əvvəllər sözügedən evdə yaşamış və ata yurdu olaraq anası sağ ikən evə gedib-gəlmişdir, anası dünyasını dəyişdikdən sonra isə cavabdehlərlə aralarında narazılıq olduğundan ata yurduna az getmişdir. Atasının qanun üzrə vərəsəsidir, uşaqlıqdan üçüncü qrup əlildir. Xəzər Rayon Məhkəməsinə cavabdeh kimi çağırıldıqdan sonra bilmişdir ki, atası dünyasını dəyişməzdən əvvəl vəsiyyətnamə yazmış və guya evi cavabdehlərə vəsiyyət etmişdir, amma bu vəsiyyətnaməni o hələ də görməmişdir. Məhkəmədə cavabdehlər tərəfindən miras payın o nların xeyrinə ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə iddia qaldırıldıqdan sonra bu məsələlər ona məlum olmuşdur. Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ½ hissədə payları müəyyən olunmuş, qərtnamədən narazı qaldığı üçün apellyasıya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hesab edir ki, qanun üzrə vərəsə olduğu mülk üzərində edilmiş belə əməliyyatlar qanunsuz və əsassızdır, belə ki, o qanun üzrə vərəsədir, atası X4 miras qalmış əmlakdan onun məcburi payı ayrılaraq adına sənədləşdirilməlidir.
10. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında 4 uşaq olduqlarını, mərhum ataları İddiaçı bütün mülkünü onlara vəs iyyət etdiyini, bacıları Nərminənin öz payından imtina etdiyini bildirmişlər.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-307/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə zamanı aradırılmış sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçının mərhum atası X5 adına dövlət qeydiyyatından keçmiş və mərhum Rəhmanov Azər mülkiyyətində olan əmlakı vəsiyyətnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmiş, sonuncu da öz payını qardaşı Cavabdeh1 bağışlamışdır və hal-hazırda həmin əmlak onun adına dövlət qeydiyyatına alınmışdır. Mərhumun digər övladı X2 məcburi pay hüququnun müəyyən olunmasına dair iddiası olmamış və o qardaş və bacısının xe yrinə payından imtina etmişdir. Həmçinin cavabdehlər miras əmlakı faktiki qəbul etmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının miras kimi qəbul etmək istədiyi fərdi evin qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən iddia təmin edilməməlidir.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci, 1151.2-ci, 1246-cı, 1248.1-ci, istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin l əğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasladırmaqla qyed etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeləri nəzərə almadan, əsassız olaraq onun miras əmlakı qəbul etmək üçün müəyyənləşdirilmiş müddəti ötürdüyü qənaətinə gələrəki, ətraflı əraşdırma aparmadan qanunsuz qərar çıxarmışdı.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda şikayət in əsassız olduğunu, iddiaçının miras əmlakı qəbul etmədiyini, atalarının ona ayrıca ev alıb verdiyini, hazırda da həmin evdə yaşadığını bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) 04 may 2023-cü il tarixli, 2(103)-3100/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansuiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum atasından miras qalmış və miras qoyan tərəfindən cavabdehlərə vəsiyyət olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququ olsa da, notarius tərəfindən həmin əmlaka dair vər əsəlik şəhadətnaməsi verilərkən müvafiq hüququ nəzərə alınmamış, beləliklə də hüquqları pozulmuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında “mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi” qiymətləndirmişdir.
22. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən və rəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.
23. Lakin bu zaman nəzərə alınmalıdır ki, mülki qanunvericilik məcburi payın qəbul edilməsinin və ya ondan imtina olunmasının da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olduğunu təsbit etmişdir.
24. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etmədiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.
25. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılı qlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
26. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2019-cu il il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
27. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
28. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anasına münasibətdə də məcburi payının olmadığı qəbul edilməlidir; belə ki, X1 vəfat etdiyi tarixədək mübahisəsi gedən miras evdə yaşasa da, özünün məcburi payını tələb etmədiyindən, vəfat etdiyi zaman həmin ev ondan miras qalmış əmlak statusunda olmamışdır.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1. 1133.2, 1146, 1151.1, 1159.1, 1166, 1176.1, 1177, 1193. 1194, 1195, 1202.2, 1243.2, 1385.1, 425.1, 442-ci maddələrinə, “Notariat haqqında” Qanunun 17-ci, 57-ci və 58- ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 217.2, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3100/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qər ar qəbul edilməsini xahiş edir.
31. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
39. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
40. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
41. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
42. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
43. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb o lmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
44. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
48. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
49. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
50. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə
47. Notar iuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.
52. Maddə
57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütov yoxlanılır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, tərəflər arasında olan vərəsəliklə bağlı əvvəlki mübahisəyə baxılarkən məhkəmələr tərəfindən yekun olaraq bu nəticəyə gəlinmişdir ki, iddiaçı atasında n qalmış mirası qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığını bildikləri halda onu nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir.
66. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
67. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
68. Konstitusiya Məhkəməsi Ple numunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
69. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri v ə rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).
70. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mirası qəbul etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən onun mirasdan məcburi pay tələb etmək hüququ da yoxdur. Çünki Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan i mtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
71. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə məhkəmələr tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
72. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3100/2023 saylı iş üzrə, 04 may 2023-cü il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.