Məhkəmə qərarları › İş №2(102)-1900/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1900/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1900/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk Cavabdeh İddiaçı qarşı qarşılıqlı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1239/2025 nömrəl i, 4 mart 2025ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Kirov Rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 26 saylı qərarına və həmin qərar əsasında xx.xx.1988-ci ildə verilmiş 247260 saylı orderə əsasən,ünvan1i (hazırda: ünvan2) ailə tərkibi 6 nəfərdən (o cümlədən qızı olan İddiaçı) ibarət olan (iddiaçının atası) X3 ayrılmışdır.

2. X1 ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və mübahisəli mənzildə onunla birlikdə yaşamışdır. Bu nikahdan onların 2 övladları var: xx.xx.2008-ci il təvəllüdlü X2və xx.xx.2009-cu il təvəllüdlü X4.

3. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh uşaqları ilə birlikdə ha zırda da mənzildə yaşayır. Mənzilin kommunal xərcləri Cavabdeh tərəfindən ödənilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş “çıxarışa” əsasən, mənzil İddiaçı tərəfindən özəlləşdirilmiş və xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət hüquqi ilə onun adına qeydiyyata alınmışdır. Mənzil özəlləşdirilən zaman mənzildə qeydiyyatda olan (hazırkı iş üzrə tərəf olmayan) X1 və X4 buna etiraz etməmişlər.

6. X1dan qalmış mirasın qəbulu ilə əlaqədar cavabdehin ərizəsi əsasında xx.xx.2024-cü il tarixində Bakı Şəhəri 36 saylı Notariat Ofisində vərəsəlik işi də açılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xətai Ra yon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan2dən (bundan sonra “mübahisəli mənzil”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”) yetkinlik yaşına çatmayan uşaqları X2və X4ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin icarədarı iddiaçının atası X6 olmuşdur. Hazırda mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının atası X6 ilə nikaha daxil olmuş və həmin evdə atası ilə birlikdə yaşamışdır. Hazırda da cavabdeh həmin evdə uşaqları ilə birlikdə yaşayır. Cavabdehin mənzildən istifadə hüququnun olması daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının cavabdeh ilə ailə münasibətlərinə 2022-ci ildən xitam verilsə də, cavabdeh iddiaçının mənzilində yaşadığı üçün ona öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Onların arasında başqa hər hansı bir razılaşma yoxdur. Buna görə də iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını istəyir.

9. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək, övladları X5 və X7 ilə birlikdə mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Özündə ilk iddiaya qarşı etirazı ehtiva edən qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının atası X1 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və cavabdeh mübahisəli mənzilə köçmüşdür. Onların birgə nikahından 2 övladları doğulmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X2və xx.xx.2009-cu il təvəllüdlü X4. Cavabdehin X2adlı qızı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdehin əri X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra da cavabdeh 2 övladı ilə birlikdə mənzildə yaşamaqda davam etmişlər. Mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilir.

11. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 ilkin iddiaya etiraz qarşılıqlı iddianı müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, cavabdeh 2008-ci ildə nikaha daxil olduğu gündən mübahisəli mənzilə köçmüş, hazırada da orada övladları ilə birlikdə yaşamaqdadır. Eyni zamanda mübahisəli mənzil üzrə bütün kommunal xərcləri cavabdeh ödəyir. A zərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2024-cü il tarixli ******* Ne-li arayışına əsasən cavabdehin qızı X11 qeyd olunan mənzildə qeydiyyatdadır. Beləliklə, cavabdehin və övladlarının qeyd olunan mənzilə istifadə hüququ yaranmışdır. Hazırda cavabdeh ünvan3ndə –ata evində qeydiyyatdadır. Lakin onun qeydiyyatda olduğu ünvana qayıtması mümkün deyil. Cavabdehin və övladlarının başqa yaşayış yeri yoxdur. 20 noyabr 2022-ci tarixdə vəfat etmiş X2 qalmış mirasın qəbulu ilə əlaqədar cavabdehin ərizəsi əsasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 36 saylı notariat ofisində vərəsəlik işi də açılmışdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5780/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin rə dd, qarşılıqlı iddia tələbi təmin olunmuş, qarşılıqlı iddiaçının (uşaqları X5 və X7 ilə birlikdə) mübahisəli mənzilə istifadə hüququnun tanınması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)

13. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlər 2008-ci ildə (2009-cu il oktyabrın 1-dən əvvəl) yarandığından, mənzil isə həmin dövrdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmadan iddiaçının atasına – cavabdehin ərinə order əsasında məxsus olduğundan yaranmış mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməklə həll olunmalıdır. Həm in maddələrin tələbləri baxımından, cavabdehin və onun uşaqlarının mübahisəli mənzilə köçürülməklə orada yaşaması nəticəsində onların mübahisəli mənzildə istifadə hüququ yaranmış, onlar yaşayış sahəsində yaşamaqda davam etdiklərindən ailə üzvləri sırasından çıxmasına baxmayaraq bu hüquq itirilməmişdir. Belə olan halda ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi iddiaçının (vəkilinin) “tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin, qüvvədə olan Mənzil Məcəlləsinin 29.1 və 30.4-cü maddələrinin tətbiq olunması – iddiaçının mənzilin mülkiyyətçisi olması, cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, cavabdehin mənzildən istifadə hüququna dair onun razılığının tələb olunması” barədə dəlillərinə münasibətdə göstərmişdir ki, əvvəla, iddiaçı özünün mənzilin mülkiyyətçisi olması halına əsaslansa da, tərəflər arasındakı münasibətlər 2008-ci il tarixdə cavabdehin iddiaçının atası ilə evlənməsi və mübahisəli mənzilə köçməsi ilə yaranmışdır və həmin vaxt mənzilə ailə üzvlərindən hər hansı birinin tam mülkiyyət hüququ olmamışdır ki, bu hal da tərəflər arasındakı mübahisənin iddiaçının əsaslandığı Mülki Məcəllənin normaları ilə tənzimlənməsini istisna edir. İkincisi, iddiaçı mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnu atasına qərar (order) əsasında məxsus olmuş mənzilin özəlləşdirilməsi nəticəsində əldə etmiş, özəlləşdirmə aparılarkən isə həmin mənzildə faktiki yaşayan və mənzildən istifadə hüququ olan cavabdehlərin razılığının alınmaması, onun həmin mənzildən istifadə h üququnun xitamı üçün əsas ola bilməz. Belə olan halda iddiaçının vəkilin bu dəlilləri əsaslı deyildir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İlk iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1239/2025 nömrəli mülki iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Azad İmanov)

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hazırda mübahisə doğuran hal - mənzil iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) mülkiyyətinə keçənə qədər, yəni X1un icarəsində olduğu müddətdə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mənzildə yaşayıb-yaşamaması halıdır. Cavabdeh bildirmişdir ki, o, iddiaçının atası X1 ilə xx.xx.2008-ci il ta rixdə nikaha daxil olaraq ailə qurmuş və bundan sonra mübahisəli mənzilə köçmüş, X1 ilə birlikdə mənzildə yaşamış, onunla birgə təsərrüfat aparmışdır.

20. Apellyasiya icraatı zamanı iddiaçının vəkili (nümayəndəsi) cavabdehin X1 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmədiyini, cavabdeh ilə X1 müxtəlif ünvanlarda kirayədə yaşadıqlarını, X1 vəfat etdikdən sonra cavabdehin yas mərasimində iştirak etmək adı ilə mənzilə gələrək və bundan sonra mənzildən çıxmamasını bildirsə də, ilk iddianın məzmunundan görünür ki, iddiaçı ilk iddia ərizəsində bildirmişdir ki, cavabdeh onun atası X1 ilə 2008-ci ildə nikaha daxil olmuş, X1 ilə birlikdə mənzildə yaşamış və hazırda da mənzildə yaşayır.

21. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının vəkili (nümayəndəsinin) Rayon Məhkə məsinə verdiyi izahatda cavabdehin iddiaçının atası X1 ilə 2008-ci ildə nikaha daxil olmasını, X1 ilə birlikdə mənzildə yaşamasını və hazırda da mənzildə yaşamasını bildirmişdir.

22. İddiaçının vəkilinin (nümayəndəsinin) bildirdiyi izahatın Rayon Məhkəməsi tərəfindən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə artıq qəbul edildikdən sonra “üzə çıxmasını” nəzərə alan apellyasiya instansiya məhkəməsi həmin izahatı etibarlı sübut kimi qəbul etməmişdir.

23. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh (qarşılıqlı iddiaçı) həmin vaxt dövlət mənzil fonduna aid (mübahisəli) mənzilə X1 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olduqdan sonra köçmüş, X1 ilə birlikdə mənzildə yaşamış, onunla birgə təsərrüfat aparmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etd ikdən sonra cavabdeh övladları ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmiş və xx.xx.2023-cü il tarixdə mənzil iddiaçı tərəfindən özəlləşdirilən zaman cavabdehin həmin mənzildən istifadə etmək hüququ mövcud olmuşdur. İddiaçı atasına qərar (order) əsasında məxsus olmuş mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnu mənzilin özəlləşdirilməsi nəticəsində əldə etmiş, özəlləşdirmə aparılarkən isə həmin mənzildə faktiki yaşayan və mənzildən istifadə hüququ olan cavabdehlərin razılığı alınmamışdır. Bu isə cavabdehin həmin mənzildən istifadə hüququnun xitamı üçün əsas ola bilməz.

24. Apellyasiya instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, araşdırma nəticəsində cavabdehin və onun yetkinlik yaşına çatmamış övladlarının mübahisəli mənzilə istifadə hüququnu istisna edən, habelə onları n həmin mənzildən çıxarılmasına əsas verən hallar müəyyən olunmamışdır.

25. Apellyasiya instansiya məhkəməsi də gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (1982) 53, 54-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılaraq, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbinə əsasən icarədar yaşadığı mənzilə kimisə köçürmək istəyirsə, mütləq ailə üzvlərinin razılığı t ələb olunur. Mənzilə köçürməni qanun müəyyən olunmuş qayda ilə həyata keçirilməsini tələb edir, yəni həmin dövrün qaydalarına əsasən bu köçürmə qeydiyyata alınma ilə həyata keçirilməli idi. Lakin ailə üzvlərinin cavabdehin həmin mənzilə köçürülməsinə razılıqları olmadığı üçün, icarədar bunu həyata keçirə bilməmişdir. Buna görə də cavabdehin bu gün də həmin mənzilə qeydiyyatı yoxdur. Məhkəmə əsassız olaraq cavabdehə həmin mənzildə istifadə hüququ tanımışdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhk əmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qanunun bu tələbinə əməl etməmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin bərabərlik prinsipini pozmuş, cavabdehin verdiyi izahatları daha düzgün hesab etmişdir. İddiaçı tərəf öz tələblərini əsaslandıran dəlilləri, sübutları cavabdeh tərəfə təqdim etmişdir. Lakin cavabdeh tərəf həmin mənzildə nə vaxtdan yaşaması barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd alındığı andan əldə edənə keçir. Qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestri ndə qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İddiaçı daşınmaz əmlakı aldığı andan onu dövlət reyestrində qeydiyyatdan keçirmiş və həmin daşınmaz əmlak onun mülkiyyətinə keçmişdir. İndi iddiaçı bir mülkiyyətçi kimi həmin əmlakdan öz istədiyi kimi istifadə edə bilmir. Cavabdeh 3 aydan sonra məhkəməyə heç bir əsaslandırma olmadan qarşılıqlı iddia təqdim etmiş, məhkəmə də həmin qarşılıqlı iddianı qanunsuz olaraq icraata qəbul etmişdir. İddiaçı tərəf buna etiraz etsə də, məhkəmə onların əsaslı etirazlarını qəbul etməmiş, bununla da qanunun tələblərini pozmuşdur. Apellyasiya şikayətinin əsas dəlillərindən biri olan bu xüsusatı apellyasiya məhkəməsi araşdırmamış və heç bir hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982) Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çı xıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1925-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutl arı MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

36. Belə ki, ilk iddia tələbi cavabdehin mənzildən çıxarılması, qarşılıqlı iddia tələbi isə iddiaçının mənzilə istifadə hüququnun tanınması barədədir.

37. Analoji işlərdə mübahisənin düzgün həlli hüquq münasibətlərinin yarandığı dövrün və həmin dövrdə mübahisədə adı keçən yaşayış sahəsinin statusunun müəyyən edilməsindən keçir.

38. Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında da hüququ münasibətlərinin yarandığı dövrdən və mənzilin statusundan asılı olaraq mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməli olması barədə hüquqi mövqe sərgilənmişdir.

39. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə cavabdeh (qarşı lıqlı iddiaçı) xx.xx.2023-cü ildən iddiaçının mülkiyyətinə keçən mənzilə xx.xx.2008-ci il tarixdə köçmüş, həmin mənzil o vaxt dövlət fonduna aid olmuşdur.

40. Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Cavabdehin (qarşılıqlı iddiaçının) mübahisəli mənzilə, mənzilin dövlət fondunda olduğu dövrdə, yəni xx.xx.2008-ci ildə köçməsi həmin dövrdə qüvvədə olan 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tətbiqini zəruri etmişdir. Həmin Məcəllənin qeyd edilən normalarına görə də cavabdehin mənzilə istifadə hüququ yaranmışdır. Buna görə də qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 1982-ci il Mənzil Məcəllənin 53 və 54-cü maddələrinin tətbiq edilməsini məhkəmə kolle giyası düzgün sayır.

42. Bu baxımdan, işin müəyyən edilmiş halları qarşılıqlı iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

43. Məhkəmə kollegiyası ailə üzvlərinin cavabdehin (qarşılıqlı iddiaçının) həmin mənzilə köçürülməsinə razılıqları olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tətbiq edilən Mənzil Məcəlləsinin (1982) normalarına əsasən istifadə hüququnun tanınması üçün kirayəçi və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ərin (arvadın) mənzilə köçürülərkən etiraz etməmələri yetərlidir və belə etirazın olmaması əslində faktiki razılığı ehtiva edir, buna görə də bu dəlil əsaslı sayıla bilməz.

44. Cavabdehin 3 aydan sonra məhkəməyə heç bir əsaslandırma olmadan qarşılıqlı iddia verməsi, məhkəmənin də həmin qarşılıqlı iddianı qanunsuz olaraq icraata qəbul etməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia müddət keçəndən sonra da olsa, hazırlıq iclasında verilib və iclas protokolundan (iş v.57) görünür ki, iddiaçının vəkili (nümayəndəsi) buna etiraz etməmiş, qarşılıqlı iddianın icraata götürülməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Buna görə də iddiaçının vəkilinin (nümayəndəsi) belə bir dəlil irəli sürməsi əsaslı sayıla bilməz.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar