Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1902/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs maraqlı tərəf qismində göstərməklə, 1982-1984 və 1988-ci ildən 1999-cu illərdə Kürdəmir rayonun keçmiş Məişət Xidməti Kombinatında işləməsi ilə bağlı sosial sığorta stajın ın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) xx.xx.2019-cu il tarixli, x9 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilərək, ərizəçi İddiaçı 1982, 1983 və 1984-cü ilin iyun ayına kimi və 1986-cı ilin ortalarından 1997-ci ilin axırlarına kimi Kürdəmir rayonun Məişət Xidməti Kombinatında işləməsi ilə bağlı sosial sığorta stajı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sərlik edən və məruzəçi), T.Kərimov və F.Abbasov) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə rədd edilmişdir. X3 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kas sasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iclasından yalnız mübahisələndirən qətnaməni aldıqdan sonra xəbəri olmuşdur və apelyasiya şikayətinə dair etirazlarını təqdim edə bilməmişdir. Kürdəmir rayonu Məişət Xidməti Kombinatında işləməsi işləməsi Şhidlərin ifadələri ilə təsdiq olunsa da apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan həmin ifadələrin mötəbərliliyinə inanmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında ərizəçi vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən izahatı dinlənilmə di. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, Kürdəmir rayon sakini və son radan iş yoldaşı kimi tanıyır. O,1967-ci ildə Məişət Xidməti Kombinatında fotoqraf kimi əmək fəaliyyətinə başlayıb və xx.xx.1997-ci ilə kimi orada işləyib. xx.xx.1997ci ildə Məişət Xidməti İdarəsi özəlləşdirilmə ilə əlaqədar ləğv edildiyinə görə işdən azad olub. İddiaçı təxminən 1982-ci ildə Kürdəmir rayonunun keçmiş Məişət Xidməti Kombinatında dərzi işinə qəbul olunub və hərbi xidmətdə olduğu müddət istisna olmaqla orada dərzi işləyib. Onlar 1997-ci ilin ortalarına kimi özəlləşmə ilə əlaqədar olaraq Məişət Xidməti Kombinatı fəaliyyətini dayandırana kimi orada işləyiblər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, Kürdəmir rayon sakini və sonradan iş yoldaşı kimi tanıyır. O, 1980-ci ildə Məişət Xidməti Kombinatında b ər-bər kimi əmək fəaliyyətinə başlayıb və xx.xx.1996-cı ilə kimi orada işləyib. Məişət Xidməti İdarəsi özəlləşdirilməyə başladığı üçün öz ərizəsinə əsasən xx.xx.1996-cı il tarixdə işdən azad olub. Məişət Xidməti İdarəsi xx.xx.1997-ci ildə özəlləşdirmə ilə əlaqədar ləğv edilib. İddiaçı təxminən 1982-ci ildə Kürdəmir rayonunun keçmiş Məişət Xidməti İdarəsində dərzi işinə qəbul olunub və hərbi xidmətdə olduğu müddət istisna olmaqla orada dərzi işləyib. O, xx.xx.1996-cı ildə işdən çıxdıqdan sonra x 1997-ci ilin ortalarına kimi, Məişət Xidməti İdarəsi fəaliyyətini dayandırana kimi orada işləyib. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 22 nömrəli arxiv arayışında göstərilir ki, Məişət Xidməti Kombinatının sənədləri Kürdəmir rayon Döv lət Arxivinə verilməmişdir. İş materiallarında olan xx.xx.1967-ci il tarixdə X1 adına doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1967-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Kürdəmir rayon Məişət Kombinatında fotoqraf işləmiş və xx.xx.1997-ci il tarixdə Respublika Əmlak Komitəsinin 158 saylı sərəncamına əsasən özəlləşdirilmişdir. İş materiallarında olan xx.xx.1980-ci il tarixdə X2 adına doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Kürdəmir rayon Məişət Kombinatında bər-bər işləmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şirvan Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, ərizəçi İddiaçı 1982-1984 və 19 88-ci ildən 1999-cu illərdə Kürdəmir rayonunun keçmiş Məişət Xidməti İdarəsində işləməsi ilə bağlı sosial sığorta stajının müəyyən edilməsini, yəni iş stajı olması faktını müəyyən edilməsini xahiş edir və xahişini iki əsasla yəni 1982-1984 və 1988-ci ildən 1999-cu illərdə Kürdəmir rayonunun keçmiş Məişət Xidməti İdarəsində işləməsini təsdiq edəcək onunla birlikdə işləyən şəxslərin olmasına istinad edir. Birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini qismən təmin edərkən məhz şahid ifadələrinə əsalanmışdır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiaysı sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən mövqeyini belə əsaslandırmışdır ki, rayon məhkəməsi İddiaçı 1982, 1983 və 1984-cü ilin iyun ayına kimi və 1986-cı ilin ortalarından 1997-ci ilin axırlarına kimi Kürdəmir rayon Məişət Xidməti İdarəsində işləməsi ilə əlaqədar sənədləri üzrlü səbəbdən təsdiq edə bilməməsi qənaətinə gəlmişdir. xdeyil ki, burada üzrlü səbəb kimi hansı hal nəzərdə tutulmuşdur. Ərizəçi iddia ərizəsində də qeyd edir ki, işdən azad olunarkən sə hlənkarlıq edərək əmək kitabçasını götürməmişdir. Göründüyü kimi sığortaolunanların sosial sığorta stajı əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri bərpa etmək mümkün olmadıqda məhkəmə qaydasında müəyyən olunur. Lakin məhkəməyə Kürdəmir rayon Məişət Xidmət İdarəsi həmin illərin sənədlərinin hansı səbəbdən mövcud olmaması haqqında heçbir arayış və izahat təqdim olunmamışdır. Məhkəmə qətnaməsində göstərilir ki, Kürdəmir rayon Məişət Xidməti Kombinatının sənədləri Dövlət Arxivinə verilmədiyi üçün ərizəçi işləməsi ilə bağlı sənəd əldə edə bilməmişdir. Bundan başqa ərizəçi İddiaçı 1982, 1983 və 1984-cü ilin iyun ayına kimi və 1986-cı ilin ortalarından 1997-ci ilin axırlarına kimi Kürdəmir rayonunun Məişət Xidməti Kombinatında işləməsini təsdiq edən şahidlərin həqiqətən həmin müəssədə işləmələri barədə əmək kitabçası olduğu halda ərizəçi İddiaçı həmin müəssisədə işlədiyi halda əmək kitabçasını ala bilməməsi inandırıcı görünmür. Həmçinin o da qeyd olunmalıdır ki, ərizəçinin arxiv idarəsinə müraciətinə əsasən verilmiş cavabda İddiaçı 1982, 1983 və 1984-cü ilin iyun ayına kimi və 1986-cı ilin ortalarından 1997-ci ilin axırlarına kimi Kürdəmir rayon Məişət Xidməti İdarəsində işləməsi ilə əlaqədar arxivə sənədlərin təhvil verilməməsini qeyd ediməsi ərizəçinin həqiqətən Kürdəmir rayon Məişət Xidməti İdarəsində işləməməsinə dəlalət edir. Əslində fəaliyyət göstərmiş hər bir təsərrüfatın, idarənin, müəssisənin və s. sənədləri arxivə təhvil verilməlidir. Göründüyü kimi ərizəçi E. Ağazadə tələbinin əsası kimi 1982, 1983 və 1984-cü ilin iyun ayı na kimi və 1986-cı ilin ortalarından 1997-ci ilin axırlarına kimi Kürdəmir rayon Məişət Xidməti İdarəsində işləməsi ilə əlaqədar kifayətedici sübutları nə birinci instansiya məhkəməsinə nə də ki, apelyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamal ı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1902/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1902/2020
17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver