Məhkəmə qərarları › İş №2(102)-1902/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1902/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1902/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin ədalətli kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7187/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən PX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 155.9 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına 22 iyun 2012-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamlarına əsasən "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 03 saylı müraciəti nəzərə alınmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələ ndirilməsi məqsədi ilə 3.20 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilməsi; ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi qərara alınmışdır. 3. ünvan 2 ünvanda yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 10 fevral 2016-cı il tarixli akta əsasən Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə ünvan 1 saylı binaya həmin tarixdə texniki baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yuxarıda göstərilən bina 1955-ci ildə inşa olunmuş, iki mərtəbəli, 4 mənzilli, bəzi hissələrdə çatlar, yükdaşıyıcı konstruksiyalarda aşınmalar, qəzalı vəziyyətdə olmuş, istismar müddəti bitmiş, texniki vəziyyəti qeyri-qənaətbəxş olmuş, şəhərsalma və tikinti normalarına cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 saylı evin 1ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 3 ünva nda MMC tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 155.9 kv.m olan tam təmirli qeyri-yaşayış sahəsi MMC tərəfindən bir ay müddətinə ona təhvil verilməsi, cavabdeh X3 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 59 saylı evin 8 saylı, 2 otaqlı, sahəsi 61.9 kv.m olan mənzilindən çıxarılması, ünvan 3 ünvanda MMC tərəfindən inşa edilən 5 saylı binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 75 kv.m, 2 otaqlı 6 saylı tam təmirli mənzilin üç ay müddətinə MMC tərəfindən ona təhvil verilməsi və cavabdehlər yeni mənzilə və qeyri-yaşayış sahəsinə köçdükdən sonra ünvan 2 saylı binanın sökülməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Cavabdeh ünva n 2 saylı evin 1-ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyriyaşayış sahəsindən çıxarılması, ünvan 3 ünvanda MMC tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 175 kv.m olan tam təmirli qeyri-yaşayış sahəsinin MMC tərəfindən bir ay müddətinə ona təhvil verilməsi və cavabdeh yeni qeyriyaşayış sahəsinə köçdükdən sonra ünvan 2 saylı binanın sökülməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, MMC cavabdeh X6 ilə razılığa gələrək, onunla 2 mart 2022-ci il tarixli müqavilə imzalandığından cavabdeh X4 dair iddia tələblərindən imtina etməklərini nəzərə alaraq ona aid hissədə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər-Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar "xxxx" MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitən, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirmişdir. Həmin qərara əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində 1779 mənzildən ibarət 131 yaşayış binası, o cümlədən ünvan 4 ünvanda yerləşən iki mərtəbəli, qəzalı vəziyyətdə olan binanın sökülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, həmin ünvanda istismar müddəti bitən binalara baxış keçirilmiş, müvafiq aktlar tərtib olunmuş, cavabdehin m ənzili olan binanın yerləşdiyi torpaq sahəsi müvafiq sərəncamla iddiaçının istifadəsinə verilmişdir ki, orada sözügedən bina sökülərək, yerində müasir tələblərə cavab verən tikinti işləri aparılsın. Cavabdeh mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə ona 175 kv.m ölçüdə tam təmirli qeyri-yaşayış sahəsi təklif edilsə də, o 200 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Cavabdehə bir neçə təklif olsa da, verilən təklifləri qəbul etməmişdir. Həmin binada cavabdehdən başqa bütün sakinlər köçürülmüşdür. Mövcud praktikaya görə, köçürülən sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə 20 faiz əlavə olunmaqla yeni mənzillər verilir. Qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2430/2020 saylı q ərarına əsasən həmin ərazidə digər sökülən binalardan köçürülən sakinlərə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 350 manat kirayə haqqı ödənilməklə ona tam təmirli, əvvəlki mənzilinin sahəsindən 20 faizdən artıq mənzil sahəsinin verilməsi və sakinlər köçürüləndən sonra qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının sökülməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı artıq icra olunmuşdur. Həmin ünvanda yerləşən binada mövcud olan mülkiyyətçilərin əksəriyyəti ilə MMC artıq müqavilə bağlamış və həmin sakinlər, artıq yaşadıqları mənzillərdən köçürülmüşdür. Həmin binalar söküldükdən sonra yerində abadlıq işləri görülməli idi. Lakin cavabdehin köçürülməsi yubandığdan bu işlərin görülməsi mümkün olm amış və nəticədə həmin ərazidə artıq tikintisi başa çatdırılan 4 və 5 saylı yaşayış binasında mənzil alan sakinlərin hüquqları pozulmuşdur. Həmin binalarda 250-dən artıq mənzil mülkiyyətçisi var. Mənzil mülkiyyətçilərinin bir qismi artıq öz yeni mənzillərində yaşamışlar. Cavabdehin yaşadığı qəzalı binanın sökülüb yerində abadlıq işlərinin aparılmaması səbəbindən həmin binaların həyətində antisanitariya vəziyyəti qalmaqda davam etmişdir. MMC cavabdehə artıq istismara qəbul edilən 2 saylı binanın 3cü mərtəbəsində tam təmirli, sahəsi 75 kv.m olan mənzil təklif etmişdir. Cavabdeh həmin mənzili heç bir səbəb göstərmədən qəbul etməkdən imtina etmişdir. Ona tikintisi başa çatan 4 saylı binadan iki otaqlı mənzil təklif edildikdə bu təklifi qəbul etmişdir. Sonradan bildirmişdir ki, anası hesab etmi şdir ki, həmin mənzilin mərtəbəsi onlara uyğun deyil. Cavabdeh özü birinci mərtəbədə yaşasa da, 5 saylı binanın 2-ci mərtəbəsində ona təklif olunan mənzillərdən də mərtəbəni uyğun saymadığından imtina etmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1016/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi MMC-yə həvalə edilmişdir. Binada yaşa yan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdeh X5 özünə məxsus olan 155.9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə iddiaçının təklif etdiyi 175 kv.m qeyri-yaşayış sahəsindən daha çox sahə tələb etmişdir. Bu hal cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7187/2022 nömrəli mülki iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Şeyda Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı MMC-nin iddia ərizəsində qeyd edilən və iddianın əsasını təşki l edən “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə ləğv edilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarından və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olmuşdur ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin və ərazidə yerləşən digər binaların sökülməsi MMC-yə həvalə edilsə də, MMC-yə tapşırılmışdır ki, həmin ərazidə yerləşən sahələrin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinin razılığının alınması şərti ilə həyata keçiril məlidir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən isə müəyyən edilmişdir ki, MMC qeyriyaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh ilə razılıq əldə olunmamış, cavabdeh isə bunu mülkiyyət hüquqlarına qəsd hesab etmiş və qeyri-yaşayış sahəsinin iddiaçı MMC-nin təklif etdiyi şərtlərlə sökülməsinə razı olmamışdır. Apellyasiya baxışı zamanı tərəflərə aralarında olan mübahisənin barışıq yolu ilə həlli təklif olunsa da, tərəflər razılığa gələ bilməmişlər.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı MMC-nin cavabdehə qarşı yönəlmiş iddia tələbi “müqavilə azadlığı” prinsipinə zidd olmuşdur. Belə ki, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən sahələrin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

16. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarının əsas məqsədi sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil fondunun yenilənməsidir. Bu məqsəd o şərtlə həyata keçirilə bilər ki, sakinlər buna razılıq versinlər. Həmin qərarda ümumiyyətlə qeyd olunan tədbirlərin həyata keçirilməsinin ictimai zərurətdən (abadlaşma və s.) irəli gəlməsi və məcburi olması göstərilməmişdir.

17. Məhkəm ə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 152, 390.1, 390.3, 560-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu iş üzrə cavabdehin hüquqdan sui-istifadə etdiyi barədə gəldiyi nəticəni əsassız hesab etmiş, lakin hansı əsasla bu nəticəyə gəldiyini məhkəmə kollegiyası qəbul etdiyi qətnaməsində əsaslandırmamışdır.

20. Kassator qeyd etmişdir ki, cavabdeh ona təklif olunan qeyri-yaşayış sahələrini qəbul etmədiyi nəzərə alınaraq ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə pul kompensasiyası da təklif olunmuşdur. Bu təklifə cavab olaraq cavabdehin etibarnamə üzrə nümayəndəsi qeyri-yaşayış sahəsinin hər kvadratmetrinin qiymətinin 5000 manat olduğunu, kompensasiya ödəniləcəyi təqdirdə isə hər kvadratmetr sahəyə görə 6000 manat (5000 manat + 20 faiz) kompensasiya ödənilməsini tələb etmişdir. Tərəflər arasında bağlanan müqavilənin icra edilməməsinin səbəbi də cavabdehin nümayəndəsinin bu cür əsassız iddialar olmuşdur. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi qəzalı və tam təmirsiz vəziyyətdə olduğundan həmin qeyri-yaşayış sahəsinin hər kvadr atmetrinin bazar dəyəri maksimum 800 manat təşkil etmişdir. Bununla əlaqədar iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar vəsatət verilməsinə baxmayaraq cavabdehin etirazına əsasən vəsatət təmin olunmamışdır. Halbuki, tərəflər arasında razılaşmanın baş tutmamasının əsas səbəbi cavabdehin hüquqdan sui-istifadə edərək ona məxsus qeyri– yaşayış sahəsinin hər kvadratmetrinin qiymətinin 5000 manat olduğunu iddia etməsi olmuşdur. Lakin cavabdeh etirazlarının əsası kimi istinad etdiyi bu halı sübut etməmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa

23. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası:

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

25. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

26. Maddə 43, hissə

2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının M ülki Məcəlləsi:

27. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həm in əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

30. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir.

31. Maddə

85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri ve rilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı:

32. Bənd

4. Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunverici liklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1.mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2.qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Baxılan iş üzrə mübahisə ədalətli əvəz ödənilməklə mülkiyyət hüququna xitam verilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və onun məhdudlaşdırılması əsasları nəzərdən keçirilməlidir.

42. Belə ki, İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§ 23).

43. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (§ 24-26). 44. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat v erilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

45. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§ 28-29).

46. Göründüyü kimi, mül kiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır.

47. Yuxarıda göstərilən normativ hüquqi aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, başqa şəxslərin və cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. Məhdudlaşdırmanın yolverilən sayılması üçün bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qaza ndırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Bu şərtlərə cavab verən bir məhdudlaşdırma mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilmir.

48. Baxılan işdə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı Sərəncamlarına istinadən hazırkı iddia tələblərini irəli sürmüşdür (§ 2-5, 7).

49. Qeyd edilən qərar və sərəncamlarda Bakı şəhərinin bir sıra rayonlarında, o cümlədən Nizami rayonunda müvafiq qərarlarla 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fond unun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədi ilə 3.20 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi qərara alınmışdır (§ 2, 32).

50. Belə olan halda, mübahisəy ə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsaslarını müəyyən edərək tələblərə əsaslandırılmış hüquqi qiymət verməli, bu çərçivədə cavabdehin mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsini, habelə mütənasib olmasını qiymətləndirməlidir.

51. O da nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkild ə qarşılanması başa düşülür.

52. Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986).

53. Bu baxımdan iddiaçının təklif etdiyi əmlakın cavabdehin mülkiyyət hüququnu ədalətli şəkildə komensasiya edib-etmədiyi məhkəmə tərəfindən düzgün şəkildə qiymətləndirilməlidir. Bu zam an əvəz kimi təqdim olunan əmlakın eyni yerdə yerləşibyerləşmədiyi (sökülməsi istənilən ünvan 5 ünvanı ilə cavabdehə əvəz kimi təklif olunan ünvan 6 ünvanının eyni ərazidə olub-olmaması), sökülən əmlaka uyğun iqtisadi dəyərdə olması və digər əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmalı, tərəflərin mənafeləri arasındakı ədalətli balans gözlənilməlidir.

54. Kollegiya onu da qeyd edir ki, cavabdehə ədalətli kompensasiya verilməklə iddianın təmin edilməsi qət olunacağı təqdirdə müəyyənlik baxımından əvəz kimi verilməsi qət edilən əmlakın yerləşdiyi bina, blok, mərtəbəsi, sahəsi, nömrəsi və digər fərdiləşdirici əlamətləri məhkəmə aktında dəqiliklə göstərilməlidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən yuxarıda göstərilənlər nəz ərə alınmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

56. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7187/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar