Məhkəmə qərarları › İş №2(102)-1902/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1902/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1902/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-57/2023 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, onun qızı, nəvələri və kürəkəninin ona məxsus Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-1291/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi qismən təmin edilərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh ape llyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-57/2023 nömrəli mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, şikayət verilməsi müddətinin buraxılmasını üzrlü hesab etməklə, müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti poçt vasitəsilə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Qanunda nəzərdə tutulmuş müddətdə, yəni iki ay ərzində qətnamədən kassasiya şikayəti verə bilməmişdir. Buna səbəb 2023-cü ilin dekabr ayının 15-dən etibarən ciddi surətdə xəstələnməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə yüksək şəkər və sinir ağrıları ilə həkimə müraciət etmiş və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkiminin müayinəsi ilə bir ay müalicə almışdır. Səhhəti nisbətən sabitləşəndən sonra kassasiya şikayəti verilməsi üçün vəkilə müraciət etmişdir. Həmin müddət tərəfindən üzrlü səbəbdən buraxılmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-57/ 2023 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər: Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) ərizə təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan poçt xəbərnaməsindən görünmüşdür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imza edilərək rəsmi qaydada qəbul edilmişdir (i/m səh. 180). Qətnamə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən rəsmi şəkildə qəbul edildiyindən, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən hesablanmalı idi. Belə olan təqdirdə cavabdehin qətnamədən şikayət verməsi üçün nəzərdə tutulan son müddət xx.xx.2024-cü il tarixinə təsadüf etmişdir. Cavabdehin kassasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

9. Kollegiya cavabdehin səhhəti ilə bağlı şikayətdə qeyd olunan dəlillərlə razılaşmayaraq qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş həkim reseptinin surətindən görünmüşdür ki, cavabdeh müalicəni stasionar qaydada deyil, ambulator qaydada götürmüş və onun şikayət vermək imkanı heç də məhdudlaşmamışdır. Beləliklə də cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olmaqla, iş materialları ilə öz təsdiqini tapmamışdır.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 130, 133, 135, 146, 402, 403, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. C avabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlilləri buraxılmış prosessual müddətin bərpasına dair ərizənin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

15. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

16. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması v əzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

22. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə s ənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçünc ü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imza edilərək rəsmi qaydada qəbul edilmişdir (i/m səh. 180). Qətnamə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən rəsmi şəkildə qəbul edi ldiyindən, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən hesablanmalı idi. Belə olan təqdirdə cavabdehin qətnamədən şikayət verməsi üçün nəzərdə tutulan son müddət xx.xx.2024-cü il tarixinə təsadüf etmişdir. Cavabdehin kassasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

36. Kollegiya cavabdehin səhhəti ilə bağlı şikayətdə qeyd olunan dəlillərlə razılaşmayaraq qeyd edir ki, ərizəyə əlavə olunmuş həkim reseptinin surətindən müəyyən edilmişdir ki, cavabdeh müalicəni stasionar qaydada deyil, ambulator qaydada götürmüş və onun şikayət vermək imkanı məhdudlaşmamışdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-57/2023 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar