Məhkəmə qərarları › İş №2(102)-1903/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1903/2021

12.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1903/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının tutulması, gecikməyə görə ödənc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6868/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 14 avqust 2017-ci il tarixindən etibarən Cavabdehndə (bundan sonra – cavabdeh) baş hüquqşünas vəzifəsində işləmişdir və aylıq əmək haqqı 400 manat təşkil etmişdir. İddiaçının əmək müqaviləsinə 13.12.2019-cu il tarixdə, 087/19-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Cavabdeh tərəfindən 01.08.2018 tarixindən 01.01.2020-ci il tarixədək iddiaçının hesabına 325,36 manat; 08.10.2019-cu il tarixdə 400 manat, 23.10.2019-cu il tarixdə 3525,36 manat, 01.11.2019-cu il t arixdə 372 manat, 29.11.2019-cu il tarixdə 372 manat, 17.12.2019-cu il tarixdə 724,42 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı əmək haqqı ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək haqqının gecikdirilməsinə görə 5280 manatın, əmək haqqının gecikdirilməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 5000 manatın, ümumilikdə 10280 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaşı tələbini onunla əsaslandırlmışdır ki, cavabdeh müəssisədə əsas iş yeri üzrə işə qəbul edilmiş və əmək haqqı 400 manat müəyyən edilmişdir. İşəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməyib. Belə ki, cavabdeh Əmək Məcəlləsinin 172-ci maddəsinin İ və İİ hissələri ilə müəyyən edilmiş qaydalara zidd olaraq əmək haqqını vaxtında ödəməyib, qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməyib. İşəgötürən 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə əmək haqqını əsassız və qanunsuz olaraq vaxtında, yəni növbəti ayın ilk on günü ərzində ödəməyərək yuxarıda göstərilən aylar üzrə əmək haqqını yalnız 23.10.2019-cu il tarixində ödəmişdir. Əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizdən hesablanmaqla ona 5280 manat məblə ğində ödənc verilməlidir. Bundan başqa işəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar o, uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur. Cavabdehin nümayəndəsi 12.03.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə yazılı etiraz təqdim edərək, iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddətdə bu barədə heç bir tələb, müraciət irəli sürməmişdir. Şirkətin qısa müddət maliyyə çətinliyi olduğu üçün əmək haqqı ödənişində bir n eçə ay gecikmə yaranmışdır. Lakin sonda (23.10.2019-cu il tarixdə) işçinin əmək haqqı tam olaraq hesablanıb ödənilmişdir. Şirkətin ona heç bir borcu qalmamışdır. Əgər həqiqətən də iddiaçı, hüquqlarının pozulmasını iddia edirdisə o zaman vaxtında müraciət etməli idi. Lakin iddiaçı əmək haqqını aldıqdan və işdən çıxdıqdan sonra əsassız bir iddia irəli sürmüşdür. İddiaçının hüquqlarının pozulmasının iddia etdiyi gündən 1 ildən artıq müddət keçib. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) e-2(005)1411/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək haqqının ödənilməsinin hər gecikdirilmiş günü üçün kompensasiyanın ödənilməsi barədə tələbi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğdə ödənc verilməlidir. Lakin hazırkı halda iddiaçıya ödənilməmiş əmək haqqına gündəlik 1 faiz hesablanmaqla cərimə hesablanması məhkəməyə müraciət edildiyindən mümkün sayıla bilməz. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydindən göründüyü kimi, hazırda iddiaçı əmək haqqının vaxtında ödənilməməsinin işəgötürənin təqsiri üzündən baş verməsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı onun əmək haqqının 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar ayından sentyab r ayınadək ödənilmədiyini, hüquqlarının pozulduğunu qeyd edir. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddia tələbinin qanuni əsası tapılmadığından əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 396-cı maddəsinin 4-cü hissəsi, 172-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 375.1, 375.2, 373.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 218.1, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli və 3 iyun 2013-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6868/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 4788 manat məbləğinə pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini tətbiq edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia müddəti yalnız iddiaçının tələbinin 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar ayı üçün tətbiq edilə bilməsini nəzərə almamışdır. İddiaçı məhkəməyə 2020-ci ilin fevral ayında müraciət etdiyindən, 2019-cu ilin fevral-mart, mart-aprel, aprel-may, may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr, sentyabr-oktyabr ayları üzrə vəsaitin tutulması ilə bağlı hissəsində iddia müddəti ötürülməmişdir. Məhkəmə iddia tələbinin 2019-cu ilin f evral-mart, mart-aprel, aprel-may, may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr, sentyabr-oktyabr (oktyabr ayının 23-dək) ayları üzrə əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı pul vəsaitin tutulması hissəsində qeyd etmişdir ki, işçilərə onların əmək haqları hər ayın 10-cu günü ödənilmişdir. İddiaçı da 2019-cu ilin fevral ayının 14-ü məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə iddia müddəti ötürülmədiyindən ona vaxtında ödənilməmiş əmək haqqı üzrə pul vəsaiti fevral ayının 10-dan oktyabr ayının 10-dək olan 8 aylıq dövrü əhatə edir. Bu günlər də 253 gün, yəni 8 ay x 30 gün və əlavə 13 gün təşkil edir (yəni 240 gün+13 gün (23 oktyabr 2019-cu il tarixədək) cəmi 253 gün). İddiaçının əmək haqqı aylıq 400 manat məbləğində olduğundan, ona gecikdirilmiş hər gün üçün əmək haqqının 1 fa iz məbləği (4 manat) həddində müəyyən edilməlidir. Belə olan halda fevral-mart (400 manat maaş x 1%) günə 4 manat x 253 gün = 1012; mart-aprel (400 manat maaş x 1%) günə 4 manat x 223 gün = 892; aprelmay (400 manat maaş x 1%) günə 4 manat x 193 gün = 772; may-iyun (400 manat maaş x 1%) günə 4 manat x 163 gün = 652; iyun-iyul (400 manat maaş x 1%) günə 4 manat x 133 gün = 532; iyul-avqust (400 manat maaş x 1%) günə 4 manat x 103 gün = 412; avqust-sentyabr (400 manat maaş x 1%) günə 4 manat x 73 gün= 292; sentyabr-oktyabr (400 manat maaş x 1%) günə 4 manat x 43 gün = 172; oktyabr ayının 13 günü (yəni 10dan 23-dək) 4 x 13 = 52; cavabdeh tərəfindən ödənilməmiş cəmi 4788 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Kons titusiyasının 35-ci maddəsinin İV hissəsinə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə, 172-ci maddəsinin 5 və 6-cı hissələrinə, 195-ci maddəsinin “d” bəndinə, Mülki Məcəllənin 372.1ci maddəsinə, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellylasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən Əmək Məcəlləsinin 296-cı maddələrinin tələblərini, təmin etdiyi əmək haqqı gecikdirilməsinin faiz məbləğinin bu barədə heç bir mühasibatlıq sənədləşməsi olmadan, mütəxəssis rəyi belə olmadan sübutu olmayan iddiaçının öz daxili mülahizəsinə əsasən hesablamışdır və müəssisənin işgüzar nüfuzunu nəzərə almamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi MPM-in 88 və 218.1-ci maddələrinin tələblərini pozaraq sübutlara obyektiv qiymət verməmiş, iddianı təmin edərkən iddianın təmin olunması üçün əsas olan maddi hüquq normasına əsaslanmamışdır. Məhkəmə maddi hüquq norması kimi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5 və 6-cı hissələrinin va 296-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının iddia müddətinin ötürüldüyü səbəbini aydınlaşdırmamış, işəgötürən tərəfindən işçinin gecikdirilmiş əmək haqqının ta m olaraq ödənilməsinə və həmin ödəniş gününədək aralarında heç bir mübahisəsi olmadığına qiymət verməyib. Məhkəmə ümumilikdə 253 gün gecikmə günü müəyyən edilməsini qeyd edərək həmin günlərin sayını bir günlük gecikmə məbləğinin faizi 4 manata vurulub hesablanmaqla 1012 manat müəyyən edib. Lakin sonda cəmi 4788 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qərara alıb. Digər tərəfdən isə məhkəmə bir günlük hesablanan faiz cəriməsinin əmək haqqının hansı hissəsindən tutlmasını qeyd etməyib. Faiz cəriməsinin üzərinə belə faiz hesablamaqla qərar qəbul edib. Bu isə Mülki Məcəllənin tələbləri baxımından belə yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilm əməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanaraq və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərini nəzərə alaraq əmək haqqı gecikdirilməsinin faiz məbləğini hesablamışdır və adi riyazi hesablama olduğundan haqlı olaraq bunun hesablanması üçün hər hansı mütəxəssis rəyinə ehtiyac olmaması qənaətinə gəlmiş və adi riyazi hesablamalar nəticəsində əmək haqqının gecikdirilməsinə görə faiz məbləğini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq tələbin hər gecikdirilmiş gün üzrə əmək haqqının məhz bir faizi hissəsində ödənc verilməsinin təmin etmişdir, lakin iddia müddətinin tətbiq edilməsi üçün məhkəmənin heç bir əsası olmayıb. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə olmadan öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı qismən təmin etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və o nlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Kassasiya şikayəti verən cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hisəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 172 (5). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yara tdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172 (6). İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Maddə 195. “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işə götürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işə götürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 296

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. B u maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin h əyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. MPM Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 97.1-ci maddəsinə əsasən məhkəmə yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər. Əgər işdə olan sübutların qiymətləndirilməsi, hesablamaların aparılması və s. halların müəyyən edilməsi xüsusi bilikər tələb etmirsə məhkəmə həmin halları özü müəyyən etməkdə haqlıdır və belə yanaşma prosessual qənaət prinsipi baxımından əsaslıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə ödənc əmək haqqının azı bir faizi məbləğində müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçının əmək haqqının 400 manat olduğu işin mübahisəsiz halıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi ödənicləri həmin məbləğdən hesablamaqla maddi hüquq normalarının tələblərini pozmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə hüquqda ümumi qəbul olunmuş şikayət vermiş şəxsin ziyanına dəyişmənin yolverilməzliyi (non reformatio in peius) prinsipini nəzərə alaraq belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6868/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar