Məhkəmə qərarları › İş №2(102)-1903/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1903/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1903/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1532/2021 nömrəli 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 fevral 1991-ci il təvəllüdlü İddiaçı anası Cavabdehdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətinə görə Mingəçevir şəhəri Kür küçəsi 39 mənzili 2/7 pay hissəsi ilə X10, 1/7 pay hissəsi ilə X7, 1/7 pay hissəsi ilə X6 X8, 1/7 pay hissəsi ilə X9, 1/7 pay hissəsi ilə X11 mülkiyyətindədir.

3. Daşınmaz əmlakın AN-İ № ******* saylı, 26.09.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən 07.09.2011-ci il tarixdə verilmiş 5989 nömrəli arayışa əsasən 0,43 hektar torpaq sahəində yerləşən, 2 (iki) otaqlı, ü mumi sahəsi 126,17 yaşayış sahəsi 77,78 kv metr olan ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub-qərb tərəfdən 665,46 kv metr hissəsi alıcı İddiaçı mülkiyyətinə verir. Alıcı torpaq sahəsinin müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə satıcıya tam ödəyir. Həmin məbləğin 3560 (üç min beş yüz altmış) manatını halhazırda qalan, 1640,00 (bir min altı yüz qırx) manatını isə 30.03.2012-ci il tarixədək ödəyəcəkdir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı, 0.0664 ha torpaq sahəsi İddiaçı xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 06.05.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********-dır.

5. Daşınmaz Əmlakın 21 may 2020-ci il tarixli Bağışlanma müqavilə sindən görünür ki, hədiyyə verən İddiaçı 0,0665 ha torpaq sahəsini anası hədiyyə alan Cavabdeh bağışlamışdır.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.06.2020-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda 0,0665 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə ünvan 2 ünvanıda 0,0664 ha torpaq sahəsi və ümumi sahəsi 96,60 kvadrat metr olan yaşayış evi Cavabdeh mülkiyyətinədir. Qeydiyyat tarixi 30.06.2020-ci il tarixli, qeydiyyat nömrəsi 202006352-dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, özünün, arvadı X4 və azyaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və onun üzrəində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi anası, Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Onlar həmin ünvana köçməmişdən əvvəl ünvan 6mışıq. Qeyd olunan mənzili 2011-ci ildə satmışlar və ünvan 7 ünvanda yerləşən torpaq sahəsini onun adına almışlar. Həmin torpaq sahəsini aldıqdan sonra onlar orada əsasən onun vəsaiti hesabına fərdi yaşayış evi inşa etd irmişlər. Ev tikilib başa çatandan sonra anası ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışlar. 14 dekabr 2017-ci ildə X4 ilə evlənmiş, Səyalı həmin evə gəlin köçmüş, özünün cehiz əmlakını da həmin evdə yerlşədirmişdir. 19 may 2019-cu ildə Fatimə adlı 1 uşaqları anadan olmuşdur. Evin həyətyanı torpaq sahəsi 21 may 2020-ci il tarixə kimi onun mülkiyyətində olmuş, bundan sonra torpaq sahəsini anasına bağışlamış, torpaq sahəsi və yaşayış evi anasının adına qeydiyyata alınmışdır. Aralarında olan razılığa görə torpaq sahəsini və onun üzərində inşa olunmuş fərdi yaşayış evini gələcəkdə onlara verməli idi. Lakin anası vədinə əməl etməmiş, aralarındakı münasibət pozulmuş, anası onu, həyat yoldaşını və azyaşlı qızını evdə yaşamağa qoymamış, Polis şöbəsinə şikayət edərək onları evdən qovub çıxart mışdır. Onun və ailə üzvlərinin yaşamaq üçün başqa yerdə evi yoxdur. Ona görə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

10. Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov, iş № 2(051)-636/2021) iddia tələbi təmin edilərək, İddiaçı arvadı X4 və azyaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələri və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli yaşayış evindən istifadə üzrə hüquq münasibətləri ev əldə olunduğu vaxtdan yaranmışdır. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ildən sonra yaranmış münasibətlərə Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının ünvan 4 ünvanda yerləşən yaşayış evindən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir.

12. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirməsi haqqında” Qanununun 5 və 12-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(051)-630/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması bar ədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov, iş № 2(107)-1532/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın X2 aid hissədə ləğv edilməsi, həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

15. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Ə sədli və A.Mahmudov, iş № 2(107)-1532/2021) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinin Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin mübahisələndirilən iddianın təmin edilmiş İddiaçı azyaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi və onların həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüququnun müəyyən edilməsi hissəsində təmin edilməməsi, qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli 2(107)-1532/2021 nömrəli qərardadının nəzərə alınması qət edilmişdir.

17. Məhkəmə kollegiyası “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın İddiaçı azyaşlı övladı, 19 may 2019-cu il təvəllüdlü X3 aid hissədə təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları ilə razılaşmış, hesab etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əlaqədar göstərmişdir ki, cavabdeh irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Qanunvericiliyə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Məhkəmə öz mövqeyini 01.10.2009- cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(107)-1532/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən torpaq sahəsi və yaşayış evi üzərində onun hüquqları nı pozmuş, iddiaçı oğlu ilə bir evdə yaşamalarının mümkün olmadığını nəzərə almamış, mübahisənin həllində Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü, Mülki Prosessual Məcəllənin 217.2 və 218.1-ci maddələrini səhv tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinin əsassız olması barədə etiraz verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanl ar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci madd əsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

32. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

34. Hazırkı işdə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, apell yasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətin in dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1532/2021 nömrəli 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Əhməd Nurməmmədov Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar