Məhkəmə qərarları › İş №2(102)-1903/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1903/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1903/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sənədlərin təqdim olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin üzərinə sənədlərin təqdim olunması vəzifəsinin qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1007/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnam əsindən ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank) Nərimanov filialı arasında bağlanmış “Bank əmanəti müqaviləsi”nə (bundan sonra – müqavilə) əsasən, 248.490,93 manat məbləğində pul iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə Bankın Nərimanov filialına depozit kimi qoymuşdur.

2. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Bankın lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qər arı ilə Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) Bankın ləğvedicisi təyin edilmişdir.

3. İddiaçı müqavilə üzrə verdiyi pulun faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Banka müraciət etmiş, Fonddan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuş və imtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının Bankın Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248.490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450,00 manat və 148.040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən, məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə aşağıdakı sənədlərin təqdim olunması vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir: - onunla cavabdeh Bankın Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilənin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlər; - onun 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248.490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100.450 manat və 148.040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; - yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə X2 Komissiyasının (MEK) (Ekspert Komissiyasının (EK)) sədri və üzvləri tərəfindən imzalanmış, Bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktları.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bankın Nərimanov filialı arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı, xx.xx.2010-cu il tarixdə 248.490,93 manat məbləğində pulu filiala bank əmanəti (depozit) olaraq qoymuşdur. Müqavilənin müddətinin bitməsindən sonra əmanətin məbləğinin qaytarılması tələb edilmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər ar asında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin, aralarında bağlanmış müqavilədən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. İddiaçı tərəfindən pulun Bankın hesabına qoyulması işin mübahisəsiz halıdır və həmin fakt Fondun cavab məktubunda etiraf edilir. Hazırkı işdə mübahisəli hal əmanətin iddiaçı tərəfindən məxaric edilib-edilməməsidir. Həmin pulun iddiaçı tərəfindən məxaric edilməsini isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Əvvəla ona görə ki, pulun məxaric edilməsini cavabdeh iddia edir və buna görə də həmin halı cavabdeh sübut etməlidir. Digər tərəfdən pulun məxaric edilməsi və digər bu kimi əməliyyatlar bank əməliyyat sisteminə aid əməliyyatlardır və bunlar mühasiba t sənədlərində əks olunmaqla, müvafiq sənəd, çek və qəbzlərlə təsdiq edilməlidir. Cavabdeh 2010-cu ilə aid məxaric orderinin 2015-ci ildə məhv edildiyini bildirir və bununla da tələb olunan pulun guya iddiaçı tərəfindən məxaric edilməsini sübutetmə vəzifəsindən yayınmağa çalışır. Əgər məxaric orderi məhv edilmişdirsə cavabdeh hansı sənəd və ya digər materiala istinad edərək müəyyən edir ki, əmanət məbləği iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində 100.450 manat və 148.040,93 manat məbləğində olmaqla məxaric edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində cavabdehin hesabına böyük miqdarda pul vəsaiti mədaxil etməsi və cəmi bir gün sonra vəsaitin məxaric edilməsi inandırıcı deyil. Əgər sənədlər məhv edilmişdirsə bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tər əfindən təqdim olunmalıdır.

6. Cavabdehin iddiaya etiraz olaraq bildirmişdir ki, iddiaçı tərəfindən tələb olunan sənədlər 5 illik saxlanma müddəti keçdiyi üçün 2015-ci ildə məhv edilmişdir. Bu hal xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılmasına” dair Bankın iclasının gündəliyindən çıxarışla tam təsdiq edilir. Əgər cavabdehin müraciətinə Fondun cavabı onu qane etməmişdirsə, iddiaçı həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə nəzarət funksiyasını həyata keçirən Azərbay can Respublikası Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) müraciət edə bilərdi. İddiaçı bu prosedur qaydaya riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafiq məhkəməyə müraciət etmişdir. İddia təmin edilmiş olsa belə, cavabdehdən asılı olmayan səbəblərdən qətnamənin icrasının təmin edilməsi mümkün olmayacaqdır. Ona görə də iddia rədd edilməlidir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-335/2023 nömrəli, xx.xx.2023-cü tarixli qətnaməsi (hakim M.Əfəndizadə) ilə iddia təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Banka əmanət qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin, cavabdeh tərəfindən bu hal etiraf edildiyindən iddiaçı əmanətin Banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə i sə onların məhv edilməsinə dair sənədləri tələb etməkdə haqlıdır.

9. Birinci instansiya məhkəməsi, həmçinin Fondun etirazına münasibətdə qeyd etmişdir ki, iddiaçı bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə Fonda müraciət etmiş, Fond müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Pulun sonradan məxaric olunub-olunmaması isə hazırkı məhkəmə baxışının predmeti deyil.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 954.1, 954.3, 957.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabd eh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyə görə birinci instansiya məhkəməsi tərəfindən imtina edilməli idi. İddia icraatı qaydasında məhkəməyə verilən elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Bundan başqa, iddiaçı irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. Sənədlərin təqdim edilməsinin mümkün olmaması barədə Fondun cavab məktubu iddiaçını qane etmədiyi halda, iddiaçı həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə nəzarət funksiyasını həyata keçirən Mərkəzi Banka müraciət edə bilərdi. Lakin iddiaçı bu prosedur qaydasına riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə məhkəməyə müraciət etmiş və məhkəmə də, öz növbəsində, qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmaqla, düzgün tətbiq etməməklə, irəli sürülən iddia tələbini əsassız olaraq təmin etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4168/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur.

14. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının həmin əmanəti Banka qoyması iş materialları ilə təsdiq olunmur. İddiaçı bank əmanət müqaviləsini, əmanət kitabçasını məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddiaçının Banka əmanət qoyduğunu etiraf etməmişdir, cavab məktubunda pulun cari hesaba mədaxil edildiyi göstərilmiş, Banka əmanət qoyulması qeyd olunmamışdır. Ona görə də iddia rədd olunmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 954.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasın ın (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), V.Məmmədov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Banklar haqqında” Qanun) 41.2-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir.

19. İddiaçının Banka pul yerləşdirməsi işin mübahisəsiz halı kimi müəyyən edilib. Belə olan hal da, Banka pul yerləşdirməsi və həmin pulun hərəkəti barədə məlumat verilməsini Bankdan tələb etməyə “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri baxımından iddiaçının haqqı vardır.

20. Eləcə də, iddiaçının tələb etdiyi sənədlər məhv edilmişdirsə, məhvetmə barədə məlumatları tələb etməyə də iddiaçının haqqı çatır.

21. İşdən görünür ki, Bank iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin məhv edilməsini bildirsə də, məhvetmə ilə bağlı müvafiq sənədləri verməkdən də imtina etmişdir.

22. Cavabdeh etirazının əsası kimi sənədlərin məhv edilməsinə istinad edirdisə, etirazının əsası kimi istinad etdiyi halları rəsmiləşdirilən müvafiq sənədlərlə sübut etməli və bunun nəticəsi olaraq mübahisə həll edilməli idi.

23. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının bank əm anəti müqaviləsini və ya bank kitabçasını təqdim etməməsi əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı deyil. Ən azı, iddiaçının Banka pul yerləşdirməsi (pulun bank əmanəti müqaviləsi ilə depozitə və ya cari hesaba yerləşdirilməsindən asılı olmayaraq) işin mübahisəsiz halı kimi müəyyən edilmişdirsə, apellyasiya instansiyası məhkəməsi də bu baxımdan iddia tələbinə qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini yalnız iddiaçının üzərinə qoymaqla MPM-in 77-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini də hazırkı işin halları baxımından cavabdeh daşımışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1007/2024 nömrə li, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Banka pul yerləşdirməsi və həmin pulun hərəkəti barədə, eləcə də, iddiaçının tələb etdiyi sənədlər məhv edilmişdirsə, məhvetmə barədə məlumatları Bankdan tələb etməyə iddiaçının haqqı vardır.

26. Bank iddiaya etirazının əsası kimi iddiaçının tələb etdiyi sənədlərin məhv edilməsini bildirsə də, məhvetmə ilə bağlı müvafiq sənədləri verməkdən də imtina etmişdir.

27. Göründüyü kimi, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimat saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsinin prosedurunu dəqiq müəyyən etmişdir. Bu baxımdan, cavabdeh etirazının əsası kimi sənədlərin məhv edilməsinə istinad edirsə, bu halı qeyd edilən Təlimata uyğun olaraq rəsmiləşdirilən müvafiq sənədlərlə sübut etməli, iddiaçının tələbi ilə həmin sənədləri ona təqdim etməlidir.

28. Qanunvericilikdə hazırkı iddianın verilməsindən əvvəl iddiaçının Mərkəzi Banka müraciət etməli olması ilə bağlı məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmamışdır. Ona görə də cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubunu aldıqdan sonra iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

29. Məhkəmə öz m övqeyini “Banklar haqqında” Qanunun 41.2, Mərkəzi Bankın xx.xx.2013-cü il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”-ın 7.1, 7.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Bank (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mərkəzi Bankın “Bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 78-ci maddəsinə əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir. Həmin Təlimata uyğun olaraq X2 Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt ilə digər sənədlərlə yanaşı 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassirlərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır. xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Bankın iclasının gündəliyindən görünür ki, Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan sənədlər X1 tam uyğun olaraq məhv edilmişdir.

32. Bundan başqa, iddiaçı tərəfindən irəli sürülən tələb müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Banklar haqqında” Qanun

36. Maddə 41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimat

37. Bənd 7.1. Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfi ndən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur.

38. Bənd 7.3. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran hallar ın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlar a qiymət verilmir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1007/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar