Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1905/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi,işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Respublika Narkoloji X2rşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2028/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzib ati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 10 noyabr 2023-cü il tarixli 1402-K saylı Əmr ilə Cavabdehnə əmək müqaviləsi əsasında kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsində qəbul olunmuş, 16 avqust 2024-cü il tarixdə 1068-K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi burax ılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 71, 84 və 300-cü maddələrinin tələblərini pozmuş, onun işə gecikmə hallarına yol verməsinin səbəblərini aydınlaşdırmamış, ona qarşı qərəzli münasibətdə olmaqla, qabaqcadan işdən çıxarmağa nail olmaq üçün məqsədli şəkildə h ərəkətlər etmiş, qəbul etdiyi əmrdə onu konkret olaraq hansı intizam pozuntusuna görə işdən azad etməsini əsaslandırmamışdır. İddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin təşkilatın nümayəndələri iddiaya etiraz edərək etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçı mütəmadi olaraq əmək intizamını pozmaqla işə vaxtında gəlməmiş, ona verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. İddiaçıya intizam tənbehi verilən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)- 6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-laborant vəzifəsinə bərpa edilməsi, işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yəni iş vərəqəsi 6-da olan əmr tərtib olunmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli əmrdə qanunla nəzərdə tutulmuş bəzi məlumatlar göstərilməmişdir. Belə ki, əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvan göstərilməmişdir. İşdən çıxarmağa əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsi göstərilməsinə baxmayaraq, 72-ci maddənin hansı bəndinə əsasən müqaviləyə xitam verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi göstərilsə də, hansı tarixdə törədilmiş intizam pozuntusuna əsasən tənbehin verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas hesab olunan heç bir rəsmi sənədə istinad olunmamışdır. İddiaçının işə gecikməsi barədə sənədləşmələr aparılmasına baxmayaraq, onun hansı gün b aş vermiş intizam pozuntusuna görə işdən azad olunması göstərilməmiş, heç bir rəsmi sənədə istinad olunmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək intizamını pozması, işə gecikməsi halları ilə əlaqədar intizam tənbehi verilməsi üçün əsas ola biləcək 1 (bir) aylıq müddətdə - yəni 16, 18, 21, 22 iyul 2024-cü il tarixlərdə və 5, 6, 7, 9, 12, 13 avqust 2024-cü il tarixlərdə onun iş vaxtından 21, 25, 26, 31, 36 və..s dəqiqə gecikməsi halları qeydə alınmışdır. Lakin xx.xx.2024-cü il tarixi istisna olmaqla başqa günlər üçün ondan izahat alınmamışdır. xx.xx.2024-cü il tarixində izahat yazan İddiaçı Binəqədi rayonundan işə gəlməsini, yollar müvəqqəti təmirə bağlandığından tıxac yarandığı üçün işə 15 dəqiqə yubanmasını bildirmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan bəzi məlumatlar göstərilmədiyindən, cavabdehin xx.xx.2024- cü il tarixli 1068-K nömrəli əmri etibarlı hesab edilə bilməz və ləğv edilməlidir.
10. Məhkəmə onuda qeyd etmişdir ki, işəgötürən onun izahatında göstərilənləri aydınlaşdırmamış, işə yubanmanın işçinin təqsirindən və yaxud ondan asılı olmayan səbəbdən baş verməsini aydınlaşdırmamışdır. Eləcə də, işəgötürən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçiyə intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahat almamışdır. İzahat aldığı xx.xx.2024-cü il üçün isə işçinin əmək intizamını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozmasını aydınlaşdırmamışdır.
11. Cavabdeh i darə işçinin yalnız işə gecikməkdə ifadə olunan hərəkətlərini qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla törətməsini sübut etməmiş, onun yubanmasının işin normal ahəngini pozmasını, mülkiyyətçiyə ziyan vurmasını və..s halları təstiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla da əmr verilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsinin də tələbləri pozulmuşdur. Əmək müqaviləsi ləğv edilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş şərtlər baş verməmişdir. Cavabdeh belə bir şərtin baş verməsini sübut edə bilməmişdir.
12. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolundan aydın olunmuşdur ki, komitə iclasında hansı əmək pozuntusuna yol verilməsi müzakirə olunmuşdur. Yəni müzakirə olunan intizam pozuntusunun hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur. Ona görə ki, təqdimata heç bir sənəd əlavə olunmamış, hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəsi bildirilməmişdir.
13. Beləliklə məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azad etmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci hissəsi, 72, 70-ci maddəsinin “ç” bəndi, n 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, 186-ci maddəsinin 3-cü hissəsi, 300-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanv ar 2006-cı il tarixli qərarına; MPMin 14.2,77.1,78.1,80,81,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh təşkilat apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlar iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsininn 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsaslar olduğunu göstərir. Belə ki, 70- ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvedilməsi üçün iki əsas nəzərdə tutulmuşdur.1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Mərkəz tərəfindən isə İddiaçı 70-ci maddənin “ç” bəndinin 1-ci hissəsində nəzərdə tutulmuş əsasa görə işdən çıxarılmışdır. İddiaçı işlədiyi müddət ərzində mütəamadi olaraq işə gecikmiş, əmək müqaviləsi üzrə öhdəliyini pozmuşdur. Lakin, iddiaçının işə gecikməsi mütəmadi olmuş və iddiaçı tərəfindən hər dəfə gecikən zaman müxtəlif bəhanələr gətirilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə əsasən Mərkəzdə iş saatı 09:00-da başlayır. İddiaçı isə hər səfərində işə 20, 25, 30 dəqiqə hətta bəzən 1 saatdan çox müddətdə gecikmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2- ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilirki, işçi qəsdən vəya səhlənkarl ıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bununla bağlı qeyd edir ki, kliniki-diaqnostik laboratoriya şöbəsində iki həkim-laborant olmuşdur. Onların hər ikisi ayrı otaqlarda oturmuşlar. Hər ikisi müxtəlif sahələr üzrə analizlərin və testlərin alınmasına görə ixtisaslaşmışdılar. İddiaçı narkotestlərin həyata keçirilməsində ixtisaslaşdığı halda digər həkim-laborant isə qan analizlərinə nəzarət etmişdir və hər iki həkim-laborant fərqli otaqlarda oturmuşdur. İddiaçı oturduğu otaqda onunla yanaşı 3-4 nəfər orta-ixtisas təhsilli laborant işləmişdir. Otaqda yeganə həkim-laborant o olmuşdur. Müəssisədaxili qaydalara uyğun olaraq laborantlara rəhbərliyi həkim-laborant nəzarət etməlidir və hər bir narkotestin nəticəsini əks etdirən sənəddə onun imzası olmalıdır. Hər gün yüzlərlə insan analiz üçün Mərkəzə gətirilir. Həmçinin Mərkəz məhkəmələrin, dövlət və qeyri-dövlət orqanlarının tapşırıqlarını həyata keçirir. Həkim-laborant olan Tünzalə Ağakişyevanın işə gecikməsi Mərkəzin işini ləngidir. Çünki həkim-laborant kimi narkotestlərin həyata keçirilməsinə nəzarət etməli, sonda isə testlərin nəticələrini öz imzası ilə təsdiq etməlidir. İddiaçıya bununla bağlı dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq o, yenə də işə gecikməyə davam etmişdir. Hər gün yüzlərlə insan narkotest müayinəsinə görə Mərkəzə gəlir və həkim-laborant olan iddiaçı işə gecikdiyi zaman artıq şöbənin qarşısında sıra yaranır. Buna görə də vətəndaşlar şikayətlənərək mühafizənin üzərinə gəlirlər. Yuxarıda qeyd edilənlər iddiaçınn əsaslı olaraq işdən çıxarılmasını bir daha sübut edir. Məhkəmə sözügedən qətnaməsində qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yəni iş vərəqəsi 6-da olan əmr tərtib olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən çıxarı lmasına ilkin olaraq verilmiş iş vərəqəsi 5-də olan əmr əsas olduğundan,həmin əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” AR Prezidentinin Fərmanına əsasən TƏBİB yaradılmış, Fərmanda göstərilən səhiyyə müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Cavabdeh isə AR Səhiyyə Nazirliyinin tabeliyində qalmışdır. Mərkəz Səhiyyə Nazirliyinin tabeliyində olduğu üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdən istifadə edir. Mərkəzin daxili əmrləri də məhz bu elektron sistem vasitəsilə tərtib olunur. İş vərəqi 5- də olan 1068-K nömrəli daxili əmr Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdə tərtib edilmişdir. Adı keçən elekt ron sistemdə isə işçinin işdən çıxma əsası kimi yalnız Əmək Məcəlləsinin müəyyən maddəsi qeyd edilə bilir. Əlavə qeyd aparıla bilmir. Buna görə də bununla yanaşı eyni zamanda ƏƏSMN alt sistemi olan ƏMAS sistemində əmr tərtib edilmişdir. İş vərəqi 6-da olan əmr də məhz bu əmrdir. Bu zaman məhkəmə tərəfindən iki əmrdən hansınınsa əsas götürülməsi qanunsuzdur. İş vərəqi 6-da olan ƏMAS sistemində tərtib edilmiş əmr isə Əmək Məcəlləsinin 84.1-ci maddəsinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh idarənin baş direktoru vəzifəsini müvəqqəti icra edən F.Sadıqovun tarixi olmayan təqdimatına əsasən İddiaçı əmək intizamını pozmasına dair məsələ müzakirə olunması üçün Həmkarlar ittifaqı komitəsinə göndərilmişdir. Lakin, təqdimata he ç bir sənəd əlavə olunmamış, konkret olaraq hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəyə göndərilməsi göstərilməmişdir. Bununla bağlı qeyd edir ki, iş materiallarına baxsaq aydın olur ki, X3 sədri Kadrlar şöbəsinin rəhbəri olan Kalimulina Venera xanım olmuşdur. İddiaçı barədə sənədlər, o cümlədən, onun işə gecikməsinə dair izahatları və tərtib olunmuş aktlar kadrlar şöbəsinin otağında olmuşdur. Buna görə də təqdimata sənədlər əlavə edilməmiş, sənədlər Həmkarlar İttifaqının sədrinin otağında olmuşdur. Bununla bağlı Həmkarlar İttifaqının sədri olan Venera xanım məhkəmə iclasında şahid kimi izahat vermişdir. Baş diretor vəzifələrini müvəqqəti icra edən Fəzayıl Sadıqov tərəfindən X5 yazılı təqdimat ünvanlandıqdan sonra Həmkarlar İttifaqında iddiaçının işinə baxılmış və yekun qərar verilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Protokoldan görünür ki, Həmkarlar ittifaqı komitəsinin üzvü E.M.Kazımov çıxış edərək İddiaçı işlədiyi müddətdə kobud səhvə yol verərək, narkotest müayinəsinin nəticəsini akta düzgün yazmamasını göstərmişdir. Hansı ki, həmin məsələ müzakirə predmeti olmamış, Tünzalə Atakişiyevaya həmin əməlinə görə xx.xx.2023-cü il tarixli əmrlə töhmət verilmişdir. Diqqətə çatdırır ki, E.M.Kazımov iclas zamanı yalnız bunu deməmiş eyni zamanda iddiaçının işə gecikərək əmək və icra intizamını da pozduğunu qeyd etmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən prosessual qanunvericliyin tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə qətnamənin nəticə hissəsini elan etdikdən sonra 10 iş günü müddətində tərtibini başa çatdırmalı,3 gün müddətində rəsmi qaydada verməli olduğu ha lda Məhkəmə xx.xx.2024-cü il tarixində nəticə hissəsini elan etdiyi qətnaməni xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə informasiya sisteminə yerləşdirmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2028/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6849/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvini tələb edən iddiaçının dəlillərinə görə əmr əsaslandırılmamış, əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 71, 84 və 300-cü maddələrinin tələbləri pozulmuş, onun işə gecikmə hallarına yol verməsinin səbəblərini aydınlaşdırmamış, işəgötürən qəbul etdiyi əmrdə onu konkret olaraq hansı intizam pozuntusuna görə işdən azad etməsini əsaslandırmamışdır.
19. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №1032 saylı Əmək müqaviləsinin 4.16 və 4.17-ci bəndlərinə görə işçi gündə 6 saatdan, həftə ərizində isə 36 saatdan çox olmayaraq işləyir. İş saat 09:00-da başlanır, saat 15:00-da qurtarır.
20. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair eyni tarix və nörməli 2 əmr (i/v-5 və 6-da) mövcuddur və cavabdeh tərəf bununla bağlı qeyd etmişdir ki, birinci əmr Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinc i əmr verilmişdir. İş vərəqi 5-də olan 1068-K nömrəli daxili əmr Səhiyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemdə tərtib edilmişdir. Adıkeçən elektron sistemdə isə işçinin işdən çıxma əsası kimi yalnız Əmək Məcəlləsinin müəyyən maddəsi qeyd edilə bilir. Əlavə qeyd aparıla bilmir. Buna görə də bununla yanaşı eyni zamanda ƏƏSMN alt sistemi olan ƏMAS sistemində əmr tərtib edilmişdir. İş vərəqi 6-da olan əmr də məhz bu əmrdir.
21. İş materiallarında olan Cavabdehn Həmkarlar İttifaqı Komitəsinin 13 №-li protokolundan çıxarışın surətindən görünür ki, “əmək və icra intizamının pozulması” faktının müzakirəsi ilə əlaqədar Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi səviyyədə yerinə yetirməyərək, əmə k fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, (narkotest müayinəsinin akta düzgün yazmamışdır) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssədaxili intizam qaydalarını pozması, dəfələrlə rəsmi sənəd göstərmədən işə gəlməməsi, əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yerməyərək, əmək və icra intizamını pozması, mütəmadi olaraq işə gecikməsi qeyd olunmuşdur.
22. İstinad olunan Protokoldan görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkimlaborantı İddiaçı ilə bağlanmış 1032 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024 -cü il tarixdən xitam verilməsi qərara alınmışdır.
23. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2023-cü il tarixli, №1427-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi üzrə öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı kobud səhvə yol verdiyinə görə (narkotest müayinəsinin nəticəsini aktda düzgün yazmamışdır) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
24. Cavabdehn Nizam-İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli, N2 saylı Protokolunun surətindən görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən nizam-intizam qaydalarının pozulması faktı müzakirə edilmiş, İddiaçı nizam-intizam qaydalarını pozması qeyd olunmuş, bi ldirilmişdir ki, 6 iş günü həftəsində 4 iş gün işə gecikmiş, xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, polis serjantı Hacıyev Rəşavət, polis serjantı Rəhimov Əli xidmət aparakən birlikdə tərtib etdikləri raportda Cavabdehn həkim-laborantı İddiaçı son 6 iş gün ərzində 4 gün – xx.xx.2024 tarixdə saat 09:29, xx.xx.2024-cü il tarixdə saat 10:07, xx.xx.2024-cü il tarixdə saat 10:13, xx.xx.2024-cü il tarixdə saat 09:57 radələrində işə gecikməsini öz imzaları ilə təsdiq etmiş, gecikmə halları bir neçə dəfə olmuş, şifahi xəbərdarlıq olunmasına baxmayaraq təkrar yol verilmişdir. Əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyərək əmək və icra intizamının pozulmasına görə kliniki-diaqnostik laboratoriyanın həkim-lab orantı İddiaçı haqlı tənqiddən nəticə çıxarılaraq töhmət verilməsi qərara alınmışdır.
25. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №505-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə (dəfələrlə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
26. Cavabdehn Nizam-İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli, N3 saylı Protokolunun surətindən görünür ki, kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən nizam-intizam qaydalarının pozulması faktı müzakirə edilmiş, İddiaçı nizam-intizam qaydalarını pozması, 6 iş günü həftəsində işə gecikməsi, gecikmə səbəbində müxtəlif bəhanələr gətirməsi, xx.xx.2024-cü il tarixdə Nizam-İntizam Komissiyasının iclasında əmək və icra intizamının pozulmasına görə həkim-laborant İddiaçı Ziyadxan qızına töhmət verilməyinə baxmayaraq, iş həftəsində gecikmə hallarına təkrar yol verməsi qeyd olunmuşdur. Əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyərək əmək və icra intizamının pozulmasına görə kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı haqlı tənqiddən nəticə çıxarılaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi.
27. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №623-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarını poz duğuna görə (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla töhmət verilmişdir.
28. Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, polis serjantı Hacıyev Rəşavət, polis serjantı Rəhimov Əli xidmət aparakən birlikdə tərtib etdikləri raportdan görünür ki, Cavabdehn həkim-laborantı İddiaçı son 6 iş gün ərzində 4 gün – xx.xx.2024 tarixdə saat 09:29, xx.xx.2024-cü il tarixdə saat 10:07, xx.xx.2024-cü il tarixdə saat 10:13, xx.xx.2024-cü il tarixdə saat 09:57 radələrində işə gecikməsini öz imzaları ilə təsdiq etmişlər.
29. Bundan başqa iş materiallarında olan Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri – polis serjantı Xəlilov Rəşad, po lis serjantı Hacıyev Rəşavət və polis serjantı Rəhimov Əlinin (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlarda polis sejantı Hacıyev Anarın) iştirakı ilə tərtib edilmiş xx.xx.2024, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Cavabdehn həkim-laborantı İddiaçı işə gecikdiyi vaxtlar aktlaşdırılmış və İddiaçı işə gəlmə vaxtı aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:18 xx.xx.2024-cü il tarixdə - 09:28 xx.xx.2024-cü il tarixdə - 09:40 xx.xx.2024-cü il tarixdə - 09:40 xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:20 xx.xx.2024-cü il tarixdə - 09:38 xx.xx.2024-cü il tarixdə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:25 xx.xx.2024-cü il tarixdə - 09:39 xx.xx.2024-cü il tarixdə - 09:33 xx.xx.2024-cü il tarixdə - 09:21 xx.xx.2024-cü il tarixdə - 09:25 xx.xx.2024-cü il tarixdə - 09:50 xx.xx.2024-cü il tarixdə - 09:39 xx.xx.2024-cü il tarixli akt üzrə: xx.xx.2024-cü il tarixdə - 09:31 xx.xx.2024-cü il tarixdə - 09:26 xx.xx.2024-cü il tarixdə - 09:26 xx.xx.2024-cü il tarxidə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:32 xx.xx.2024-cü il tarixdə - 09:22
46. Cavabdehn Baş direktoru Elşən Mustafayevə kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş izahatın surətində qeyd olunur ki, “Mən, klinikidiaqnostik laboratoriyaya yeni həkim-laborant-həkim vəzifəsinə Nazirlik tərəfindən göndərilmişəm və yeni təyin olunduğumdan həmin gün analizə çox insan gəldiyinə görə səhvən analizin birini bilmədən qeyd etməmişəm və diqqətimdən yayındığına görə Sizdən bu səhlənkarlığına gör ə üzr istəyirəm və bundan sonra diqqətli olmağım barədə sizə söz verirəm.
30. Cavabdehn Baş direktoru Elşən Mustafayevə kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətində qeyd olunur ki, “yazıb Sizə bildiriəm ki, xx.xx.2023-cü il tarixdə uşağım xəstə olduğuna görə işə gələ bilmədim. Çünki, övladımın qızdırması qalxdığından onu poliklinikaya aparmalı oldum. Uşağımın tək mənim himayəmdə olduğundan onu kimsəyə tapşıra bilmədim. Bura xəbər vermək və Venera xanıma demək borclu olduğumu bilə-bilə sadəcə başım uşağıma qarışdığından oldu və işin sonu Venera xanım mənə zəng etdi və mən öz problemimi bildirdim və səhər gəlib izahat yazacağımı ona söylədim və bir daha belə bir halın təkrarlanmaması barəsində ona məlumat verdim. Elə bir narahatlıq yenidən baş versə xəbər verəcəyimi açıqladım.
31. Cavabdehn baş direktoru vəzifəsini müvəqqəti icra edən Fəzail Sadıqova klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, ”Mən xəstəliyimlə bağlı yaranı təmizləmək üçün həkimə gedib yaranın sarğısını dəyişib, saat 10:45 də işə gəlmişəm, bunun da səbəbi təcili başımdakı yaranın sarğısının dəyişilməsi olub. Sabah bazar günü olduğunda görə və həkim saat 10:00-dan 03:00-dək səhər qəbuluna yazılıb getmişəm və bununla bağlı sizə baş “medsestraya” və dünən sizə xəstəlik kağızımı gətirib məlumatlandırmışam.”
32. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən v erilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Yazıb sizə bildiriəm ki, xx.xx.2024-cü il tarixdə işə gəlməməyimin səbəbi təzyiqimin aşağı düşməsi, yaranın tam sağalmamasına görə işə gəlməmişəm. İşə zəng etmişəm telefon bağlı olduğuna görə xəbər verə bilməmişəm. Bununla bağlı sizdən üzr istəyirəm.”
33. Cavabdehn baş direktoru vəzifəsini müvəqqəti icra edən Fəzail Sadıqova klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “ailə vəziyyətimlə əlaqədar olaraq saat 09:45-də işdə olmuşam və uşağım evimdən çox uzaqda olduğuna görə işə gecikmişəm və sizdən məni başa düşməyinizi xahiş edirəm.”
34. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Atamın səhhəti ilə əlaqədar olaraq saat, xx.xx.2024-cü il tarixdə 09:45-də işə gəlmişəm.
35. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Ailə vəziyyətimlə əlaqədar olaraq atam onkoloji, anam isə kardioloji və şəkər xəstəsi olduğundan, hal-hazırda xəstə olduqlarından 01-02 may ayında işə gəlməmişəm. 3 may tarixində isə 1 saat yarım gec gəlmişəm.”
36. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində q eyd olunur ki, “yollar bağlı olduğundan saat 09:45 də işə gələ bilmişəm. Buna görə də sizdən sizdən yolun uzaq olduğundan başa düşməyinizi xahiş edirəm, çalışıb vaxtında gələcəm.”
37. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “yol uzaq olduğundan, yolların tıxac olduğuna görə saat 09:35-də işə gəlmişəm. Bunu sizdən xahiş edirən nəzərə alasız.”
38. Cavabdehn baş direktoru vəzifəsini icra edən Fəzail Sadıqova kliniki-diaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətində qeyd olunur ki, “Binəqədi rayonundan Məştağaya gəlirəm və yollar müvəqqəti təmirə bağlandığına görə tıxac ya randığından işə saat 09:15-də çatmışam. Bu barədə sizdən üzr istəyirəm. Bir də təkrarlanmaz.
39. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, № 91-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına müəssisədaxili intizam qaydalarının pozulması ilə əlaqədar (dəfələrlə işə gecikdiyinə görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elən edilmişdir.
40. AR Səhiyyə Nazirliyi Cavabdehn xx.xx.2024-cü il tarixli, №425-K saylı əmrin surətindən görünür ki, Cavabdehn kliniki-diaqnostik laboratoriyanın həkim-laborantına əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifəsini, müəssisədaxili intizam qaydalarının pozduğuna görə (rəsmi sənəd göstərməmiş, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə i şə gəlməmişdir) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi və Cavabdehn idarəetmə aparatı heyətinin baş mühasib vəzifəsini müvəqqəti icra edən M.Ş.Novruzovaya, Cavabdehn klinikidiaqnostik laboratoriyanın həkim-laborantı İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günləri üçün əmək haqqı hesablanmaması əmr edilmişdir.
41. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında olmaqla dəfələrlə işə gecikmə hallarına yol vermiş, bəzən işə ümumiyyətlə gəlməmiş və bununla bağlı çoxsaylı izahatları alınmışdır. Yol verilən nizamintizam pozuntularına görə xx.xx.2024-cü il tarixdə - töhmət (gecikməyə görə), xx.xx.2024cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət (təkra r gecikmələrə görə) növündə intizam tənbehi verilmişdir.
42. Əmrin əsaslandırılmaması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas kimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, işə mütəmadi olaraq gecikməsi göstərilmiş, əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, işçinin öz əmək funksiyasını və ya əmək mqüaviləs üzrə öhdəliklərini yerinə yedirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara istinad edilmişdir. İddiaçının mütəmadi gecikmələri və bu halların müəssisənin iş ahənginə ciddi təsir göstərməsi və iş prosesini ləngitməsi iş materialları - iddiaçıdan alınmış izahatlar və ona edilmiş xəbərdarlıqlar və intizam tənbehləri ilə öz təsdiqini tapır.
43. Bel ə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı 2024-cü ilin aprel, may, iyun, iyul, avqust aylarında olmaqla dəfələrlə işə gecikmə hallarına yol vermiş, bəzən işə ümumiyyətlə gəlməmiş və bununla bağlı çoxsaylı izahatları alınmışdır. Yol verilən nizamintizam pozuntularına görə xx.xx.2024-cü il tarixdə - töhmət (gecikməyə görə), xx.xx.2024cü il tarixdə sonuncu xəbərdarlıqlı şiddətli töhmət (təkrar gecikmələrə görə) növündə intizam tənbehi verilmişdir.
44. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsinə əsas olan hal – Əmək məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı iş materialları i lə öz təsdiqini tapmış, iddiaçı tərəfindən 2024-cü ilin aprel və may aylarında işə mütəmadi gecikdiyinə görə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilməsinə baxmayaraq o, iyun, iyul və avqsut aylarında yenidən eyni əmələ yol verərək işə vaxtında gəlməmiş və bu hallar iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokolllar, izahatlar, töhmət əmrləri, həmkarlat ittifaqının rəy və qərarları, şahid ifadələri, eləcə də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının imzası ilə tərtib edilmiş raportlarla öz təsdiqini tapır.
45. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. Azərbaycan Respubl ikasının əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmr qəbul edilərkən əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə imperativ norma yoxdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” norması işçinin mənafeyini qorumaq üçün müəyyən edilmişdir ki, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısı alınsın. Bir sözlə, qanunla işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə etməsi ehtimalı məhdudlaşdırılmışdır.
46. Müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələ blərə uyğun tərtib edilmişdir. Qeyd olunan norma əmrin məzmunu ilə bağlı olmaqla, əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması ilə bağlı hər hansı göstəriş yoxdur.
47. İddiaçı tərəf hesab edir ki, müvafiq əmrin məzmununda mütləq qaydada işçinin işdən çıxarılmasının səbəbləri əsaslandırılmalıdır. İddiaçının qeyd etdiyi qaydada normanın şərh edilməsi və tətbiq edilməsi əmək məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən əmək müqaviləsi tərəflərinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə ziddir. İşəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqi təminatı ondan ibarətdir ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədik də onun barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görsün və bu tədbirlər qanunla qorunsun. Əks halda, formal mülahizələrə əsasən işəgötürənin əmrinin ləğv edilməsi yolverilməzdir.
48. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokolllar, izahatlar, töhmət əmrləri, həmkarlat ittifaqının rəy və qərarları, şahid ifadələri, eləcə də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının imzası ilə tərtib edilmiş raportları ilə iddiaçı tərəfindən dəfərlədlə intizam pozuntusuna yol verilməsini təsdiq edir. 49. 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində qeyd etmişdir ki, İddiaçı davamiyyət kitabında düzgün tarixlərə imza etmədiyindən, əvvəlki, ya da sonrakı tarixə imza etdiyindən davamiyyət kitabında bəzi yerlər ağardılmışdır. 5
0. Kollegiya qeyd etmişdir ki, texniki səbəbdən əmrin iki ayrı formatda tərtib edilməsi formal- texniki məsələ olub əsas xitam əmrinin hüquqiliyinə xələl gətirmir. Məhkəmə tərəfindən əmrin ilkinin əsas götürülməsi və həmin əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvanın göstərilməməsi barədə mövqeyə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normada ad, ünvan məlumatlarının göstərilməli olması ilə bağlı tələblər azad bazar iqtisadiyyatı şəraitində çoxsaylı hüquq münasibətləri iştirakçısının olması fonunda konkret halda əmrin qanuniliyini deyil, işəgötürənin identifikasiyasını təmin etməyə xidmət edir. Hazırki işdə işəgötürən hüquqi şəxsin fərdiliyi tərəflər və məhkəmə üçün mübahisə doğurmadığından yalnız texniki rekvizitin göstərilməməsi səbəbindən əmr in qüvvədən salınması Əmək Məcəlləsinin qeyd olunan müddəsının məqsəd və mahiyyətinə ziddir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində istinad edərək cavabdehin xx.xx.2024-cü il tarixli 1068-K nömrəli əmrinin etibarsız hesab edilməsi barədə mövqeyi əsaslı hesab edilə bilməz.
51. İş materiallarından və təqdim olunmuş sübutlardan aydın olur ki, iddiaçı cavabdeh müəssisədə narkotestlərin aparılması sahəsində yeganə həkim-laborant vəzifəsini icra etmiş və onun mütəmadi şəkildə işə gecikməsi Mərkəzin gündəlik fəaliyyətini, o cümlədən analiz verməyə gələn çoxsaylı şəxslərin, habelə dövlət və qeyridövlət orqanlarının tapşırıqlarını yerinə yetirən müəssisənin iş prosesinin vaxtında və keyfiyyətli icrasını əngəlləmişdir. Bu hal iş yerində əmə k intizamının pozulmasına, xidmətin normal ritminin pozulmasına səbəb olmuşdur ki, bu da Əmək Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas kimi qiymətləndirilə bilər.
52. Həmçinin işdən görünür ki, iddiaçının cavabdeh Mərkəzdə narkotestləri həyata keçirən yeganə həkim-laborant olması və mütəmadi olaraq işə gecikməsi hər gün analiz üçün Mərkəzə gətirilən çox sayda insanın, o cümlədən məhkəmələrin, dövlət və qeyridövlət orqanlarının tapşırıqlarını həyata keçirən cavabdeh müəssisənin işini ləngidərək iş yerində icra intizamının normal ahəngini pozur.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində ifadə vermiş şahid X6 ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onun hazırda cavabdeh müəssisədə işləməməsi və öz ifadəsinə əsasən direkto run təzyiqlərinə görə öz ərizəsi ilə işdən çıxması barədə hallar onun ifadəsinin obyektivliyini şübhə altına alır. Qeyd olunan hallar şahidin cavabdeh müəssisəyə qarşı qərəzli münasibətdə ola biləcəyinə dair əsaslı şübhələr doğurmaqla X6 ifadəsinə birmənalı yanaşmanı istisna etdiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə biləz.
54. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbay can Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
56. Beləliklə məhkəmə kollegiyası işin müəyyən edilmiş fakitki hallarına və qanuvericiliyin istinad olunan normalarına əsasən hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmişdir. Buna görə də əmrin ləğvi üzrə iddia tələbi əsassız olmaqla təmin edilə bilməz.
57. Bu kontekstə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
58. Beləliklə, kollegiya hesab etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən törəmə xarakterli olan digər tələblər - işə bərpa və məcburi buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz.
59. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.3, 11, 1, 11, 2, 68, 1 68. 2, 70 ç bəndi, 71, 2, 71, 3, 76, 186.1, 186.2, 187.1, 188.1, 189.1, 190.1, 297, 300.1 -ci maddəsi MPM-in 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2028/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının və ailə üzvlərininn tibbi kitabçalarından və şahidlərin ifadələrindən müəyyən edilir ki, İddiaçı Binəqədi rayonunda yaşamaqla oradan Maştağa qəsəbəsinə işə gəlir, onun və valideyinlərinin səhhətində ağır problemlər olmaqla sağlamlıq vəziyyətləri ağırdır. Onun həkim lobarant kimi peşəkarlığından narazılıq yoxdur. Cavabdeh intizam tənbehi tətbiq edən zaman işin bu hallarını da, nəzərə almamışdır.
62. Lakin, məhkəmə sübutlar siyahısında olan qətnamənin 46-cı bəndində qeyd etdiyi İddiaçı əmək müqaviləsinə xitam verildiyi vaxtdan 1-il əvvəlki izahatına və 47-ci bəndində qeyd etdiyi xx.xx.2023-cü il tarixli izahatına əsaslanaraq kobud səhvə yol vermişdir. Eyni zamanda, məhkəmə sübutlar siyahısında olan qətnamənin 47, 48, 49, 50, 51 və 52-ci bəndlərində qeyd etdiyi İddiaçı özünün və ailə üzvlərinin səhhəti ilə bağlı işə gecikməyinə dair izahatlarına əsaslanmış, lakin, həmin gecikmələrə dair izahatlarda qeyd olunan səbəbləri sübut edən iş materiallarında mövcud olan tibbi kitabçaları, şahid X4 ifadəsində qeyd etdiyi (i/v 189) “İddiaçı gecikməsinin səbəbinin ana-atasının və özünün xəstəliyi ilə bağlı olduğunu bildirmişdir” fikri və şahid X7 ifadəsində qeyd etdiyi (i/v 166) “Tünzalə xanımın balaca uşağ var idi, valideyinlərinin xəstə olduğunu demişdir” fikri nəzərə alınmamış və insanların konstitusion hüququ hesab edilən (maddə 41) iddiaçının “sağlamlığın qorunması hüququ”nu əmək hüququndan üstün tutulması, qanunların aliliyinə zidd olaraq qiymətləndirilmiş, məhkəmə tərəfindən əmək hüququ konstitusiyadan üstün qələmə verilərək iddiaçının əməllər ində qəsd və ya səhlənkarlıq, etinasızlıq olmamasına baxmayaraq üzürsüz hesab edilmişdir. Həmçinin, məhkəmə sübutlar siyahısında olan qətnamənin 53, 54 və 55-ci bəndlərində qeyd etdiyi İddiaçı yollar bağlı olması ilə əlaqədar gecikməyinə dair izahatına əsaslanaraq onun iş ahəngini pozduğu qənaətinə gəlmişdir. Lakin, birinci instansiya məhkəməsində izahatı alınmış Cavabdeh PHŞ-nin işçiləri olan X1, X11, X12, X8 və X9(i/v 165) onlara verilən suallara cavab olaraq İddiaçı işə gecikməsi işin normal ahənginə heç bir təsir etmədiyini bildirmişdirlər. Bununla yanaşı, məhkəmə sübutlar siyahısında olan qətnamənin 56-cı bəndində qeyd etdiyi xx.xx.2024-cü il tarixli, № 91-K saylı əmr ilə verilən xəbərdarlığa əsaslanaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinin tələbində qeyd olunan inperativ nor manı kobud surətdə pozmuşdur. Bundan başqa, məhkəmə sübutlar siyahısında olan qətnamənin 57-ci bəndində qeyd etdiyi xx.xx.2024-cü il tarixli, №425-K saylı əmr ilə verilən töhmətə əsaslanmış, lakin, həmin əmrin verilməsinə əsas olan işə gəlməməsinin səbəbi iş materiallarında olan tibbi kitabçalar ilə təsdiqini tapan iddiaçının və ailə üzvlərinin sağlamlıqları ilə əlaqədar ağır vəziyyətləri olduğunu nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsində izahat vermiş cavabdeh müəssisənin kadrlar üzrə rəisi Venera Kalimulina da öz izahatında (i/v 189) iddiaçının özünün və ailəsinin səhhətində problemlər olduğunu bildiyini qeyd etmişdir. Bu səbəbdən, həmin əmrə əsaslanaraq ƏM-nin 72-ci maddəsinin “a” və “ə” bəndlərinə istinad olunması tamamilə əsassızdır. Həmçinin, məhkəmə sübutlar siya hısında olan qətnamənin 58 və 60-cı bəndində qeyd etdiyi xx.xx.2024-cü il tarixdə töhmət (gecikməyə görə), xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət (təkrar gecikmələrə görə) növündə intizam tənbehinin verilməsinə əsaslanmış, lakin, həmin əmrlərin verilməsinə əsas olan 2 və 3 nömrəli Nizam-İntizam Komissiyasının Protokollarında katib olan Aynur Bəylərovanın birinci instansiya məhkəməsində verdiyi izahatında (i/v 163), həmin Komissiyanın iclaslarında iştirak etmədiyini, imzasının oxşadılmasını, Fəzail Sadıqov ilə bir iclasda olmadığını bildirməsini nəzərə almamışdır. İddiaçı, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə verilən məzuniyyət ilə bağlı əmrlərə imza atdığını(i/v 111-112) zənn edərək imzalamış, birinci instansiya məhkəməsində cavabdeh müəssisənin kadrlar ş öbəsinin rəisi şahid Venera Kalimulina ifadəsində (i/v 188) qeyd etmişdir ki, işçiləri əmrlərlə tanış etmirik. Həmçinin cavabdehin nümayəndəsi və hüquqşunası isə verilən suallara cavab olaraq işçilərin bütün əmrlərinə onlara imza atdırdıqlarını bildirmələrinə baxmayaraq xx.xx.2024-cü il vı xx.xx.2024-cü il tarixlərdə İddiaçı məzuniyyət əmrlərində imzanın olmadığı məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə qətnamənin 61-ci bəndində qeyd etmişdir ki, iyun, iyul və avqsut aylarında yenidən eyni əmələ yol verərək işə vaxtında gəlməmiş və bu hallar iş materiallarına əlavə edilmiş çoxsaylı aktlar, protokolllar, izahatlar, töhmət əmrləri, həmkarlat ittifaqının rəy və qərarları, şahid ifadələri, eləcə də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının imzası ilə tərt ib edilmiş raportlarla öz təsdiqini tapır. Məhkəmə əsasnaməsində istinad etdiyi iyun, iyul və avqust aylarında tərtib olunmuş raport və aktlara əsaslanması mötəbər olmayan sübutlar əsasında qanunsuz qərar çıxarılmasına səbəb olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin 09 dekabr 2024-cü il tarixli baxış iclasında şahid kimi cəlb olunmuş Rəşad Xəlilovun ifadəsi (i/v 168) ilə müəyyən olunmuşdur ki, Cavabdehn mühafizəsini təşkil edən Rəşad Xəlilovun iş rejimi həftənin 6 günü saat 9:00-dan 18:00-dək, mühafizəni təşkil edən digər polis əməkdaşlarıAnar Hacıyevin və Rəşadət Hacıyevin iş rejimləri isə bir gündən birdir. Rəşad Xəlilov mühafizəni təşkil edən digər polis əməkdaşlarının raport və aktları necə imzaladığını bilmədiyini qeyd etmişdir. Bu onu deməyə əsas verir ki, iş materiallarında raport və aktlarla öz əksini tapmış müxtəlif tarixlərdə hər iki polis əməkdaşının, yəni Rəşadət Hacıyevin və Anar Hacıyevin eyni zamanda İddiaçı gecikməsini müəyyən etməsi qeyri mümkündür. Odur ki, təqdim edilmiş, raport və aktların həqiqiliyi şübhə doğurduğundan iyun, iyul və avqust aylarında olan polis əməkdaşları tərəfindən tərtib olunan həmin raport və aktlar sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsinin 16 dekabr 2024-cü il tarixli baxış iclasında şahid kimi cəlb olunmuş X1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki (i/v 188), “Tünzalə xanımın işə gecikdiyi müəyyən olunduqdan sonra izahat yazdırmışam, iyun, iyul və avqust ayında gecikmələrlə bağlı izahat yazdırmamağımın səbəbini bilmirəm.” Göründüyü kimi, Venera Kalimulina işçilərin gecikmələrin ə görə həmişə izahat aldığını bildirsə də, Cavabdehn mühafizəsini təşkil edən polis əməkdaşlarının raport və aktlarında qeyd etdikləri tarixlərə dair İddiaçı hər hansı izahatının təqdim olunmaması, eyni zamanda, 13 avqust 2024-cü il tarixdə 15 dəqiqə gecikməyə görə izahat yazan işçinin digər gecikmələrə görə hansı səbəbdən izahat yazmadığına dair də hər hansı sübut təqdim edilməmişdir ki, bu faktlar bir daha iyun, iyul və avqust aylarında tərtib olunduğu qeyd olunan raport və aktların əsassız və sonradan tərtib olunduğunu sübut edir. Bu onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi sübutların mötəbərliyini araşdırmayaraq cavabdeh mövqeyindən çıxış edərək qanunsuz qərarın çıxarılmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə qətnamənin 62-ci bəndində Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hiss əsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırıldığını qeyd etmiş, lakin, əmrdə tərkib hissə hesab olunan sənədlər - raport, aktlar və ya izahatların mövcudluğu qeyd olunmamışdır.
63. Məhkəmə kollegiyası qətnamənin 63-cü və 67-ci bəndində müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmiş olduğunu qeyd etmişdir. Lakin, Lakin, İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yən i iş vərəqəsi 6-da olan əmr tərtib olunmuşdur. İddiaçının işdən çıxarılmasına ilkin olaraq verilmiş iş vərəqəsi 5-də olan əmr əsas olduğundan, həmin əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Müqayisə zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmrdə qanunla nəzərdə tutulmuş bəzi məlumatlar göstərilməmişdir. Belə ki, əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvan göstərilməmişdir. İşdən çıxarmağa əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsi göstərilməsinə baxmayaraq, 72-ci maddənin hansı bəndinə əsasən müqaviləyə xitam verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi göstərilsə də, hansı tarixdə törədilmiş intizam pozuntusuna əsasən tənbehin verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə xi tam verilməsi barədə əmrin verilməsinə əsas hesab olunan heç bir rəsmi sənədə istinad olunmamışdır. İddiaçının işə gecikməsi barədə sənədləşmələr aparılmasına baxmayaraq, onun hansı gün baş vermiş intizam pozuntusuna görə işdən azad olunması göstərilməmiş, heç bir rəsmi sənədə istinad olunmamışdır. Həmçinin, sonradan tərtib olunan iş vərəqə 6-da olan əmrdə də, analoji səhvlərə yol verilmişdir.
64. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84- cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan bəzi məlumatlar göstərilmədiyindən, cavabdehin xx.xx.2024-cü il tarixli 1068-K nömrəli əmri etibarlı hesab edilə bilməz və ləğv edilməlidir. Həmçinin, məhkəmə qətnamənin 64-cü bəndində qeyd etmişdir ki, müvafiq əmrin məzmununda mütləq qaydada işçinin işdən çıxar ılmasının səbəbləri əsaslandırılmasına zərurət olmadığını, formal mülahizələrə əsasən işəgötürənin əmrinin ləğv edilməsinin yolverilməz olduğunu qeyd etmişdir. Lakin, məhkəmənin diqqətinə çatdırıram ki, əmr tərtib olunan zaman əsaslanmanın mütləq olması işçinin hüquqlarının qorunmasının təminatı kimi çıxış edərək, işçinin işdən çıxmasından sonra formal sübutlar yaradılmasının qarşısını almağa xidmət edir. Göründüyü kimi, məhkəmə kollegiyası cavabdeh mövqeyindən çıxış edərək yalnız işəgötürənin hüquqlarınımüdafiə etməyə çalışmışdır.
65. İşəgötürən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçiyə intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahat almamışdır. İzahat aldığı xx.xx.2024-cü il üçün isə işçinin əmək intizamını qəsdən və ya səhlənkarlıqla, etinasızl ıqla pozmasını aydınlaşdırmamışdır.
66. Venera Kalimulinanın ifadəsini təsdiq edən hadisənin baş verməsinə dair aktların tərtib olunmadığı, onun haqqında izahatın alınmadığı və Venera Kalimulinanın hazırda həmin PHŞ-də yüksək vəzifədə çalışması nəzərə alınaraq, onun ifadəsinə birmənalı yanaşmanın istisna edilməsi və ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməməlidir. Cavabdeh müəssisənin direktoru Fəzayil Sadıqov iş vərəqi səhifə 187-də verdiyi ifadəsində bildirmişdir ki, Tünzalə xanımın imzaladığı jurnalda imzasının ağardılması ilə bağlı məsələni məhkəmə iclasında bilir. Venera Kalimulina tərəfindən iddia olunan hadisənin baş verməsinə dair rəhbərliyə məlumat verilməməsi həmin faktın doğru olmadığını sübut etmişdir. Aparılan araşdırmalar zamanı davamiyyət kitabının 2024-cü ilin aprel a yında İddiaçı gecikməsi ilə bağlı izahatının alınmadığı günlərdə, məsələn, 18-19 aprel tarixlərində ağardıcıdan istifadə edilərək işə gəlmədiyi kimi qeydiyyat aparıldığı müəyyən olunmuşdur. İddiaçı gecikmələrinə görə könüllü izahat verməsi, lakin həmin tarixlərdə izahatının alınmaması, davamiyyət kitabına izahat alınmayan günlərdə belə imzalar atması, izahat yazmaqdan imtina etmişdirsə, buna dair aktların olmaması, həmçinin avqustun 16-da 15 dəqiqə gecikmə ilə bağlı izahatın tələb olunmasının məntiqi əsasının olmaması məhkəmə kollegiyası tərəfindən aydınlaşdırılmamışdır.
67. İş materiallarından göründüyü kimi cavabdeh idarənin baş direktoru vəzifəsini müvəqqəti icra edən F.Sadıqovun tarixi olmayan təqdimatına əsasən İddiaçı əmək intizamını pozmasına dair məsələ müzakirə olunması üçün Həm karlar ittifaqı komitəsinə göndərilmişdir. Lakin təqdimata heç bir sənəd əlavə olunmamış, konkret olaraq hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəyə göndərilməsi göstərilməmişdir. Həmkarlar İttifaqıKomitəsinin xx.xx.2024-cü il tarixli protokolundan aydın olunur ki, komitə iclasında hansı əmək pozuntusuna yol verilməsi müzakirə olunmuşdur. Yəni müzakirə olunan intizam pozuntusunun hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur. Ona görə ki, təqdimata heç bir sənəd əlavə olunmamış, hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəsi bildirilməmişdir. Həmkarlar İttifaqının 14 avqust 2024-cü il tarixli İclası keçirilməmişdir. Məhkəməyə həmkarlar ittifaqının protokolunun təqdim edilməməsi bunun əyani sübutudur. İş materiallarına əlavə edilmiş həmkarlar ittifaqının prot okolundan çıxarışını protokol ilə eyniləşdirmək qeyri-mümkündür. Buna baxmayaraq, protokoldan çıxarışa nəzər salındıqda aydın görünür ki, İddiaçı Ziyadxan qızı sözdə keçirilən həmin iclasda iştirak etməmişdir. İddiaçı ona qarşı olan ittihamlara münasibətinin əks olunmaması və protokoldan çıxarışın “İştirak edirlər” hissəsində İddiaçı adının qeyd olunmaması da bu faktı bir daha sübut edir
68. Məhkəmə kollegiyası qətnamənin 68-ci bəndində iddiaçının cavabdeh müəssisədə narkotestlərin aparılması sahəsində yeganə həkim-laborant vəzifəsini icra etdiyinə və onun mütəmadi şəkildə işə gecikməsi Mərkəzin gündəlik fəaliyyətini, o cümlədən analiz verməyə gələn çoxsaylı şəxslərin, habelə dövlət və qeyri-dövlət orqanlarının tapşırıqlarını yerinə yetirən müəssisənin iş prosesinin vaxtında və keyfiyyətli icrasını əngəllədiyinə əsaslanmışdır. Lakin, həmin əsaslanma yalnız cavabdehin nümayəndəsinin formal mülahizələrinə əsaslanmış, iddiaçının narkotestlərin aparılması sahəsində yeganə həkim-lobarant olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, məhkəmə iclasında cavabdehin nümayəndəsi və direktoru Fəzail Sadıqov izahatında (i.v 137 və 187) qeyd etmişdir ki, “iddiaçıdan başqa həkim-lobarantlar da var”. Bununla yanaşı, birinci instansiya məhkəməsində şahid qismində cəlb olunmuş şəxslər izahatlarında iddiaçının işə gecikməyi müəssisənin iş prosesinin vaxtında və keyfiyyətli icrasını əngəlləmədiyini, müəssisədəki işin ahənginin pozulmadığını bildirmişdirlər. Məhkəmə bir daha cavabdeh mövqeyindən çıxış edərək konstitusion prinsipi olan həqiqəti müəyyən etmək əvəzində cavab dehin sübutetmə vəzifəsini üstlənmişdir. Cavabdeh isə öz növbəsində qeyd etdiyi halları sübut edə bilməmişdir.
69. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası protokoldan çıxarışı qərar kimi qiymətləndirmiş, həmin çıxarışda həmkarlar ittifaqı təşkilatının işçi barədə işdən çıxarılması barədə qərar qəbul olunmasının qanuniliyi araşdırılmamışdır.
70. Eyni zamanda, X10, X11, X12, X8, X9 və polis serjantı Rəşad Xəlilovun hazırda müəssisədə işləmələri, mövcud iqtisadi vəziyyət və iş yerlərini itirmək qorxusunun onların ifadələrinin obyektivliyinə şübhə yaradır.
71. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissəsinə, 72-ci maddəsinin “ə” bəndinə, 80-ci maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinə, 186-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 88-ci maddələrinə də istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
72. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
75. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; 76.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
77. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
78. Maddə 70.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
79. Maddə 71.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
80. Maddə 76.
1. İşəgötürən tər əfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
81. Maddə 84.
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinə xitam verilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsinə xitam verilən gün, ay və il; -əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib ed ilə bilər.
82. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqq ının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
83. Maddə 187
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
84. Maddə 188.
1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tut ulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
85. Maddə 189.
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəg ötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
86. Maddə 190.
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
87. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq ol araq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
90. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
91. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır.
92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.
95. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
96. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
97. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
98. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
100. Kassasiya kollegiyası bildirir ki, kassasiya şikayətinin bir sıra dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və sübutların qiymətləndirilməsi ilə bağlıdır.Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
101. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiy a kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
103. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddia çı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2025-ci il tarixli 2(103)2028/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.