Məhkəmə qərarları › İş №2(102)-1908/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1908/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1908/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası; müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsindən Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 68000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh1 MTK-nın xx.xx.2007-cü il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mər təbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 68000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.

3. Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 kv.m olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 91850 (doxsan bir min səkkiz yüz əlli) manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür

4. Cavabdeh1 MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 91850 (doxsan bir min səkkiz yüz əlli) manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir.

5. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə ilə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 MTK-nın xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 sayl ı mənzilin pay dəyəri 105210 manat alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində göstərilmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək rəhbərlik etdiyi MTK-nın M.Xiyabani küçəsi 5 saylı ünvanda çoxmərtəbəli binanın tikintisinə başlaması haqda məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Onunla şifahi razılığa əsasən tikinti betonla təmin edilməsi nəticəsində materialın dəyərinin 30 faizinin nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödə niləcəkdir. Aralarında yazılı müqavilə bağlanmamışdır. Dana sonra o, binanın tikintisi ilə məşğul olan podratçı Məsud adlı şəxslə tanış olmuş, əksər hallarda Məsud ona pulu nağd şəkildə vermişdir. Binanın 7-8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürməklərini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul alaraq kitabı imzalamışdır. Ona nağd şəkildə cəmi 250000 manat pul verilmiş, bu pulu o, betonun hazırlanması üçün materialın alınmasına xərcləmiş, materialın hazırlanmasına daha çox xərcləri çıxmışdır. Həmin illərdə onların adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmin mənzillərin içində 3 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzillər olmuşdur.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 nömrəli hökmdən çıxarışda məlum olur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki,... bundan başqa, 2007-ci ilin əvvəlində X7 Şirinov adlı şəxsin işlətdiyi beton zavod ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsinin razılaşdırdığını söylədiyindən, betonun dəyərinin həmin qaydada ödənilməsinə razılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun d əyəri olan 826.077 ABŞ dollarından 318.534 ABŞ dolları nağd, binanın tikintisi zamanı istifadə olunmuş betonun dəyəri 826.077 ABŞ dollarından, 318.534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi Yuris adlı şəxsə ödənilmiş, yerdə qalan 507.543 ABŞ dollarının dəyəri isə Cahangirlə razılaşdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv.m. hesabına Cahangir Alışovun özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797.909 ABŞ dollarını çıxanda, onunla Fuadın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. Cahangir Alışov tərəfindən isə onlara ümumilikdə 1.607.777 ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperativin əməkdaşı olan Ehtibar Bağırovdan xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Tikintiyə nağd şəkildə sərf etdikləri 2.390.882 ABŞ dollarından Cahangirin verdiyi 1.607.777 ABŞ dollarını çıxdıqda və bu məbləğin üzərinə binanın təməl hazırlıq işlərinə çəkdiyi 118.320 ABŞ dollarını və Cahangirin əvəzinə ödədikləri 66.880 ABŞ dolları borcu da gəldikdə, Cahangir Alışovun Cavabdeh1 MTK-dan binanın tikintisi ilə əlaqədar onlara ümumi borcu 968.305 ABŞ dolları, yaxud bir kvadrat metri təxminən 520 ABŞ dollarından hesablandıqda 1871 kv.metr mənzil sahəsi təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli müq aviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin (bundan sonra mənzil) istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyi bu günə qədər icra etməmişdir və icra etmək niyyətində deyil. Mənzilin yerləşdiyi bina bir neçə il bundan öncə inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh iddiaçıya verilməli mənzili bu günədək təhvil verməmişdir. İddiaçı iddia tələbin in hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 386.1, 442-ci maddələrinə istinad etmişdir.

11. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasam al rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən İddiaçı mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışı verilsə də, əslində İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzili satılmamış, MTK-nın ona mənzil satmaq barədə iradə ifadəsi olmamışdır. İddiaçı MTK-ya tikinti işlərinin həyata keçirilməsi üçün beton verən fiziki şəx sdir. Sonuncu MTK-nın podratçısı olan X5 ilə razılaşdırılmışdır ki, binanın tikintisi üçün beton veriləcəkdir. Bu səbəblə formal olaraq, yəni ödənişin təminatı olaraq sonuncuya mübahisəli mənzilə dair qeyd olunan müqavilə və maliyyə arayışı verilmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK-ya nə beton vermiş, nə də ki, mənzilin ödənişini etməmişdir. X5 isə tikintini yarımçıq saxladığı üçün və digər cinayət əməllərinə görə barəsində cinayət işi başlanmışdır. Cavabdeh İddiaçı heç vaxt Cavabdeh1 MTK-ya gəlməmiş, ümumiyyətlə həmin mənzildə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, həmin mənzildən xəbərsiz olmuş, mənzilin harada yerləşməsindən belə xəbərsiz olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 ot aqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzil xx.xx.2008-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmiş, mənzil alındığı gündən Cavabdeh2 faktiki olaraq istifadəsindədir. Ona görə də Cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunur.

14. Daha sonra, məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil4 ilk iddia ərizəsini qəbul edib, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş ed ərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 MTK-nın sədri X1 cinayət işində vəkili olmuş, 10 gün əvvəl C.H.Alışovla görüşmüşdür. Qarşılıqlı iddia ərizəsi verilərkən Yeni Yasamal MTKnın sədri C.H.Alışovun mövqeyi öyrənilməmişdir. İddiaçı ilə Yeni Yasamal MTK arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanarkən mənzil MTK tərəfindən girov qoyulmuşdur. Belə ki, İddiaçıla bağlanan müqaviləyə əsasən Y.X. Hüseynov müqavilədə qeyd olunan məbləğdə MTK-ya beton verməli idi. MTK mənzili satdıqdan sonra betonun pulunu verməli idi. İddiaçıla beton alınmasına dair ayrıca müqavilə bağlanmamışdır. 2008-ci ildə MTK təsisçilərindən biri olan X3 202 saylı mənzilə alıcı tapmış və mənzili Cavabdeh2 satmasını bildirmişdir. Bundan sonra C.H.Alışov tərəfindən Cavabdeh2 adına müqavilə və maliyyə arayışı veril mişdir. Lakin Cavabdeh2 və ya Ə.Ə.Şahmarov tərəfindən mənzilin pulu MTKnın kassasına keçirilməmişdir. 202 saylı mənzilin açarının Cavabdeh2 verilməsinin, pul ödənilmədən Cavabdeh2la müqavilə bağlanmasının, maliyyə arayışının verilməsinin səbəbi ona məlum deyildir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanmasını xahiş etmişdir.

15. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, iddiaçı MTK-nın cavabdeh İddiaçı qarşı mənzilə dair xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi, MTK-nın müraciətinə əsasən geri qaytarılmaqla baxılmamış saxlanmışdır.

16. Məhkəm ənin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(001)-166/2021 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/429-5/435 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının üzərilərində olan möhür əksi və MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin, eyni tar ixli maliyyə arayışının surətlərinin üzərilərində olan möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil edirlər. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2008-ci il tarixli maliyyə arayışının tərtib edildiyi kağızların istehsal olunduğu müd dət müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/818 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən xx.xx.2007-ci il tarixli müqavilənin MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısında olan imza, xx.xx.2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısındakı olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1172 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış bin asının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzildə aparılmış tikintitəmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2884 manat məbləğində müəyyən edilir. 20. 5 avqust 2021-ci il tarixli məhkəmə iclasında şahid Şahmarov Əli-Heydər Əli oğlu ifadəsində göstərmişdir ki, o, MTK-nın təsisçilərindən biridir və 2010-cu ilə qədər MTK-nın inşa etdiyi binada mənzillərin satılmasında iştirak etmişdir. MTK-nın inşa etdiyi binadan satılan mənzillərə dair müqavilələr MTK-nın sədri X2 tərəfindən bağlanmış, mənzillərin pulu C.Alışova ödənilmişdir. Cavabdeh2 o, qonşu kəndin sakini kimi tanımışdır. Cavabdeh2 mənzil almaq istəməsini ona demiş, o da bu barədə C.H.Alışova demişdir. Daha sonra layihədə mənzil seçilmişdir. C.Alışovun otağınd a Cavabdeh2 mənzilin pulunun böyük hissəsini onun iştirakı ilə C.Alışova vermiş, qalan 10000-11000 manatı isə Cavabdeh2 ona göndərmiş, o da, həmin vəsaiti C.Alışova vermişdir. C.Alışov Cavabdeh2 adına müqavilə və maliyyə arayışı tərtib edərək vermişdir. MTK-da kassa olsa da, mənzillərin pulu kassaya deyil, C.Alışova ödənilirdi, ödənişə görə maliyyə arayışı verilirdi.

21. Cavabdeh 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia ərizəsi təmin edilməmişdir.

23. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləni n yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz.

24. Məhkəmə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə is ə göstərmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir.

25. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337-ci, 340.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır.

28. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi onun hüquqlarına toxunduğu üçün ləğv edilməsi və iddia tələbinin iş üzrə müəyyən olunmuş yeni əsaslarla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət belə əsaslandırılmışdır ki, onunla MTK arasında bağlanmış "xxxx" xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın 2-ci girişinin 12-ci mərtəbəsində 4 otaqdan ibarət, 167 kv.m sahəsi olan 202 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq, o, mənzilin dəyəri olan 91850 (doxsan bir min səkkiz yüz əlli) manat pulu MTK-ya ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh1 MTK müqavilə üzrə öhdəliyini icra etməmiş və mənzili ona təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, MTK ona təhvil verməyi öhdəsinə götürdüyü mənzili başqa şəxslərə də satmış, həm pulunu mənimsəmiş, həm də mənzili ona təhvil verməkdən yayınmışdır. Bundan sonra uzun müddət MTK rəhbərliyi ilə danışıqlar aparmış və ona bildirmişlər ki, qısa zamanda mənzilin ona təhvil verilməsini təmin edəcəklər. MTK-nın inandırıcı və ümidverici vədlərinə aldanaraq, uzun müddət gözləmiş, lakin bir neçə ay bundan öncə təsadüfən ona məlum olmuşdur k i, MTK tərəfindən ona satılmış mənzillə bağlı məhkəmə mübahisəsi mövcuddur. Bundan sonra dərhal məhkəməyə müraciət etmiş və qətnaməni əldə etməyə müvəffəq olmuşdur. Bildirmək istəyir ki, hazırkı iş üzrə İddiaçı ilə MTK arasında bağlanmış müqavilə yalan əqd olmaqla etibarsızdır və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razıdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş hallardan belə nəticəyə gəlmək olur ki, guya mənzilin Cavabdeh2 satılması barədə xx.xx.2008-ci il tarixli müqavilə əsaslıdır və mənzilin həmin müqavilə əsasında Cavabdeh2 verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalarsa, bu qətnamə ilə müəyyən olunmuş halların başqa işə baxan məhkəmə üçün məcburiliyi prinsipi əsas götürülərək, mənzilin Cavabdeh2 alınaraq ona verilməsində ciddi çətinliklər yaşanacaqdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli xx.xx.2022-сi il tarixli qərardadı ilə mülki iş üzrə kompleks, məhkəmə-xətşünaslıq və sənədlərin-texniki ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1286-5/1022- 5/1028 saylı ekspert rəyinə görə Ekspertizaya təqdim edilmiş, 2(103)-4124/2022 saylı mülki işin 1ci cildinin 8-ci vərəqində olan 23 aprel 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza; mülki işin 9-cu vərəqində olan 23 aprel 2007-ci il tarixli “Ma liyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza, 12 iyun 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Aİışov” yazılarının qarşısında olan imza; 12 iyun 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

32. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X2 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X2 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının üzərlərində olan möhür əks i relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.

33. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X2 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X2 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının üzərlərində olan möhür əksi ilə öz aralarında eynilik təşkil edirlər.

34. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışınının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı.

35. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4124/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2 008-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanımış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə İddiaçı təhvil vermək vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməsi, Cavabdeh1 MTK-dan 105210 (yüz beş min iki yüz on min) manat alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir.

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, digər Cavabdeh2, eləcə də qətnamə ilə hüquqlarına (maraqlarına) toxunulan şəxs Maraqlı şəxs arasında eyni mənzilə dair ayrı-ay rılıqda üç müqavilə bağlanmışdır. Həmin müqavilələrin hər üçünün əsli məhkəmə tərəfindən tədqiq olunmuş, onların hər üçünə dair müvafiq ekspertizalar keçirilmiş və onların həqiqiliyi (bağlanması tarixi, imzalar və istifadə olunmuş möhürlərin eyniliyi baxımından) təsdiq olunmuşdur. Eyni hal, yəni sənədin həqiqiliyi həmin müqavilələrə dair verilmiş maliyyə arayışlarına münasibətdə də təsdiq olunmuşdur. Araşdırmalar zamanı tədqiq olunmuş həmin üç müqavilənin MTK ilə bağlanmasının zaman (vaxt) baxımından ardıcıllığının aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: - MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MTK ilə həmin müqavilələrin xrono loji ardıcıllığının yuxarıda qeyd olunduğu tarixlərə aid olması, eləcə də hər üç müqaviləni eyni, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə aid olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur.

38. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzilə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin mənzilə da ir alğı-satqı müqaviləsi bağlaya bilməzdi. Hazırkı işdə müəyyən olunduğu kimi, iddiaçı tələbində ona məxsus mənzilin MTK tərəfindən təhvil verilməsi ilə yanaşı həm də MTK ilə Cavabdeh2 arasında özünə məxsus mənzilə dair sonradan bağlanmış müqavilənin etibarsızlığını irəli sürmüşdür. Baxılan mülki işin müəyyən olunmuş faktiki halları və Mülki Məcəllənin müvafiq maddələrinin tələbləri baxımından bəlli olur ki, iddiaçının hər iki tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, Cavabdeh2 münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilməlidir.

39. Məhkəmə kollegiyası MTK ilə Maraqlı şəxs ilə bağlanmış müqaviləyə münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, birincisi, iddiaçı hazırkı icraatda həmin müqaviləni mübahisələndirməmişdir, ikincisi isə Maraqlı şəxs apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən bəlli olur ki, Maraqlı şəxs özü Binəqədi Rayon Məhkəməsinə həmin müqaviləyə əsasən cavabdehlər MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” barədə iddia vermişdir. Kollegiyanın qənaətinə görə məhz bu səbəbdən həmin müqaviləyə hazırkı icraatda münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

40. Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, iddiaçının tələbinin əsaslı, yəni MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlı müqavilə olması, eləcə də həmin mənzilin ilkin olaraq İddiaçı satıldığı müəyyən olunduğundan, Maraqlı şəxs şikayətinin – iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin yalan əqd olması və həmin mənzilin ona məxsus olması b arədəki dəliləri əsaslı deyildir. Bununla belə o, şikayətində qətnamənin ləğvini istədiyindən, rayon məhkəməsinin qətnaməsi isə digər əsaslara görə ləğv edilməli olduğundan, onun şikayəti qismən təmin olunmalıdır.

41. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadına təsbit olmuş hüquqi mö vqelərə, Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətninə, 452.1, 178.8, 157.2, 337.1, 337.3, 337.5 339.2, 340.1, 340.2, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.1, 14.2, 77.1, 76.1,77.3, 220.4, 372.1, 372.2, 372.4, 372.6, 372.7, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh2 kassasiya şikayəti (Vəkil2) verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 127, 129cu maddələri, ”Məhkəmələr və hak imlər haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 4, 8, 99-cu maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6 və 13-cü maddələri, Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 340.2, 452-ci maddələri, MPM-in 88, 77.1, 106.1,14.2, 217.1-ci maddələri, o cümlədən beynəlxalq məhkəmə təcrübəsi (Avropa İnsan hüquqları məhkəməsinin "Delkart Belçikaya qarşı" i üzrə 1970-ci il 17 yanvar tarixli, "Piersack Belçikaya qarşı" iş üzrə 1982-ci il 1 oktyabr tarixli, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı) pozulmaqla qətnamə qəbul edilmişdir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə qətnaməsini ləğv edib iddianın təmin edilməsi nəticəsinə gələrkən hazır kı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. İşdə olan sənədlərdən görünür ki, cavabdeh MTK-nın Bakı şəhər, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə dair üç ayrı-ayrı müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh MTK arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Bu baxımdan iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin həqiqətən yaranıbyaranmadığı dəqiq müəyyən edilməlidir. İddiaçının əmlaka hüququ yaranmadığından mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyinə verilməsi təsdiqini tapdığı üçün sonuncunun mənzili təmir etməsinin və digər xərclər çəkməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq mötəbər sübutlar əsasında təhlil edilməlidir. Hesab edilir ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilməli, m ənzil üzərində Cavabdeh2 sahiblik hüququnun yaranması təsdiqini tapdığından bu çərçivədə mənzilin daha əvvəl sonuncunun sahibliyinə verilməsi faktı nəzərə alınmaqla, bu normanın dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmayıb. Sözü gedən mənzillə bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində iddiaçı mübahisəli mənzilin sahibliyində olmamasına baxmayaraq zərərçəkmiş kimi tanınmağa cəhd etməmiş və ümumiyyətlə ona iddia etdiyi kimi barter üsulu ilə verilən mənzillər barəsində ümumi məlumatlar verməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Yeni Yasamal MTK aramda bağlanmış xx.xx.2007-c il tarixli müqaviləyə əsasən tərəflərin niyyəti MTK-nın inşa etdiyi binadan mənzilin alınıbsatılması deyil, həmin binanın inşası üçün tələb olunan tikinti materialının, yəni MTK-nın İddiaçı 68000 manat dəyərində betonun alınmasını təsdiq etmək olmuş, İddiaçı müqavilə bağladıqdan 12 il sonra həmin müqavilədə qeyd olunan mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz imzası ilə təsdiq etdiyi iddia ərizəsində isə bildirmişdir ki, Yeni Yasamal M TK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan i barət 167 m2 sahəsi olan 202 saylı mənzil tam hazır vəziyyətdə ona təhvil verməli, iddiaçı isə müqavilə məbləği olan 66800 manatı cavabdehə ödəməli idi. O, həmin müqavilə üzrə öhdəliyini tam icra edərək müqavilə məbləği olan 66800 manatı müqavilə bağlandığı gün, yəni xx.xx.2007-ci il tarixdə cavabdehin kassasına nağd olaraq ödəmiş və cavabdeh tərəfindən ona bu barədə maliyyə arayışı verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatın dəqiqləşdirilməsi üçün məhkəmə iclaslarında dəfələrlə iddiaçının nümayəndəsinə cavabdeh tərəfindən verilmiş həmin mənzilə görə onlar tərəfindən nağd qaydada ödəniş edilib edimədiyinə dair suallara cavabda təkidlə bildirilmişdir ki, mənzilə görə yalnız nağd qaydada ödəniş edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sübutlarla iddi açının əslində həmin mənzilə dair müqavilə və maliyyə arayışını həmin binaya verilmiş beton müqabilində girov olaraq əldə etdiyi sübut olunduqdan sonra isə iddiaçı mövqeyini dəyişərək guya mənzili barter üsulu ilə aldığını bildirməyə başlamışdır. Lakin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MTK-nın təsisçiləri tərəfindən imza və möhürlə təsdiq olunan "şahmatka" cədvəlindən də müəyyən edilmişdir ki, binanın 12-ci mərtəbəsində yerləşən 202 saylı mənzil tikinti xərclərinin ödənilməsi üçün ayrılmış mənzillərdən deyil, satış üçün ayrılmış mənzillər siyahısına aiddir. Bunu iş üzrə şahid qismində dindirilmiş həmin MTK-nın təsisçilərindən olmuş Əliheydər Şahmarov da öz ifadəsində təsdiq etmişdir. İşin bu faktiki halı və buna dair iş materiallarında olan sübutlar apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılsa da çox təəssüf ki, məhkəmə qeyd olunan dəlilləri araşdırmamış, bu barədə sübutların rədd edilməsi üçün öz qətnaməsində heç bir əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli mənzil faktiki olaraq 2013-cü ildən Cavabdeh2 təhvil verilmişdir. Mübahisəli mənzil fərdi müəyyən edilən əşyadır və təqdim edilən sübutlardan da göründüyü kimi, mübahisəli mənzil faktiki olaraq Cavabdeh2 mülkiyyətinə verilib. Əgər tərəflər arasında real kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz. Ekspert rəyində qeyd edilmişdir ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma ta rixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “Yeni Yasamal" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, “Yeni Yasamal" MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, “Yeni Yasamal" MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, “Yeni Yasamal" MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin" sualları üzrə tədqiqat aparılmadı. Göründüyü kimi, həmin müqavilələrin məhz 2007-ci ildə imzalanması və tərtib edilməsi hələ də sual altındadır. Həmin mənzilə 2013-cü ildən g iriş qapısı quraşdırılmış və onun açarları həmin vaxtdan S.Nümayəndə1dır, sonuncu həmin mənzildə bəzi təmir işləri də aparmışdır. Bu müddət ərzində Y.X.Hüseynov və digər maraqlı şəxs R. Allahverdiyev heç vaxt həmin mənzilə gəlməmiş, mənzil heç vaxt onların sahibliyində və istifadəsində olmamışdır. MTK-nın təsisçilərinin tərtib etdikləri mənzillərin bölünməsi ilə bağlı sxemdə 202 saylı mənzilin tikinti üçün deyil, satış üçün ayrılması qeyd olunmuşdur. Bütün bu faktlar iddiaçı tərəfindən cinayət işi üzrə verdiyi ifadələrdə qeyd edilmiş, MTK-nın nümayəndələri də izahatlarında qeyd etmişlər. Ona görə də MTK tərəfindən bu mənzil S.N.Nəsirova satılmışdır. İddiaçının bağladığı müqavilə etibarsız olduğundan onun MTK ilə S.Nümayəndə1 arasında bağlanan müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Bağladığı müqavilə etibarsız olduğundan İddiaçı mənzilin ona təhvil verilməsini tələb edə bilməz. Hesab edilir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. İddiaçı Y.X.Hüseynovla MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanan müqavilə pərdələnmiş əqdir (pərdələnən əqd-öhdəliyin təmin etmə üsullarından olan Girov müqaviləsi, Pərədələyən əqd isə yaşayış binasında Mənzil tikintisi haqqında müqavilədir). Əslində tərəflərin iradə ifadəsi mənzil alıb satmağa deyil, binanın tikintisinə beton veril məsi qarşılığında həmin mənzilin satışından əldə edilən pul məbləğinin beton verən şəxsə ödənilməsi öhdəliyini həmin mənzili girov qoymaqla təmin edilməsinə yönəlmişdir. Bu mövqe birinci instansiya məhkəməsində iddiaçının iddia ərizəsinə münasibətdə qarşlıqlı iddia verib daha sonra cinayət işində müdafiəçisi olduğu, hazırda isə nümayəndəsi olduğu MTK sədrinin bundan xəbərinin olmadığına əsaslanaraq həmin qarşılıqlı iddia ərizəsini geri götürərkən izahat verən peşəkar Vəkil4 mövqeyidir. Mübahisə üzrə düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün aşağıda qeyd edilən sual üzrə araşdırma aparılmalı idi: -İddiaçı ilə cavabdeh MTK arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib? Bu sual üzrə araşdırma aparılmış olsa iddia tələbi yuxarıda qeyd olunan dəlillərə əsasən rədd edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

46. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni).

47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

49. Maddə 337.4. Etibarsız əqd onu n etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

50. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

51. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır.

53. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki Prosessual Məcəllə

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol ver ildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

66. Belə ki, birinci instansiya məhkəməsindəki icraatda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəni rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması əsası ilə iddia tələbini rədd etmişdir.

67. Birinci instansiya məhkəməsinin bu mövqeyi il ə razılaşmayaraq iddia tələbini tam təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya məhkəməsi İddiaçıla MTK arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olmadığı qənaətinə gələrək bu əsasla iddia tələbini təmin edərkən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməmiş, bu hal üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Nəticədə mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müvafiq normalarının tələbləri pozulmuşdur.

68. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavab dehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə müvafiq araşdırma aparılmadan və həmin ərizəyə mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilmədən, hazırkı mübahisənin qanuni və ədalətli həlli təmin oluna bilməz.

69. Mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı imperativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahis ə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarları).

70. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradı r. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarı).

71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hazırkı mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir.

72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar