Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1909/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi, hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavad oğlunun Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi ) qarşı işə bərpa və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)686/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh və ya MMC) təsisçisi X1 24 dekabr 2021-ci il tarixli, 01/21-K nömrəli əmrinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) sözügedən tarixdən MMC-yə Baş direktor vəzifəsinə təyin edilmişdir.
2. MMC ilə iddiaçı arasında 20 may 2022-ci il tarixdə bağlanan əmək müqaviləsinin 2-ci bəndinə görə, müqavilə müddətsiz bağlanmış, işçi xx.xx.2021-ci il tarixdən işə başlamış, 8-ci bəndinə görə, əmək haqqı məbləği dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmişdir.
3. İddiaçının MMC-nin nümayəndəsi kimi İspaniyanın Granada şəhərinə işgüzar səfərə dəvət edilməsi ilə bağlı İspaniyanın “Menbur S.A.” şirkəti tərəfindən 9 mart 2023-cü il tarixli, İsveçrəyə işgüzar səfərə dəvət edilməsi ilə bağlı isə İsveçrənin “Tally Weijl” Trending AG” şirkəti tərəfindən 13 mart 2023-cü il tarixli elektron məktublar daxil olmuşdur.
4. Kart vasitəsilə 29 mart 2023-cü il tarixində hava limanı kateqoriyası üzrə 1.718,81 manat məbləğində ödəniş edilmiş, iddiaçının adına 10 aprel 2023-cü il tarixində Bakıdan İstanbula, İstanbul dan isə Madrid Barjasa uçuş üçün **********471 nömrəli aviabilet alınmışdır. xx.xx.2023-cü il tarixində İspaniyanın Madrid şəhərindən İsveçrənin Zürih şəhərinə uçuş üçün iddiaçının adına növbəti aviabilet alınmış, 1 nəfərlik biletə görə 153,38 avro ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində Zürih şəhərindən Varşavaya, Varşavadan isə Bakı şəhərinə dönüş üçün iddiaçının adına **********088 nömrəli aviabilet alınmışdır. Bilet üçün tək nəfərə 248,50 ABŞ dollar ödəniş edilmişdir.
5. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinin çağrı mərkəzinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və göstərmişdir ki, təsisçi tərəfindən ona təzyiqlər göstərilərək, işdən çıxması üçün öz təşəbbüsü ilə ərizə yazması tələb olunur. Ona mart ayı ərzində əmək haqqı ödənilməmişdir, onun rəsmi əmək haq qı 1.000 manat qeyd edilsə də, faktiki olaraq 3.500 manat almışdır.
6. MMC-nin 7 aprel 2023-cü il tarixli, 69 nömrəli əmri ilə (iddiaçı özü imzalamışdır) iddiaçının xx.xx.2023-cü il tarixdə daxil olmuş məktuba əsasən, iş ilə əlaqədar zərurət yarandığından xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 təqvim günü müddətində Bazel, Viaduktstrasse 42A, 4051 TALLY WEİJL Kampusunda keçiriləcək görüşə ezam olunması, direktorun xidməti ezamiyyət xərclərinin smetasının təsdiq olunması, mühasibatlığın ezamiyyə xərclərinin smetasına uyğun olaraq direktora avans pulunun ödənilməsini həyata keçirməsi əmr edilmişdir.
7. İddiaçı xx.xx.2023-cü il tarixində Madrid-Barjas istiqamətinə ölkəyə giriş etmiş, xx.xx.2023-cü il tarixində Varşavadan çıxmışdır. 8. xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında DƏM Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – üçüncü şəxs) iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə aydınlıq gətirməsi və ona məxsus sənədlərin təqdim edilməsi ilə bağlı məktubla MMC-yə müraciət etmişdir. 9. xx.xx.2023-cü il tarixdən MMC-nin direktoru X3 təyin edilmiş, müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ƏƏSMF-nin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. 10. “Əmək müqaviləsinə xitam verilməsi” barədə 83 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdə işdənçıxarma əsası kimi “təsisçinin qərarı” göstərilmiş, işçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023- cü il tarixədək istifadə edilməmiş 41 məzuniyyət gününün son haqqhesabının hesablanıb ödənilməsi əmr edilmiş, həmin tarixdə də iddiaçıya 2.029 manat ödəniş edilmişdir. Əmr direktor kimi Ramil Xanalıyev tərəfindən verilmişdir.
11. X4 Xidməti xx.xx.2023-cü il tarixli, 3-17-5/2-C2338216/2023 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, MMC tərəfindən tələb olunan sənədlər təqdim olunmamışdır. Həmçinin iddiaçının müraciətində qeyd etdiyi məsələlərlə əlaqədar yenidən X4 Xidmətinə verdiyi izahatında əmək haqqının bir qismini bank kartı vasitəsilə aldığını, bir qismini isə nağd formada əldən aldığını bildirmişdir. İddiaçının təqdim etdiyi əmək haqqı barəsində bank hesabından çıxarışa baxış zamanı iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixində 2.029 manat ödənişi n olduğu müəyyən edilmişdir. Nağd formada ödənişlə bağlı isə iddiaçı hər hansı təsdiqedici sənədinin olmadığını bildirmişdir. İddiaçının izahatına əlavə etdiyi xidmət haqqının hesablanması cədvəllərinə baxış zamanı sənədlərdə müəssisəyə aid möhür və imza olmadığı üçün həmin sənədləri təsdiqedici sənəd kimi qəbul etmək mümkün olmamışdır.
12. İddiaçı ardıcıl olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Xidmətə şikayət etmiş və onun müraciətləri anoloji məzmunda cavablandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı məhkəməyə müraciət edərək, MMC-nin direktoru vəzifəsindən azad olunmağı barədə verilmiş əmr və qərarın ləğv olunaraq əvvəlki işinə qaytarılmağı, ala bilmədiyi və haqqı olan rəsmi əmək haqqını 100 0 AZN, Əmək Məcəlləsinin 172.5-ci bəndində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 400 AZN, ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş 1830 azn, ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiyməti 1561 azn,mediasiya prosesi üçün ödədiyi 50 azn və maddi və mənəvi zərərə görə isə 20000 azn pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC-ni Ramil Xanalıyevlə birlikdə yaratmış və ona göstərdiyi etimad və inamın nəticəsi olaraq Ramil Xanalıyevi təsisçi kimi təqdim etmişdir. 2023-cü ilin aprel ayı üzrə əmək haqqını, xarici ezamiyyə xərclərini, əmək kitabçasını müəssisənin yeni direktoru kimi qeydi yyatdan keçmiş Ramil Xanalıyev vermir. Hətta son haqq-hesabının hesablanıb ödənilməsində qanun pozuntuları mövcuddur. Əmək kitabçası təqdim olunmadığı üçün işdən çıxarılma səbəbi bilinmir. İşdən azad olunma haqqında onun ərizəsi və ya qarşı tərəfin hər hansı bir sənədi yoxdur. Cavabdeh onu Əmək Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərini pozaraq işdən çıxarmışdır və hətta əmlakına zərər vurduğu görülməkdədir. Şirkətin 700.000 manat kreditinə onu zamin edib və bu böyük məsuliyyətin əziyyətini, psixoloji sarsıntılarını keçirdir. Onu tanıyan kim varsa hər kəsin yanında işdən çıxarılma səbəbinin oğurluq etdiyinin aşkarladığını deyərək onun şərəf, ləyaqətini ləkələyib və gələcəkdəki karyerası və iş həyatını demək olar ki məhv etmişdir. Onu bütün iş adamları, şirkət rəhbərləri qar şısında nüfuzdan salmışdır. Kollektiv içindəki hörməti, yaxın ətrafının keçirdiyi stress, kollektiv arasında gözdən salınmağı məqsədi ilə barəsində qərəzli əmrin verilməsi onun Cavabdeh MMC-nin rəhbəri Ramil Xanalıyevə qarşı mənəvi ziyana görə təzminat tələb etməyinə əsas vermişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü tarixində ondan məcburi qaydada ərizə yazmaqla işdən çıxması təkid edilmiş, lakin belə bir ərizə yazmaqdan imtina etmişdir. Bu məsələ barədə xx.xx.2023-cü il tarixində əmək müfəttişliyinə müraciət etmişdir. Həmin ayda, yəni mübahisəli vaxtda işinə gedib-gəlmişdir. Aprel ayının 25-də isə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilmişdir. Lakin nə əmək kitabçası, nə də ki, əmrin surəti ona ver ilməmişdir. Son haqq-hesab zamanı isə 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əmək haqqını alsa da, aprel ayı üçün nəzərdə tutulan əmək haqqını almamışdır. Həmin ərəfədə əmək müfəttişliyinə bir dəfə də müraciət etmiş, lakin əmək müfəttişliyi cavabdehin tələb olunan sənədləri təqdim etməməsinə görə məsələyə tam münasibət bildirə bilməmişdir. Ümumiyyətlə əmək haqqı 1000 manat olmuş, tutulmalardan sonra isə 889 manat almışdır. Ezamiyyət məsələsinə münasibətdə isə qeyd etmişdir ki, işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə görə danışıqlar aparırdı. Ölkələrdən gələn dəvətlərə rəhbərin əmri ilə ezam edilir, otel xərci və yol xərci şirkət tərəfindən qarşılanırdı. Biletin pulu şirkətə aid edilirdi. Dəvətnamə gələn şəhərlərə dəvətnamələri, şəhər və ölkələrə giriş çıxışlar ı məlumdur. Hətta ezamiyyətlə bağlı şirkətin əmri var. Aprel ayının 25dən iddia verilən iyun ayına kimi 40 gün hesablamaqla cavabdehdən əmək haqqını gecikdirdiyi hər günə görə gecikmiş əmək haqqının 1 % məbləğini tələb edir. Maddi zərər hissəsində iddia ərizəsində texniki yalnışlıq olsa da, cavabdehdən 20000 manat məbləğində mənəvi zərər tələb edir. Çünki rəhbəri onun barəsində onu işgüzar nüfuzdan salan hərəkətlər etmişdir. Digər şirkət rəhbərləri barəsində maraqlandığı zaman onlara da yanlış məlumat verməkdədir. Hazırkı qətnamənin qəbulu ilə işə bərpa edilməsi, əslində yaranmış mübahisənin həlli üçün və ona qarşı olan ittihamların yalan olduğunu sübut etmək üçün kifayətdir.
16. Cavabdeh və üçüncü şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4149/2023 nömrəli iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi, 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə (25 gün) ödənilməyən əmək haqqının cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 günə görə) ödənilməyən əmək haqqının 40 faizi miqdarında pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ezamiyyə xərclərinə görə 1.830 manat, yol xərclərinə görə 1.561 manat məbləğində pul vəs aitinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 50 manat məbləğində mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin əmrin ləğvi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 68.2(a) maddəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İddiaçı isə ümumi əsasa istinad etməklə, Mülki Məcəllənin tələblərinə əsaslanaraq tərəflər arasında olan əmək münasibətlərinə xitam vermişdir. Halbuki əmək qanunvericiliyinin tələbinə əsasən tərəflərdən birinin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi ( ƏM 69-cu maddəsi) və əmək müqaviləsi nin işəgötürən tərəfindən ləğvi (ƏM 70-ci maddəsi) nəzərdə tutulmuşdur. Bununla belə tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verə bilərlər. Cavabdehdən dəfələrlə işdən çıxarma barədə sənədlərin təqdim edilməsi tələb edilsə də, o, nə təsisçinin və ya ümumi yığıncağın qərarını, nə tərəflərin qarşılıqlı razılığı barədə sənədləri, nə işçinin işdən çıxmaq barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Halbuki işdən çıxma barədə əmr əsaslandırılmalı olduğu halda, cavabdeh tarixi və nömrəsi qeyd olunmayan naməlum qərara istinad etməklə mülki hüquq münasibətlərinə əsaslanaraq əmək müqaviləsinə xitam verilmə barədə əmr qəbul etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 83.1ci maddəsində qeyd edilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
19. Məhkəmə, işlədiyi 2023-cü ilin aprel ayı üçün ödənilməyən əmək haqqı ilə bağlı hissədə qeyd etmişdir ki, işçi olan iddiaçıya 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətdə əmək haqqı ödənilməmişdir. İddiaçıya son haqq-hesab ödənilən zaman 2023-cü ilin tam işlədiyi yanvar, fevral və mart ayları nəzə rə alınsa da, 25 gün işlədiyi aprel ayı nəzərə alınmamışdir. Halbuki işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Odur ki, işçiyə 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə ödənilməyən əmək haqqı cavabdehdən tutulmalıdır. Məhkəmə, bunun davamı olaraq iddiaçının məhkəməyə müraciət edildiyi tarixədək, 40 gün müddətində gecikdirilmiş vaxt üçün ödənilməyən əmək haqqının 1 faizi məbləğində ödənc verilməsi barədə tələbi də əsaslı hesab etmişdir.
20. Ezamiyyə xərclərinin ödənilməsi hissəsində iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində Bakıİstanbul-Madrid reysi ilə uçmuş, xx.xx.2023-cü il tarixində isə Zürih-Varşava-Bakı reysi ilə ölkəyə qayıtmışdır. Ezamiyyətdə olduğu 5 təqvim günü üçün İ sveçrədə olması nəzərə alınarsa, ((bir günlük normaya görə 210 Avro x 5) =1.050 Avro (1.894,54 manat hazırkı məzənnə ilə)) iddiaçının ezamiyyə xərclərinə görə 1.830 manat məbləğində tələbi əsaslı sayılmalıdır. Biletlər üçün iddiaçının çəkdiyi xərcin cavabdeh MMC-dən tutulması hissəsində iddia tələbinə münasibətdə rayon məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçı tərəfindən Bakı-İstanbul-Madrid reysi üçün təyyarə biletinə görə 860 manat, Zürih-Varşava-Bakı reysi üçün təyyarə biletlərinə görə 153.38 Avro və 248,50 ABŞ dolları ödənilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən ödənilmiş həmin vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmin vəsait ödəniş anının məzənnəsinə uyğun olaraq 1.561 manat təşkil edir. Məhkəmə bu məqamda da iddia tələbindən k ənara çıxılmasının yol verilməzliyini diqqətə almışdır.
21. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin mənəvi zərərin tutulması hissəsini əsassız hesab edərək rədd etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələri, 70-ci maddəsi, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissələrində ləğv edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci inst ansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək qanunu səhv təfsir etmişdir. İddiaçı nə təsisçiyə, nə də şirkətin hər hansı işçisinə işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə görə gələn dəvətlər barədə məlumat verməmiş, təsisçidən bu barədə razılıq almamış, öz şəxsi məqsədləri və şəxsi biznesini qurmaq məqsədilə ilə şirkətin adı altında arvadı ilə birgə səfərə getmişdir. İddiaçı həmin dəvətlər barədə təsisçiyə məlumat versə, buna etiraz ediləcəyini bildiyi üçün şirkətin deyil, öz şəxsi vəsaiti ilə bilet almışdır. İşçinin bu barədə müvafiq razılıq almadan, müvafiq əmrdən əvvəl, öz şəxsi vəsaiti hesabına şirkətin işi ilə əlaqədar hər hansı bir hərəkət etmək, ezamiyyət xərci çəkmək, ezamiyyət adı altında xarici səfərə getmək hüququ yoxdur. İddiaçı özü bildirir ki, ezami yyətə getdiyi ərəfədə təsisçi Ramil Xanalıyevlə münasibətləri pisləşmiş, “Asan imza” Ramil Xanalıyev tərəfindən dəyişdirilmişdir. Belə olan halda, iddiaçı nəyə görə xarici ezamiyyətə getməkdən imtina etməməsinin səbəbini və ezam barədə əmri necə rəsmiləşdirməsini izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman bir sıra ciddi prosessual hüquq normalarının pozuntusuna da yol vermişdir. Belə ki, iş materiallarında iddianın qismən təmin edilməsi hissəsində məhkəmənin müəyyən etdiyi faktiki halları, xüsusilə iddiaçının şirkətin işi ilə bağlı xarici ölkələrdə ezamiyyətdə olması ilə bağlı irəli sürdüyü dəlili təsdiq edən heç bir mötəbər sübut yoxdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün müvafiq faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. İddiaçı özünün direktor olduğu zaman saxta əmrlə öz əmək haqqının məbləğini artırmış və bu barədə əmri saxtalaşdırmışdır. Belə ki, həmin əmr düzgün tərtib edilməmiş və istinad edilən səlahiyyətli şəxs (təsisçi) tərəfindən imzalanmamışdır. Həmin əmrdən görünür ki, əmri imza edən şəxs kimi təsisçi qeyd edilmiş, onun adından imza edilmiş, lakin imzanın qarşısında direktorun adı, soyadı və atasının adı qeyd edilmişdir. İmza təsisçiyə aid deyildir, onun adından və onun imzasına oxşadılmaqla iddiaçı tərəfindən icra edilmişdir. Nəzərə alınsa ki, iddiaçının xeyrinə tutulan məbləğin əhəmiyyətli hissəsi bilavasitə həmin əmrlə bağlıdır, o zaman həmin əmrin saxta olub-olmaması düzgün müəyyən edilməlidir. Həmin əmr üzrə imzanın istinad edilən şəxs (təsisçi) tərəfindən icra edilib-edilməməsinin müəyyən olunmasından ötrü məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli və bu, apellyasiya instansiyası məhkəməsinə verilmiş vəsatət kimi qəbul edilməlidir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-686/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onunla bağlanmış "xxxx" xitam verilməsi və işdən azad olunması barədə işəgötürənə MMC-yə ərizə verməmiş, işəgötürən öz təşəbbüsü ilə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir.
27. Cavabdeh MMC özü də apellyasiya şikayətində qeyd etmişdir ki, əslində iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməli olduğu halda, işəgötürən tərəfindən ona humanist yanaşılaraq Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Lakin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi öz əksini tapmamış və həmin əsasla Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilərkən görülməli olan tədbirlər nəzərə alınmamışdır. Əmək müqav iləsinə xitam verilməsi haqqında əmrdə 70-ci maddənin “ç” bəndinə istinad edilmədiyi üçün əmrin qanuniliyinin həmin maddənin tələbləri baxımından dəyərləndirilməsi və cavabdeh MMC-nin iddiaçının kobud pozuntulara yol verməsi ilə bağlı dəlillərinə hazırkı mübahisə çərçivəsində qiymət verilə bilməz.
28. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş, bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Bu maddənin birinci hissəsi ndə nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırmış, həmçinin, iddiaçının ezamiyyə xərcinin və təyyarə biletlərinin dəyərinin tutulmasına dair hissədə qeyd etmişdir ki, MMC, iddiaçının öz şəxsi məqsədləri üçün həmin səfərlərə getməsini sübut edə bilməmişdir. Əksinə, cavabdehin qeyd edilən dəlilləri iş materialları ilə təkzib olunmaqdadır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə araşdırması n əticəsində birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək hər hansı prosessual hüquq normasının pozuntusuna yol verildiyi müəyyən edilməmişdir
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63, 68, 69, 70, 72, 73, 74, 75, 79, 83-cü maddəsinin 1-ci hissəsinə, 84 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil Oktay oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- əmrin ləğv edilməsi və işə bərpa hissələrində ləğv edilməsini, iddianın həmin hissələrdə təmin edilməməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr hüququn tətbiqində səhvə yol vermişdir. İddiaçı bir tərəfdən “X6 imzanı ondan aldığı üçün ezamiyyət xərclərininsmetasının ödənişlərini icra edə bilməməsin”dən bəhs etdiyi halda, digər tərəfdən ondan sonra gələn cümlədə “Lakin biletləri aldığı üçün və həmin ərəfədə münasibətləri o qədər də pisləşmədiyi üçün xx.xx.2023-cü il tarixdə həmin ölkələrə getməsin”dən bəhs edir. Halbuki, iddiaçı aprel ayının 1-dən etibarən aralarındakı münasibətlərin pisləşməsindən bəhs edir. İddiaçının dediklərinə əsasən, Ramil Xanaliyevin ondan guya işdən məcburi qaydada çıxmasını tələb etməsi, iddiaçının X2 Əmək Müfəttişliyi Xidmətinə şikayət etməsi, guya Ramil Xanaliyevin ondan Asan İmzanı alması, Asan İmzanı guya xx.xx.2023-cü il tarixdə dəyişdirməsinin münasibətlərin pisləşməsi olmaması anlaşılan deyil. Digər tərəfdən, necə ola bilər ki, guya Ramil Xanalıyev xx.xx.2023-cü il tarixdə ezamiyyət xərclərini ödəməmək üçün Asan İmzanı dəyişdirdiyi və bu səbəbdən mühasibatlıq əmək haqqını, ezamiyyət xərclərini ödəyə və bank əməliyyatlarını icra edə bilmədiyi halda, iddiaçı şəxsən özü direktor olaraq xx.xx.2023-cü il tarixli 69 saylı direktorun xidməti ezamiyyətə getməsi haqqında ezam əmrini vermiş və imzalamışdır. İddiaçı 30 mart 2023cü il tarixdə bilet aldığı və guya Ramil Xanalıyevin xx.xx.2023-cüil tarixdə ezamiyyət xərclərini ödəməmək üçün Asan İmzanı dəyişdirdiyi halda özünün daha çox maddi zərər çəkməməsindən ötrü nə üçün sonrakı tarixlərdə (1 həftə keçdikdən sonra) qeyd edilən xarici səfərlərdən imtina etmədiyini izah etməmiş və əsaslandırmamışdır, yəni iddiaçının dediyinə əsasən, iddiaçı görür və dərk edir ki, İspaniyaya özbaşına təyyarə bileti alıb, lakin Ramil Xanalıyev xx.xx.2023-cü il tarixdə ezamiyyət xərclərini ödəməmək üçün Asan İmzanı dəyişdirib və israrla xaricə səfərə gedib daha çox maddi xərc çəkir, həmin səfərdən imtina etmir, onun bu səfərə getməkdə, bu qədər israr etməklə marağı vardır. Məhz iddiaçının həmin izahatlarından və etiraflarından belə nəticə hasil olur ki, təsisçi iddiaçının qeyd edilən səfərlərindən əvvəlcədən heç bir məlumatlı olmamış və olsaydı belə həmin səfərlərə etiraz edib razı olmayacaqdı.
34. Apellyasiya instansiya məhkəməsinin yol verdiyi ən kobud, böyük və ciddi pr osessual pozuntulardan biri ondan ibarət olmuşdur ki, məhkəmə cavabdeh tərəfin verdiyi bütün vəsatətləri qanunsuz və əsassız olaraq təmin etməmiş, yəni həmin vəsatətləri heç bir qanuni əsaslandırma aparmadan rədd etmişdir və bu zaman sədrlik edən hakimin şifahi formada elan etdiyi yeganə “dəlil” ondan ibarət olmuşdur ki, həmin vəsatətlər birinci instansiya məhkəməsində verilməmişdir. Halbuki, cavabdeh tərəf həmin vəsatətlərin məhkəməyə təqdim edilməsi zamanı məhkəmə iclasında izah etmiş və əsaslandırmışdır ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində ümumiyyətlə iştirak etməmişdir. Digər tərəfdən həmin vəsatətlərdə qeyd edilən bütün xüsusatlar birinci instansiya məhkəməsində icraat başa çatdıqdan, yəni müvafiq qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfə məlum olmuşdur və buna görə də həmin vəsatətlərin verilməsinə zərurət apellyasiya instansiya məhkəməsində yaranmışdır.
35. Apellyasiya instasiyasının apellyasiya şikayətinin 2023-cü ilin aprel ayı üçün iddiaçıya əmək haqqı ödənilməli olmaması ilə bağlı dəlillərinin əsassızlığı ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətdə əmək haqqı ödənilməməsinin əsas və yeganə səbəbi iddiaçının təsisçi ilə aralarındakı münasibətlərinin pis olmasını əsas gətirərək heç bir üzürlü səbəb olmadan 2023-cü ilin aprel ayı üzrə bir iş günü də olsa, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam, vaxtında və lazımi qaydada icra etməməsi olmuşdur. Cavabdeh (işəgötürən) tərəfindən iddiaçının xx.xx.2021 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 41 məzun iyyət gününün son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənildiyi halda, işlədiyi 25 günlük iş gününün əmək haqqının ödənilməməsi əsassızdır. Bununla bağlı iddiaçının irəli sürdüyü və məhkəmənin razılaşdığı dəlillər kassasiya instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmələr işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuş və məhkəməyə təqdim edilən sübutları düzgün araşdırıb, qiymət verməməklə prosessual hüquq normalarına riayət etməmişdir.
36. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 125-ci maddəsinin 7-ci, 127-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 69, 70, 71, 72,73,74, 75, 76-cı maddələrinə, 83-cü maddəsinin 1- ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 76, 77.1, 80, 88, 89, 95, 97.5, 101103, 106, 205, 206, 217, 218.1, 220.4, 385.2 və 387.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
38. Maddə 68, hissə
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
39. Bənd a) tərəflərdən birinin təşəbbüsü
40. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 41. a) müəssisə lə ğv edildikdə; 42. b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 43. c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 44. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 45. d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; 46. e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
47. Maddə 83 (1-ci hissə) Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərd ə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
48. Maddə 84 (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 49. müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 50. işçinin adı, atasının adı və soyadı; 51. əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 52. əmək müqaviləsinin ləğv edilməsinin əsası; 53. həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 54. əmək müqaviləsi ləğv edilən gün, ay və il; 55. əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 56. (2-ci hissə) Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxı şının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə qismən- əmrin ləğv edilməsi və işə bərpa hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında olan əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilmiş və bu barədə əmr yalnız Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əsaslandırılmış, işəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinə son qoyulmuşdur. Məhkəmələr, müvafiq əmrdə işəg ötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinin konkret əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 70-ci maddəsinin heç bir bəndinə istinad edilməməsi səbəbindən iddianın təmin edilməsi qənaətinə gəlmişlər.
66. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndinin mütləq göstərilməli olmasına dair imperativ qayda müəyyən edilmişdir. Mübahisələndirilən əmr bu qaydanın pozulması ilə tərtib edilmişdir.
67. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi ndə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ümumi əsas kimi göstərildiyi halda, həmin əsasları konkretləşdirən 70-ci maddədəki imperativ qaydaların müəyyən edilməsinin mahiyyəti ondan ibarətdir ki, yalnız həmin əsaslardan birinin mövcudluğu zamanı işəgötürən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verə bilər, orada göstərilən əsaslardan başqa heç bir halda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yoxdur. Başqa sözlə, işəgötürən istənilən halda deyil, yalnız qanunla müəyyən edilmiş konkret əsaslardan birinin və ya bir neçəsinin baş verdiyi halda əmək müqaviləsinə xitam vermək hüququna malikdir və bu halları müvafiq əmrdə əsaslandırmaq vəzifəsi daşıyır.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellya siya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.
69. Kassasiya şikayətinin bir sıra dəlilləri isə işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-686/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.