Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-191/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər:öhdəliyin icrası 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2022-ci il tarixli, 2(103)3867/2022 saylı qətnaməsindən Cavabdeh MTK-nın verdiyi kassasiya şikayəti üzrə mülki işə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 13 yanvar 2014-cü il tarixli müqavilə ilə İddiaçı ünvan ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzilin (bundan sonra- mübahisəli mənzil) hər 1 kv.metri üçün 750 manat olmaqla, cəmi 105.225 manat pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK (bundan sonra- MTK) tərəfindən verilmiş 13 yanvar 2014-cü il tarixli maliyyə arayışında mübahisəli mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilərək, MTK-ya borcunun qalmadığı qeyd olunmuşdur. 12 dekabr 2019-cu il tarixdə İddiaçı və MTK mübahisəli mənzilin sonuncu tərəfindən satılması və onun hesabına həmin mənzilə görə ödənilən məbləğin 3 ay müddət ərzində İddiaçı geri ödənilməsi barədə qarşılıqlı razılaşmaya gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkə məsində icraat Birinci iş üzrə İddiaçı cavabdeh MTK-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, artıq yeddi ildir ki, mənzilin ona təhvil verilməsini gözləyir, üç ildir ki, başqa yerdə kirayə qalır və hər ay 800 manat kirayə haqqı ödəyir. Lakin, birinci iş üzrə cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, mənzili ona təhvil vermir. Tərəfindən cavabdehə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları da cavabsız qalmışdır. Onda olan məlumata görə cavabdeh şirk ət mənzilləri başqa şəxslərə sataraq qeyri-qanuni yollarla varlanmaq niyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra- birinci iş üzrə birinci instansiya məhkəməsi) 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 nömrəli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etmir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil veril məsini cavabdehdən tələb etməsi tam əsaslıdır. Birinci iş üzrə birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 405.1, 407.2, 421.1, 421.2, 422.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci maddələrinə, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 119, 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bu qətnamədən prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən (cavabdeh MTK tərəfindən sonradan apellyasiya şikayəti verilsə də, müddətin bərpasına dair ərizə təmin olunmadığından şikayət geri qaytarılmışdır) qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Sözügedən qətnamə üzrə icra sənədi tam icra olunmuş və mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir. İkinci iş üzrə Cavabdeh “MTK” İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, m übahisəli mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, MTK binanı tez tikib yekunlaşdırmaq istəsə də, bəzi səbəblərdən tikintinin başa çatdırılması yubanmış, pandemiya səbəbindən tikinti işlərinin başa çatdırılması mümkün olmamışdır. Ona görə də, İddiaçı 29 sentyabr 2019-cu il tarixdə MTK-ya müraciət edərək, həmin mənzilin MTK tərəfindən satılmasına və MTK-nın öz hesabına həmin mənzilə görə ödənilən 105.225 manat ödənişin ona geri qaytarılmasını xahiş etmişdir. MTK bu xahişi nəzərə alaraq tərəflər arasında qarşılıqlı razılaşma imzalanmışdır. Razılaşmaya əsasən həmin vəsait tam olaraq 30 mart 2020-ci il tarixədək İddiaçı qaytarı lmalı idi. Bundan əlavə, ümumi qarşılıqlı razılaşmaya görə MTK tərəfindən həmin vəsaitin ödənişi hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin vəsait MTK tərəfindən İddiaçı şəxsi bank hesabına, Bank kartına və ya ona nağd şəklində həyata keçiriləcəkdir. Bu seçimi İddiaçı özü edəcəkdir və bu barədə MTK-nın rəhbərinə məlumat verəcəkdir. MTK tərəfindən vəsait tam bağlandıqdan sonra İddiaçı MTK-ya aid olan mənzilin bütün sənədlərini qeydşərtsiz ona qaytarmalı və gələcəkdə bu mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Bu razılaşmaya əsasən, MTK tərəfindən İddiaçı 25 iyun 2020-ci ildə 10.000 manat, həmin tarixdə əlavə olaraq 20.000 manat, 03 dekabr 2021-ci ildə 10.000 manat və əlavə olaraq 5.000 manat, ümumilikdə 45.000 manat pul ödənilmişdir. Lakin buna baxmayaraq, İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin ona təhvil verilməsi öhdəliyinin MTK-nin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli, 2(011)-1545/2022 nömrəli qətnaməsi ilə (hakim: Sərdar Mehrəliyev) iddia təmin olunmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, MTK 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsinə görə gətirdiyi dəlilləri əsaslandırmaq üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, həmin müqavilənin ləğvi üçün əsas kimi tərəflər arasında 12 dekabr 2019-cu il ta rixli qarşılıqlı razılaşma imzalanmış, lakin həmin razılaşma məhz MTK tərəfindən yerinə yetirilməmişdir. Belə olan halda, MTK-nın müqavilənin ləğvi tələbinə dair iddia irəli sürmək hüququ yaranmamışdır. Digər tərəfdən, mübahisəli mənzilin İddiaçı təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin MTK-nin üzərinə qoyulması ilə bağlı ləğv edilməmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğuna görə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 6.2. 324.1, 385.1, 390.1, 421.1, 421.2, 425.1-ci maddələrinə, habelə Mülki Prosesual Məcəllənin 2.1, 4.1, 9, 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkə məsində icraat Birinci iş üzrə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 10 oktyabr 2013-cü il tarixdə mübahisəli mənzilə dair MTK ilə müqavilə bağlamış, mənzil ona təhvil verilmiş, oranı təmir edərək artıq ailə üzvləri ilə orada yaşayır. İddiaçı MTK-ya qarşı iddia qaldırması və məhkəmə qətnaməsi ilə iddiasının təmin olunması ona sonradan məlum olmuşdur. Halbuki onun müqaviləsi İddiaçı müqaviləsindən daha əvvəl bağlanmış, belə olan halda onun mübahisəli mənzilə dair hüquqları daha üstün sayılmalıdır. MTK ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərə k həmin qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3867/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədilə, yerində müayinə həyata keçirilmiş, müayinədə İddiaçı və üçüncü şəxsin (eləcə də MTK-nın) nümayəndəsi Vəkil1 iştirak etmişdir. İddiaçı faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla, orada iddiaçının ailə üzvləri ilə yaşaması müəyyən olunmuşdur. Yerində müayinə zamanı şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, İddiaçı tanıyır, onunla qonşu olmaqla, eyni mərtəbədə, yəni 8-ci mə rtəbədə yaşayır. Həmin mənzil İddiaçı təqribən 2022-ci ilin mart ayında icra məmurları tərəfindən təhvil verilmiş, İddiaçı bir müddət oranı təmir edib və hazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. Maraqlı şəxs isə ümumiyyətlə tanımır, bir qonşu kimi adını belə eşitməmişdir. Onun orada yaşamasını və ya hansısa mənzili təmir etməsini görməmişdir. Yerində müayinə zamanı eyni zamanda üçüncü şəxs və MTK-nın nümayəndəsi olan Vəkil1 üçüncü şəxs Maraqlı şəxs təmir edərək yaşadığı mənzili göstərməsi təklif olunsa da, nümayəndə mənzili göstərə bilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Maraqlı şəxs təqdim etdiyi 10 oktyabr 2013-cü il tarixli müqavilə sonradan arxa tarixə tərtib edilməklə qanunsuz və əsassızdır. Eləcə də, MTK və üçüncü şəxsin nümayəndəsi və vəkil i eyni şəxsdir və MTK sözügedən qətnamədən apellyasiya şikayəti verə bilmədiyi üçün sonradan belə bir uydurma halı irəli sürmüşdür. İddiaçı izahatında onu da qeyd etmişdir ki, MTK iddia tələbində aralarında bağlanmış razılaşmaya istinad etsə də, həmin razılaşmanı özü pozmuş, müəyyən olunmuş müddət ərzində 150.000 manat pul vəsaitini ona geri qaytarmamışdır. Həmin razılaşmanın üzərindən 2 ildən çox vaxt keçmişdir, halbuki, MTK 30 mart 2020-ci il tarixədək həmin pul vəsaitini tam ödəməli idi. Belə olan halda onun müqaviləsi və mənzil üzərində hüquqları qüvvədədir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2022-ci il tarixli, 2(103)3867/2022 nömrəli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov sədrlik edən, məruzəçi, Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayətləri təmin e dilməmiş, hər iki mülki iş üzrə birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən ilk növbədə onu qeyd etmişdir ki, MTK ilə İddiaçı arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin həqiqiliyi, həmin müqaviləyə əsasən mənzilin ümumi dəyəri üçün 105.225 manat pulun ödənilməsi halı mübahisələndirilməmişdir. Buna baxmayaraq, sözügedən mənzil İddiaçı təhvil verilməmiş, bu səbəbdən də sonuncu hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı təmin etmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən (cavabdeh MTK tərəfindən sonradan apellyasiya şikayəti verilsə də, qəbul edilməmiş, müddətin bərpasına dair ərizə t əmin olunmamış, şikayət geri qaytarılmışdır), qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra sənədi əsasında, mübahisəli mənzil tələbkar (iddiaçı) İddiaçı təhvil verilmişdir. Bundan sonra, üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, şikayətdə MTK ilə onun arasında mübahisəli yaşayış sahəsinə dair 10 oktyabr 2013-cü il tarixdə müqavilənin bağlanmasını, həmin mənzilin ona təhvil verilməsini, oranı təmir edərək, ailə üzvləri ilə birlikdə orada yaşamasını və sair göstərmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş MTK ilə Maraqlı şəxs arasında bağlanmış 13 oktyabr 2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının kserosurətindən görünür ki, həmin müqavilə sözügedən mübahisəli mənzilin tikintisi ilə əlaqədar bağlanmış, eyni zamanda Maraqlı şəxs mənzili n hər 1 kv.metri üçün 1200 manat, cəmi 168360 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş, həmin pul vəsaiti tam ödənilmişdir, MTK-ya borc yoxdur. Göründüyü kimi, iddiaçının və üçüncü şəxsin təqdim etdiyi müqavilələrdə qeyd olunan yaşayış sahələri eyni olmuşdur. Lakin, MTK, nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya şikayətində mübahisəli mənzilə dair Maraqlı şəxsla müqavilə bağlamasını, həmin mənzilin əslində İddiaçı deyil, Maraqlı şəxs məxsus olmasını, mənzilin məhz sonuncuya təhvil verilməsini və sair bu kimi halları bildirməmişdir. Halbuki, həm MTK, həm də Maraqlı şəxs eyni nümayəndə (vəkil) tərəfindən təmsil olunur. Bu hal isə özü-özlüyündə həmin şəxslərin bir mövqedə olmasını göstərir. Əksinə, MTK işdə olan apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binada heç kəs tərəfindən təmir-tikinti işləri aparılmamış və heç bir sakin mənzillərinə köçüb yaşamır. Məhkəmə kollegiyası yekun olaraq hesab etmişdir ki, üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini, həmçinin mübahisəli mənzilin ona təhvil verilməsi, oranı təmir edərək yaşamasını əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası MTK tərəfindən verilmiş apellyasiya şikayətinin də əsassız olduğunu hesab etmişdir. Belə ki, MTK iddia tələbinin əsası kimi İddiaçı ilə sonradan, yəni 12 dekabr 2019-cu il tarixdə bağlanmış razılaşmaya istinadən mübahisəli mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müəyyən olunmuşdur ki, həmin razılaşmanın şərtlərinə MTK tərəfindən riayət olunmamış, r azılaşmada nəzərdə tutulmuş 150.000 manat pul vəsaiti müəyyən olunmuş 3 ay müddət ərzində, yəni 30 mart 2020-ci il tarixədək İddiaçı geri qaytarılmamışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 165, 385.1, 421.1, 425.1, 442, 452.1, 452.2, 752.2, 769-ci maddələrinə, habelə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsidə icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri MTK kassasiya şikayəti verərək (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə aralarında bağlanmış qarşılıqlı razılaşmanın şərtlərinə uyğun olaraq ümumilikdə 45.000 manat pulu qəbul etmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapsa da, məhkəmələr həmin pulun İddiaçı ödənilməsinə dair heç bir münasibət bildirməmişlər. Kassator şikayətində onu da qeyd etmişdir ki, mübahisəli mənzilin mərtəbəsi də düzgün deyil. Belə ki, həmin mənzil binanın 8-ci mərtəbəsində yerləşdiyi halda, İddiaçı faktiki olaraq 6-cı mərtəbədə yerləşən mənzili zəbt etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə ic lası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
165. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıq da isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
452. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.2 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərə flərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh MTK-nin kassasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxladı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh MTK kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə İddiaçı (payçı) ünvan ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir və ünvan ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzilin hər 1 kv.metri üçün 750 manat olmaqla, cəmi 105.225 manat pulu podratçıya ödəməyi öhdəsinə götürür. İş də olan Cavabdeh MTK tərəfindən verilmiş 13 yanvar 2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 8-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.metr olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və MTK-ya borcu yoxdur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qa ydaları tətbiq edilir. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələ blər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Cavabdeh MTK-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Cavabdeh MTK tərəfindən İddiaçılə bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin həqiqiliyi, həmçinin həmin müqaviləyə əsasən mənzilin ümumi dəyəri üçün 105.225 manat pulun ödənilməsi halı mübahisələndirilməmişdir. Buna baxmayaraq, ünvan ünvanda inşa edilən çoxmərtəbəli bina və müqavilədə nəzərdə tutulmuş mənzil tikilib hazır olmasına baxmayaraq MTK tərəfindən İddiaçı təhvil verilməmiş və bu səbəbdən də sonuncu hazırki iddia tələbi ilə məhkəməyə mü raciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən (cavabdeh MTK tərəfindən sonradan apellyasiya şikayəti verilsə də, qəbul edilməmiş, müddətin bərpasına dair ərizə təmin olunmamış, şikayət geri qaytarılmışdır), qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmçinin, işdə olan Bakı şəhəri, Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından və eyni tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar (iddiaçı) İddiaçı təhvil verilmişdir. Bundan sonra, üçüncü şəxs Maraqlı şəxs sözügedən qətn amədən apellyasiya şikayəti vermiş, şikayətdə- Cavabdeh MTK ilə onun arasında mübahisəli yaşayış sahəsinə dair 10 oktyabr 2013-cü il tarixdə müqavilənin bağlanmasını, həmin mənzilin ona təhvil verilməsini, oranı təmir edərək, ailə üzvləri ilə orada yaşamasını və sair göstərmişdir. Halbuki, yerində müayinə zamanı apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı ilə ünvan ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə qalxmışlar. İddiaçı faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla, orada iddiaçının ailə üzvləri ilə yaşaması müəyyən olunmuşdur. Eyni zamanda yerində müayinə zamanı şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, o, İddiaçı tanıyır, onunla qonşu olmaqla, eyni mərtəbədə, yəni 8-ci mərtəb ədə yaşayır. İddiaçı hazırda yaşadığı 3 otaqlı mənzil təqribən 2022-ci ilin mart ayında icra məmurları tərəfindən ona təhvil verilmiş, İddiaçı bir müddət oranı təmir etməklə, hazırda ailə üzvləri ilə yaşayır. Maraqlı şəxs adlı şəxsi isə ümumiyyətlə tanımır, bir qonşu kimi adını belə eşitməmişdir. Maraqlı şəxs orada yaşamasını və ya hansısa mənzili təmir etməsini görməmişdir. Yerində müayinə zamanı üçüncü şəxsin (həmçinin Cavabdeh MTK-nın) nümayəndəsi Vəkil1 Maraqlı şəxs təmir edərək yaşadığı mənzili göstərməsi təklif olunsa da, nümayəndə mənzili göstərə bilməmişdir. Bununla yanaşı, üçüncü şəxsin nümayəndəsi Vəkil1 İddiaçı hazırda yaşadığı mənzilin müqavilədə göstərilən mənzil olmamasını bildirsə də, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində bu halı araşdırmağı zəruri hesab etməmişdir. Çünki, iddia tələbi məhz Cavabdeh MTK-ya yönəlməklə müqavilədə göstərilən mənzilin təhvil verilməsi ilə bağlıdır. İcra vaxtı iddiaçıya konkret mənzilin təhvil verilib- verilməməsi hazırki iddianın qanuni həlli baxımından əhəmiyyətli deyildir (hər bir halda apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən mötəbər sübut da təqdim olunmamışdır). Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh MTK-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, "xxxx" MTK nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya şikayətində (yuxarıda qeyd edildiyi kimi cavabdeh MTK-nın apellyasiya şikayəti qəbul edilməmişdir) mübahisəli yaşayış sahəsi ilə bağlı Maraqlı şəxsla da müqavilə bağlanmasını, həmin mənzilin əslində İddiaçı deyil, Maraqlı şəxs məxsus olmasını, mənzilin məhz sonuncuya təhvil verilməsini və sair bu kimi halları bildirməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi- həm Cavabdeh MTK, həm də Maraqlı şəxs eyni nümayəndə (vəkil) tərəfindən təmsil olunur. Bu hal isə özü-özlüyündə həmin şəxslərin bir mövqeydə olmasını göstərir. Əksinə, Cavabdeh MTK işdə olan apellyasiya şikayətində göstərmişdir ki, ünvan ünvanda inşa edilən çoxmərtəbəli binasında heç kəs tərəfindən təmir-tikinti işləri aparılmamış və heç bir sakin mənzillərinə köçüb yaşamır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb qeyd etmişdir ki, Cavabdeh MTK apellyasiya şikayətinin dəlillərini, eləcə də mübahisəli yaşayış sahəsinin üçüncü şəxs Maraqlı şəxs təhvil verilməsi, məhz sonuncunun oranı təmir edərək yaşaması barədə apellyasiya şikayətinin dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgərəmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini n ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə vəəşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcl udan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənindir. Mülki Məcəllənin 165-ci maddəsinəəsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Göründüyü kimi, Cavabdeh MTK-nin kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarınd a Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh MTK tələbinin əsası kimi İddiaçılə sonradan, yəni 12 dekabr 2019-cu il tarixdə bağlanmış razılaşmaya istinadən ünvan ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müəyyən olunmuşdur ki, həmin razılaşmanın şərtlərinə məhz Cavabdeh MTK tərəfindən riayət olunmamış, razılaşmada nəzərdə tutulmuş 150.000 manat pul vəsaiti müəyyən olunmuş 3 ay müddət ərzində (30 mart 2020-ci il tarixədək) İddiaçı ödənilməm işdir. Halbuki, razılaşmanın şərtinə görə MTK tərəfindən qeyd edilən vəsait tam bağlandıqdan sonra İddiaçı mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Lakin, Cavabdeh MTK müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğvi barədə tələb əsassız olmaqla, istər qanunvericiliyin tələblərinə, istərsə də tərəflər arasında olan razılaşmanın mahiyyətinə uyğun deyildir. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmaqla, kifayət qədər əsaslandırılmış, maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh MTK-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edil məsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2022-ci il tarixli, 2(103)-3867/2022 saylı qətnaməsi Cavabdeh MTK-nın kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.