Məhkəmə qərarları › İş №2(102)-191/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-191/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-191/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Feyzi qızının Cavabdehnə iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, Öhdəliklərin icra edilməməsi, Podrat müqaviləsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Feyzi qızının Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4862/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnamə sindən İddiaçı Feyzi qızı tərəfindən kassasiya şikayətinə dair işə 4 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İşin halları:

1. «İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində İddiaçı Feyzi qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 49/58 A nömrəli müqaviləyə əsasən, İcraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv metr olmaqla 3 otaqlı 80 nömrəli mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işlə ri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1).

2. Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv metr-lik sahəsinin qiyməti 1442,49 manat hesablanmaqla 80 nömrəli mənzilin ümumi sahəsi 110,92 kv metr olduğunu nəzərə alsaq ödəniləcək məbləğ 160000 manat müəyyən edilmişdir. (bənd 3.1)

3. Cavabdeh MTK tərəfindən verilən 27 iyul 2021-ci il tarixli, 49/58 A nömrəli Maliyyə arayışına əsasən, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanılmış 49/58A saylı, xx.xx.2021-ci il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 160000 manat öhdəliyi tam ödənildi və bu müqavilə üz rə borcu yoxdur.

4. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən verilmiş çıxarışın surətinə əsasən, ümumi ölçüsü 93,4 kv metr olan və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 149, M13, m6) İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

5. İqtisadiyyat Nazirliyinin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 93,4 kv metr qeyd edilmişdir. 6. xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətinə əsasən, İddiaçı Feyzi qızı (bundan sonra mətndə-iddiaçı) bazar qiymətinə uyğun olaraq 2150 manat hər kv metr üçün mənzilin sahəsinin 17,52 kv metr az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 manat pulun bir hissəsinin yəni 37668 manat pul, həmin pullara hər ay əldən çıxmış fayda olaraq 12000 manat pulun Cavabdeh MTK-dan (bundan sonra mətndə cavabdeh MTK) geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi qabaqcadan xəbərdar etmişdir.

7. İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqavilədən görünür ki, icraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv metr olmaqla 3 otaqlı 83 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxeməuyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv metr-lik sahəsinin qiyməti 1200 manat hesablanmaqla 83 nömrəli mənzilin ümumi sah əsi 110,92 kv metr olduğunu nəzərə alsaq ödəniləcək məbləğ 133104 manat müəyyən edilmişdir (bənd 3.1).

8. Cavabdeh MTK tərəfindən verilən 04 noyabr 2020-ci il tarixli, 49/58 nömrəli Maliyyə arayışından görünür ki, cavabdeh MTK ilə X5 arasında bağlanılmış 49/58 saylı, xx.xx.2019-cu il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 133104 manat öhdəliyi tam ödənilir və bu müqavilə üzrə borcu qalmır.

9. X5 tərəfindən Cavabdeh MTK-ya ünvanlanan **********031 nömrəli ərizədən görünür ki, Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə yerləşən Cavabdeh MTK-nın çoxmərtəbəli yaşayış binasında, bina 1, mərtəbə 13, ümumi sahəsi 110.92 kv metr olmaqla, 3 otaqlı 83 saylı mənzilə ehtiyacı yo xdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin Cavabdeh MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh MTK-ya qaytarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147.

149. Mənzil 80, yeni qaydalarla: AZ1007. ünvan 2 ünvanındakı 3 otaqlı 80 saylı ümumi sahəsi 110,92 kv metr olmaqla müqavilə üzrə pulunu tam olaraq ödəyib iddiaçının aldığı mənzilin sahəsindən 17.52 kv metr az göstərilmiş hər kv metr üçün 1442,49 manat ödədiyi və real bazar s atış qiymətinin 2150 manat olduğundan artıq alınmış hər kv metr üçün ümumilikdə 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq 12000 (on iki min) manat pulun, cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, vəkil bürosuna ödədiyi 181 manat pulun, X2 ödənilmiş 150 manat pulun, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 241 manat pulun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasıxahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 2021-ci il tarixində cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə Çıxarış üzrə ünvanı ünvan 4arla: AZ 1007, ünvan 5 ün vanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110,92 m2 olmaqla müqavilə bağlayaraq həmin mənzilə görə 160000 (bir yüz altmış min) manat ödəyərək almışdır. Həmin mənzili aldıqdan sonra mənzilin sahəsində heç bir dəyişiklik etdirmədən, söküntü işləri aparmadan və yaxud əlavə sahə artırmadan mənzili yaşayışı üçün tam təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən verilən maliyyə arayışı və digər sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə təqdim etməklə adına mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və texniki pasport da almışdır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadas trı və Reyestri Publik hüquqi şəxsindən mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən mənzilin çıxarışını və texniki pasportu: aldıqdan sonra həmin sənədlərdə mənzilin ümumi sahəsinin 110.92 kv metr deyil, cəmi 93,40 kv metr olduğunu görmüşdür. Bundan sonramülkiyyətindəki mənzilin sahəsinin 17,52 kv metr az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 (bir yüz almış min) manat pulun bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh rəhbər şəxsləri və satışı dələduzluq yolu ilə həyata keçirən digər əməkdaşları «Sizinlə bağlanmış müqavilə üzrə bu qədər sahə düşür, heç bir müqavilələrimizdən bu günə kimi Sizin kimi bizim MTK-dan şikayət edən olmayıb. İstəmirsizsə mənzili özümüzə geri qaytarın baha qiymətə başqasına satıb. Sizin ödədiyinizi tam geri qaytaraq» kimi ədalət siz cavablar veriblər. Qeyd etmişdir ki, mənzili iddiaçı alıb pulunu ödədikdən sonra həmin ərazidə mənzillər artıq iki dəfə bahalaşıbdır. Cavabdehə narazılığı bildirib, iddiaçıdan artıq aldıqları pulu geri istədiyini bildirib və onları xəbərdar etdikdən sonra vəkilə müraciət edərək müqavilə üzrə mülkiyyətindəki mənzildə MTK tərəfindən tikilmiş sahənin azlığı ilə bağlı iradını bildirmiş və mənzilə mütəxəssislərin dəvət olunaraq, obyektiv və ədalətli ölçülər aparılmasını xahiş etmişdir. Müstəqil ekspert-mütəxəssislər tərəfindən mənzilə baxış keçirilib, ölçülər aparıldıqdan sonra da mənzilin müqavilə, texniki pasport və çıxarış üzrə köhnə ölçülərinin az olduğu müəyyən olunmuşdur. 27 iyul 2021-ci il tarixli müqavilə bağlayaraq aldığı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəşi, ev 14 7, 149, mənzil 80, yeni qaydalarla: AZ 1007, ünvan 6 ünvanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110.92 kv metr.maqla hər kv metr-nə 1442.49 manat olmaqla ümumilikdə 160000 (bir yüz altmış min) manat pul ödəmişdir. Hazırda həmin ərazidə mənzillərin bugünkü gün 1 kv metr-nin bazar satış qiyməti 2150 manat təşkil edir. Müqavilədə göstərilən rəqəmlər ilə çıxarış və texniki pasportdakı ölçülər və mənzilin daxilində olan real ölçülər arasında ümumi sahə üzrə fərq 17,52 kv metr azdır. Bu barədə Cavabdeh rəhbərliyinə pretenziya qaydasında da rəsmi müraciət ünvanlasa da, cavabdeh tərəfindən heç bir razılıq və yaxud hər hansı təklif olunmayıb. Ona görə də mənzili alan zaman nəzərdə tutulan deyil, daha az sahəyə görə artıq ödədiyi, yəni cavabdeh MTK tərəfindən iddiaçını aldadaraq artıq aldı qları 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 (on iki min) manat pulu və cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, vəkil bürosuna, kassa mədaxil orderi üçün və məhkəməyə müraciət etməyi üçün ödədiyi 241 (iki yüz qırx bir) manat dövlət rüsumlarının da Cavabdehndən alınaraq xeyrinə tutulmasını tələb edir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün və mənzilinə görə artıq alınmış pulların ona geri qaytarılması üçün hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin mənzil sahəsinin azlıq təşkil e tdiyi hissəsini əsası kimi onu qeyd edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə, ona verilmiş mənzilin sahəsi 110,92 kv metr. göstərilmiş, lakin həmin mənzilə DƏDK və RP hüquqi şəxs tərəfindən verilmiş çıxarışda isə mənzilin sahəsi 93,40 kv metr. göstərildiyindən, 17,52 kv metr sahənin az olduğu, mənzilin 1 kv metr qiyməti 1442,49 manata razılaşdırıldığından, az verilmiş sahənin dəyəri 37668 manat təşkil edir. İddia tələbinin 12.000 manat əldə çıxmış fayda və 10000 manat mənəvi ziyanın haradan meydana gəldiyi barədə istinad yoxdur. Lakin iddia ərizəsinin məzmununda istinad etdiyi dəlillərdən biri tam bunun əksini göstərir. Belə ki, iddia ərizəsində iddiaçı 1 kv metr 1442,49 manata aldığı mənzilin, hazırda 1 kv metr bazar dəyərinin 2150 manat olduğunu qeyd e dir. Yəni hər bir halda mübahisələndirilən mənzilin alışından iddiaçı, hər 1 kv metr görə 707,51 manat, ödədiyi məbləğə nisbətdə 49,05 faiz qazanc əldə etmişdir. Bu baxımdan iddiaçının əldə çıxmış fayda və ya mənəvi ziyanla bağlı tələbi məntiqsiz olduğundan üstündə dayanmağa dəyməz. Mənzilin sahəsinin az olması ilə bağlı məsələyə gəlincə, cavabdeh tərəf mənzili iddiaçıya çıxarış əsasında, alqı-satqı ilə deyil, mənzili tikib ona təhvil verəcəyi öhdəçiliyi üzrə ilkin müqavilə əsasında verilmişdir. Bununla bağlı tərəflər arasında, şərtləri mübahisələndirilməyən xx.xx.2021-ci il tarixli, 49/58A nömrəli müqavilə mövcuddur. Cavabdehin hüquqi forması mənzil-tikinti kooperativi olduğundan, bina onun üzvlərinin xərci hesabına tikilir. Yəni bütün binanın xərcləri onun üzvləri arasında bölünməklə, al dığı sahənin 1 kv metr dəyəri müəyyənləşdirilir. İddiaçının özü də aldığı mənzil payı ilə MTK-nın üzvüdür. Mənzil sahələrinə üzvlərlə müqavilə bağlanılan zaman, mənzilin sahəsi binaya təsdiqlənmiş layihə əsasında müəyyən edilir. Mənzilin tikintisinə daxil edilən sahənin ölçüləri isə tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində razılaşdırılmış 1 saylı Əlavədə göstərilmiş sxemlə müəyyən edilir. Belə ki, tərəflər üçün hüquq, vəzifələr və öhdəçiliklərin müəyyən edildiyi, tərəflər arasında bağlanmış 27.07,2021-ci il tarixli, 49/58A nömrəli müqavilənin 1.2-ci bəndi bu şəkildə razılaşdırılmışdır: "... Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir...". Həmçinin mənzilin sahələri ilə bağlı müqavilənin 11.2-ci bəndində qeyd edilir: "Mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. " Müqaviləyə 1 saylı əlavə kimi təsdiqlənmişmənzilin ümumi sahəsindən aydın şəkildə görünür ki, müqavilənin 1.2-ci bəndində razılaşdırılmış şərtə uyğun olaraq, mənzilin əsas sahələri, köməkçi sahələri, eyvanı, mənzil premetri boyu mənzilə aid divarlar fərqli rənglə ayrılmaqla, hesablanmış və ümumilikdə 110,92 kv metr təşkil edir. Bu da mübahisələndirilən mənzilin iddiaçıya müqavilədə şərtləndirilmiş forma və ölçüdə verildiyini bir daha təsdiqləyir. Xatırladır ki, tərəflər arasın da mənzilin verilməsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə əsasında yaranmışdır. Mənzilin ölçüləri də müqavilə əsasında müəyyən edilmişdir. DƏDK və RP hüquqi şəxs tərəfindən mənzilə çıxarışda qeyd olunan sahənin ölçüləri isə tərəflər arasında olan müqavilə şərtləri əsasında deyil, yalnız əsas faydalı sahələrlə müəyyən edilir. Köməkçi sahələr tam, eyvanların sahəsinin 2/3 hissəsi, qapı və pəncərə yerləri isə mənzilin ölçüsünə daxil edilmir. Məhz müqavilədə qeyd olunan ölçülərlə, çıxarışda göstərilən ölçülər arasında fərqlər buradan meydana gəlir. Tərəflərin iddia tələbi, etirazları, mənzilə sonradan verilmiş çıxarışla deyil, aralarında razıalşdıqlan müqavilədən irəli gələn hüquq, vəzifələr və öhdəliklərdən qaynaqlanmalıdır. Göründüyü kimi cavabdehin iddiaçıya verdiyi mən zil forma və ölçüsünə görə, mənzil verilməsi ilə bağlı tərəflər arasında mövcud müqavilədə üzərinə götürdüyü öhdəliklə tam şəkildə uyğundur. Müqavilə tərəfi olaraq iddiaçı müqavilədə şərtləndirilmiş halları, sonradan başqa forma və ölçüdə tələb etməsinin əsas yoxdur. İddia tələbi onda əsaslı hesab edilə bilər ki, tələb müqavilədə şərtləndirilmiş və cavabdehə aid edilən öhdəliyə uyğun olsun.

13. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, müqavilə bağlanarkən cavabdeh tərəf iddiaçıya mənzilin faktiki sahəsinin 93,40 kv metr olması ilə bağlı heç bir məlumat verməmişdir. Bu hal müqavilədə də qeyd edilməmişdir. Onlar iddiaçıya mənzilin sahəsinin 110,92 kv metr olmasını bildirmişlər. İddiaçı da buna əsasən mənzili tam ödəniş etməklə əldə etmişdir. Hesab edir ki, cavabdeh onu aldadara q mənzilin həqiqi dəyərindən daha artıq pul almışdır.

14. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə MTK-nın üzvləri arasındakı bütün münasibətlər aralarında bağlanmış müqavilə ilə tənzimlənir. Hazırki mülki iş üzrə iddiaçı ilə də belə bir müqavilə bağlanmış və indiyənə kimi qüvvədədir. Müqavilə mübahisələndirilməyib. Cavabdeh də hazırki mübahisə ilə bağlı həmin müqaviləyə istinad etməlidir. Cavabdeh həmin müqavilədə AR Dövlət Şəhərsalma və Arxitektura komitəsinin müəyyən etdiyi əmsalların tətbiq ediləcəyini, Reyestr xidmətinin vermiş olduğu çıxarışda qeyd edilən ölçülərin əsas götürüləcəyini, əsas və köməkçi sahələrin nəzərə alınacağını qeyd etməmişdir. Əksinə, müqavilədə mübahisəli mənzilin yerləşdiyi binanın onun üzvlərinin vəsaiti hesabı na inşa edilməsi və mənzilin iddiaçıya hansı şəkildə veriləcəyi qeyd edilmişdir. Cavabdeh çıxarışda qeyd edilən sahə ilə bağlı məsuliyyət daşımır. Çıxarışda mənzilin sahəsi müqavilədə qeyd edilən sahədən az və ya çox ola bilər. Bu o demək deyil ki, bundan çıxış edərək tərəflər bir-birlərinə qarşı hər hansı iddia irəli sürə bilər. Hesab edir ki, onlar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, mübahisəli mənzil əvvəlcə başqa bir şəxsin, X4 mülkiyyətində olub. Sonradan o, üzvlükdən çıxmış və mənzilini hazırki mülki iş üzrə iddiaçıya satmışdır. Onlar da müqaviləni eyni şərtlərlə iddiaçı ilə davam etdirmişdir. Yəni burada onların heç bir günahı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunma sını xahiş etmişdir. Əlavə olaraq,iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, X5 ilə aparılan əməliyyatlar, pulun verilməsi, alınması, alqı-satqının həyata keçirilməsi iddiaçı ilə T.Eyyubov arasında həyata keçirilib. Onlar sadəcə hüquqi prosedurları həyata keçirmişlər. Praktikada çıxarışda müqavilədə qeyd ediləndən daha artıq sahənin müəyyən olunması olmuşdur

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sorğusuna əsasən X3 tərəfindən keçirilmiş tikintitexniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 93 nömrəli rəyindən görünür ki, baxış zamanı aparılmış ölçü işləri nəticəsində mənzilin ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. dəhliz (giriş hissə) 18,38 kv metr 2. sanitar qovşaq 3,28 kv metr 3. qarderob 2,3 kv metr 4. mətbəx 18,09 kv metr 5. yataq ot ağı 11,72 kv metr 6. yataq otağı 17,06 kv metr 7. qonaq otağı 21,69 kv metr 8. eyvan 4,18 kv metr Cəmi: 96,7 kv metr.

16. Rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.2, 3.3, 3.8-ci bəndlərinin tələblərinə müqvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin ümumi sahəsinin 96,7 kv metr təşkil etdiyi müəyyən olunur. İddiaçı Feyzi qızına məxsus olan mənzilin 49/58A nömrəli, 27 iyul 2021-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş sahəsi ilə mənz ilə dair tərtib edilmiş texniki pasporta əks olunmuş sahə arasında 17,52 kv metr fərq olduğunu və müqavilə üzrə mənzilin 1 kv metrlik sahəsinin dəyərinin 1442,49 manat məbləğində hesablandığını nəzərə alaraq, Cavabdeh MTK tərəfindən ünvan 7 ünvanında yeni tikilmiş çoxmərtəbəli bina evində inşa etdiyi mənzil üçün artıq pul aldığı sahənin dəyərinin 25271,42 (17,52 x 1442,49) manat məbləğində müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, İddiaçı Feyzi qızına məxsus olan mənzilin 49/58A nömrəli, 27 iyul 2021-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş sahəsi ilə hazırki tədqiqatla müəyyən edilmiş sahə arasında 14,22 kv metr fərq olduğunu və mənzili 1 kv metrinin bazar qiyməti ilə təqribi dəyərinin 2150,00 manat olduğunu nəzərə alaraq, Cavabdeh MTK tərəfindən ünvan 7 ünvanında yeni tikilmiş çox mərtəbəli bina evində inşa etdiyi mənzil üçün artıq pul aldığı sahənin dəyərinin 30573,00 (14,22 x 2150,00) manat məbləğində müəyyən edilir.

15. Mülki işin materiallarında olan “X3” MMC tərəfindən verilən 301617 nömrəli kassa mədaxil qəbzindən görünür ki, Vəkil1 tərəfindən 150 manat məbləğində pul ödənilmişdir.

17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7606 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 13 iyun 2024-cü il tarixli, 2(006)-46/2024 nömrəli qətnaməsi ilə, (hakim R.A.Xəlilov) iddianın rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi mənzilin ümumi sahəsi 110,92 kv metr təşkil edir və mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir (1.2-ci bənd). Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndinə əsasən mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.Eyni zamanda, məhkəmə tərəfindən hazırki iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizaları keçirilmişd ir. Məhkəməyə təqdim edilən ekspert rəylərindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarına əsasən, tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilmiş mübahisəli mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Mübahisəli mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv metr təşkil etdiyi müəyyən edilmişdir.

20. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasın da bağlanmış müqavilənin 1.2-ci bəndində mübahisəli sahəyə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı mənzil ilə bağlı cavabdeh tərəfindən aldadılmamış və öz iradəsi ilə mənzilə baxmış, sərbəst müqavilə bağlamışdır.

21. Göründüyü kimi ekspert rəyi əsasında həqiqətən də iddiaçıya verilən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanılmış müqavilənin şərtləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəylərində (xx.xx.2023 və xx.xx.2024 cü il tarixli ekspert rəyləri) müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab etmişdir ki, sonuncu ekspert rəyinin tərtib edilməsi zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin də iştirakı təmin edilmişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında iddiaçının qeyd etdiyi kimi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 37.668 manat məbləğində artıq alınmış pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin digər hissələrinə (artıq ödənilmiş pullara görə əldən çıxmış fayda olaraq 12000 manat pulun və mənəvi zərər olaraq 10000 mana t pulun cavabdehdən tutulması) münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən bu hissədə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilməməlidir.

22. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 181 manat vəkil xərci, müstəqil ekspert rəyi xərci kimi 150 manat və 241 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən İddiaçı Feyzi qızı tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edi lməlidir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 752.1. 753.1, 755 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2-ci maddələrinə, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,76.1, 76.2., 77.1, 88, 101.3,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalm a və Arxitektura Komitəsinin Kolegiyasının xx.xx.2012-ci il tarixli, 07 №-li qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaylalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşkələrin sahələri divar və arakəsmələrin tamamlanmış sahələri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri sahələrinin, eləcə də balkon lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsalarına vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0.3, şüşəbənd və lodjiyalar – 0.5, eyvanlar (verandalar) 1.0, azaltma əmsalarına vurulmaqla hesablanır. Bu o deməkdir ki, vətəndaşlar ödəniş edərkən balkonlara görə 30 faiz, yəni balkon sahəsinin 30 faizinə görə, lodjiyaların isə 50 faizinə görə ödəniş etməlidirlər. Məhz DƏDRX-nin əməkdaşları çıxarış verərkən bu qaydaya əsaslanıb hesablama edirlər. Ancaq, mənzilin əsas sahəsi daxildən hesablanır, hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. Artıq hesablanmış sahə gələcəkdə artıq kommunal haqqının da çox hesablanmasına səbəb olur ki, nəticədə vətəndaşların hüquqları pozulur. Hesab edir ki, MTK tərəfindən aldadılması Dövlət Reyesterindən çıxarışı alan zaman xx.xx.2022-ci ildə məlum olmuşdur və həmin vaxtdan da MTK rəhbərliyinə onu aldatdıqları barədə müraciət etmişdir. Məhkə mə işə baxan zaman MTK ilə aralarında bağlanmış müqavilədə “müqavilənin mövzusu başlığı altında 1.2-ci bölmədə “mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir” qeydinə əsaslanmış, həmin müqavilənin tərəflərin hüquq və vəzifələrini özündə etiva edən bölümün 2.1.6-cı maddəsinə diqqət yetirməmişdir. Müqavilə bağlanan zaman MTK-nın əməkdaşları müqavilə şərtlərini elə müəmmalı ifadə etmişlər ki, oradan gələcəkdə əldə edəcəyi yaşayış sahəsinin içdən-içə ölçüsünün 110.92 kv metr dən az olacağı görünməmişdir. Lakin, müqavilə bağlayan zaman 110.92 kv metr mənzil sahəsinin sahibi olacağını əsas götürüb MTK-ya 160000 manat pul ödəmişdir. Belə çıxır ki, MTK hazırki müqavilə vasitəsi ilə aldadılmışdır. Məhkəmə qətnaməsində guya həmin mənzili başqa şəxsdən aldığı göstərilsə də bu həqiqətə uyğun deyildir, əvvəllər həmin mənzillə əlaqədar kiminlə müqavilə bağlandığını bilməmiş və belə bir müqaviləni görməmişdir, sadəcə olaraq MTK-ya müraciət edib hazırki mənzilin alınması ilə bağlı müqavilə bağlanmışdır və həmin müqavilə ilə öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmiş, məhkəmə isə buna səthi yanaşmışdır və qətnamədə yanlışlığa yol vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-4862/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instan siya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. qət etmişdir.

27. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 1.2-ci bəndində mübahisəli sahəyə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı mənzil ilə bağlı cavabdeh tərəfindən aldadılmamış və öz iradəsi ilə mənzilə baxmış, sərbəst müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən iddiaçıya verilən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanılmış müqavilənin şərtləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı maddəsinə diqqət y etirməməsini bildirmişdir.

28. Müqavilənin həmin bəndinə əsasən müəyyən edilir ki, yaşayış sahəsi sifarişçiyə təhvil verilən zaman faktiki vəziyyətdə ölçülür. Əgər ölçülən sahə müqavilədə göstərilən sahədən artıq olarsa, mənzil alan əlavə sahənin ödənişini müqavilədə nəzərdə tutulmuş 1 kv metr sahənin satış qiyməti ilə ödəyir, əks halda faktiki sahə müqavilədə göstərilən sahədən az olduğu halda MTK həmin ev alana həmin məbləği ödəyir.

29. Lakin işin araşdırılmış halları ilə mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olması faktı öz təsdiqini tapmamışdır.Məhkəmə kollegiyası qeyd olunan halın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyləri şübh ə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

30. Bundan başqa mənzilə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır ki, müqavilə bağlanan zaman iddiaçının aldadılması halı müəyyən edilməmişdir.

31. Beləliklə məhkəmə hesab edib ki, mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 37.668 manat məbləğində artıq alınmış pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmə apellyasiya şikayətinin mənzili başqa şəxsdən aldığı göstərilsə də, bu həqiqətə uyğun olmamaqla, əvvəllər həmin mənzillə əlaqədar kiminlə müqavilə bağlandığını bilməməsi və belə bir müqaviləni görməməsi dəlili ilə bağlı hesab edib ki, bu dəlilin də mahiyyəti üzrə düzgün olan qətnaməyə heç bir hüquqi təsiri yoxdur.

33. Belə ki, hər bir halda mənzildə əvvəl kimin yaşayıb-yaiamamasından asılı olmayaraq iddiaçının cavabehlə bağladığı müqavilə şərtləri ilə tanış olması faktı mübahisəsizdir və belə olan halda qeyd edilən dəlil apellyasiya şikayətinin digər dəlilləri kimi hüquqi əsası olmamaqla əsassızdır.

34. Həmçinin, məhkəmə qeyd edib ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən iddia tələbinin digər - artıq ödənilmiş pullara görə əldən çıxmış fayda olaraq 12000 manat pulun və mənəvi zər ər olaraq 10000 manat pulun cavabdehdən tutulması hissələrində də təmin edilməsi üçün əsaslar olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

35. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 385.1, 386.1, 405.1, 405.2, 442, 443.1, 443.2, 752.1, 753.1, 755, 762.1, 766, 776.1, 776.2 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1 və 59.32-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2., 77.1., 80., 88., 106.1, 217.1., 217.3., 218.1 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (və onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansi ya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4862/2024 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı ilk növbədə onu qeyd etməyi zəruri hesab edib ki, məhkəmələr nə vaxtsa həmin MTK ilə sifarişçi qismində olmuş X6 arasında bağlanmış və sonradan ləğv olunmuş müqaviləni hallandırırlar ki, o Eyyubov Tərlan deyilən şəxsi tanımamış, görməmiş və onunla bağlı heç bir əməliyyatda iştirak etməmişdir, sadəcə olaraq cavabdeh MTK-ya müraciət edib hazırda mübahisə predmeti olan mənzilin alqı-satqısı barədə məlumat əldə edib MTK ilə müqavilə bağlayıb ödəniləcək məbləği də MTK-ya ödəyib bu mənzili almışdır, yəni o Eyyubov Tərlan kimi qeyd olunan şəxslə heç bir m ünasibətd olmamışdır. Lakin, haradansa həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində guya onun hazırki mənzili Eyyubov Tərlandan aldığımı göstərmək istəyirlər ki, bu həqiqətə uyğun deyildir. Qeyd edib ki, artıq onun mənzilim olan ərazidə və evdə mənzillərin qiyməti xeyli bahalaşdığından cavabdeh təşkilat mənzilin əvvəkli qiymətini geri qaytarılıb sonradan başqalarına satmaqda maraqlı olduğundan belə cavab verir. Məhkəmə onun ərizəsi ilə bağlı işə baxarkən cavabdeh təşkilatın nümayəndəsinin MTK tərəfindən tərtib olunmuş müqavilənin 1-ci bəndindəki 1.2 bəndinə istinad edib ki, həmin bənddə “mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə göstərilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğu divaraltı sahə daxildir” – deyə ərizəmin təmin olunmamasında istifadə edilmişdir. Eyni zamanda həmin müqvailədə tərəflərin hüquq və vəzifələri bölməsində 2.1.6-cı hissədə “yaşayış sahəsi sifarişçiyə təhvil verilən zaman faktiki vəziyyətdə ölçülür. Əgər ölçülən sahə müqavilədə göstərilən sahədən atrıq olarsa, mənzil alan əlavə sahənin ödənişini müqavilədə nəzərdə tutulmuş 1 kv metr sahənin satış qiyməti ilə ödəyir, əks halda faktiki sahə müqavilədə göstərilən sahədən az olduğu halda MTK həmin ev alana həmin məbləği ödəyir” kimi qeyd mövcuddur. Hələ məhkəmə araşdırmaları ərəfəsində mən alternativ erkspertə müraciət etmişdim və məhkəmə də öz təşəbbüsü ilə məhkəmə tikinti ekspertizası təyin etmişdir ki, hər iki ekspert qəbul etdiyi rəylərdə həqiqətən müqavilədə göstərilən 110,92 kv metr- lə faktiki ölçü arasında 17,52 kv metr az sahənin ona təhvil verildiyi öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin yol verdiyi yanlışlıqları təkrar etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hesab edir ki, onun MTK tərəfindən aldadılmağım Dövlət Reyesterindən çıxarışı alan zaman xx.xx.2022ci ildə məlum olmuşdur və həmin vaxtdan da MTK rəhbərliyinə onu aldatdıqları barədə müraciət etmişdir.

38. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məclləsinin 59.3-cü maddəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 №-li qərarına istinad etmişdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

40. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütünşərtlər mühüm sayılır.

46. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

47. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

49. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

50. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

51. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış m uzd ödəməyi öhdəsinə götürür.

52. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

53. Maddə

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

54. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

55. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

56. Maddə776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

57. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

58. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:

59. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

60. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır

67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən e dilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

73. İddiaçı Feyzi qızının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

74. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

75. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Feyzi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-4862/2024 nömrəli iş üzrə 2 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar